Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IKEA
IKEA — evlər və ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan İsveç şirkətidir. 17 yaşındakı Ingvar Kamprad tərəfindən 1943-cü ildə İsveçdə qurulan IKEA, 2008-ci ildən bəri dünyanın ən böyük mebel satıcısıdır. Bloomberq milyarderlər indeksinin məlumatlarına əsasən İngvar Kamprad 58.7 mlrd dollar sərvəti ilə dünyada ən zəngin 8-ci adam idi (2018 Yanvar) == Tarixi == İKEA adı bir akronim olub təsisçinin adı (İnqvar Kamprad), onun doğulduğu fermanın(Elmtarid) və yaxınlıqdakı kiçik kəndin(Aqunnyarid)adından götürülüb 1943-cü ildə İnqvar Kamprad poçt sifarişi ilə satış biznesi olaraq IKEA-nı qurdu və beş ildən sonra mebel satmağa başladı. İlk mağaza 1958-ci ildə Smoland əyalətinin Elmhult şəhərində Möbel-IKÉA (Möbel isveçcə "mebel" deməkdir) adı ilə açılmışdır. İsveçdən kənarda ilk mağazalar Norveçdə (1963) və Danimarkada (1969) açılmışdır. Mağazalar 1970-ci illərdə Avropanın digər hissələrinə yayıldı, ilk mağaza Skandinaviyadan kənarda İsveçrədə (1973), ardınca Qərbi Almaniyada (1974) açıldı.
Ləqəbi "İKA"dır
Ləqəbi "İKA"dır — 1997-ci il Azərbaycan istehsalı dram janrında film. == Məzmun == Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953–1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. == Film haqqında == Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir. Filmdə sənədli kadrlardan istifadə edilmişdir. Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı. Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər. Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər. "Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi.
Ləqəbi "İKA"dır (1997)
Ləqəbi "İKA"dır (film, 1997)
Akaa
Akaa — Finlandiyada şəhər.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
IATA
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
IDEA
IDEA və ya tam adı: "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi — Azərbaycanda ictimai birlik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. "Azərbaycanın 9 möcüzəsi" Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı 2014-cü ilin may ayının 12-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap edilmişdir. Marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib. Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir. Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də "IDEA"nın loqosu təsvir olunmuşdur.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
İKDP
İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır. 1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu. Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı. Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb.
İcma
İcma (Ərəbcə: إجماع) — bir İslam hüququ termini. İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz. İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik.
İkeca
İkeca (ing. Ikeja; yor. Ikeja) — Nigeriyanın Laqos ştatının paytaxtı. İkeca sözü Ikorodu and Epe Joint Administration (ing. İkorodu və Epe Bitişik İdarəsi) ifadənin abbriveaturasıdır. İkecada Otiqba adı altında tanınan kompüter bazarı var. O, öz fəaliyyətini 1997-ci ildə başlayıb. O vaxt, bu bazarda cəmi 10 dükkan işləyirdi. Bu gün isə, ordaki dükkanların sayı 3000-dən artıqdır. Onların çoxu, yerin adına uyğun olaraq, komyuter satışı və təmiri ilə məşquldur.
İkema
İkema (yap. 池間島) — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. Adanın sahəsi 2,8 km² təşkil edir. 2002-ci il məlumatına görə adada 801 nəfər yaşayır. Əhali İkema qədəbəsində cəmləşmişdir. İkema adası əsasən düzənlik relyefə malikdir. Ən hündür nöqtəsi 28 metr təşkil edir. Miyakocima adası ilə körpü ilə biləşir. Əsasən avtomobil nəqliyyatı ilə əlaqə yaradılır.
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
İmta
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
İmza
İmza ya da Qol; bir adamın şəxsi yazılı işarətidir. Saxtalaşdırılmaya dözümlü. Təkrarlanmayan. İdentifikasiyalı (imza adətən adı, soyadı və ya insanın təxəllüsünü xatırladır). Yazılışın tezliyi. Rəsm və ya digər sənət əsərindəki imza həmişə sənətin qiymətləndirilməsində mühüm element olub. Saxta imzalar bəzən rəsmin dəyərini artırmaq üçün əlavə edilir və ya onun orijinallığını dəstəkləmək üçün saxta rəsmə əlavə olunur. Bədnam hadisə, sənət saxtakarı Han van Meegeren tərəfindən hazırlanmış saxta "Emmausda şam yeməyi" üzərində Yohannes Vermeerin imzası idi. Lakin rəssamların imzalarının zamanla tez-tez dəyişməsi (xüsusən də pre-modern və modern dövrlərdə) məsələni çətinləşdirə bilər. Bəzi rəssamlar imzalarını saxtakarlığın qarşısına keçmək üçün sənətvari formada yaradırlar.
İqta
İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi. 9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı yığması, hüququ verilmirdisə, indi isə doğrudan da tam hüququlu mülkiyətlər yaranırdı, dövlət nümayəndələrinin müdaxiləsindən tamamilə müdafiə olunmuş. Onlardan ancaq mərkəzi hakimiyətə ödənilirdi. Belə növ iqta 10-cu əsr ərzində Xilafətin mərkəzi əyalətlərində adi hala çevrildi, sonralar muqta sinfinin güclənməsi,Avropa kommendasiyalarına oxşar, güclülərin zəiflərə himayəsi kimi(lakin bu klassik anlamda feodal nərdivanı deyildi) təlciyə və himayə yarandı. Öz Samirrə ətrafındaki nüvəsindən və İraq Savadından türklərin iqtası bütün Qərbi İraqa və Qərbi İrana yayıldı, belə ki 11-ci əsrdə artıq buraların emal olunana torpaqlarının böyük hissəsi, mərkəzi hakimiyətdən özgələşdirilən iqtalar təşkil edirdi, hərçənd ki, xüsusi torpaqlar -mülk də vardı.
Əkka
Əkka (ivr. ‏עכו‏‎, ərəb. عكا‎), Akra, Sen-Jen d’Akr (Avropa dillərində: Acre, St. Jean d’Acre) — İsrailin qərb sahilində olan önəmli bir şəhər. Bugün İsrail dövləti sərhəd-sınırları içində yer alan Əkka şəhəri, Hayfa körfəzinin (qədimdən Əkka körfəzi) şimalında ehtimalən miladdan öncə III minil içində qurulmuşdur. Cənubunda olan Hayfaya 15 km. uzaqlıqdadır. Əhd-i Ətiqdə Akko adıyla keçən şəhərə Qədim Misirlilər kr, yunanlar Ptolemais, Fransızlar Acre adını vermişdilər. Əkka Xəlifə Ömər zamanında 636-cı ildə Şürahbil ibn Həsənə tərəfindən fəth edildi. Daha sonra Bizanslılarla aparılan savaşlar sırasında xaraba qoyuldusa da Xəlifə Müaviyə zamanında yenidən inşa edildi.
İkon
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
İks2
İks-adamlar 2 (ing. X-Men 2) və ya X2: Birləşmiş İks-adamlar (ing. X2: X-Men United) — 2003-cü ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Maykl Doqerti, Den Harris və Devid Hayterə aid olan və rejissorluğunu Brayan Sinqerin etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Rebekka Romeyn, Brayan Koks, Alan Kamminq, Brüs Devison, Şon Eşmor, Aaron Stenford, Kelli Hu və Anna Pekuin rol almışdır. Filmin məzmunu İks-adamların "Tanrı sevir, İnsan öldürür" romanından əsaslanaraq yazılmışdır. Filmdə İks-adamlar və onların düşmənləri olan Mutant qardaşlığı mutantlara qarşı soyqırım hazırlamağa çalışan Polkovnik Uilyam Straykerə qarşı birləşirlər. "İks-adamlar 2" filminin çəkilişinin hazırlıqları birinci filmdən dərhal sonra başlamışdır. Devid Hayter və Zak Pen filmin süjet xətti üçün iki fərqli hekayə yazıb onların əsas hissələrini birləşdirmişdirlər. Maykl Doqerti və Den Harris ssenaridə müəyyən dəyişiklər etmişdirlər. Filmdə Vəhşi, Mələk, Keşikçilər və Təhlükəli otağının da yer alacağı düşünülsə də, daha sonra büdcəyə görə bu plan ləğv edilmişdir.
Illa
Callicarpa (lat. Callicarpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
E-imza
Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər. Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Elektron imza
Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər. Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Gizli imza
Gizli imza — müəllifin bilərəkdən gizlədilməsi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında xüsusilə geniş istifadə olunmuşdur. Açıq imza ilə çıxış etməyin çətin olduğu bu dövrdə ciddi, ictimai xarakterli yazıları gizli imza ilə dərc etdirmək daha münasib idi. Gizli imza ilə verilən əsərlərdə və müxbir məktublarında çarizm, hökumət məmurları, yerli hakimlər, mürtəce ruhanilər gülüş və satira hədəfinə çevrilirdi. Əsasən, satirik jurnallarda gizli imzalardan geniş istifadə olunmuşdur. Məsələn, 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi "qanuni" bir şəkilə saldı. Doğrudur, bu, daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Çünki bir müəllifin üç-dörd yazısı dərc edildikdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin" jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
IntelliJ IDEA
IntelliJ IDEA JetBrains tərəfindən yaradılan Java IDEdir. Google tərəfindən Android Studio IntelliJ Community Edition üzərdə yaradılıbdır.IntelliJ ilk versiyası 2001-ci ildə istifadəyə verilibdir. İntelliJ 12.1 versiyası Java 8, Scala, Play framework və s dəstəkləyir.