Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir. === Tanınmış şəxsləri === Məhərrəm Seyidov — Azərbaycanın Milli Qəhrəmanı Rəhim Arazi — Dissident şair Səyyad Əzizoğlu — şair Saleh Məhərrəmov — Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor.
Lorlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Lurlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Qırlar
Qırlar — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Hisar
Hisar (Bükan)
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Xirsa
Xirsa (gürc. ხირსა) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Yaxınlığındakı Tibaani kəndinin əvvəlki adı da Xirsa olmuşdur və Xirsa monastırı həmin kəndin ərazisindədir.
İrşad
İrşad (qəzet)
Fırlar, sesidilər
Fırlar, sesidilər — xüsusi növ törədicilərin bitki orqanlarında əmələ gətirdiyi yerli patoloji yeni törəmələr. == Ümumi məlumat == Onurğasızların törətdiyi fırlar bəzən zoosidi, göbələklərin törətdiyi fırlar isə mikosesidi adlanır. Fırların meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar, bakteriyalar, göbələklər, nematodlar, parazit həyata keçirən cücülər fırların törədiciləridir. Bir çox fırların törədiciləri kənd təsərrüfatına və meşə təsərrüfatına böyük zərər vurur. Bəzi fırların törədiciləri alaqlara qarşı bioloji mübarizədə istifadə olunur.
Gökhan Kırdar
Gökxan Kırdar (2 iyun 1970, Aydın) — türk musiqiçisi və film musiqisi bəstəkarıdır. O, İraq türkmənlərindəndir. == Filmoqrafiya == 1994. Gece, Melek ve Bizim Çocuklar 1998. Namaste 2001. Tekfur Sarayı ve İstanbul 2003. Kurtlar Vadisi 2003. Ölümsüz Aşk 2003. Hayalet 2003. Fırsat/Crude 2004.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Karina Lixvar
Karina Lixvar (11 dekabr 1998) — İsraili təmsil edən bədii gimnast. Karina Lixvar 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Lixvar həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Karina Lixvar 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu. 1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni "1917-ci ildən əks-inqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əks-inqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən" Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi. Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
LitSat-1
LitSat-1 — Litvanın ilk iki peykindən biridir. Wallops adasında Orta Atlantika Regional Kosmos Mərkəzində 0B platformasından uçan Antares 120 fırlatma anbarı üzərindəki 28 Flock-1 CubeSats ilə birlikdə ikinci Cygnus kosmik gəmisindən buraxılmışdır. Launch 2013-cü ilin dekabr ayına planlaşdırılıb, lakin daha sonra 9 yanvar 2014-cü il tarixinə təxirə salınıb. Peyk 28 Fevral 2014 tarixində NanoRacks Cubesat Deployer vasitəsilə Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi .Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi. Litvanın üç sözü "Lietuva myli laisvę" (Litva azadlığı sevir) kosmosdan yayımlanacaq. Lituanica SAT-1 və LitSat-1 peyklərinin buraxılması Litvada canlı yayımlandı. 6 mart 2014-cü ildə Kaunas Texnologiya Universitetinin (KTU) peyk radio stansiyası ilk dəfə LitSat-1 ilə iki yollu ünsiyyət qurdu.
Mirsad Türkcan
Mirsad Türkcan (türk. Mirsad Türkcan), ilkin adı Mirsad Yahoviç (serb. Мирсад Јаховић; doğum tarixi 7 iyun 1976-cı il. Novi-Pazar, Raşka dairəsi, Yuqoslaviya) — Serb əsilli Türkiyə peşəkar basketbolçusu. Uzun hücumçu mövqeyində oynuyurdu. Mirsad Yahoviç Yuqoslaviyanın Novi Pazar şəhərində anadan olmuşdur və gənc yaşlarında Efes Pilsen məşqişilərinin dəvəti ilə Türkiyəyə köçmüş və adını Mirsad Türkcan olaraq dəyişdirmişdir. Professional basketbol karyerasına Türkiyənin Efes Pilsen klubunda başlamışdır. 1998-ci ildə Hyuston Rokets klubu tərəfindən NBA seçmələri üçün seçildi, daha sonra oyunçunun hüquqları Filadelfiya Seventi Siksers klubuna keçdi. 1999-cu ildə isə Nyu-York Niksiyə verildi. 1999/2000 mövsümündə Türkan, New York Niks və Miluoki Baksda 17 matçda qalib gələrək, Türkiyənin NBA-dakı ilk nümayəndəsi oldu.
Qırlаr nеkrоpоlu
Gözdə Kırdar
Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır. == Karyerası == Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir. 2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır. Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır. 2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır.
Özgə Kırdar
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Lütfi Kırdar
Mehmed Lütfi Kırdar (türk. Mehmet Lütfi Kirdar; 15 mart 1887, Kərkük – 17 fevral 1961, Yassıada) — Türk həkim, dövlət xadimi və hərbçisi. Manisa və İstanbul valisi, millət vəkili və səhiyyə naziri. == Gəncliyi == Lütfi Kırdar 1889-cu ildə Kərkükdə Əbdüsəməd bəylə Ayşə xanımın ailəsində anadan olub. 1925-ci ildə ailə quran Lütfi bəyin həyat yoldaşı Hayrunnisə (1904-1960) xanım olub. Onların Ərdəm (1927) və Ünər (1933) adlı iki oğulları dünyaya gəlib. İbtidai təhsilini Kərkükdə alan Lütfi bəy orta təhsilini isə Bağdadda tamamlamış, 1908-ci ildə İstanbula gələrək Tibb fakültəsinə daxil olmuşdur. Balkan müharibəsi başlayanda könüllü olaraq müharibəyə qatılan Kırdar, müharibədən sonra Darülfünun Tibb fakültəsini (1917) bitirir. Əmək fəaliyyətinə Nəcəf Bələdiyyəsinin həkimi olaraq başlayan Lütfi Kırdar Birinci Dünya müharibəsinin başlaması ilə könüllü olaraq orduya qatılır. Müharibədən sonra Ərzurum konqresinin keçirildiyi günlərdə Atatürkün komandanlığı ilə Ərzurumda mühacirlər üçün Ümumi Sağlamlıq Xidməti müdiri və Qızıl Aypara Sağlamlıq Komitəsinin sədri vəzifələrində çalışmışdır.