İMA

İMA’

ə. him-cimlə bildirmə, işarə ilə anlatma // qaş-göz etmə, him-cim.

İLTİZAZ
İMAD
OBASTAN VİKİ
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
Elnur İmamverdiyev
Eloy İmaniraquya
Eloy İmaniraquya (1 yanvar 1995) — Ruandalı üzgüçü. Eloy İmaniraquya Ruandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Eloy İmaniraquya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.43 saniyəlik nəticəsi ilə 68-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Elvin İmaməliyev
Elçin İmanov
İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor. == Həyatı == Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C. Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb.
Elçin İmanov (aktyor)
Elçin İmanov (Şəhid)
Emil İmanov
Emil İmanov (7 yanvar 1983, Sumqayıt) — Azərbaycan alimi, implantoloq ağız cərrahı, baş həkim, beynəlxalq stomatoloji nəşriyyat "Quintessenz"in Azərbaycan bölməsinin ("Quintessenz-az" jurnalının) baş redaktoru. Azərbaycanda stomatoloji implantologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. == Həyatı == Emil İmanov 7 yanvar 1983-cü ildə Sumqayıtda anadan olmuşdur. 1989-cu ildə 14 saylı orta məktəbə daxil olub və 1999-cu ildə bu məktəbi bitirdikdən sonra həmin ildə AzərbaycanTibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. 2004-cü illərdə məzun olduqdan sonra 2005–2006-cı illərdə Avstriyanın tələbə mübadilə proqramı (ÖAD) ilə təqaüd qazanaraq Avstriyanın Qraz Tibb Universitetində üz-çənə cərrahiyəsi və implantologiya üzrə ixtisaslaşma keçmişdir. 2009–2011 ci illərdə Finlandiyada və Almanyanın Freiburg, Erlangen, Ulm, Nürmberq şəhərlərinin tibb universitetlərində və özəl klinikalarında implantalogiya ixtisası üzrə qısa müddətli kurslar keçmişdir. 2012–2014 illərdə Almaniyanın İohann Volfqanq Göte adına Frankfurt Universitetində Oral İmplantologiya üzrə Master təhsili almışdır. Ailəlidir. Üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006–2011-ci illərdə Sumqayıt şəhər 2 saylı xəstəxanada üz-çənə cərrahı ixtisası üzrə işləmişdir.
Emin İmaməliyev
Emin İmaməliyev — Azərbaycan futbolçusu.
Fatma İmamquliyeva
Fatma Məhərrəm qızı İmamquliyeva (15 iyun 1926, Kənd Şahbuz, Naxçıvan MSSR – 29 iyul 2002, Kənd Şahbuz, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Fatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.
Fatma İmamquluyeva
Fatma Məhərrəm qızı İmamquliyeva (15 iyun 1926, Kənd Şahbuz, Naxçıvan MSSR – 29 iyul 2002, Kənd Şahbuz, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Fatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.
Fərda İmanov
Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002). == Qısa bioqrafik məlumat == Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta mək­təb­ oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. == Elmi fəaliyyəti == Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.
Fərman İmamquliyev
Fərman Həsənqulu oğlu İmamquliyev (23 fevral 1926, Gəncə – 12 noyabr 1996, Gəncə) — əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Gəncə şəhərinin baş memarı, Nizami məqbərəsinin müəllifi. == Həyatı == Fərman İmamquliyev 1926-cı il fevral ayının 23-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Atası, Həsənqulu İmamquliyev, şəhər idarələrində mühasib işləmişdir. 1943-cü ildə Gəncə şəhər 3 nömrəli Beynəlmiləl orta məktəbini bitirmişdir. Həmin ildə Tbilisi Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə daxil olmuş, 1944-cü ildə memarlıq sənətinə böyük həvəsi nəzərə alınaraq, köçürmə yolu ilə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə keçmiş, təhsilini burada davam etdirmişdi. 1946-cı ildə (II kurs tələbəsi olarkən) "Sumqayıt şəhərinin giriş darvazası" adlı müsabiqədə 3-cü yer tutmuşdur. == Faəliyyəti == 1951-ci ildə Gəncə şəhərinin baş memarı təyin olunmuşdur. Şəhərin baş planına əsasən, Yeni Gəncə, Gülüstan, Mahrasa bağı və digər qəsəbələrin layihə müəllifidir. Həmçinin, Gəncə şəhərində Şimali-Şərq (Alüminium zavodu) və Qərb (Maşınqayırma, Çini qablar, Sənaye-Rabitə müəssisələri, Billur zavodu və Qənnadı fabriki) sənaye qovşaqlarının yaranmasında yaxından iştirak etmişdir. Hacı Vaqifin türbəsi, Univermaq, Xatirə parkının (indiki Heydər Əliyev parkı) salınması, şəhərdə ağ su bulaqlarının tikilməsi, "Mirzə Şəfi Vazeh", "Füzuli", "Fərhad" heykəlləri və digər layihələr Fərman İmamquliyevin müəllifliyi əsasında yaradılmışdır.
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var == Mükafatları == 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.
Gülzar İmaməliyeva
Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. == Həyatı == İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Hilal İmanzadə
Hiroci İmamura
Hiroci İmamura (d. 27 aprel 1949) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hüseyn İmadulküttab
Mirzə Məhəmmədhüseyn Seyfi (1868, Qəzvin – 1935, Tehran) — İran Məşrutə hərəkatının və Mücazat təşkilatının üzvü, xəttat. == Həyatı == Mirzə Məhəmmədhüseyn Seyfi 1868-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ustad yanında xəttatlığı öyrənmişdi. Mirzə Məhəmmədhüseyn Seyfi nəstəliq xəttinin ustadı idi. O, məşhur "Şahnamə"ni, Nəsrəddin Tusinin "Övsafül-əşraf"ını öz xəttilə köçürmüşdü. İmadülküttab ləqəbini daşıyırdı. Mirzə Məhəmmədhüseyn Seyfi Məşrutə hərəkatına qoşulmuşdu. Mirzə Məhəmmədhüseyn Seyfi 1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin və Əsədulla xan Əbülfətzadənin təşkilatçılığı ilə Tehranda yaranmış "Komiteyi-Mücazat" (Cəza komitəsi" daxil olmuşdu.
Hüseyn İmamzadəsi (Qəzvin)
Hüseyn İmamzadəsi — Qəzvində yerləşən və VIII şiə imamı Rzanın oğlu İmamzadə Hüseynin məzarı üzərində Səfəvi hökmdarı I Təhmasibin XVI əsrin ortalarında tikdirdiyi məsciddir. Məscid, türbə və ya məzar kompleksi tikildiyi zamandan ziyarət yeri kimi fəaliyyət göstərmişdir. == Tarixi == Məscidin və ya türbənin adı VIII imam Rzanın oğlunun adından götürülmüşdür. O, 821-ci ildə atası Xorasana keçərkən Qəzvində ikən vəfat etmiş və burada dəfn edilmişdir. Vəfat edən zaman o, iki yaşında olmuşdur. Burada həmçinin Səfəvi sülaləsindən olan şəxslər də dəfn edilmişdir. I Təhmasibin paytaxtlarından biri də bu şəhərdə yerləşirdi və buradakı məscid də onun tərəfindən tikilmişdir. Daha sonra onun qızı olan Zeynəb Bəyim 1630-cu ildə buranı daha da genişləndirmiş və təmir etdirmişdir. Bu, məscidin üzərində yerləşən kirəmitdə də qeyd edilmişdir. == Memarlığı == Türbə öz divarlı bağçası, bitki cərgələri, kiçik eyvanları, taxçaları, qəbir daşları və qiymətli mavi və krem rəngli kafel bəzəkləri ilə bahalı materiallarla hazırlanmış saray kompleksini xatırladır.
Həmid Quliyev İmamqulu oğlu
Həmid İmamqulu oğlu Quliyev (12/12/1928 - 04/26/2007) — Azərbaycan SSR əməkdar meşəşünası (1981), Oktyabr inqilabı ordeni sahibi (1971). == Həyatı == Həmid İmamqulu oğlu Quliyev 12 dekabr 1928-ci ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. Atasını erkən itirib: İmamqulu Quliyev 1943-cü ildə II Dünya Müharibəsində həlak olmusdur. Orta məktəbi bitirdikdən sonra Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmusdur. 1950-ci ildə texnikumda təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə Təsərrüfati fakültəsinə imtahansız qəbul edilir. 1955-ci ildə institutu bitirdikdən sonra Kürdəmir, Ağstafa və Tovuz rayonlarında meşə mühəndisliyindən tutmuş direktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən 1993-cü ildə təqaüdə çıxana qədər Tovuz meşə təsərrufatı direktoru vəzifəsində çalışmışdır. Savadlı bir mütəxəssis olaraq, işinin ilk günlərindən etibarən qabaqcıl elmi və texniki nailiyyətlərini tətbiq edir və rəhbərlik etdiyi idarəyə nümunəvi ad verilir. SSRİ Meşəçilik Nazirliyinin kollegiyasının qərarı ilə Tovuz meşə təsərrüfatının təcrübəsini bütün Sovet İttifaqı ərazisində genişləndirmək tövsiyə edilir. Görülmüş işlərə görə H.Quliyev Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Moskvada dissertasiyanı uğurla müdafiə edir.
Həmzə imamzadəsi
Seyid Həmzə türbəsi — Təbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. == Tarixi == Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.
I İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Kazuo İmanişi
Kazuo İmanişi (d. 12 yanvar 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Keyzo İmay
Keyzo İmay (d. 19 noyabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib.

Значение слова в других словарях