İNA

İNA’

ə. qab, qab-qacaq.

İN
İNAB
OBASTAN VİKİ
Tosa-ina
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
İna Deltçeva
İna Delçeva (20 iyul 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. İna Delçeva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İna Delçeva
İna Delçeva (20 iyul 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. İna Delçeva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İna çayı
İna (pol. Ina, alm. Ihna‎) — Odranın sağ qolu olub, şimal-qərbi Polşada çay. Uzunluğu- 129 km olub, hövzəsinin sahəsi 2189 km²-dir. İnsko şəhəri yaxınlığından başlanğıcını götürərək Odra çayına Şeçina yaxınlığında tökülür.
Eleusine inaequalis
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Ernesto İnarkiyev
Ernesto İnarkiyev (rus. Эрнесто Казбекович Инаркиев, 9 dekabr 1985, Oş) — Rusiyalı qrosmeyster (2002), Avropa çempionu (2016). Ernesto Çe Gevaranın şərəfinə adını Ernesto qoyublar. İki dəfə Şahmat Olimpiadasında Qırğızıstanı təmsil edib: 1998-ci ildə ikinci lövhədə 9 oyundan 6.5 xal və 2000-ci ildə 4-cü lövhədə 9/14 xal. 1999-cu ildə Asiya çempionu (16 yaşa qədər) və Qırğızıstan çempionu olmuşdur. 2000-ci ildə Kirsan İlyumjinovun təklifi ilə ailəsiylə birgə Elistaya köçüb və Rusiya Şahmat Federasiyasını təmsil edir. 2001-ci ildə keçirilən Şahmat üzrə Avropa Çempionatında (16 yaşa qədər) birinci yeri tutdu. 2002-ci ildə Vladimirdə keçirilən Rusiya gənclər çempionatının (20 yaşa qədər) 9.5/11 xalla qalib oldu. 2004-cü ildə FİDE Dünya Çempionatında ilk raundda Layner Dominqezə məğlub oldu. 2006-cı ildə 59-cu Rusiya Çempionatının superfinalında 3-cü nəticə göstərib.
Fuşimi İnari məbədi
Fuşimi İnari məbədi (伏見稲荷大社, Fuşimi İnari-tayşa) – Yaponiyanın Kioto prefekturasının Kioto şəhərinin Fuşimi rayonunda yerləşən şintoist məbədi. Kənd təsərrüfatı kamisi olan Uka-no-Mitamaya, eləcə də, insanların sadə ehtiyaclarını qoruyan digər 4 kamiyə həsr olunmuşdur. == Tarix == Məbəd 711-ci ildə Kiotonun cənub-şərqində yerləşən İnari dağında tikilmişdir. 816-cı ildə buddizmin Şinqon sektasının qurucusu olan Kukayın təşəbbüsü ilə məbəd dağın ətəyinə köçürülmüşdür. Kukay hesab edirdi ki, məbədin ilahları yaxınlıqda yerləşən Şinqon məbədi olan To məbədinin qorunmasını təmin edəcəklər. Fuşimi İnari məbədi əsrlər boyunca Yaponiyada ən populyar şintoist məbədlərindən birinə çevrilmişdir. Xüsusilə, siravi şəxslərin tez-tez ziyarət etdiyi məbəd olmuşdur. == Xüsusiyyətləri == Fuşimi İnari məbədi Yaponiyada yerləşən 40.000-dən çox İnari məbədinin mərkəzi məbədi hesab olunur. Naqare-zukuri üslubunda tikilmiş əsas ibadətgahı 1499-cu ilə aid edilir. Məbədin illik festivalı olan İnari festivalı 9 aprel tarixində baş tutur.
Halil İnalcık
Xəlil İnalcık (26 may 1916, Konstantinopol – 25 iyul 2016[…], Ankara)— Krım Tatar əsilli Türk tarixçi. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.. == Həyatı == Balıkesir Müəllim Məktəbini bitirmişdir. 1935-ci ildə Ankara Universiteti Dil, tarix və coğrafya fakültəsi Yeni çağ tarixi ixtisasında bakalavr təhsilinə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı diplom işi hazırlamışdır. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi haqqında dərslər vermiş və sonra 1972-ci ildə Çikaqo Üniversiteti Tarix fakültəsinə "Osmanlı tarixi profesörü" olaraq dəvət edildi. 1973-cü ildə The Ottoman Empire The Classical Age 1300-1600 kitabı nəşr olundu. Ölkə daxilində və xaricində müxtəlif universitetlərdə fəxri doktor ünvanları almışdır. 1993-cü ildə Bilkent Üniversitetinə dəvet edildi və burada Tarix fakültəsini qurdu. Həyatı və tarixçiliyi haqqında Tarihçilerin Kutbu Halil İnalcık Kitabı adlı müsahibələrindən ibarət kitabı 2005-ci ildə nəşr olunmuşdur.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu. Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı.
Kadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Kazım İnanc
Kazım İnanc (türk. Kâzım İnanç; 1880, Diyarbəkir – 21 sentyabr 1938, Ankara) — Türkiyə əsgəri və siyasətçisi. == Həyatı == Hakkı bəyin oğlu idi. 17 yanvar 1900-cu ildə Hərbi Məktəbi bitirdi. 6 dekabr 1902-ci ildə Hərbi Akademiyadan məzun oldu. Kürdəsillidir. == Hərbi fəaliyyəti == 20 mart 1911-ci ildə hərbi təlim keçmək üçün Almaniyaya göndərildi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. 27 iyun 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün Ankaraya gəldi. Türkiyə Böyük Millət Məclisinin nəznində Qərb Cəbhəsi Komandirliyində təhlükəsizlik, ictimai asayiş və işə götürmə fəaliyyətlərini həyata keçirmək üçün təyin edildi.
Koreyalıların batil inancları
Luis İnasiu Lula da Silva
Luis İnasiu Lula da Silva (27 oktyabr 1945[…], Kaetes[d], Pernambuku) — Braziliya prezidenti. == Həyatı == Braziliyada daha əvvəl iki dəfə prezident olmuşdur. 2022-ci il seçkilərində o, Jair Bolsonarunu məğlub etmişdir.
Megaclinium inaequale
Bulbophyllum colubrinum (lat. Bulbophyllum colubrinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum colubrinum növü Tropik Afrikadan Anqolaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum decipiens Schltr. Bulbophyllum imschootianum (Rolfe) De Wild. Bulbophyllum inaequale Rchb.f. Bulbophyllum makakense J.B.Hansen Megaclinium colubrinum Rchb.f. Megaclinium imschootianum Rolfe Megaclinium inaequale Rchb.f. Phyllorchis colubrina (Rchb.
Miconia inanis
Miconia inanis (lat. Miconia inanis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Moskva göz yaşlarına inanmır (film, 1979)
Moskva göz yaşlarına inanmır (rus. Москва слезам не верит) — rejissor Vladimir Menşovun 1979-cu ildə çəkdiyi sovet bədii filmi. 1980-ci ildə SSRİ-dəki kino izləmə üzrə lider (təxminən 90 milyon tamaşaçı). Premyerası 1979-cu ilin sonlarında Moskva "Zvezdniy" kinoteatrında baş tutdu. 11 fevral 1980-ci ildə film ilk dəfə televiziyada nümayiş olundu. 1981-ci ildə "Ən yaxşı xarici dil filmi"" nominasiyası üzrə Oskar mükafatına və SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Neoseiulus inabanus
Neoseiulus inabanus (lat. Neoseiulus inabanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus inak
Neoseiulus inak (lat. Neoseiulus inak) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nur İnayət Xan
Nur Nissa İnayət Xan və ya Nora Beyker kimi tanınan Nur İnayət Xan (1 yanvar 1914[…], Moskva, Rusiya imperiyası – 13 sentyabr 1944, Daxau həbs düşərgəsi, Bavariya, Almaniya Reyxi[d]) — II Dünya müharibəsində İngiltərə Xüsusi Əməliyyat Bürosunda xidmət edən ingilis casusu. Madlen kod adı altında İngiltərə Xüsusi Əməliyyat Bürosunun (ing. Special Operations Executive (SOE)) agenti olaraq, İkinci Dünya müharibəsi dövründə Fransa Müqavimət hərəkatına kömək məqsədilə İngiltərədən, işğal olunmuş Fransaya göndərilən ilk qadın operator olub. İnayət Xan ona edilən xəyanət nəticəsində tutularaq, Daxau həbs düşərgəsində edam edilib. Ölümündən sonra Birləşmiş Krallığın ali ordenlərindən biri olan SOE-dəki xidmətlərinə görə George Crossa layiq görülüb. Ailədki dörd övladdan böyüyü olan Nur İnayat Xan 1 yanvar 1914-cü ildə Moskvada anadan olub. Atası İnayət Xan Hind sultanlarının nəslindən olan müsəlman idi; valideynlərinin hər ikisi zadəgan nəslindən idilər və nəsillərində musiqiçilər var idi. Onun ulu babası Maysur əmirliyi hakimi Tipu Sultan idi. Avropada musiqiçi və sufizm müəllimi olaraq yaşadı. Anası Pirani Amina Bequm (Ora Rey Beyker), Nyu-Meksiko ştatının Albukerke şəhərindən olan və Amerikada gəzərkən İnayət Xan ilə tanış olan amerikalı idi.
Onlar Allaha inanırdılar (50 Nobel mükafatçısı)
Onlar Allaha inanırdılar (ing. 50 Nobel Laureates and Other Great Scientists Who Believe in God; Onlar Allaha inanırdılar : 50 Nobel mükafatı laureatı və digər dahi alimlərin etirafları) — Tixomir Dimitrovun dünya şöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirlərinin daxil edildiyi kitab. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. “Onlar Allaha inanırdılar” kitabına dünya şöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirləri daxil edilib. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. Müəllif bu kitabı tərtib etmək üçün yüzlərlə kitab, məqalə və məktubları tədqiq etmiş, əsasən də, Bolqarıstan Milli Kitabxanasının (Sofiya), Milan İctimai Kitabxanasının (Milan) və Avstriya Milli Kitabxanasının (Vyana) arxivlərindən istifadə etmişdir. Hazırda həyatda olan bir çox Nobel mükafatı laureatları ilə yazışmış və onların Allah haqqında fikirlərini öyrənmişdir. Kitab 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 224 səhifədə 60x90 ölçüsündə çap edilib. Teizm Nobel mükafatı Nobel mükafatı laureatlarının siyahısı "Onlar Allaha İnanırdılar" ( (az.)). qedimqala.az.
Phaseolus inamoenus
Phaseolus lunatus (lat. Phaseolus lunatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. Dolichos tonkinensis Bui-Quang-Chieu Phaseolus bipunctatus Jacq. Phaseolus ilocanus Blanco Phaseolus inamoenus L. Phaseolus limensis Macfad. Phaseolus lunatus var. lunatus Phaseolus lunatus var. macrocarpus (Moench) Benth. Phaseolus macrocarpus Moench Phaseolus portoricensis Spreng. Phaseolus puberulus Kunth Phaseolus rosei Piper Phaseolus saccharatus Macfad. Phaseolus tunkinensis Lour.
Pərilərə inanmayın (film, 1979)
Burada komik tərzdə qəhrəmanın yuxusunda başına gələn əyləncəli hadisədən danışılır. Film yazıçı Natiq Rəsulzadənin eyniadlı fantastik hekayəsinin motivləri əsasında çəkilmişdir.
Pərilərə İnanmayın (1979)
Qadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Qayıdacağına inanırdı (film, 1968)
Qayıdacağına İnanırdı (1968)
Quercus robur var. inaequiloba
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.