Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Kasıb
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Kasıb (Urmiya)
Kasıb (fars. كاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (49 ailə).
Kasıb innovasiyası
Kasıb innovasiyası və ya Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir. == Təsvir == Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır. Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır. Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır. Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir. == Mənşəyi == Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır. Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var.
Mehriban Nəsib
Mehriban Nəsibova (1976, Qutqaşen rayonu) — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün "Qəbələ-sağlam mühit" (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000–2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. "Məhəbbət olanda" adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Namib səhrası
Namib (ing. Namіb, port. Namіbe) — Afrikanın cənub-qərb sahilboyunda yerləşən səhra. Səhranın formalaşmasında Bengel cərəyanın rolu böyükdü. Namib adı "Nama" adlı Afrikanın köklü xalqının dillindən götürülüb. Səhranın sahəsi 100 000 km² çoxdu. Anqoladan tutmuş CAR-a qədər və Atlantik okeanın sahili boyunca səhra 1900 km qədər uzanır. Okean tərəfdən səhra 50–160 km-lik məsafəyə qitənin içərilərinə gedir, cənubda Kalaxarinin cənub-qərb hissəsi ilə birləşir. "Nama" dillindən Namib "heç bir şeyin mövücüd olmadığı yer" mənasını verir. Namib səhrası ildə 1013 mm yağıntı ilə quru yer sayılır, və bir neçə sahilyanı şəhərləri istisna olmaqla, demək olar ki əhalisi yoxdur.
Nasim Abışov
Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N. Ə. Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin "Fiziki kimya" ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış "Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində" orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N. Ə. Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin "Kimyadan Təhsil Assosiasiyasının" diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Nasir Mustafazadə
Nasir Müqəddəm
Nasir Yaqub oğlu Müqəddəm (fars. سپهبد ناصر مقدم‎ Sepahbod Nasser Moghadam) (24 iyun 1921, Tehran – 11 aprel 1979, Tehran) — "SAVAK"ın 4-cü və sonuncu rəhbəri, general-leytenant. İranın 1970-ci il inqilabından sonra həbs edilmiş və daha sonra edam olunmuşdur. Nasir Müqəddəm 24 iyun 1921-ci il tarixində Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Müqəddəm təhsilini hərbi məktəbdə almışdır və daha sonra Tehran Universiteti Fakültəsində qanun dərsi almışdır. 16 yanvar 1979-cu il tarixində Şah və ailəsi İrandan qaçmışdır. Fevralın 1-də Xomeyni sürgündən qayıtmış və inqilaba rəhbərlik etmişdir. Üç gün davam edən mübarizədən sonra Xomeyni idarəni ələ almışdır. Bunun nəticəsində, 11 aprel 1979 tarixində "SAVAK"ın bütün rəhbərləri (Həsən Pakrəvan, Nematolla Nəssiri və Nasir Müqəddəm) edam edilmişdir.
Nasir Məlikmütii
Nasir Məlikmütii (fars. ناصر ملک‌مطیعی‎ Naṣir Məlik-müṭī‘ī; 11 aprel 1930 və ya 29 mart 1930, Tehran – 25 may 2018, Tehran) — iranlı aktyor və rejissor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi və sahibkar. Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib. Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şirkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir.
Nasir Purpirar
Naser Purpirar (ناصر پورپیرار) (ləqəbi) əsil adıyla Naser Bənakonənde (ناصر بناکننده) — İran yazıçısıdır. 1940-cı ildə Tehranda anadan olub. Onun yazıları, İran tarixi, Ərəblərin İrana hücumundan öncə və sonra, Şahnamə və Firdosi, Sədi, klassik tarix araşdərmacıların əksinə, üstə deyilən tarixi mövzuları yalan və yapma bilir və bu barədə yeni baxış ortaya qoyur. Purpirarın ali təhsilatına görə bilgi yoxdu. O İranın İSNA reportyoruna deyir: ((mən savadsızam və nəqədərdə savadsızlığım çoxsa, o qədər, mənim dediklərimə cavab verməyə qadir olmayan İran klasik tarixçilərinin savadsızlığına səbəb olur.)) Purpirar, peşəkarlığını bir mətbəədə başladı. Kiyanvərin dediyinə görə o İran Tudə Partiyası üzvüydü. Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın Mədəniyyət Nazirliyi (Fərhəng və İrşadi İslami) bu kitabların bir çoxunun çapına icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Əsərlərindən bəzisi bunlardır: İran tarixinin quruluşuna dair müzakirələr — birinci cild — 12 əsr sükut (8 kitabda) İslam və qılınc Purpirar iranın bugünkü tarixini inkar edərkən yeni iddialar tərh edir ki hələ onların isbatlanmasına dayanaqcıl istinadlar verilməyib.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Nasir Ətapur
Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Nayib Qasımov
Nəsib Göyüşov
Nəsib Göyüşov — şərqşünas, filologiya elmləri doktoru 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır. 1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 15 kitab və 160-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir. 2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N.Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən “Academia.edu” saytında isə onun 3 kitab və 21 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 45 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir. 1974-1976 və 1984-1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir. Yazılı abidələrin kataloqlaşdırılması, tədqiqi və nəşri, Orta əsrlər farsdilli və türkdilli ədəbiyyat, müsəlman Şərq xalqlarının elm və mədəniyyət tarixi, İslam estetik nəzəriyyəsi, təsəvvüf, sufi ədəbiyyatı və simvolikası, İslam mədəniyyəti, irfan və onun bədii təfəkkürlə əlaqəsi, Orta əsrlər təsəvvüf, fəlsəfə və digər humanitar sahələr üzrə klassik abidələrin fars dilindən Azərbaycan dilinə izah və şərhlərlə akademik tərcüməsi.
Nəsib Hacıyev
Nəsib Mirzəyev
Nəsib Tahir oğlu Mirzəyev (Ləkin, Cəlilabad, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı. Zəfər ordeni laureatı. (09.12.2020) — "Zəfər" ordeni. (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı.
Nəsib Muxtarov
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. Şəkillər: 1, 2, 3.
Nəsib Məhəməliyev
Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı, Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2000–2006), Nəsimi Rayon İcra Hakimiyyətinin başçsı (2006–2015). Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.
Nəsib Nəbioğlu
Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi. 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru. Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir. Evlidir, iki övladı var.