İZMEHLAL
İZNNAMƏ
OBASTAN VİKİ
Vyo-d'İznav
Vyö-d'İznav (fr. Vieu-d’Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01441. 2010-ci ildə əhalinin sayı 693 nəfər təşkil edirdi.
İznav
İznav (fr. Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01191. 2010-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi.
İznik
İznik — Bursanın ilçəsi. İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
İznik gölü
İznik gölü — Bursada yerləşən göl. Təqribən 32 km uzunluğunda və 10 km enindədir. Maksimum dərinliyi 80 metrdir. İznik şəhəri (tarixi adı Nikeadır) gölün şərq ucunda yerləşir. 1989-cu ildə mühafizəsiz statusunda olan göl "Beynəlxalq quş həyatı" (BirdLife International) təşkilatı tərəfindən istirahət mərkəzi olan İznikin inkişafı və ciddi çirklənmə ilə təhdid edilən su quşları üçün mühüm ərazi kimi elan edildi. 2014-cü ildə Bursa Böyükşəhər Bələdiyyəsi gölün havadan şəkillərinini çəkib. Fotolarda İznik sahillərində su altında qalan tarixi xarabalıqlar diqqət çəkmişdir. Bazilikanın tapılmasında suların çəkilməsi və soyuq havada planktonun azlığı mühüm rol oynamışdır.
İznik qalası
İznik qalası — Türkiyənin Bursailinin İznik ilçəsində yerləşən C. İbrahim Paşa küçəsi üzərində yerləşir. Tarixi tikilinin yerləşdiyi yerin dəniz səviyyəsindən hündürlüyü təxminən 102 metrdir. Roma imperiyası dövründən qalmışdır. Bursa İznik gölünə yaxındır və 310-ci ildə Filippin oğlu Antignius tərəfindən inşasına başlamışdır. 330-ci ildə qala, düşmən hücumlarına mane olmuşdur. Qala Bizans dövründə mühüm təmirlər keçirmişdir. Tikildiyində təxminən 3000 metr olan qala ətrafı, təmirdən sonra təxminən 4500 metr olmuştur. Qala Divarların hündürlüyü isə təxminən 10-13 metrdir. Qalada olan 114 dairəvi bürclər qala divarlar gücləndirmək üçün mövcuddur. İznik qalasının ən diqqətçəkən tərəfi isə İstanbul qapısı və Lefke qapısında yerləşən İ.Ö. III əsrə aid olduğu irəli sürülən və bir müharibə təsvir edildiyi relyeflidir.
İznik saxsısı
İznik saxsısı ilk olaraq XV əsrdə ortaya çıxmışdır. O dövrdə hazırlanan Bursa Yaşıl Məscidində və Türbəsində (1421), Bursa Muradiyə Məscidində (1426) ilk nümunələrinə rast gəlinir. XVI əsrdə isə Osmanlı Dövlətinin güclənməsi və yeni formaların ortaya çıxması ilə İznik saxsısı ən möhtəşəm günlərini yaşadı. Bu dövrdə tikilən Süleymaniyyə Məscidində və Səlimiyə kimi əsərlərdə İznik saxsıları ilə müxtəlif bəzəmələr edilmişdir. XVII əsrdə isə İznik Saxsısı itməyə başlamış və XVIII əsrin əvvəllərində tamamilə məhv olmuşdur. 300 il aradan sonra 1985-ci ildə Faiq Krımlı Usta, İstanbuldan İznikə gələrək Əşrəf Əroğlu və xanımı Seyhan Ağayeva ilə birlikdə bir sex qurmuşdur. İznik saxsıları burada təkrar istehsal edilməyə başlanmışdır. XV və XVI əsrlərdə Osmanlı Türk Mədəniyyət Sənətinin zirvələrindən biri olan İznik saxsısını məscidlərdə, evlərdə, Türk və dünya muzeylərində mövcud nümunələri hələ də heyranlıqla izlənir. Naxışlarının quruluşu: İznik saxsısı müxtəlif formalarda olduğundan (boşqab, fincan və s), əvvəlcədən uyğun naxış bu görüləcək işə görə müəyyən olunur. Naxış iynələmə: Hazırlanacaq naxış kağız üzərində cizgilər iynə ilə deşilir.
Ayasofiya (İznik)
Ayasofiya (hərf. Müqəddəs hikmət; q.yun. Ἁγία Σοφία, Hagía Sophía; türk. Ayasofya) — Türkiyənin Bursa vilayətinin İznik şəhərində Bizans dövrünə aid bazilika kilsəsi. Osmanlı fəthindən sonra Orxan məscidinə (Orhan Camii) çevrilmiş, 1935-ci ildə muzey olmuşdur. Kilsə indi yenidən məscid olaraq xidmətdədir. İznik şəhərinin mərkəzində, köhnə divarlı ərazidə yerləşir. == Tarixi == Ərazidə tikilmiş ilk kilsə IV əsrə aid edilir. Daha sonra kilsə VI əsrin ortalarında imperator I Yustinianın himayəsi altında yenidən tikilmişdir. Kilsə 787-ci ildə Bizans ikonoborçuluğunun birinci dövrünü rəsmi olaraq sona çatdıran İkinci Nikeya Şurasına ev sahibliyi etmişdir. Yustinian dövrünə aid kilsə XI əsrdə zəlzələ nəticəsində dağıdılmış və indiki tikili təxminən 1065-ci ildə köhnəsinin xarabalıqları üzərində ucaldılmışdır.

Значение слова в других словарях