Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. == Toponim == Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. == Tarixi == Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.
Dinara Aidarova
Dinara Aidarova (d. 29 iyul 1963) — Azərbaycanı təmsil edən voleybolçu. Dinara Aidarova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Dinara Aidarova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Dinara Alimbekova
Dinara Talqatovna Alimbekova (doğulub. 5 yanvar 1996, Abay, Karaqanda vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarının çempionu (estafet). Belarus milli komandasının heyətində Dünya Kubokunun iştirakçısı, yeniyetmələr arasında dünya çempionu, 2019 Avropa çempionatının bürünc mükafatçısı (qarışıq esafetdə). Belarus Respublikasının əməkdar idman ustası. == Bioqrafiyası == Atası milliyətçə qazax, anası isə belarusdur. Dinara üç yaşında olanda ailəsi Belarusiyaya köçüb. 2008-ci ildən Çausı şəhərinin Uşaq İdman Məktəbində xizəksürmə, daha sonra biatlonla məşğul olmağa başlamışdır. Uşaqlıq məşqçisi - Maria İvanovna Şipikova idi. Yeniyetməlik dövründən bu günə qədər fərdi məşqçisi - Andrey Oleqoviç İvanovdur.
Mihara dağı
Mihara dağı (三原山, Mihara-yama) – Yaponiyanın İzuoşima adasının mərkəzində yerləşən aktiv vulkan. 1986-ci ildə baş verən püskürmə zamanı lava sütunları 1,6 kilometr yüksəkliyə qədər çatmış, lava çayları və lava gölləri əmələ gəlmişdir. Vulkan sakitləşənə qədər adanın 12.000 nəfərlik əhalisi başqa yerlərə köçürülmüşdür. == İntiharlar == Mihara dağı Yaponiyadakı populyar intihar bölgələrindən biri kimi tanınır. 1920-ci illərdə vulkan konusundakı bir nöqtənin kraterə tullanmaq və intihar etmək üçün əlverişli olduğu üzə çıxmışdır. Tezliklə həmin nöqtə "İntihar nöqtəsi" kimi tanınmağa başlamışdır. 1933-cü ildə 944 nəfər Mihara dağının kraterində intihar etmişdir. Növbəti iki il ərzində 350 nəfər ziyarətçi intihar edən şəxsləri seyr etmək üçün vulkana səyahət etmişdir. Yaponiya hökuməti intiharların qarşısını almaq üçün İntihar nöqtəsinin ətrafına çəpər tikdirmiş və adaya təktərəfli bilet almağı qadağan etmişdir. == Populyar mədəniyyətdə == 1984-cü ildə çəkilmiş "Qodzillanın qayıdışı" filmində Yaponiya hökuməti Qodzillanı Mihara dağında həbs etməyə qərar verir.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. == Həyatı == Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Minarə məscidi
Minarə məscidi (az-əbcəd. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. == Haqqında == Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. == Memarlıq xüsusiyyətləri == Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. == Memarlıq == Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. == Külliyə == Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. == Tarixi == Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. == Hazırkı vəziyyəti == Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Minari (film)
Minari (kor. 미나리) — 2020-ci il ABŞ istehsalı drama filmi. Rejissoru və ssenari müəllifi Li Ayzek Çundur. Film 1980-ci illərdə Amerikaya köçən koreyalı ailədən bəhs edir. == Rollarda == Stiven Yon — Jacob Yi Han Ye-ri — Monica Yi Alan Kim — David Yi Noel Kate Cho — Anne Yi Youn Yuh-jung — Soon-ja Will Patton — Paul Scott Haze — Billy Jacob Wade — Johnnie Skip Schwink — Doctor == İstinadlar == == Xarici keçidlər == a24films.com/films/minari — Minarinin rəsmi saytı Minari — Internet Movie Database saytında.
Sonqo-Mnara
Sonqo-Mnara — Tanzaniyanın cənubundakı Suahili sahilində yerləşən şəhər dağıntıları. Daş şəhərdə 14–16-cı əsrlərə qədər məskunlaşılmışdır. Sonqo-Mnara yaxınlıqdakı daş şəhər Kilva-Kisivani ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ümumilikdə, arxeoloqlar adada üç divarla əhatəli açıq sahə ilə birlikdə altı məscid, dörd qəbiristanlıq və bir çox ev bloku aşkarlamışlar. Sonqo-Mnara kobud mərcan daşları və tikinti qarışığı ilə tikilmişdir. Bu daş şəhər Hind okeanındakı bir çox ticarət şəhərlərindən biri olaraq inşa edilmişdir. == Suahili şəhərlərinin planı == Arxeoloqlar Suahili sahilindəki daş şəhərlərin düzülüşünü, İslam mədəniyyətindəki rolunu, xüsusi qəsəbələrin funksiyalarını və torpaq mülkiyyətinin mürəkkəb iqtisadi və ritual prosesini başa düşmək üçün əsasən məscidlərin və evlərin əlaqələrinə diqqət edərək təhlil edir. Şəhərlərdə açıq yerlər həm ictimai qurumlar, həm də funksional məqsədlər üçün istifadə olunurdu. Qəbiristanlıqlar şəhər divarlarının həm daxilində, həm də xaricində tapılmışdır. Sonqo-Mnaranın təşkili, divarlarının bənzərsiz bir xüsusiyyətə sahib olmasına baxmayaraq, Suahili sahili boyunca yerləşən daş şəhərlər üçün tipikdir.
Qədim Minarə xalçaları
Qədim Minarə xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təsnifatı == Əsasən Quba şəhərində istehsal edilir. Bəzi xalçaçılar onu sadəcə "Darayı" və ya "Salyan xiləsi" adlandırırlar. == Bədii xüsusiyyətləri == Xalçanın mərkəzi hissəsinin kompozisiyası digər Azərbaycan xalçalarından kəskin fərqlənir. Mərkəzdə soldan və sağdan mərkəzə doğru istiqamətlənmiş darağvari zəncir yeni dördbucaqlılar yaradır onlar isə öz növbələrində şəbəkəvari tor əmələ gətirirlər. Bir çox hallardan onların daxili hissələri xaç tipli elementlərlə, xarici hissələri isə qarmaqvari xətlərlə bəzədilir. Bu xalçalarda mərkəzi sahəni əhatələyən "zəncirə" elementi kufi xəttlə yazılmış "Allah" sözüdür. Ancaq vaxt keçdikcə bu öz mənasını itirib və sadəcə dekor elementi olaraq qalıb. Mərkəzi sahənin künclərinə üçbucaqlı "Yelpik" elementi əlavə edilir. "Qədim minarə" xalçları sakit tonlarda toxunur.
Minar-e-Pakistan
Minar-e-Pakistan (urdu ‫مینار پاکستان‎‬, azərb. Pakistan minarəsi‎) — Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin mərkəzində Britaniya Hindistanının müstəqillik qazanmasından sonra 23 mart 1940-cı ildə ayrı bir müsəlman ölkəsinin qurulması barədə olan Lahor qətnaməsinin qəbul edilməsinin xatirəsinə inşa edilən minarə, milli əhəmiyyətə malik abidə. Minarənin inşa prosesi 1960–1968-ci illərə təsadüf edir. == Dizayn == Minarənin dizaynında moğol, İslam və müasir memarlıqdan ilham alınmışdır. Minarə Rusiyada anadan olmuş qumuq əsilli dizayner və mühəndis Nəsrəddin Muradxanov tərəfindən dizayn edilmişdir. İnşa prosesinə "Mian Abdul Khaliq Company" şirkəti nəzarət edirdi. Tikilinin təməldaşı 23 mart 1960-cı ildə qoyulmuşdur. İnşa prosesi 8 il davam etmiş və nəhayət 21 oktyabr 1968-ci ildə sona çatmışdır. Minarənin tikilməsinə 7,058,000 Pakistan rupisi xərclənmişdir. Abidənin ətrafında parklar və bir dənə süni göl var.
Qütb Minar kompleksi
Qütb Minar kompleksi Dehli şəhərinin cənub-qərbində Qütb Minar minarəsi və ətrafındakı bir neçə tarixi memarlıq abidələrindən ibarətdir. Dehli sultanlığı dövründə tikilən bu abidələr Hint-İslam memarlığının gözəl nümunələrdir. 1993-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir. == Tarixi == Dehli şəhərinin işğalından sonra Sultan Qütbəddin Aybək tərəfindən 1192-1198-ci ildə tikilən Qüvvət’ül-İslam Məscidi tikilməsi ilə Qütb Minar kompleksinin əsası qoyuldu. 1235-ci ildə sultanın özü tərəfindən tikilmiş Şəmsəddin Eltutmuş türbəsi və Alaeddin Halaci tərəfindən 1311-ci ildə tikilən Alai Darvazası Qütb Minar kompleksinin ən gözəl memarlıq nümunələrindən biridir. == Abidələr == === Alai Darvazası === Alai Darvazası Qüvvət-ül-İslam məscidinin cənub tərəfində yerləşir və məscidin əsas giriş qapısıdır. Alai Darvazası 1311-ci ildə Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilmişdir. === Qütb Minar minarəsi === Qütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib.
Qütb Minar minarəsi
Qütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir. Qırmızı daş və mərmərdən tikilmişdir. == Tarix == Qutub Minar, Astaliika (qüllə) inşa edilən dünyanın ən yüksək kərpicidir.}} {{Uzunmüddətli görüntü | Delhi_Qutub_01.JPG | 200 | 400 | {} ölçüsü | 72.5 | 2 | lk = Əfqanıstan [cəbhədəki minarələr] və onu ələ keçirməyi arzulayıram [[Dəli Sultanlığı] ilk müsəlman hökmdarı] [Qutubuddin Aibak], Dehli, yayılmanın qəzəbinə görə Qutub minarının yenidən qurulması il ərzində [1193] başlamışdır, lakin yalnız onun əsasını tapmışdır. Onun müəllifi [İlyutmiş] üç mərtəbə uzadıb və Firozş Tuğlaq beşinci və son mərtəbə ... Qüllə qırmızı qumdan hazırlanmışdır ki, bu da [Quran] ayələrinin və çiçəklərin çiçəklənməsinə səbəb olan üzümlərin çiçəklənməsi ilə qırılmışdır, ərəb sözləri hazırlanır Qutub Minar qədim qala qəsəbəsinin qədim qala qalıqları üzərində tikilmişdir. Qədim Dəli şəhəri, Dhillika.Dhillika, Tomar və Chauhan son hindu hökmdarlarının paytaxtı idi.
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Linaria linaria
Adi mahmızca (lat. Linaria vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. == Sinonimləri == Antirrhinum commune Lam. Antirrhinum genistifolium Lapeyr. Antirrhinum glandulosum Lej. Antirrhinum linaria L. Antirrhinum linaria var. peloria With. Antirrhinum linarioides L. Antirrhinum ochroleucum Salisb. Linaria linaria (L.) H.Karst. [Invalid] Linaria vulgaris var.
Cynara
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
Gitara
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Linaria
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Manfra
Manfra — manqa stilində olan Fransa-Belçika komiksləri. == Etimologiya == "Manfra" sözü "manqa" və "fransız" sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Bəzən bu sözün əvəzinə franqa, fransızca manqa və qlobal manqa (sonuncusu manqa stilində olan Qərb komikslərini bildirmək üçün də istifadə olunur) sözləri işlədilir.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. == Etimologiyası == «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Maxara
Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi. Əsasən Zaqatala və Balakən rayonlarının kəndlərində yayılıb. Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sac qazdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir.
Mağara
Mağara ya Köhül — təbii və süni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri. == Geomorfoloji termin == Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu). Mağaraları speleologiya öyrənir. == Ümumi məlumat == Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.