Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazim Zahid
== Həyatı == 1 oktyabr 1960-cı ildə İmişli rayonu, Qaravəlili kəndində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. Orta məktəbdə oxuduğu dövrdən ədəbi yaradıcılıqla məşğul olur. Hal hazırda İmişli rayonu, Qafar Babaşov adına Qaravəlili kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışır. == Ədəbi uğurları == Xalq şairi Məmməd Araz onun yazılarını bəyənmiş və "Azərbaycan təbiəti" jurnalında şeirlərinin, hekayələrinin, məqalələrinin çap olunmasını məsləhət bilmişdir. Şair Nazim Zahid "Yağış altda yol gedirəm", "Yarımçıq monoloq", Yarımçıq nəfəsdi ömür", "Girov Qan" adlı kitabların müəllifidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Yazıçılar birliyinin Aran bölməsinin nəzdində yaranmış "Duyğu" ədəbi birliyinin sədridir. "İti qələm" Respublika ədəbi birliyinin də üzvü olan Nazim Zahid ədəbi yaradıcılığına görə "İti Qələm" fəxri diplomuyla təltif olunub. 2004- 2009-cu illərdə nəşr olunan "Səmərə" adlı müstəqil qəzetinin təsisçi və baş redaktoru olub.
Fazil Məmmədov (nazir)
Fazil Məmmədov (28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), I dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır.
Azazil
Azazil və ya Azazel ( Arami : רמשנאל, ərəbcə : عزازل, Azazil, İbrani : עזאזל , Aze'ezel) El tanrısı tərəfindən İbranicə Azeez (dəstəklənən) deməkdir. Yom Kippur günündə məbəddə xidmətə girən iki keçidən birinin insanların günahlarını və ya mələyin adını ittiham etdiyi yerdir. Onun sözlərinə görə Kabbala , kitabında göstərildiyi kimi düşmüş mələkləri rəhbəri İdris başda olmaqla insan qızlarıyla evlənərək Neffilim dövrünü başlatdılar. Üstəlik, Azazil insanlara silah və kosmetika sənətini öyrətdi. Bu səbəblə yer üzündəki fəsaddan məsuldur. == İslam == Azazil sözü ərəb mənşəli bir sözdür. İbn Küteybəyə görə İblisin adlarından biridir. Hallac-ı Mansur'a görə Adəmə səcdə etmədiyi üçün vəzifəsindən alındı. Abdullah bin Abbasa görə, Azazil cinlərdən ən məlumatlısı idi və bir zamanlar yerdəki pis cinlərlə mübarizə apardı, sonra qürurlandı və Adəmə səcdə etmədi . Üstəlik atəşdən yarandığı üçün özünü üstün hiss edirdi.
Bazis
Bazis — gələcəyin əsası ; Bazis — mülkiyyətin ilkin qiyməti ; Bazis — ilkin həlqədə atomların mövqeyi ; Bazis — ABŞ-nin Arizona ştatında ibtidai məktəblərin adı ; Riyaziyyatda: Bazis — xətti fəzada vektorlar çoxluğu. Bu zaman hər bir vektor xətti kombinasiyalarda yeganə ola bilir. İqtisadiyyatda: Bazis və üstqurum — marksizmdə siyasi-iqtisadi sistemin elementləri.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil MəmmədovFazil Məmmədov (neftçi alim) Fazil Məmmədov (nazir)Fazil İbrahimov — Fazil Cabbarov —DigərFazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cu ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki,aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Kazım
Kazım — Kişi adı.
Mazıx
Mazıx (2001-ci ilədək Matsex) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır. Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə. == Coğrafiyası və iqlimi == Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir. Nümayəndəliyin ərazisi 1568 hektar. == Əhalisi == Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376 evdə 1,500 nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir . Dini mənsubiyyəti müsəlman. Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim MəmmədovNazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant.Nazim Qasımov — Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası. Nazim Əliyev (general) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi.
Oazis
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Əzazil
Əzazil (Aramey: רמשנאל, ərəb: عزازل, İbranicə: עזאזל, Aze'ezel) İblisin mələk adı idi. Onu rədd edib Cənnətə düşməmişdən əvvəl o, Allaha yaxın bir "Karublar" idi. Əzazil, Allahın insanlara olan sevgisinə həsəd aparır və onları məhv etməyə çalışır. Bu, Allah Adəmi yaradan zaman onun səcdədən imtina etməsi ilə ifadə olunur. Cin yer üzündə yaşayarkən o, Allahın hakimi idi. Sürgündən sonra aldatma mələyi oldu. Ona ancaq “doğru yoldan” azdırdığı şəxsləri məhv etməyə icazə verilir. == Təfsir == Quranda adı çəkilməsə də, təfsirdə izah edilir ki, bu, İblisin yıxılmamışdan əvvəlki adıdır. Təbəri, Səhabe'ten-dən sitat gətirir:"İblis pislik etməzdən əvvəl mələklərdən idi, adı Əzazil idi və yer əhlindən idi və ən çalışqan və elmli mələklərdən idi, ona görə də onu qocalığa dəvət etmiş və "cinni" adlanan məhəllə. O, adı Əzəzil olan mələklərdən idi və yer əhlindən və onu yaradanlardan idi və onların arasında yer əhlinə mələklər arasında “cinni” deyilirdi.
Alma Zadiç
Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edir. == Həyatının ilkin mərhələsi == 1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir. Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır. Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır. == Siyasi karyerası və qalmaqalları == Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir.
Andre Bazin
Andre Bazin (fr. Andrё Bazin; 18 aprel 1918, Anje, Men və Luara, Fransa – 11 noyabr 1958[…], Nojan-sür-Marn, Sena[d], Fransa) — nüfuzlu Fransız kino tənqidçisi və kino nəzəriyyəçisi. Bazin film haqqında 1943-cü ildə yazmağa başlamış və 1951-ci ildə Jak Doniol-Valcroze və Joseph-Marie Lo Duca ilə birlikdə məşhur film jurnalı "Cahiers du cinema"nın həmtəsisçisi olmuşdur. O, realizmin kinonun ən vacib funksiyası olduğunu iddia etməklə məşhurdur. Onun obyektiv gerçəkliyə çağırışı, dərin diqqət və montajın olmaması bir filmin və ya səhnənin təfsirinin tamaşaçıya buraxılacağına inamı ilə bağlıdır. 1920-1930-cu illərin kino nəzəriyyəsinə qarşı çıxaraq, kinonun reallığı necə manipulyasiya edə biləcəyini vurğuladı. == Həyatı == Bazin 1918-ci ildə Fransanın Angers şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi illərində Fransız Kommunist Partiyası ilə əlaqəli silahlı bir təşkilat olan "Əmək və Mədəniyyət"də işləyərkən gələcək film və televiziya prodüseri Janine ilə tanış oldu. 1958-ci ildə 40 yaşında leykoz xəstəliyindən vəfat etdi.
Azad Zahid
== Bəstəkar. Musiqi tərtibatçısı. Aktyor == == Həyatı == 1957-ci il iyulun 27-də anadan olub. Azərbaycan, Frans – International, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişlərin müəllifi (1993-2023). == ƏSƏRLƏRİ == Piano üçün Prelüdlər (1990); Piano üçün Variasiyalar (1992); Violonçel və piano üçün Sonata (1994); Piano və simli alətlər üçün Kvintet (1995); Xalq çalğı alətləri orkestri üçün 7 Pyes (1997); Kamera orkestri üçün Miniatürlər (1998); Simli orkestr və piano üçün «Matəm musiqisi» (2000). B.Vahabzadə, R.Rza, R.Heydər və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).
Azər Zahid
Azər Zahid (16 dekabr, 1980) — televiziya aparıcısı ve media rəhbəri. == Həyatı == Azər Zahid İsmayilov 1980 ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra , 1997 ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakultəsinə daxil olub. 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək ugurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir . 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001 ci ildən 2004 ci ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var. == Fəaliyyəti == 2004 cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış , 2005 ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya , X-dans , X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006 ci ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1- ci yerə layiq görülüb.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Bilal Nazim
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Dmitri Yazov
Dmitri Yazov (rus. Дмитрий Тимофеевич Язов; 8 noyabr 1924, Yazovo[d], Omsk quberniyası[d] – 25 fevral 2020, Moskva) — sovet rus hərb xadimi. Sovet İttifaqı Marşalı (1990) == Həyatı == Dmitri Yazov 1924-cü il noyabrın 8-də anadan olub. 1990-cı ildə Sovet İttifaqı Marşalı hərbi rütbəsinə layiq görülüb. 1987-1991-ci illərdə keçmiş SSRİ-nin müdafiə naziri olub. Keçmiş SSRİ-nin müdafiə nazirlərindən biri, 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin aparıcı icarçılarından biri, Sovet İttifaqı Marşalı Dmitri Yazov olub.
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. == Həyatı == Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Fazil Mustafayev
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlayıb.