Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 503 nəfərdir (2009). Cücük Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. == Toponimikası == Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Kuçluk xan
Kuçluk xan (?-1218) — Naymanların xanı. == Həyatı == O, nayman tayfasına mənsub idi. Nəsrani təriqətinə bağlıydı. Atası Tayan xan uzun illər uluslarına rəhbərlik etmişdi. 1203-cü il qələbəsindən sonra Temuçinin (Çingiz xanın) torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.
Mücrüm Kərim
Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Kirmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu xan Cavanşirə müraciət edib torpaq istəyir. Cəfərqulu xan da indiki Cəfərabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır. == Yaradıcılığı == Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir: - deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: - deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Böyük üçlük
Big Three – "Böyük üçlük" 1980-ci illərin əvvəllərində bu üçlüyə VisiCorp şirkəti (VisiCalc elektron cədvəl proqramının istehsalçısı), MicroPro şirkəti (WordStar proqramının yaradıcısı) və Ashton-Tate daxil idi Ashton-Tate- dBASE proqramlar seriyasını hazırlamış şirkətdir. Bir vaxtlar bu şirkət proqram təminatı gəlişdiricilərinin "Böyük Üçlüyünə" (BIG THREE) daxil idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cücük bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Küçük (Uçalı)
Küçük (başq. Көсөк, rus. Кучуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 92 km, kənd sovetliyindən (İlçəqol): 7 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 11 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Mucuq şəlaləsi
Mucuq şəlaləsi — Azərbaycan Respublikasının Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. Mucuq şəlaləsi Dəmiraparançayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 40 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir. Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 m) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.
Mücrü nəşriyyatı
Müqəddəs Üçlük
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir. Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər.
Qozlu sucuk
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Sucuk dili
Sucuk dili — Qara dənizdə yerləşən dil. Novorosiysk şəhərinin ən məşhur istirahət yerlərindən biridir. == Adının mənası == Dil öz adını türklər tərəfindən inşa edilən Sucuk qalasının şərəfinə adlandırılmışdır. Qala əvvəllər dilin sonucunda yerləşmişdir. == Coğrafiya == Dilin yaranması 1500–2000 il bundan öncəyə aiddir. Dil dənizin suyunun enməsi zamanı meydana gəlmişdir.
Üçlük əsəri
"Üçlük" əsəri —"Üçlük" ( "Su daşıyan uşaqlar") - Məşhur rus rəssamı Vasili Perov 1866-cı ildə çəkilmişdir. Hal-hazırda əsər Moskvada Tretyakov Qalereyasında sərgilənir. == Əsərin Quruluşu == “Üçlük” əsəri Perovun ən emosional və geniş formata malik əsəridir. Ağır kəndli həyat tərzinə həsr edilmiş əsəri tabloya köçürtmək üçün uzun müddət hazırlıq işləri görmüşdür. Kimsəsiz uşaqlar mövzusuna bir neçə dəfə müraciət etmişdir.( “Kimsəsiz uşaqlar”(1864) ,“Ölünü yola salma”(1865), “Oğlan” (1865), və.s ) === Sujet xətti === Rəssam bu əsərdə uşaq zəhməti mövzusuna muraciət etmişdir. Yorulan, donmuş uşaqlar qarlı havada üzərində çəllək olan ağır sankanı daşıyır. Çəlləkdən axaraq suyun donmuş olması uşaqlara nə dərəcədə soyuq olduğunu göstərir. Buzlu havada külək uşaqların üzünə vurur. Əsərin sol tərfində olan it uşaqların yan tərəfində gedərək arabanı müşaiət edir. Arxa hissədən arabanı naməlum kişi irəli dartaraq aparmağa köməklik göstərir.
Musa Küçük
Musa Küçük (1972, Gümüşhane ili) — podratçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Musa Küçük 1972-ci ildə Gümüşhane ilində anadan olub. İbtidai və orta təhsilini İstanbulda alıb. Bəyoğlu Sənaye Peşə Liseyindən məzun olub. Uzun illər inşaat sənayesində çalışıb. Gümüşhanespor İdman Klubunun prezidenti vəzifəsində çalışıb. SONSAM Strateji Araşdırmalar İnstitutunun qurucu prezidenti olub. MHP üzvüdür. 2002-2007-ci illərdə MHP İstanbul Kağıthane ilçəsi şöbəsinin sədr müavini, 2007-2011-ci illərdə isə MHP İstanbul il şöbəsinin sədr müavini olub. Üç dəfə MHP İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.
Kara-Kıs Munzuk
Kara-Kıs Munzuk (tıva Кара-Кыс Номзат-уруу Мунзук 15 sentyabr 1918 – 18 dekabr 1995, Kızıl) — Sovet Tıva müğənnisi, aktrisa, şairə, Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti. == Bioqrafiyası == Kara-Kıs Munzuk 1918-ci il sentyabrın 15-də Uryanxay vilayətinin Çal-Kejiq kəndində yoxsul ovçu-arat Nomzat Oyunun böyük ailəsində anadan olmuşdur. Cəmi iki yaşında ikən anası Natpit ölür. Bu zaman onun kiçik qardaşı Bice-ool yalnız altı aylıq idi. Ailənin daha sonra Böyük Vətən Müharibəsi zamanı könüllü olmuş (o vaxt Tıva müstəqil Tıva Xalq Respublikası idi), 1944-cü ildə Ukraynadakı döyüşlərdə həlak olmuş böyük oğlu Tunqulak da var idi. Oyun qəbiləsindən olan Nomzat ata qızı qohumlara tərbiyəyə verir. Qız Bəy-Haak kəndindəki ibtidai məktəbə gedənə qədər yurtlarda yaşamışdır. Məktəbdə onun ifaçılıq istedadı özünü büruzə verir. Bundan sonra xalq mahnılarını səsləndirməyə başlayır. 1934-cü ildə Qızıl Birləşmiş Məktəbinə pedaqoji kursa daxil olur, həvəskar tamaşalarda iştirak edir.
Küçük Mayak (Uçalı)
Küçük Mayak (başq. Көсөк-Маяҡ, rus. Кучуково-Маяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 71 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 11 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 41 km.
Mehmet Tuğrul Gücük
Mehmet Tuğrul Gücük (1955, Ankara – 2 avqust 2016, Türkiyə) — Türkiyə diplomatı. == Həyatı == Mehmet Tuğrul Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. Diplomat uzun sürən xəstəlikdən sonra 2016-cı il avqustun 2-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etmişdir. O, Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn edilmişdir. == Diplomatik fəaliyyəti == Mehmet Tuğrul Gücük 1983–1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olmuş, 1995–1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışmışdır. O, 2005–2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləmişdir. 2014-cü ildən isə Türkiyənin İsveçrədəki səfiri idi. Ancaq həyatının təxminən son üç aydı ərzində müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi.
Mücrü (film, 1973)
== Məzmun == Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur. == Film haqqında == Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Müqəddəs Üçlük kilsəsi
Müqəddəs Üçlük kilsəsi — Qaxın İngiloy Kötüklü kəndində yerləşən pravoslav kilsəsi. Kilsə XIX əsrdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilib. == Hazırda == Qax və Kürmük yeparxiyasına tabedir. 26 oktyabr 2019-cu ildə 1920-ci ildən bəri ilk dəfə Müqəddəs Liturgiya mərasimi keçirilib.
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Tat-Küçük (Şaran)
Tat-Küçük (başq. Тат-Көсөк, rus. Тат-Кучук) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 13 km, kənd sovetliyindən (Durtüylü): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (40%), tatarlar (33%) üstünlük təşkil edir.