Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Lesbos
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Leşkər
Leşkər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ləşkər oyk., sadə. Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Leşkər variantmda da qeydə alınmışdır. Yaşayış məntəqəsini vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Leş- kar adlanan yerdə salmışdılar. Ləşkər İran dillərində "qoşun, ordu", "düşərgə" mənalarında işlənir. Yerli əhalinin məlumatma görə, vaxtilə İran şahının qoşunu bir müddət burada düşərgə saldığına görə həmin yerə bu ad verilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 670 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Qəçrəş
Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir. Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir. Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
Xepreş
Xepreş — Qədim Misirin Yeni padşahlıq dövrünə aid hökmdar tacını adı. Xepreş "Mavi tac" və ya "Cəng tacı" mənasını da daşıyır. Bu taca adətən tarixi kitabələrdə təsvir olunmuş döyüş arabasında ova və ya döyüşə gedən firon hökmdarların başında rast gəlinir.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Leşru
Leşru (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Ueşeş
Ueşeş (q.misir wꜣšꜣšꜣ və ya wꜣšš) — Qədim Misir kitabələrində haqqında məlumat verilən "dəniz xalqları"ndan biri. Onların adları II minilliyin axırlarına aid mənbələrdə çəkilir. "Ueşeş" Qədim Misir mənbələrində adları çəkilən "dəniz xalqları"nı təşkil edən müxtəlif qruplar arasında ən az tədqiq olunanıdır. "Ueşeş" adı "Ekveş" ilə birlikdə sadəcə III Ramzesin hakimiyyətinə aid mənbələrdə hallanır. "Ueşeş" üçün heç bir vizual təsvir müəyyən edilməmişdir. Mənbələrə görə, "Ueşeş" Amurru çarlığının ərazisində düşərgə salmışdı. "Ueşeş" və onların digər "dəniz xalqları" ilə qurduqları koalisiya fironun orduları tərəfindən darmadağın edilmişdir. Bu döyüşdən sonra "dəniz xalqları"ndan çoxlu sayda əsir götürülmüşdür.
Əşrəf
Əşrəf — ad. Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Babarəhim Məşrəb
Babarəhim Məşrəb (1657[…], Nəməngan – 1711[…], Bəlx, Bəlx vilayəti) — Özbəkistan şairi. Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.
Bioloji reqres
Bioloji reqres — taksonun fərdlərinin miqdarca azalması və arealının kiçilməsi, nəhayət sıradan çıxması. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Françeska Lebren
Françeska Lebren (24 mart 1756[…], Manhaym – 14 may 1791[…], Berlin) — italyan əsilli alman müğənnisi, bəstəkarı və pianoçusu
Həsrət Cəfərov
Həsrət Valeh oğlu Cəfərov (5 oktyabr 2002, Goranboy) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-cü il Avropa Çempionatının qalibi. Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. 2018-ci ildə isə Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. 2019-cu ildə Həsrət Cəfərov iyulda Avropa Gənclər Olimpiya Festivalının qalibi olsa da, Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillədə başa vurdu. 2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına sahib olan Həsrət Cəfərov, iyulda Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatının, avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra Həsrət Cəfərov Dünya Çempionatlarında debüt elədi. Oslo şəhərində (Norveç) baş turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Həsrət Cəfərov turniri beşinci pillədə başa vurdu. Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib oldu. 2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Həsrət Hüseynov
Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı. 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. 1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.
Həsrət Həsənov
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin] H.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur. Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır. Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur.
Həsrət Ələsgərov
Həsrət Vahid oğlu Ələsgərov (8 fevral 2001; Aşağı Quşçu, Tovuz rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həsrət Ələsgərov 2001-ci il fevralın 8-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Həsrət Ələsgərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsrət Ələsgərov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsrət Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Katolikos Nerses
Katolikos Nerses Bakur (bilinmir – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.