Rüstəm Raza

Rüstəm Raza (fr. Roustam Raza, erm. Ռուստամ Ռազա, gürc. როსტომ რაზმაძე; 1783, Tiflis, Tiflis7 dekabr 1845, Durdan[d], Eson) - Napoleon Bonapartın məşhur məmlük mühafizəçisi.[2] Rüstəm Razanın atası Rüstəm Hunanın erməni, anası Buji Varinin isə gürcü olduğu ehtimal edilir.[3][4] Ailədə 6 uşaq olan Rüstəm Raza evin sonuncu övladı olmuşdur. Maddi cətinlik səbəbindən atası Tiflis şəhərindən Gəncə şəhərinə köçmüş və bir müddətdən sonrada ailəsini öz yanına gətirmişdir. Bir neçə il Gəncədə yaşadıqdan sonra Rüstəm Hunan məlum olmayan səbəbdən ailəsini atmış və Rüstəm Razadan başqa digər 3 qardaşını özü ilə aparmışdır.

Rüstəm Raza
erm. Ռուստամ Ռազա
Doğum tarixi
Doğum yeri Tiflis , Gürcüstan
Vəfat tarixi
Vəfat yeri Dourdan, Fransa
Həyat yoldaşı Alexandrina Dovill
Uşağı Eşill
Atası Rüstəm Hunan
Anası Buji Vari
Milliyyəti erməni[1]
Fəaliyyəti Məmlük döyüşçüsü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

13 yaşında olarkən, quldurlar tərəfindən oğurlanmış və Qahirə şəhərinə aparılaraq burada qul bazarında satılmışdır. Rüstəm Razanı qul bazarında türklər almış və ona Yəhya adını vermişdilər. Napoleon Bonapartın Misirə hücum etməsindən sonra, Napoleonun məmlük vassallarından biri ona güclü və ağıllı bir məmlük göndərəcəyini bildirmiş və Rüstəm Razanı ona hədiyyə etmişdir. Rüstəm Raza 1789-1714-cü illərdə Napoleon Bonapartın şəxsi mühahizəsini təşkil etmişdir.

Napoleon Bonapartın hakimiyyətdə olduğu müddətdə daim onun yanında olan Rüstəm Raza Napoleonun Elba adasına sürgün edilməsindən sonra onunla birlikdə Elba adasına getməkdən imtina etmişdir.[5][6][7] Rüstəm Raza 7 dekabr 1845-ci ildə Fransanın Dourdan şəhərində vəfat etmişdir.[8]

  1. Souvenirs de Roustam… Arxivləşdirilib 2017-10-06 at the Wayback Machine:"Il m’a beaucoup regardé, en me disant si je parle Arménien ? Je dis que oui, même j'étais Arménien."
  2. "Arxivlənmiş surət". 2016-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-03.
  3. "Arxivlənmiş surət". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-03.
  4. Воспоминания мамлюка Рустама Раза, гл. I Arxivləşdirilib 2021-12-02 at the Wayback Machine: «Я сидел посреди двора в тени деревьев и ждал матушку, которая была единственной отрадой моего сердца. Вдруг появился молодой человек, что-то сказал сидевшим рядом женщинам, потом поглядел на меня и спросил, говорю ли я по-армянски. Я кивнул, сказал, что я армянин.»
  5. Roustam, mameluck de Napoléon. D'après des mémoires et de nombreux documents inédits tirés des Archives Nationales et des Archives du ministère de la Guerre. [Ed.Hector Fleischmann]. — Paris: Albert Méricant, 1910. — 384 pp.
  6. Alexander Mikaberidze. "The Georgian Mameluks in Egypt". www.napoleon-series.org. September 9, 2001. December 29, 2014 tarixində arxivləşdirilib.
  7. Раза Р. Моя жизнь рядом с Наполеоном, в кн.: Рустам. Моя жизнь рядом с Наполеоном. Воспоминания мамелюка Рустама Раза, армянина. / Перевод с французского Григора Джаникяна и Ирины Карумян. — Ереван: Наири, 1997.
  8. Registre d'état civil de Dourdan (1845), Archives départementales de l'Essonne

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]