Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Fabiano Kariana
Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir. 15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. == Həyatı == Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır. 4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub 12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, Avropaya və Cənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib. İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.
Fabiano Karuana
Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir. 15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. == Həyatı == Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır. 4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub 12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, Avropaya və Cənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib. İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Karxana fırçaotu
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Tarhana şorbası
Tarhana şorbası — məşhur Türkiyə şorbası. Türkiyənin bir çox yerlərində məşhurdur. == Tarixi == Orta Asiya, Balkanlar, Anadolu tərəfindən yeyilən şorba. Kökü Orta Asiya ilə bağlıdır. Tarhana sözü farsca terhane sözündən götürülüb. Söz Türklərin dilinə keçib və Tarhana edilib. Əvvəllər Türklər bütün məmulatları qurudurdular. Onlar qatığı qurudub tarhana şorbasını əldə etdilər. Əsas inqridenti qatıq olan Tarhana şorbası bir neçə müddət saxlanıla bilər. Türkiyədə və Türk xalqlarında Tarhana şorbasının bir neçə növünə rast gəlinir.
Dafne Karuana Qalizia
Dafne Anna Karuana Qalizia (malta Daphne Caruana Galizia; 26 avqust 1964, Slima[d] – 16 oktyabr 2017, Bidniya[d], Malta) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.
Mariana mariana
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Bardana
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Barzana
Bartsana (it. Barzana) — İtaliyanın Lombardiya bölgəsində Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 1562 nəfər, əhali sıxlığı 781 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24030. Telefon kodu — 035.
Haryana
Haryana (hind. हरियाणा; pənc. ਹਰਿਆਣਾ; ing. Haryana) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
Kapriana
Kapriana- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda Trentinoda bir bələdiyyə. Ərazi Trentodan təxminən 19 kilometr şimal-şərqdə yerləşir. Kapriana aşağıdakı bələdiyyələrlə sərhədlənir: Montan, Truden, Altrei, Salorno, Valfloriana, Qrauno və Sover. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Karhenc
Karhenc (ing. Carhenge) – ABŞ-nin Yüksək düzənliklər regionunda, Nebraska ştatının Allayans şəhərinin yaxınlığında yerləşən və Stounhencin təqlidi olan abidə. Orijinal Stounhencdən fərqli olaraq Karhenc ağır, böyük daşlardan deyil, boz spreylə rənglənmiş köhnə ABŞ avtomobillərindən tikilmişdir. Abidə Cim Reynders tərəfindən 1987-ci ilin iyulundakı gündönümü üçün tikilmişdir. 2006-cı ildə əraziyə xidmət verən turist mərkəzi açılmışdır. == Struktur == Karhenc diametri 29 metr olan dairədə düzülmüş 39 avtomobildən ibarətdir. Bəziləri 1,5 metr dərinliyindəki çuxurlara basdırılmışdır. Abidənin tağlarını hazırlamaq üçün bəzi avtomobillər bir-birinə qaynaq edilmişdir. Topuq daşı 1962-ci ilin Cadillac-ıdır. Karhencdə üç maşın basdırılmışdır və onların yanında bunlar yazılıb: "Burada xarici maşınların üç sümüyü vardır.
Karqaya
Karqaya — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 2 km. şərdədir. Günbəzvari formadadır (hünd. 1572,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərb istiqamətli Elti ayrılmasının şimal yamacında, Biləv kəndindən 2 km şərqdə yerləşən zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Karrara
Karrara (it. Carrara) — İtaliyanın Toskana regionunda şəhər.
Larkana
Larkan — Pakistanın Sind vilayətinin cənubunda yerləşən şəhər. Zülfüqar Əli Bhutto, bu şəhərdə anadan olmuşdur. Pakistanın keçmiş baş naziri, sui-qəsd nəticəsində qətlə yetirilən Bənazir Bhutto əslən bu şəhərdən idi.
Sadhana
Sadhana Şivdasani (2 sentyabr 1941, Kəraçi, Britaniya Hindistanı – 25 dekabr 2015, Mumbay) — Sadhana kimi də tanınan, hind aktrisası. 1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur. Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.
Sardana
Sardana və yaxud sardans (kat.sardanes)-kataloniyalıların milli rəqsi olub. Rəqs yallı xarakteri daşıyır. Rəqs edənlər cərgəyə düzülüb əl-ələ tutaraq musiqi sədaları altında müəyyən rəqs hərəkətləri ifa edirlər. Sardananın harda və nə zaman yaranması tarixi dəqiq məlum deyil. Məlumdur ki, bu rəqs XVII –ci əsrdən məşhurdur. Sardana kataloniyalıların milli ruhunu əks etdirir. Bu rəqs həm də “etiraz rəqsi” adlanır. Cünki bu rəqsi peşəkar rəqqaslar səhnədə, sadə insanlar isə meydanda ifa edir. Frankonun diktaturası zamanı sardana rəqsi rəsmi olaraq qadağan edilmişdi. Müasir zamanda bu rəqsin iki növü yayılmışdır.
Tarhuna
Tarhuna və ya Tarhona-Tripolinin cənub-şərqində, Maqrub bölgəsindən 65 kilometr (40 mil) uzaqlıqda olan şəhər. Şəhər öz adını Roma dövründən əvvəl əsası qoyulan Bərbər qəbiləsinin sakinlərindən alır. Şəhər 19-cu əsrin 20-ci əsrin ortalarında əl-Boirat kimi tanındı, lakin Liviya müstəqillik əldə etdikdən sonra indiki adını aldı. Musallata şəhəri də daxil olmaqla Tarhuna mahalında təxminən 296.000 nəfər sakin var (2003). == Tarixi == Tarhuna şəhərinin mərkəzində, Tarhuna məscidinin yanında, İtaliyalılara qarşı 18 İyun 1915-ci ildə Əl-Şaqiqa döyüşündə qəhrəman olmuş Əli Suidan Əlxətminin xatirəsi var.Şəxs 1922-ci ildə tutuldu və şəhər meydanında italyanlar tərəfindən asıldı. Əhali ümumiyyətlə Müəmmər Qəddafi rejimini bəyənən Tarhuna qəbiləsinə aiddir. 2011-ci il avqust ayının sonlarında (Liviya Vətəndaş Müharibəsinin bir hissəsi olaraq) Milli Qurtuluş Amyinin müxalif qüvvələri vətəndaşların qarışıq hissləri içərisində Tarhuna girdilər. Tarhuna yaxınlığında baş verən qarşıdurmalarda Müəmmar Qəzzafinin oğlu Xamis Qəzzafinin öldüyü məlumdur. 23 Avqust 2012-ci ildə Daxili İşlər Nazirliyinin sözçüsü Əbülmanim əl-hür, Qəddafi tərəfdarı olduğu iddia edilən (Katibat əl-Əvfiya və ya Sadiqlər Briqadası) yüzdən çox tank və iyirmi altı raket atışının ələ keçirildiyini bildirdi. Tarhundakı düşərgələrinə basqın etdi.
Vartana
Vartana — Kirovakan rayonunda kənd. == Tarixi == 27 noyabr 1988-ci ildə Kirovakan şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi öldürülməzdən əvvəl Xanımı soyunduraraq ərinin gözləri qarşısında lüt-üryan rəqs etməyə məcbur etmişlər. Bundan sonra hər üçünü parça-parça doğramışlar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər.
Xarvana
Xarvana — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,642 nəfər və 415 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan Türkcəsində danışırlar.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.