Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseyn Mayıl
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Mayıl Kürəbəyov
Mayıl Qurbanov
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov == Həyatı == Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. == Təltif və mükafatları == Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. == Ailəsi == Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. == Haqqında == 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Mayıl Əsgərov
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Bozalqanlı, Tovuz rayonu) — filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitettin professorudur, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir. == Həyatı == Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub. 22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr". 28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027). 22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696).
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Maykl
Maykl — ad.
Mayqıl
Mayqıl Ana - türk, yakut və altay mifologiyasında Su Tanrıçası. Altayların və Yakutların Tengricilik inanclarında qoruyucu tanrıçalarındandır. Yer üzündəki sulardan məsuldur. == Etimologiya == (May/Bay) kökündən törəmişdir. Varlıq, zənginlik, ululuq, müdriklik, idarə etmək mənalarını ehtiva edər. "Baymaq" feli, böyümək və inkişaf mənasına da gəlir.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Mayil qızılcıq (qırxbuğum)
Jak Mayol
Jak Mayol (fr. Jacques Mayol; 1 aprel 1927–22 dekabr 2001) — fransız dalğıcı, 23 noyabr 1976-cı ildə nəfəsini tutaraq 100 metr dərinliyə enmiş ilk şəxs. Fri-dayvinq üzrə çoxqat dünya çempionu. 2001-ci ildə 74 yaşında Elba adasındakı evində özünü asaraq intihar etmiş, vəsiyyətinə əsasən kremasiya olunaraq külü Toskana sahillərinə səpilmişdir. Lük Besson 1988-ci ildə çəkdiyi "Mavi ənginlik" filmində fri-dayvinqin pionerlərindən olan Jak Mayol və Entso Mayorkanın həyatındakı hadisələrdən bəhrələnmişdir.
Mayis Abışov
Mayis Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mayis Qasımov
Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor. == Bioqrafiya == Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir. == Elmi fəaliyyəti == 1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.
Mayis Səmədov
Mayis Yaqubov
Mayis Əliyev
Maykl Adams
Maykl Adams (ing. Micheal Adams) (1971-ci il 17 noyabrda doğulub) Britaniyali qrosmeysterdir (1989). Onun ən yaxşı göstəricisi 2000 və 2002-ci illərdə müxtəlif vaxtlarda dünya reytinqində 4-cü yerə qədər yüksəlməsi olmuşdur. ən yüksək Elo reytinq xalı 2761-dir. O, Dünya Şahmat Çempionatı yarışlarında yaxşı nəticələr əldə etmişdir. Belə ki, 1997, 1999 və 2000-ci illərdə yarım-finala qədər yüksəlmiş, 2004-cü ildə FİDE Çempionatinda finala qədər yüksələrək yekunda Rüstəm Qasımcanova tay-breyk oyunlarında məğlub olmuşdur. == Kariyerasinin Başlanğıcı == Adams 17 noyabr 1971-ci ilde Truro,Cornvoll, Birləşmiş Krallıqda dünyaya gəlmişdir. 1980-ci ilə qədər artıq onun istedadı Britaniya Şahmat Federasiyası tərəfindən kəşf olunmuşdu və o, yerli şahmat çempionatının qalibi olan Maykl Prettejohn ilə yanaşı, keçmiş Avropa Gənclər Şahmat çempionu olan Shaun Taulbutdan yüksək səviyyəli dərslər almışdır. 1981-ci ildə 9 yaşlı Adams həmyaşıdları arasında keçirilən çempionata qatılır və qalib gəlir. Həmin ildə o, 13 yaşa, 15 yaşa və 18 yaşa qədər olanlar arasında keçirilmiş çempionatların da qalibi olur.
Maykl Ammar
Maykl Ammar (ing. Michael Ammar; 25 iyun 1956) — sehrbaz. == Haqqında == 1956-ci ilcə Qərbi Virciniyada, Loqanda dünyaya gəlmişdir. Dünyanın ən məşhur sehrbazlarından biridir.
Maykl Andretti
Maykl Andretti (ing. Michael Mario Andretti; 5 oktyabr 1962) — ABŞ-nin keçmiş avtomobil yarışçısı və cari komanda sahibi. Statistik cəhətdən Amerikalı açıq-təkərli avtomobil yarışında ən müvəffəqiyyətli sürücülərdən biri olan Andretti, 1991 CART PPG Indy Car World Series qazandı və CART yarış dövründə 42 zəfər qazanmışdır. O, dünya çempionu Formula 1 və İndianapolis 500 qalibi Mario Andrettinin oğlu, həmçinin, indiki IndyCar Series-in pilotu Marko Andretti'nin atasıdır. == Karyera == Maykl, 1962-ci il 5 oktyabr, Mario Andrettinin ailəsində anadan olmuşdur. Artıq 10 yaşında kartinqdə iştirak etməyə başlayır. 1980-ci ildə Formula Ford 1600-ə başladı və tez bir zamanda uğur əldə etdi – bir ildən sonra bu Formula daxilində, şimal-şərq bölməsində qalib gəldi və altı yarış qazandı. Eyni zamanda növbəti inkişaf mərhələsinə keçdi – Formula 1 Super Vee Çempionatında iştirak etdi. Bir il sonra, bu oyunda da 6 dəfə qalibiyyət əldə etdi. 1983-cü ildə Formula Mundial-da titul qazanmış və özünü dözümlülük yarışlarında da sınamışdı.
Maykl Bey
Maykl Bey (17 fevral 1965, Los-Anceles, Kaliforniya) — amerikalı kino rejissor və prodüser. == Həyatı == Çəkdiyi filmlər arasında "Qaya", "Armageddon" (1998, ən yaxşı rejissorluğa görə Saturn mükafatı), "Pyörl-Harbor", "Ada" və "Transformerlər"dir. Prodüserləşdirdiyi filmlər arasında isə "Benzin mişarı ilə Texas qırğını" və "Cümə, ayın 13-ü" (2009), "Quşlar" (2009) və "Qarağac küçəsində dəhşət" (2010) trillerləri var.
Maykl Blumberq
Maykl Rubenz Blumberq (ing. Michael Rubens Bloomberg;14 fevral 1942[…], Boston) — Amerikalı iş adamı, siyasətçi, xeyriyyəçi və yazıçıdır. "Bloomberg L.P"-nin müəyyən hissəsinin sahibi və həmtəsisçisidir. 2002-ci ildən 2013-cü ilə qədər Nyu-York şəhərinin meri olub və 2020-ci ildə Demokratik prezidentliyə namizəd idi. Blumberq Massaçusets ştatının Medford şəhərində anadan olub,Cons Hopkins Universiteti və Harvard Biznes Məktəbini bitirib. Karyerasına 1981-ci ildə öz şirkətini qurmadan əvvəl "Salomon Brothers"-ın qiymətli kağızlar brokerliyində işləməyə başlamışdır. Bu şirkət, "Bloomberg L.P." , "Bloomberg Terminal" ilə tanınan maliyyə məlumatları, proqram təminatı və media firmasıdır. Blumberq iyirmi ilini SEO və baş direktor olaraq keçirdi. 2019-cu ildə Forbes təxmini 55,5 milyard dollar xalis dəyəri ilə onu dünyanın 9-cu ən varlı adamı olaraq sıraladı. The Giving Pledge yaradılandan sonra, Blumberq bu xeyriyyə şirkətinə 8.2 milyon dollar vəsait ianə verdi.
Maykl Bolton
Maykl Bolton (ing. Michael Bolton, əsl adı Michael Bolotin) 26 fevral 1953-cü ildə Nyu-Xeyven, Konnektikut, ABŞ-də anadan olub. Ukrayna əsilli amerikalı müğənni, Bolton ilk vaxtlarda 1970–1980-ci illər də hard rock və heavy metal janrlarında ifa edirdi. Sonradan yüngül rok və ballada üslubunda oxumağa başlayıb. Məşhur sənətkarlarla duet oxuyan Bolton məşhurlaşmağa başlayıb, onun ən böyük uğuru 1990-cı ildə oxuduğu "When a Man Loves a Woman" mahnısı olub. Qremmi mükafatına layiq görülüb və Amerikada mahnısı hit olaraq zirvədə olmuşdur. == Diskoqrafiya == === Albomlar === Everyday Of My Life — 1976 Blackjack (feat. Blackjack) — 1979 World's Apart (feat. Blackjack) — 1980 Everybody's Crazy — 1985 The Hunger — 1987 Soul Provider — 1989 The Early Years 1974–1976 — 1991 Time, Love & Tenderness — 1991 Timeless: The Classics — 1992 The One Thing — 1993 Greatest Hits 1985–1995 — 1995 This Is the Time: The Christmas Album — 1996 All That Matters — 1997 My Secret Passion: The Arias — 1998 Timeless: The Classics, Vol.