Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzo (İzer)
İzo (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
IBO
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. == Proqramlar == === Diplom Proqramı === Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
İEÖ
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır. İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı: İsveçrə (1987-ci ildən); Norveç (1988-ci ildən); Birləşmiş Ştatlar (1992-ci ildən); Lüksemburq (1992-ci ildən); Danimarka (1994-cü ildən); Niderland (1995-ci ildən); Yaponiya (1996-cı ildən); Almaniya (1996-cı ildən); Avstriya (1996-cı ildən); İtaliya (1996-cı ildən); Kanada (1997-ci ildən); Belçika (1997-ci ildən); Avstraliya (1997-ci ildən); Fransa (1998-ci ildən); İsveç (1998-ci ildən); İslandiya (1998-ci ildən); İrlandiya (1998-ci ildən); Birləşmiş Krallıq (1999-cu ildən); Finlandiya (1999-cu ildən); Sinqapur (1999-cu ildən); İspaniya (2001-ci ildən); Tayvan (2002-ci ildən); Kipr (2002-ci ildən); Yeni Zelandiya (2003-cü ildən); Cənubi Koreya (2006-cı ildən); İsrail (2006-cı ildən); Portuqaliya (2007-ci ildən); Sloveniya (2007-ci ildən); Monako (2008-ci ildən); Lixtenşteyn (2008-ci ildən); Malta (2008-ci ildən); Çex Respublikası (2009-cu ildən); Slovakiya (2011-ci ildən); Estoniya (2012-ci ildən); Yunanıstan (2013-cü ildən); Litva (2013-cü ildən); Latviya (2016-cı ildən); Andorra (2020-ci ildən); San Marino (2021-ci ildən); Xorvatiya (2023-cü ildən). Həyat və sağlamlıq səviyyəsinin yüksək olması ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması Orta ömür müddətinin çoxluğu Əhalinin təhsil səviyyəsinin yüksək olması Xidmət sferası və emal sənayesinin payı olması Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri: Kanada və Baş Naziri Justin Trudeau Fransa və Prezidenti Emmanuel Macron Almaniya və Kansleri Olaf Scholz İtaliya və Baş Naziri Giorgia Meloni Yaponiya və Baş Naziri Fumio Kişida Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.
İdo
İdo dili — Anadilləri fərqli olan insanlar arasında anlaşmanı asanlaşdırmağı məqsəd qoyan süni bir dildir. 1907-ci ildə Uniono por la Linguo Internaciona Ido (beynəlxalq dil İdo birləşməsi) tərəfindən icad edilmişdir.
İzyo
İzyo (fr. Izieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01193. 2010-ci ildə əhalinin sayı 201 nəfər təşkil edirdi.
İzə
İzə- İranın Xuzistan ostanının şəhərlərindən və İzə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,695 nəfər və 20,127 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
İHO
İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır. 3-cü dəfə oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi. İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunur. Aşağıda İslam Həmrəyliyi Oyunları turnirlərində medal cədvəli göstərilib.
Sen-Pol-d'İzo
Sen-Pol-d'İzo (fr. Saint-Paul-d'Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Byevr kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38437. Kommunanın 2012-ci il üçün əhalisi 303 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 458 ilə 764 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
Eizo Yuquçi
Eizo Yuquçi (4 iyul 1945 - 2 fevral 2003) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Ezo Respublikası
Ezo Respublikası (yap. 蝦夷共和國, transkripsiyanın digər variantı Etsu Respublikası) — 1868–1869-cu illərdə Ezo adasında mövcud olan dövlət. Tarixi mənbələrdə Asiyada yaranan ilk respublika kimi qeyd edilir.
Fransua Gizo
Fransua Pyer Giyom Gizo (fr. François Pierre Guillaume Guizot, 4 oktyabr 1787[…], Nim[d] – 12 sentyabr 1874[…]) — fransız tarixçisi, tənqidçi, siyasi və dövlət xadimi. == Siyasi fəaliyyəti == === 1848-ci inqilabı ərəfəsindəki fəaliyyəti === 1840-cı ildən sonra Fransua Gizonun təzyiqi altında həyata keçirilən siyasət 1830-cu ildən Fransada yaradılan rejimə yenidən qayıdışa gətirib çıxardı. 1840-cı ildən 1848-ci ilədək Lui Filippin hakimiyyəti bir növ müstəbid bir hökmdarın hakimiyyətini və yaxud da feodalizmə qayıdış siyasətini xatırladırdı. 1840-cı ildən sonrakı bu siyasət Fransa xalqını xeyli qəzəbləndirirdi. Orleanlı Lui Filipp Burbonların yan qolu olan Orleanistlərin nümayəndəsi olsa da arxalı, köklü bir insan deyildi. O, Fransa üçün həmin dövrdə lazımlı olduğuna görə hakimiyyətdə idi. 1848-ci ilə qədər Lui Filipp öz hakimiyyətini müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışsa da onun bu cəhdləri baş tutmadı. Orleanlı Lui Filipp 1847-ci ildə Fransanı kifayət qədər çətin vəziyyətə salmışdı. Ölkə daxilində rejimin böhranı özünü onda göstərirdi ki, təkcə 40-cı illərdə ona qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi.
Hippolit Fizo
Hippolit Fizo (fr. Hippolyte Fizeau; 23 sentyabr 1819[…], Paris – 18 sentyabr 1896[…]) – Fizo eksperimentində işığın sürətini ölçməklə məşhur olan fransız fizik. == Həyatı == XIX əsr fransız fiziki, Fransız və İngiltərə Elmlər Akademiyasının üzvü Hippolit Fizo 23 sentyabr 1819-cu ildə Parisdə tibb professoru ailəsində anadan olub. Onun tədqiqatı işi fotoqrafiya proseslərinin təkmilləşdirilməsi ilə bağlı idi. Fransua Araqonun təkliflərindən sonra Leon Fuko və Fizo işıq və istiliyin interferensiyası ilə bağlı bir sıra araşdırmalarda əməkdaşlıq etdilər. 1848-ci ildə elektromaqnit dalğalarının qırmızı yerdəyişməsini proqnozlaşdırdı. 1849-cu ildə Fizo işığın sürətini Ole Römerin 1676-cı ildə müəyyən etdiyi əvvəlki qiymətindən daha yaxşı dəqiqliklə hesabladı. O, 8 kilometr uzaqlıqdakı güzgüdən əks olunan işıq şüasından istifadə etmişdi. Şüa sürətlə fırlanan çarxın dişləri arasındakı boşluqlardan keçirdi. Qayıdan işıq növbəti boşluqdan keçənə və görünənə qədər çarxın sürəti artırıldı.
ISO 14000
ISO 14000 təşkilatların fəaliyyətlərinin (proseslərinin və s.) ətraf mühitə mənfi təsir göstərməsini (yəni hava, su və ya torpaqda mənfi dəyişikliklərə səbəb olur) minimuma endirməsinə kömək etmək ;qüvvədə olan qanunlara, qaydalara və ətraf mühitə yönəlmiş digər tələblərə əməl etmək; və yuxarıdakıları davamlı inkişaf etdirmək üçün mövcud olan ətraf mühitin menecmenti ilə əlaqəli standartlar ailəsidir . ISO 14000 ISO 9000 keyfiyyət standartına bənzəyir, hər ikisi də məhsulun özündən çox, bir məhsulun necə istehsal edildiyi prosesinə aiddir. ISO 9001-də olduğu kimi sertifikatlaşdırma birbaşa ISO tərəfindən verilmək əvəzinə üçüncü tərəf təşkilatlar tərəfindən həyata keçirilir. ISO 14001 tələbləri Avropa Birliyinin Eko-İdarəetmə və Audit Sxeminin (EMAS) ayrılmaz hissəsidir. EMAS-ın quruluşu və materialı, əsasən performansın yaxşılaşdırılması, qanuna uyğunluq və hesabat vəzifələri ilə əlaqəli daha tələbkardır. ISO 14001-in mövcud versiyası 2015-ci ilin sentyabrında yayımlanan ISO 14001: 2015-dir. == Ətraf mühitin idarəedilməsi sistemlərinin qısa tarixi == Mart 1992-ci ildə BSI Qrup ətraf mühitin qorunması ilə bağlı artan narahatlıqlara cavab olaraq dünyanın ilk ətraf mühit idarəetmə sistemləri standartı olan BS 7750-i yayımladı. Bundan əvvəl ətraf mühitin idarə edilməsi Responsible Care kimi daha böyük sistemlərin bir hissəsi idi. 1996-cı ildə BS 7750, bütün dünyada ISO komitələrinin təmsilçiliyi olan ISO 14000 seriyasının üçün şablon təqdim etmişdir. [5] [6] 2017-ci ildən etibarən 171 ölkədə 30000-dən çox ISO 14001 sertifikatına rast gəlmək mümkündür.
ISO 15924
ISO 15924, Şrift adlarının təsviri üçün istifadə edilməsi nəzərdə tutulmuş xüsusi kodlar olub, bir neçə yazı sistemi üçün ikili qrup kodu və yaxud da ikiqat qrup kodu adlandırılan xüsusi kod qrupunu müəyyənləşdirmişdir. Hər şrift üçün xüsusi olaraq nəzərdə tutulmuş olan dörd hərfli bir kod və eyni zamanda da rəqəmsal kod verilir. Hər nə qədər də təbii dillər üçün kodları müəyyən edən ISO 639, veb brauzerlərin xarici mətnlər üçün hansı şriftdən istifadə etməli olduğunu müəyyənləşdirmək HTML və XML adlı xüsusi kod qruplarından istifadə edilsə də, ISO 15924 hal-hazırda bu məqsədlər üçün işarələmə dillərində istifadə edilmir.
ISO 3166
İSO 3166 Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən nəşr olunan bir standartdır və bu ölkələrin, asılı ərazilərin, coğrafi mərazi sahələrinin və onların əsas inzibati-ərazi vahidlərinin (məs., əyalət və ya federal dövlətlər) adları üçün kodları müəyyən edir. Standartın rəsmi adları Ölkələrin və onların inzibati-ərazi vahidi adlarının təmsil olunması üçün kodlardır. == Hissələr == Üç hissədən ibarətdir: İSO 3166-1 Ölkələrin və onların inzibati-ərazi vahidi adlarının təmsil olunması üçün kodlar - Hissə 1: Ölkə kodları ölkələrin, asılı ərazilərin və coğrafi maraq dairələrinin adlarını kodlar müəyyənləşdirir. Ölkə kodlarının üç dəstini müəyyənləşdirir: İSO 3166-1 alfa-2 - üçünün ən çox istifadə olunduğu və İnternet ölkələrinin kodları (bəzi istisnalarla) üst səviyyəli domenlər üçün ən nəzərəçarpan şəkildə istifadə olunan iki hərfli ölkə kodları. İSO 3166-1 alfa-3 üç hərfli ölkə kodlarıdır və ölkə kodları və adlar arasında alfa-2 kodlarından daha yaxşı bir vizual əlaqə təmin edir. İSO 3166-1 rəqəmli kod skriptlərdən (yazı sistemlərindən) müstəqil olmağın üstünlüyü ilə Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi tərəfindən hazırlanan və saxlanılanlarla eyniləşdirilən üç rəqəmli ölkə kodlarıdır və buna görə də Latın yazısı olmayan yazılardan istifadə edən insanlar və ya sistemlər üçün faydalıdır. İSO 3166-2 Ölkələrin və onların inzibati-ərazi vahidləri adlarının təmsil olunması kodları - Hissə 2: Ölkənin inzibati-ərazi kodu İSO 3166-1-da kodlanmış bütün ölkələrin əsas bölmələrinin (məsələn, əyalətlər, dövlətlər, idarələr, bölgələr) adlarının kodlarını müəyyənləşdirir. İSO 3166-3 Ölkələrin adlarını və onların inzibati-ərazi vahidlərinin təmsil olunması kodlar - Hissə 3: Əvvəllər istifadə edilmiş ölkələrin adları üçün kod 1974-cü ildə ilk nəşrindən bəri İSO 3166-1-dən silinmiş ölkə adlarının kodlarını təyin edir. == Buraxılış == İSO 3166-nın 1974-cü ildə yalnız əlifba sırası ilə daxil edilmiş ölkə kodları daxil edilmiş ilk tirajı nəşr edilmişdir. 1981-ci ildə nəşr olunan ikinci tirajda 1988 və 1993-cü illərdə müvafiq olaraq üçüncü və dördüncü tirajları ilə rəqəmsal ölkə kodları da yer aldı.
ISO 4217
ISO 4217 — valyutaların kodunu müəyyənləşdirən beynəlxalq ISO standartıdır. ISO 4217 Beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən 1978-ci ildə təsis edilmişdir. Bu kodlar dünyada bank və biznes əməliyyatları üçün istifadə olunur. == Valyutalar üçün kod == Milli valyutalar üçün kod ISO 3166-1 alpha-2 görə ölkənin iki hərfli işarəsindən və valyuta adının bir hərfindən ibarətdir. X ilə başlayan kodların digər aktivləri var, məsələn dəyərli metallar ( qızıl, gümüş), millətlərarası valyutalar. Qeyri-monetar əməlyatlar üçün mövcud olan kod — XXX kodudur. Hərflərdən ibarət olan kodlardan başqa, rəqəmlərdən ibarət olan kodlarda mövcuddur.
ISO 639
ISO 639 — dil adlarının iki ya da üç hərfdən oluşan qısaltmalarla göstəriləbilməsi məqasədilə ISO tərəfindən seçilmiş beynəlxalq kod sistemi ISO 639 fərqli bölümlərdən ibarətdir. ISO 639–1 və ISO 639–2 deyə adlandırılan ilk iki bölüm ISO tərəfindən rəsmən qəbul edilən standartlardandır. ISO 639–3 isə hələlik hazırlıq hissəsindədir, ancaq Etnologue Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine kimi bəzi quruluşlarca istifadə edilməyə başlanılmışdır. ISO 639–1: 2002 Dil Adlarını Göstərən Qısaltmalar—Bölüm 1: Alpha-2 kodu: ISO 639–1 Kod siyahısı ISO 639–2: 1998 Dil Adlarını Göstərən Qısaltmalar—Bölüm 2: Alpha-3 kodu: ISO 639–2 Kod siyahısı ISO/FDIS 639–3: 2006? Dil Adlarını Göstərən Qısaltmalar—Bölüm 3: Alpha-3 kodu: Genişlətilmiş ISO 639–3 Kod siyahısı ISO/CD 639–4: 2007? Dil Adlarını Göstərən Qısaltmalar—Bölüm 4: Dil Adlarını Kodlama İlkələri və Uyqulama qılavuzu ISO/DIS 639–5: 2007? Dil Adlarını Göstərən Qısaltmalar—Bölüm 5: Alpha-3 kodu: Dil Ailələri və Qrupları ISO/CD 639–6: 2007?
ISO sertifikatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
Kanako İto
Kaori İço
Kaori İço (yap. 伊調 馨 , 13 iyun 1984-cü il) — yaponiyalı qadın sərbəst güləşçisi. == Karyerası == === 2002–2004 === Kaori İço beynəlxalq səviyyədə birinci yarışına 2002-ci ildə Cənubi Koreyanın Busan şəhərinin ev sahibliyində baş tutan XIV Asiya Oyunları çərçivəsində qatıldı. Kaori İço qrup mərhələsinin 1-ci turunda Türkmənistan nümayəndəsi Osana Kohorinanı 7:0, 2-ci turunda Çin Taybeyi nümayəndəsi Çuanq Şu-Fanqı 8:0, 3-cü turunda isə Cənubi Koreya nümayəndəsi Hanq Jin-Younqu 5:0 hesabı ilə məğlub etdi və Asiya Oyunlarının final görüşünə vəsiqə qazandı. Final görüşündə o, Çin nümayəndəsi Xu Haiyan ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kaori İço Xu Haiyana 5:6 hesabı ilə məğlub oldu və XIV Asiya Oyunlarının gümüş medalına sahib oldu.
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İvo Lapenna
İvo Lapenna (5 noyabr 1909, Split – 15 dekabr 1987, Kopenhagen) — Yuqoslaviya hüquq professoru. Esperanto təbliğatçısı, 1964-1974-cü illərdə Dünya Esperanto Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır. Esperantoda natiq, bir neçə kitabın müəllifi və UNESCO-nun Esperanto dilini tanıdığı 1954-cü il Montevideo Qətnaməsinin həmmüəllifi kimi tanınır. Lapenna Xorvatiyanın Split şəhərində (sonralar Avstriya-Macarıstan) anadan olub. 1933-cü ildə Zaqrebdə fəlsəfə doktoru, 1947-ci ildə Zaqreb Universitetində, sonra isə Londonda professor olur. 1949-cu ildə Yuqoslaviyanı tərk edərək Parisdə, 1951-ci ildən Böyük Britaniyada yaşayıb. 1962-ci ildə Böyük Britaniya vətəndaşı olur. İvo Lapenna 1987-ci ildə dəfn olunduğu Kopenhagendə vəfat edir. İvo Lapenna üç dəfə evlənir. Birinci həyat yoldaşı Emilija Lapenna, ikincisi Luba Lapenna, üçüncüsü Birthe Lapennadır (1986-cı ildən).
İvo Qrbiç
İvo Qrbiç (18 yanvar 1996, Split) — İspaniya La Liqasında çıxış edən Atletiko Madridin və Xorvatiya millisinin qapıçısı. 20 avqust 2020-ci ildə Qrbiç Atletiko Madrid ilə əlavə bonuslar və növbəti transferin faizi daxil olmaqla 3,5 milyon avro dəyərində dörd illik müqavilə imzaladı. Bununla da o ilk dəfə legioner futbolçu oldun. O, dekabrın 16-da İspaniya Kubokunda Cardassar ilə matçda debüt edib. Matç Atletiko Madridin 3–0 hesablı qələbəsi ilə başa çatıb. "Atletiko" ilə La Liqada 2020-21 mövsümündə çempion olduqdan sonra oyun təcrübəsi qazanmaq üçün Liqa-1'də 2020-21 mövsümünün çempionu olan "Lill"ə icarəyə verildi. "Lill"də ilk matçına 21 avqust 2021-ci ildə keçirilən "Lill"-"Sent-Etyen" matçında çıxıb. Matç 1-1 hesablı bərabərliklə başa çatıb. O , Çempionlar Liqasında debütünü sentyabrın 14-də VfL Wolfsburg ilə matçda edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Masatoşi İto
Masatoşi İto (伊藤 雅俊, İto Masatoşi, 30 aprel 1924, Tokio – 10 mart 2023) – Yaponiya biznesmeni. ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyada tanıtmış və bir çox filialını açdıraraq Yaponiyada öz pərakəndə satış imperiyasını qurmuşdur. "Seven & I" pərakəndə satış şirkətinin qurucusudur. == İlk illəri == Masatoşi İto 30 aprel 1924-cü ildə Yaponiyanın Tokio şəhərində Senzo və Yuki İto cütlüyünün ailəsində doğulmuşdur. Ailəsi "Yokado" adlı quru mallar dükkanı işlədirdi. 1944-cü ildə liseydən məzun olduqdan sonra qısa müddət Yaponiya ordusunda xidmət göstərmişdir. Daha sonra "Yokado"ya qoşulmuş, 1956-cı ildə böyük qardaşının ölümündən sonra mağazanın sahibi olmuşdur. == Karyerası == 1958-ci ildə "Ito-Yokado" mağazalar şəbəkəsini qurmuşdur. 1961-ci ildə ABŞ-yə səyahət etmiş və Amerikanın istehlak mədəniyyətindən təsirlənmişdir. ABŞ-yə mütəmadi ziyarətlər etməyə davam etmişdir.
Maymayzu-ido
Maymayzu-ido (まいまいず井戸, hərf. "ilbiz su quyusu") – Yaponiyanın Musaşino regionuna xas olan qədim su quyusu növü. Bu su quyuları spiral formasında qazıldığı üçün bu cür adlanmışdır. Bənzər struktura İzu adalarında da təsadüf edilmişdir. == Xüsusiyyətlər == "Maymayzu-ido" yapon dilinin Tama dialektindən tərcümədə "ilbiz su quyusu" deməkdir. Bu cür adlanmasının səbəbi quyunun spiral formasında qazılması və yuxarıdan ilbiz qabığına oxşamasıdır. Musaşino platosunun gilli toprağında şaquli formada quyu qazmaq topraq sürüşməsi təhlükəsinə səbəb olduğu üçün su quyuları spiral formasında qazılırdı. Maymayzu-idolar orta əsrlərdə Tokio və ətraf ərazilərin əsas içməli su mənbələrindən biri olmuşdur. Maymayzu-quyusu qazmaq üçün əvvəlcə yumşaq gil təbəqələrini dəf edərək spiral çuxur qazmaq və aşağıya uzanan cığır yaratmaq lazım idi. Bundan sonra ən dib nöqtədə suyu çıxarmaq üçün şaquli quyu qazılırdı. Prosesin çətinliyi səbəbilə orta əsrlərin əvvəllərində yaranmış "çətin qazılan quyu" (ほりかねの井, horikane-no-i) ifadəsi Musaşino regionu ilə əlaqələndirilən epitet olmuşdur.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
ИХР-388 aşqarı
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.