Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Publi Kanidi Krass
Publi Kanidi Krass — Roma sərkərdəsi (e.ə. 1 əsr), konsul (e.ə. 40 il). E.ə. 36–34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdi. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdu. E.ə. 36 ilin sonunda baş vermiş döyüşdə Zoberin başçılıq etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi.
Kanisi (Urmiya)
Kanisi (fars. كنيسي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (73 ailə).
Danidin
Danidin(ing. Dunedin,mao. Ōtepoti)– Yeni Zelandiyada, Cənub Adasının cənub-şərqində yerləşən şəhər,həmçinin Otaqo regionunun inzibati mərkəzidir. Şəhər 1848-ci ildə Şotlandiya azad kilsə icması tərəfindən salınmış,Edinburq şəhərinin (gel dilində – Dan Edinn,Dùn Èideann) şərəfinə adlandırılmışdır. Danidin, ölkənin dörd əsas mərkəzlərindən biri sayılır, baxmayaraq ki, əhali baxımından yalnız yeddincidir. == Tarix == Arxeoloji araşdırmalara əsasən, günümüzün Danidin ərazisində yaranan ilk insan qrupları burada 13-14-cü əsrin sonlarında sağ qalan moa axtarışında olan maorilər idi.Nəhəng quşların tükənməsindən sonra, maorilər, oturma həyatı yaşamış, balıqçılıq, ovçuluq və toplama ilə məşğul olmuşdur.İngilis dənizçilərin məlumatlarına görə, 19-cu əsrin əvvəllərində yerli əhali bu cənub adasında ən böyük idi. Otago Körfezi sahilində ilk ağ kişi, 25 Fevral - 5 Mart 1770-ci il tarixləri arasında buranı kəşf etmiş Ceyms Kuk idi.Gəminin jurnalında, Kuk yaxınlığında bir çox pinqvin və dəniz pişiklərini müşahidə etdiyinə diqqət çəkirdi.Axtarışa gəlmiş avropalı dənizçiləri və körfəzin sahillərində yaşayan aboriqenlər arasında tədricən qızışan münaqişələr, nəticədə 1810-1823-cü illərin "Pişik Müharibəsinə" (ing.Sealers' War) gətirib çıxardı.Mübahisələrin mövzusunun ortadan qalxmasından - pişiklərin məhv edilməsindən- sonra müharibə sona çatdı. 1815-ci ildə Vilyam Taker (İng. William Tucker) tərəfindən idarə olunan ingilis köçkünlərinin kiçik bir qrupu sahildə bir kənd qurdu.Əvvəlcə maorilərlə əlaqələri xeyirxah idi, Tucker hətta evinə yerləşən maori qızı ilə evləndi.Ancaq 1817-ci ilin dekabrında qonşu komandirlərdən biri əsgərləri ilə kəndə gəldi və kolonistlərdən xərac tələb etdi.Sakinlər onlara lideri məmnun edən əmlakı verdi və düşündükləri kimi təhlükə keçdi.Ancaq növbəti gün qəflətən sakinlərə hücum edildi.Yalnız bir qaçmaq və limanda ingilis gəmisinə çıxmağı bacardı.Taker da daxil olmaqla bütün qalanlar öldürüldü və yeyildilər. Maori Salnamələri hücumun səbəbi olaraq liderin hədiyyələrdən narazılığını göstərir.
Hamidi
Hamidi (1407, İsfahan – 1485, Konstantinopol) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir.
Kanada
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
Kandzi
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Kantri
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Manihi
Manihi (fr. Manihi) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Papeetedən 500 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Ovalvari formaya malikdir. Atollun uzunluğu 27 км, eni — 8 km, quru sahəsi isə 13 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 160 km²-dir. Laqun okeanla adanın cənub-qərbində yerləşən Tairapa boğazı ilə birləşir. Ərazisində ən geniş yayılmış bitki Kokos palmasıdır. == İnzibati bölgüsü == Kommunaya Manihi və Ahe adaları daxildir.
Haridi
Haridi (ivr. ‏יהדות חֲרֵדִית‏‎) və (ərəb. حريدية‎) — və ya ultra-pravoslav yəhudilik, modernizmdən fərqli olaraq, ənənələrə və Halaxa əmrlərə ciddi riayət etməsi ilə tanınan pravoslav yəhudilik təriqəti daxilində yəhudiliyin bir cərəyanıdır. Onun üzvləri tez-tez ultra-pravoslav adlanır, lakin "ultra-pravoslav" termini bir çox tərəfdarları tərəfindən aşağılayıcı hesab olunsa da Haridi yəhudiləri özlərini ən dindar və həqiqi yəhudi qrupu hesab edirlər, baxmayaraq ki, bu, digər yəhudilər tərəfindən münaqişəli hesab edilir. Haridi uşaqları məktəbdə əsasən Tövrat və Təlmud oxuyurlar. Oğlanlar yetkinlik çağında və hətta ömürlərinin sonuna qədər vaxtlarının çoxunu bu dini mətnləri öyrənməyə sərf etməlidirlər.
Düyü kağızı
Düyü kağızı,adətən düyü hasırı və ya düyü unu kimi,düyü bitkisinin hissələrindən hazırlanmış kağıza işarə edir ki düyülər nazik vərəqələr şəklində düzəldilir və sonra qurudulur.Düyü kağızı əsrlər boyu Vyetnam, Koreya, Çin və Yaponiyada yazmaq ve sənət üçün istifadə olunub.Düyü kağızı Tayland və Vyetnam mətbəxlərində tərəvəzləri bükmək üçün istifadə olunur. Bu vərəqələr əgər suya qoyulsalar yumşaq nişastaya çevrilib və yeməyə uyğun olarlar.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.
Kaledon kanalı
Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır. == Ümumi məlumat == Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur. == Tikilmə tarixi == Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur.
Kalidu Sidibe
Kalidu Sidibe (28 yanvar 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Tuluza === Sidibe Paris şəhərinin müxtəlif klublarında çıxış etdikdən sonra 2017-ci ildə Tuluza klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Sidibe peşəkar karyerasında debütünü 31 oktyabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Fransa Kuboku görüşündə Tuluza rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. O, Liqa 1-də debütünü isə 3 noyabr 2018-ci ildə Strasburq klubuna qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə Con Bostok ilə əvəz olunmuşdur. Liqa görüşündə Tuluza rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == Sidibe Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır.
Kamici adası
Kamici adası (yap. 上地島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna, Araqusukuya daxil olan iki adadan biri. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildi. == Coğrafiyası == İriomotedən cənub-şərqdə, Kuroşima adasından qərbdə yerləşir. Sdanın sahəsi — 1,55 km², hündürlüyü — 12 m. Adada kiçik Ueci qəsəbəsi yerləşir.
Keniçi Fukui
Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[…] – 9 yanvar 1998[…], Kioto) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur. Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur. 1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur. Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub.
Keniçi Uemura
Keniçi Uemura (d. 22 aprel 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Keniçi Şimokava
Keniçi Şimokava (d. 14 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Kil kanalı
Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir. Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub. Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.
Korinf kanalı
Korinf kanalı (yun. Διώρυγα της Κορίνθου, Dhioryga tis Korinthou) — Yunanıstan ərazisində yerləşən kanal. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi. == Ümumi məlumat == Peloponnes Yunanıstanın ən böyük yarımadasıdır. Ensiz altı kilometrlik Korinf bərzəxilə materiklə birləşir. Ondan şimalda Korinf, cənubda Saronik körfəzləri yerləşir. Bərzəxin dəniz səviyyəsindən yüksəkliyi 50–80 m-dir. Burada yer qabığı çoxlu sınmalarla pozulmuşdur. Korinf bərzəxi geoloji cəhətdən inkişaf edən çoxpilləli horstlardan birdir.
Korporativ katibi
Korporativ katib — Korporativ İdarəetmə Məcəlləsinə görə səhmdarlarla qarşılıqlı əlaqəni, səhmdarların hüquq və mənafelərini qorumaq üçün şirkətin fəaliyyətlərinin koordinasiyasını, həmçinin direktorlar şurasının işini təmin edən bir səhmdar cəmiyyətin (şirkətin) işçisi. Korporativ katibin fəaliyyəti şirkətin inkişafını sahiblərinin mənafeyi naminə idarəetmənin səmərəliliyinin artırılmasına, şirkətin investisiya cəlbediciliyinin artırılmasına, kapitallaşmasının artırılmasına, müəssisənin gəlirliliyinin artırılmasına yönəldilmişdir. Korporativ katibdən vəzifələrini yerinə yetirmək üçün kifayət qədər müəyyən səviyyədə peşəkar bilik, təcrübə və vərdişlərə sahib olması tələb olunur. Korporativ katib qüsursuz bir nüfuza sahib olmalı və səhmdarlar tərəfindən etibar edilməlidir. Korporativ katibin səhmdar cəmiyyətinin icra orqanlarından kifayət qədər müstəqilliyi olmalı və tapşırıqları yerinə yetirmək üçün səlahiyyəti və mənbələri olmalıdır. == Yaranması == Korporativ katiblik institutu XIX əsrin ortalarında Böyük Britaniyada yaranmışdır. 1855-ci ildə ölkədə məhdud məsuliyyət leqallaşdırıldı və 1862-ci ildə ilk Şirkətlər Qanunu qəbul edildi və bu, səhmdar cəmiyyətlərinin sayının sürətlə artmasına səbəb oldu. 1892-ci ildə Böyük Britaniyada onsuz da 15 min cəmiyyət var idi. Korporativ idarəçiliyinin təşkilini asanlaşdırmaq üçün şirkət katibi vəzifəsi ortaya çıxdı. 1891-ci ildə onların maraqlarını təmsil etmək üçün Böyük Britaniyada Katiblər İnstitutu (Institute of Secretaries) quruldu.