Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. == Sözün tarixi == Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir == Yəhudilərdə Salam == Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Zalam
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb.
Froyla Tsalam
Froyla Tsalam (ing. Froyla Tzalam; XX əsr, San-Antonio[d]) — belizeli antropoloq və icma lideri. == Həyatı == Tsalam Toledo şəhərinin San Antonio kəndində anadan olub. Texasdakı Triniti Universitetindən antropologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra, Susseks Universitetindən kənd inkişafı üzrə magistr dərəcəsi əldə edib. Hal-hazırda Sarstun Temaş Yerli İdarəetmə İnstitutunun icraçı direktorudur. == Fəaliyyəti == 22 aprel 2021-ci ildə Beliz Baş naziri Conni Briseno ser Kolvill Yanqın təqaüdə çıxmasının ardından Belizin növbəti general-qubernatoru olaraq onu namizəd olaraq açıqladı. Üçüncü general-qubernator, bu vəzifəyə təyin edilmiş ikinci qadın və ilk yerli amerikalı general-qubernatoru olaraq Tsalam vəzifəsinə başladı. Tsalam 2017-ci ilin yanvarında senata namizədlik verdi və siyahıya alındı, lakin STYİİ-dakı işinə yönəlmək üçün sonradan imtina etdi.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Kala
Kala (gül) — gül növlərindən biri
Heydərbabaya salam
Heydərbabaya salam — məşhur Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı poema. Heydərbaba ildırımlar çaxanda Sellər,sular şaqıllayıb axanda Qızlar ona səf bağlayıb baxanda Salam olsun Şövkətüzə,elüzə Mənim də bir adım gəlsin dilüzə... == Poema haqqında == Poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər. Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınmışdır. Sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Poema iki hissədən ibarətdir.
Hərbi salam
Hərbi salam — hərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir — birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkəti. == Hərbi salamın tarixi == Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular. Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu. Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi. Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Kadam Rəsul
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Kalan (Germi)
Kalan (fars. كلان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (70 ailə).
Kalan (Kəleybər)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).
Kalan (Vərziqan)
Kalan (fars. كلان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (14 ailə).
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. == Tarixi == Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Kamam (Soyuqbulaq)
Kamam (fars. كامم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (16 ailə).
Kuala-Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Kuala Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Kənan Kalav
Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru, rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri. == Həyatı == Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı. Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur. Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi.
Midori (koala)
Midori (みどり, azərb. "yaşıl"‎) – qeydə alınmış ən yaşlı koala. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılır. == Həyatı == Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur. 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir. O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi. İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər. İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir. Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır.
Salam Aydınbəyov
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951) == Həyatı == Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır. Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir. 1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.