Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kukunor
Kukunor (çin. 青海湖, monq. Хөх нуур) — Asiyanın axını olmayan ən böyük dağ gölüdür. Çinin qərbində Sinxay vilayəti ərazisində yerləşir. Çinlilər gölü Sinxay (青海), monqollar Kuku Nuur (Хөх нуур) və tibetlilər isə Sо Nqonpo adlandırırlar ("göy göl"). == Coğrafiyası == Göl Sinxay vilayətinin paytaxtı Sinin şəhərindən 100 km qərbdə yerləşir. Gölün uzunluğu 105 km, eni isə 65 km təşkil edir. Onun sahəsi 4,2 min km² yaxındır. Gölün ən dərin yeri 38 metr təşkil edir. Kukunor gölü eyni adlı yaylada yerləşir və dəniz səviyyəsindən 3205 m hündürlükdə qərar tutur.
Küknar
Küknar (lat. Picea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Veitchia Lindl.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Adi küknar
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Qara küknar
Qara küknar (lat. Picea mariana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaskaya kimi və cənubda Virciniyadan Viskonsinə qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır.
Qırmızı küknar
Qırmızı küknar (lat. Picea rubens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Vətəni Şimali Amerikanın şimal-şərqidir. Burada iynəyarpaqlı-enliyarpaqlı məşələrdə, təmiz və ya qarışıq əkinlərdə, bataqlıqlarda və dağlarda bitir. Dağlarda 1000–1800 m-dək qalxır. Avropada 1875-ci ildən becərilir. Hündürlüyü 20–36 m-ə gövdəsinin diametri 60-135 sm-ə çatan, sıx, konusvarı çətirli alçaqboylu ağacdır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonurdur. Gövdəsi qırmızı-qonur qabıqla örtülmüşdür. Zoğları qırmızı-qonur və ya narıncı, parlaq, hamar, sıx, zərif tükcüklüdür.
Tikanlı küknar
Tikanlı küknar (lat. Picea pungens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır.
Əhməd Təkudar xan
Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı. == Həyatı == 1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür. == Taxta çıxması == Abaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu. == Hökmdarlığı == === Daxili siyasəti === Hakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Kənar effekt (Proqramlaşdırma)
Kənar adamlar (film, 1992)
== Məzmun == Film təmiz və ülvi məhəbbət haqqında, dostluq etmək arzusunda olan gənclərin taleyi barədədir. Lakin taleyin hökmü ilə bu cavanlar çirkin adamların mafiya toruna düşürlər. Məhz məhəbbət onları ölümün pəncəsindən qurtarır. == Film haqqında == Filmin çəkilişinə 1 milyon 200 min rubl xərclənib. Film Fərid Hümbətovun "Quşbazlar" hekayəsi əsasında çəkilmişdir.