Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Basdırma kabab
Cücə kabab
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. == Hazırlanması == Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
Kayak.com
Kayak.com (bəzən KAYAK) - The Priceline Group şirkətinə aid gediş haqqı toplayıcı və səyahət meta axtarış sistemidir. 18 dildə xidmət göstərir. Kayak.com həmçinin checkfelix və swoodoo adlı axtarış sisteminin də sahibidir. Əvvəllər müstəqil şirkət olan KAYAK Software Corporation 21 may 2013-cü ildə The Priceline Group tərəfindən satın alınıb. == Tarixi == === Qurulması === KAYAK Stiv Hafner və Pol İnqliş tərəfindən 2004-cü ildə qurulmuşdur. KAYAK-ın indiki baş icraçı direktoru Stiv Hafner 1991-ci ilin noyabrında Orbitzin qurulmasında kömək etmiş və biznesin inkişafı, reklam satış, marketinq və məhsul marketinqi fəaliyyətinə rəhbərlik etmişdir. Şirkət 2004-cü ildə DelaverdəTravel Search Company, Inc adı ilə qeydiyyatdan keçmişdir. 2004-cü il avqust ayında Kayak Software Corporation, 2011-ci ildə isə KAYAK Software Corporation adını almışdır. === ABŞ-da inkişafı === 2007-ci ilin dekabr ayında General Catalyst Partners, Sequoia Capital, Accel Partners, and Oak Investment Partners şirkətlərinin də daxil olduğu sərmayəçilər qrupundan 196 milyon ABŞ dolları vəsait alan KAYAK SideStep adlı səyahət saytını satın aldı. 5 mart 2010-cu ildə KAYAK www.travelpost.com saytının aktivlərini və özünün səyahət məlumat biznesini The New Travelco, Inc.
Kazak Hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Oleq Babak
Oleq Babak (rus. Олег Яковлевич Бабак; d. 25.02.1967 - ö. 7.04.1991) — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib. == Döyüşdə iştirakı == Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir.
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — müxtəlif adlar altında tanınan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa yeməyi. Kababın növlərindən biri. == Etimologiya == Şiş sözü türk mənşəlidir. Bu söz öncə Krım tatar dilindən Zaporojye kazakları tərəfindən alınmışdı. Ordan bu söz rus dilinə шашлык formasında, rus dilindən isə ingilis və başqa Avropa dillərinə shashlik və ya shashlick formasında keçmiş. Tikə sözünün də türk mənşəyi var. Onun prototürk dilindəki forması tikkü kimi yazılır və hissə və ya parça mənasını daşıyır. Cığatay dilində o, tikka formasında mövcud idi. Cığatay dilindən həmin söz Muğal sülaləsi dövründə "bişirilmiş sümüksüz ət parçaları" mənasında Hindistana gəlib. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. == Tərkibi == Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. == Hazırlanması == Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
Çabak adası
Çabak adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın cənubunda qərarlaşır. Vilkinski adaları qrupuna daxildir. Bu qrupun şimal hissəsində qərarlaşır. Hər tərəfdən Nordenşeld arxipelaqının adaları ilə əhatə olunmuşdur. Cənubdan Yeni ada, Strijyova adası, şimaldan Mərkəzi ada, Dəniz qulduru adası, Qroznı adası, Peta adası və Tuqut adası ilə əhatə olunmuşdur. Ada sərhəd adalardan Radzeyevs boğazı ilə ayrılır. Şimal-qərbdə Oktyabr adası yerləşir.
İrçi Kazak
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. == Həyatı == Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır. Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır.
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
Nikolay Babak
Nikolay Panteleymonoviç Babak (ukr. Микола Пантелеймо́нович Бабак; 10 iyun 1954, Voronintsı[d], Çernobayevski rayonu[d]) — Ukrayna rəssamı, yazıçısı, naşiri və incəsənət kolleksiyaçısı. O, hal-hazırda Çerkassıda yaşayır və işləyir. == Həyatı == Nikolay Panteleymonoviç Babak indiki Ukraynada, Çerkası vilayətinin Çernobayevski rayonunun Voronintsı kəndində anadan olmuşdur. O, 1971-ci ildə Melnikovskaya orta məktəbini bitirmişdir. Babak 1972–1974-cü illərdə SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. O, tərxis olunduqdan sonra Çerkası Azot Birliyində qrafik dizayneri, sonra Çerkası İncəsənət Reklam Zavodunda işləmişdir. Babak 1979–1985-ci illərdə Vera İ. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye İnstitutunun bir qrup aspirant rəssamı ilə birlikdə Krasnoyarsk, Kemerovo, Belovo, Novokuznetsk, Yakutsk, Maqadan, Ust-Nera şəhərlərində monumental layihələr üzərində işləmişdir. O, 1986-cı ildə Ukraynaya qayıtmışdır. Babak 1990-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür.
Kazak hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
İskəndər kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
Oumar Kaba
«Кара-коюнлу» (ковёр)
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Zabaykal Kazak Respublikası
Zabaykal Ağ Respublikası (bəzi mənbələrdə Zabaykal Respublikası, Zabaykal Kazak Respublikası)— Rusiya vətəndaş müharibəsi dönəmində Zabaykal ərazisində Ağların təşkil etdikləri və 1918 ildən 1920 ilə qədər idarə etdikləri dövlət. 25 avqust 1918-ci ildə Çita Sovet hakimiyəti mövcudluğunu itirir. Burada menşevik İ. A. Baksberq, eser S. О. Volodoqski, kadet N. L. Ananin, sosialist K. S. Şreyer və başqaları olmaqla yeni hakimiyyət orqanı olan Müvvəqqəti Sibir hökuməti qurulur. Burada sovetlərin həyata keçirdiyi bütün tədbirlər ləğv edilir. 14 sentyabr 1918 ildə ataman Qriqori Mixayloviç Semyonov Çitaya gəlir. Yaponların dəstəyi ilə onun vahid hakimiyyətə can atması yüksəlir. O, ayrılmış Şərqi Sibir ordusunun komandanı təyin edilir. Ordu atamanı vəzifəsini alır. 9 iyun 1919-cu ildə Aleksandr Kolçakın nümayədəsi və bölgədə sakit-sabitliyin təminatçısı vəzifəsi ilə şərəfləndirilir. Semyonov şəxsi baxımından digər patiyalara müsbət yanaşmasada çox partiyalığa imkan verməli olur.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.