Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazim Zahid
Fazil Məmmədov (nazir)
Fazil Əsəd oğlu Məmmədov(28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri (2015), Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur. Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur. 2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir.
Azazil
Azazil və ya Azazel ( Arami : רמשנאל, ərəbcə : عزازل, Azazil, İbrani : עזאזל , Aze'ezel) El tanrısı tərəfindən İbranicə Azeez (dəstəklənən) deməkdir. Yom Kippur günündə məbəddə xidmətə girən iki keçidən birinin insanların günahlarını və ya mələyin adını ittiham etdiyi yerdir. Onun sözlərinə görə Kabbala , kitabında göstərildiyi kimi düşmüş mələkləri rəhbəri İdris başda olmaqla insan qızlarıyla evlənərək Neffilim dövrünü başlatdılar. Üstəlik, Azazil insanlara silah və kosmetika sənətini öyrətdi. Bu səbəblə yer üzündəki fəsaddan məsuldur. == İslam == Azazil sözü ərəb mənşəli bir sözdür. İbn Küteybəyə görə İblisin adlarından biridir. Hallac-ı Mansur'a görə Adəmə səcdə etmədiyi üçün vəzifəsindən alındı. Abdullah bin Abbasa görə, Azazil cinlərdən ən məlumatlısı idi və bir zamanlar yerdəki pis cinlərlə mübarizə apardı, sonra qürurlandı və Adəmə səcdə etmədi . Üstəlik atəşdən yarandığı üçün özünü üstün hiss edirdi.
Bazis
Bazis — gələcəyin əsası ; Bazis — mülkiyyətin ilkin qiyməti ; Bazis — ilkin həlqədə atomların mövqeyi ; Bazis — ABŞ-nin Arizona ştatında ibtidai məktəblərin adı ; Riyaziyyatda: Bazis — xətti fəzada vektorlar çoxluğu. Bu zaman hər bir vektor xətti kombinasiyalarda yeganə ola bilir. İqtisadiyyatda: Bazis və üstqurum — marksizmdə siyasi-iqtisadi sistemin elementləri.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil Məmmədov (dəqiqləşdirmə) Fazil Məmmədov Fazil Məmmədov (neftçi alim) Fazil İbrahimov — Fazil Cabbarov — Fazil Şirvani Digər Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Kazım
Kazım — Kişi adı.
Mazıx
Mazıx (2001-ci ilədək Matsex) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır. Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə. == Coğrafiyası və iqlimi == Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir. Nümayəndəliyin ərazisi 1568 hektar. == Əhalisi == Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376 evdə 1,500 nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir . Dini mənsubiyyəti müsəlman. Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim Məmmədov Nazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant. Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi. Nazir Əliyev Nazir Rüstəmov Nazir Əkbərabadi — Hindistan şairi.
Oazis
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Əzazil
Əzazil (Aramey: רמשנאל, ərəb: عزازل, İbranicə: עזאזל, Aze'ezel) İblisin mələk adı idi. Onu rədd edib Cənnətə düşməmişdən əvvəl o, Allaha yaxın bir "Karublar" idi. Əzazil, Allahın insanlara olan sevgisinə həsəd aparır və onları məhv etməyə çalışır. Bu, Allah Adəmi yaradan zaman onun səcdədən imtina etməsi ilə ifadə olunur. Cin yer üzündə yaşayarkən o, Allahın hakimi idi. Sürgündən sonra aldatma mələyi oldu. Ona ancaq “doğru yoldan” azdırdığı şəxsləri məhv etməyə icazə verilir. Quranda adı çəkilməsə də, təfsirdə izah edilir ki, bu, İblisin yıxılmamışdan əvvəlki adıdır. Təbəri, Səhabe'ten-dən sitat gətirir:"İblis pislik etməzdən əvvəl mələklərdən idi, adı Əzazil idi və yer əhlindən idi və ən çalışqan və elmli mələklərdən idi, ona görə də onu qocalığa dəvət etmiş və "cinni" adlanan məhəllə. O, adı Əzəzil olan mələklərdən idi və yer əhlindən və onu yaradanlardan idi və onların arasında yer əhlinə mələklər arasında “cinni” deyilirdi.
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Kazım Abdullayev
Kazım Abdullayev (6 aprel 1953, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Kazım Abdullayev 1974-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-cı ilin yanvar ayına qədər orada çalışmışdır. Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır: (Cəfər Cabbarlı "Oqtay Eloğlu") Oqtay, (Hüseyn Cavid "Afət") Ərtoğrul, (Rüstəm İbrahimbəyov "Park") Marat, (Anar "Təhminə və Zaur") Muxtar, (Nazim Hikmət "Bayramın birinci günü") Şadi, (Nəriman Həsənzadə "Bütün şərq bilsin") Əzizbəyov, (Əkrəm Əylisli "Vəzifə") Nazim, (Rəşad Nuri Güntəkin "Müvəqqəti ər") Şərif, (Ş. Arif "Qınamayın məni") Kəlbi Kəhər, (O. Altunbay "Mehrişah") Altundaş, (Cəlil Məmmədquluzadə "Ölülər") Məşədi Oruc, Hacı Kərim, (R. Əlizadə "Doğmalar") Mehman, (A. Abdulin "13-cü sədr") Vəli Zakirov, (Cəfər Cabbarlı "Almaz") Fuad, (K. Kərimov "Çahargah fantaziyası") Teymur, (Çingiz Aytmatov "Əsrə bərabər gün") Əbutalib, (Abdulla Şaiq "Bir saatlıq xəlifə") Harun Ər-Rəşid, (G. Xuqayev "Varlı ev") Beçir, (Hüseyn Cavid "Uçurum") Cəlal, (Anar "Adamın adamı")Fağır Bağır, (C. Yusifzadə "Səhər qatarı") Manaf, (G. Bokarev "Poladəridənlər") Usta Valeri, (Nəbi Xəzri "Dağlar və dalğalar") Xəzər, və sairə. 1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. Bu teatrında oynadığı rollar:(Nəriman Nərimanov "Nadir şah") Şah Təhmaz, (Altay Məmmədov "Dəli Domrul") Dəli Dondar, (J. Anuy "Medeya") Yazon, (O. Altunbay "Tomris") Kir, (Cəfər Cabbarlı "Dönüş") Mirzə Camal, (Cəlil Məmmədquluzadə "Ölülər") Şeyx Əhməd, (Nazim Hikmət "Domoklun qılıncı") Aptekçi, (Süleyman Rəşidi "Mənim Ərdəbilim") Nadir, (Ə. Pəhləvan "İnsan və İblis") Şair, (Nigar Rəfibəyli "Natəvan") Şair və s. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs"), Sultanəli (Mir Cəlal, "Dirilən adam"), Əkbər (Abdulla Şaiq, "Eloğlu"), İbrahim xan (İlyas Əfəndiyev, "Hökmdar və qızı"), Murtuza Muxtarov (Əli Əmirli, "Mesenat"), şair Kirmani ("Əmir Teymur", Hüseyn Cavid), Aqostino ("Silindr", Eduardo de Filippo), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), İbad ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi). Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə… 2002-ci ildə K. Abdullayev Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə, Rizə ili – 18 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. == Bioqrafiyası == Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Kazım Böyükkişiyev
Kazım Can
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. == Həyatı == Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Kazım Hüseynov
Hüseynov Kazım Yusif oğlu (15 may 1914, Bakı – 3 oktyabr 1993, Bakı) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (1944). == Həyatı == Kazım Hüseynov 1914-cü il may ayının 15-də Bakıda anadan olub. Tetar fəaliyyətinə Azərbaycan Akademik Milli Dram Teatrında kiçik rollarla başlayıb. 1936-cı ildən həyatını Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlayıb. Kazım Hüseynov Naxçıvan teatrının səhnəsində Şeyx Mərvan, Keykavus ("Şeyx Sənan", "Səyavuş" H. Cavid ), Şahbaz bəy ("Eşq və intiqam", S.S. Axundov), Pristav ("Qatır Məmməd" Z. Xəlil), Möhnət ("Məhsəti" K.Ağayeva), Dəmirçi ("Toy" S. Rəhman), Səlim bəy ("Qaçaq Nəbi", S. Rüstəm), Cavad ("Nadir şah", N. Nərimanov), Hacı Baxşəli ağa ("Ölülər", C.Məmmədquluzadə) və başqa uğurlu rollar yaradıb. K. Hüseynovun Səməd Vurğunun "Vaqif" dramında yaratdığı Qacar obrazı onu Azərbaycan teatr tarixində bu rolun bənzərsiz ifaçısı kimi tanıdıb. Onun Naxçıvan teatrının səhnəsində oynadığı rollar dolğunluğu, kamilliyi ilə yaddaşlarda yaşamaqdadır. 1944-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layıq görülüb. Bütün həyatını Naxçıvan teatrının inkişafına həsr edən Kazım Hüseynov 1993-cü il oktyabrın 3-də Bakı şəhərində vəfat edib.