Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqidi (səhra)
İqidi (ing. Erg Igidi) — Saxaranın qərbində yerləşən qumlu səhra. İnzibati cəhətdən Əlcəzair və Mavritaniya ərazilərinə daxildir. Düzənlikdə qum təpəliləkləri 540 m hündürlüyə, və 400 km uzunluğa malikdir. Bitki örtüyü əsasən efemerli, kol və ot bitkilərindən ibarətdir. Səhraya xas xarmatan küləkləri əsir. Qrunt suları şimal-şərq hissədə səthə daha yaxındır. Yay ayları otlaq kimi istifadə edilir.
Sensor qridi
Sensor qridi — simsiz sensor şəbəkələrini qrid hesablama ilə birləşdirən konsepsiya. Bu, real vaxt rejimində verilənlərin toplanmasına və sensor məlumatlarının emalı və idarə edilməsi üçün hesablama və saxlama resurslarının paylaşılmasına imkan vermək üçün həyata keçirilir. Sensor qridi ekoloji monitorinq kimi mürəkkəb nəzarət tapşırıqlarını yerinə yetirmək üçün geniş miqyaslı infrastrukturların qurulması, geniş ərazidə yerləşdirilən heterogen sensor, verilənlər və hesablama resurslarının inteqrasiyası üçün nəzərdə tutulmuş texnologiyadır. == Konsepsiya == Sensor qridi anlayışı ilk dəfə "Discovery Net" layihəsində müəyyən edilmişdir. Burada "sensor şəbəkələri" və "sensor qridləri" arasında fərq qoyulmuşdur. Sensor qridi böyük həcmdə sensor verilənlərinini toplanması, işlənməsi, paylaşılması, vizuallaşdırılması, arxivləşdirilməsi və axtarışına imkan verir. Sensor qridinə əsaslanan arxitektura ekologiya və yaşayış mühitinin monitorinqi, pasiyentlərin sağlamlığının monitorinqi, hava şəraitinin monitorinqi və proqnozlaşdırılması, hərbi və daxili təhlükəsizlik məqsədli nəzarət, məhsulların və istehsal proseslərinin izlənməsi, fiziki strukturların və tikinti sahələrinin təhlükəsizlik monitorinqi, ağıllı evlər və ofislər üçün tətbiq olunur. Bu cür tətbiqlər, eləcə də müxtəlif növ verilənlərin təhlili və verilənlərin hasilatı üçün müxtəlif arxitekturalar istifadə edilə bilər.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır. == Tarixi == Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir. Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1.
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
İqlid
İqlid- İranın Fars ostanının şəhərlərindən və İqlid şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,709 nəfər və 1,497 ailədən ibarət idi.
İqriq
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. == Əhalisi == Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. == Həmçinin bax == Quba rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti == Mənbə == Azərbaycan coğrafiyası.
İqrığ
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. == Əhalisi == Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. == Həmçinin bax == Quba rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti == Mənbə == Azərbaycan coğrafiyası.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İriri
İriri (port. Iriri) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Şinqu çayıın sol qolunu təşkil edir. Mənbəyi Matu-Qrasu platosunda yerləşir. Əsasən şimal istiqamətində axır. Uzunluğu 1100 km-dir Gursululuq dövrü apreldən maya qədər uzanır. Ancaq kiçik ölçülü gəmi və katerlər üçün yararlıdırlar.
Alabamanın iqlimi
Alabama ştatı Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik (Cfa) kimi təsnif edilir. Ştatın orta illik temperaturu 64 °F (18 °C) dərəcədir. Temperatur ştatın cənub hissəsində Meksika körfəzinə yaxınlığı ilə əlaqədar daha istiyə meyillidir, şimal hissələrində, xüsusən şimal-şərqdəki Appalaç dağlarında bir qədər soyuğa meyillidir. Ümumiyyətlə Alabamanın il boyu çoxlu yağıntıya malik çox isti yayları və mülayim qışları var. Ştata hər il orta hesabla 56 düym (1,400 mm) yağıntı düşür və cənub hissəsində 300 günə qədər uzun bir yetişmə mövsümü keçməkdədir. Burada yaz və yay dövründə ara sıra dolu fırtınaları meydana gəlir, lakin onlar nadir hallarda dağıdıcı olurlar. Sıx dumanlar nadirdir və onlar əsasən sahil boyunca yerləşirlər. Həmçinin il boyunca tufanlar meydana gəlir. Onlar əsasən yayda çox olurlar, lakin yazda (mart və may arasında) və payızın sonlarında (noyabrda) daha da şiddətlənirlər. Məhz bu vaxt dağıdıcı küləklər və leysan yağışları, xüsusən də şimal və mərkəzi hissələrdə tez-tez baş verir.
Anapanın iqlimi
Anapa ərazisində aralıq dənizi iqlimi hakimdir. Qara dənizin 44-cü paralelə qədər olan bütün bölgələri kimi, Anapanın iqlimi yayda rütubət çatışmazlığı ilə xarakterizə olunur. Orta illik yağıntının az olması (450 mm) səbəbindən quru subarid xüsusiyyətləri özünü göstərir. Ancaq yağıntılar il boyu demək olar ki bərabər paylaşılıb. Anapada maksimum yağıntı qışda düşür. Subtropiklərin şimal sərhədində yerləşdiyinə görə, təxminən on ildə bir dəfə Anapada şiddətli şaxtalar və qar yağışları baş verir. İl əslində iki iqlim fəslinə (isti — apreldən oktyabra qədər) və sərin (noyabrdan mart ayına qədər) bölünür. Dəniz kənarında yerləşdiyinə görə burada payız həmişə yazdan daha quru və isti olur. == Günəş radiasiyası == Anapa ildə aydın günəşli günlərin sayına görə Rusiyada rekord göstəriciyə malikdir. Aydın, günəşli havaların sayı burada 286-ya çatır.
Antarktika iqlimi
Antarktika iqlimi — Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir. Antarktika iqlimini formalaşdıran əsas amillər günəş radiasiyasının azlığı, materikin qar örtüyü, dəniz səviyyəsindən yüksəkliyi (orta yüksəkliyi 2350 m) və Antarktika antiklonunun hakim olmasıdır. Qar örtüyü hətta yay ayları belə günəş enerjisini effektivsizləşdirir. Günəş radiasiyasının 90% qar örtüyü tərəfindən əks olunur. Cəmi 10% bölgənin qızdırılmasına sərf olunur. "Vostok" stansiyasında orta illik radiasiyanın miqdarı 120 kkal, yayda isə 30 kkal olur. Orta illik temperatur Cənub Qütb dairəsində -10 °C, daxili hissələrdə isə -50 °C təşkil edir. Antarktika iqlimi öz növbəsində Daxili plato iqlimi, buzlaq yamacı iqlimi, dəniz antarktika iqlimi və sahil iqlimi. == Daxili plato iqlimi == Daxili rayonlarda yerləşən "Amundsen-Skott" və "Vostok" stansiyalarınada daim meteoloji müşahidələr aparılır.
Arktika iqlimi
Arktika iqlimi — Yer kürəsinin şimal qütbü ətrafınıda, Arktika ərazisində hakim olan iqlim. Arktik iqlim uzun, soyuq qışı və qısa sərin yayı ilə xarakterizə olunur. Bu ərazidə kəskin iqlim göstəriciləri müşahidə olunsada, ancaq bütün bölgədə həm yay da, həm də qışda ekstremal günəş radiasiyası qeydə alınır. == Radiasiya balansı == Qütb gündüzləri və gecələri il ərzində qeyri-bərabər günəş radiasiyasının düşməsinə şərait yaradır. Bölgənin cənub rayonlarında radiasiya balansı müsbətdir: 10–15 kkal/(sm²·il), yəni mülayim qurşaq ərazisindən 2–3 dəfə az. Mərkəzi hissələrdə isə 2–3 kkal/(sm²·il)-dir. == Temperatur rejimi == İl ərzində temperaturun alçaq olmasının səbəbi ərazinin yayda az qızması, qışda isə intensiv soyumasıdır. Qışda Arktikanın çox hissəsi intensiv siklon təsirinə məruz qalır; Atlantik okeanının şmimalından və qismən Sakit okeandan gələn siklonlar havanın temperaturunu nisbətən qaldırır (–2-dən –10˚C-yədək), buludluluğu, yağıntıların miqdarını maksimuma çatdırır, havanı kəskin dəyişdirir və tez-tez güclü küləklərin əsməsinə səbəb olur. Antisiklonlar qış da, əsasən, Arktikanın Sibir regyonunda güclənir, Arktika hövzəsinin Sakit okean boyu hissəsində (Kanada və Qrenlandiya) isə nisbətən zəif inkişaf edir. Burada Arktik iqlim, demək olar ki, tamamilə isti Şimali Atlantika axınının təsiri altındadır.
Asiya iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad. Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir. Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.
Asiyanın iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad. Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir. Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.
Avstraliya iqlimi
Avstraliya iqlimi — Avstraliyanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Avstraliyanın bir çox hissəsi tropik, şimalında subekvatorial, cənubu subtropik iqlim qurşağındadır. Düzənliklərdə az hündürlüklü düzənliklərin olması bütün materikdə daim yüksək tempraturun yaranmasına səbəb olur. Tempraturun mövsümi tərəddüdü, əsasən, tropik və subtropik qurşaqların daxili rayonlarında müşahidə edilir. Mütləq maksimum tempratur (53,1 °C) Klonkarridə (Kvinslend) müşahidə olunur. Mütləq minimum tempratur Avstraliyanın daxili rayonlarında – 4 °C-dən 6 °C-yə çatır. Avstraliyanın çox hissəsinin tropik qurşağın kontinental hissəsində yerləşməsi, materikin qərbdən şərqə böyük məsafədə uzanmada, sahillərinin az parçalanması, Böyük Suayırıcı Silsilənin okeandan gələn rütubətli küləklərin qarşısını saxlaması iqlimin quraqlığına səbəb olur. Avstraliya Cənub yarımkürəsinin ən isti və quru sahəsidir. Avstraliya sahilinin 38%-nə ildə 250 mm-dən az yağıntı düşür. Yayda (dekabr–fevral) materik 30 °C və daha artıq (Böyük Qumlu səhra) qızır.
Azərbaycan iqlimi
Azərbaycanın iqlimi ― Azərbaycanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. İqlim qurşağının ünsürlərini – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dən aşağıdır.
Azərbaycanın iqlimi
Azərbaycanın iqlimi ― Azərbaycanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. İqlim qurşağının ünsürlərini – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dən aşağıdır.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. == Baş ağrısının formaları == Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Başqırdıstan iqlimi
Başqırdıstan iqlimi — Başqırdıstan Respublikasının iqlimi. == Ümumi xüsusiyyətlər == Başqlrdıstan iqliminə təsir göstərən əsas amillər bölgəyə daxil olan hava kütlələri və günəş radiasiyadır. Əsas küləklər cənub və qərb-şərq istiqamətlidir. Ölkə Avrasiyanın daxilində, subtropik və mülayim hava kütlələri ilə Arktika hava kütlələrinin yerdəyişməsi baş tutur. Burada tropik, arktik və mülayim hava kütlələri üstünlük təşkil edir. Atlantik okean üzərində formalaşan hava kütlələri Başqırdıstan ərazisinə catdıqda artıq quru və kontinental forma alır. Qışda Asiya antisiklonu hökm sürür. Bu zaman küləyin sürəti 3,4-5,2 m/s saniyəyə çatır. Güçlü küləklərin güçü 15 m/s və çox əsasən dekabr, yanvar və martda müşahidə edilir. Qış ayları güçlü küləklər həm də güçlü qarla müşahidə edilir.
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Dağ iqlimi
Dağ iqlimi— yüksək dağlıq üçün xarakterik iqlim. == Xüsusiyyəti == Dağ iqlimini düzən ərazi iqlimindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır: === Dəniz səviyyəsindən hündürlük === Dəniz səviyyəsindən hündürlük və bununla əlaqədar atmosferin seyrəkləşməsi aşağıdakılara səbəb olur. Atmosfer təzyiqinin və temperaturun aşağı olmasına; Havanın mütləq rütubətliyinin aşağı olmasına; Qış buludluğunun miqdarının azalmasına; Havada tozun miqdarının az olmasına; Yüksək insolyasiyaya (xüsusilə ultrabənövşəyi radiasiyanın miqdarı); Küləyin sürətinin yüksək olmasına; Havanın temperaturunun və digər meteoroloji elementlərin sutkalıq və illik dəyişməsinin zəif olmasına. === Sərbəst atmosfer rejiminin pozulması === Dağlıq ərazi ilə əlaqədar sərbəst atmosfer rejiminin pozulması aşağıdakılara səbəb olur: Yağıntıların ümumi miqdarının artıq olmasına (oroqrafik yağıntılar hesabına); Dağ-dərə küləklərinin əmələ gəlməsinə; Dağlarda konveksiyanın güclənməsi ilə əlaqədar yay buludluğunun çoxalmasına.
Dəniz iqlimi
Dəniz iqlimi — okeanın atmosferə təsiri çox olan şəraitdə yaranan iqlim. Dəniz iqlimi kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox yağıntılı və buludlu olması ilə fərqlənr. Dəniz iqlimində dəniz tərəfindən əsən küləklər üstünlük təşkil edir Dəniz iqliminin quruya təsiri, əsasən, atmosferin yer səthi boyu dövr etməsi nəticəsində yaranır. Dəniz iqlimi materiklərin içərilərinə doğru hərəkət etdikcə tədricən kontinental iqlimə keçir. Eyni coğrfi enlikdə yerləşən quruya nisbətən okean üzərində havanın rütubətliyi və illik yağıntının miqdarı daha çoxdur.