Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir == Nida haqqında == Nidaların müxtəlif məna növləri var: Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Nika
Nika (mifologiya) — Yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika mükafatı — Rusiyanın film mükafatı. Nika — İranın Mazandaran ostanında şəhər.
Nina
Nina — ad. Nina Balaban — Makedoniyalı atıcı. Nina Loblovskaya — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi Nina Zilli — İtalyan müğənnisi. Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Nina Badriç – Xorvatiyalı müğənni.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. == Əhalisi == Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir. Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
"Nicat" məktəbi
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
"Nicat" məktəbləri
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Antonio Pica
Antonio de la Santísima Trinidad Pica Serrano (21 mart 1931 – 26 aprel 2014) — İspaniya aktyoru.
Dayki Niva
Dayki Niva (16 yanvar 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli futbol komandasının heyətində 2 oyun keçirib.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir. Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Inga unica
Inga unica (lat. Inga unica) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Koki Niva
Koki Niva (丹羽 孝希, Niva Koki, 10 oktyabr 1994, Tomakomai) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Koki Niva Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Daha sonra Koki Niva Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Lada Niva
Niva (VAZ-2121 və LADA 4x4 adları ilə də məşhur) — Sovet və Rus avtomobil istehsalçı firması AvtoVAZ tərəfindən istehsal olunan kələ-kötür ərazi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Xüsusilə keçmiş SSRİ ölkələrində hal-hazırda xüsusi modifikasiyalar altında məşhurlaşmışdır. Kanadada (1998-ci ildən sonra satışı ləğv edildi), Cənubi Amerikada, İslandiyada da məşhurlaşmış və torpaq şərtlərinin çətin olduğu yerdə istifadəsi əlverişli olmuş, geniş istifadə olunmuşdur. Avstraliya kimi bölgələrdə isə isti iqlim şəraiti üçün kondisionerinin uyğun olmaması səbəbindən populyarlığı məhdud olaraq qaldı. Avtomobil modeli İslandiyada Lada Sport və Avstriyada Lada Taiga adı ilə tanınmışdır. Dünyada off-road nəqliyyat vasitələrinin kütləvi istehsal olunduğu model olan Niva, monokok quruluşu və müstəqil ön asma və qıvrım asma bacarıqlarına görə bugünkü yolsuzluq avtomobillərinin pioneridir. == Tarixçə == Bütün Avropada 2121 kod adı ilə tanınan Niva, 1976-cı ildə dövrünün yenilikçi texniki imkanları ilə istehsal xəttindən çıxdı. Lada Niva dizaynerləri tərəfindən Land Rover şassisinə yerləşdirilmiş Renault 5 kimi təsvir edilmişdir. "Daimi 4 təkərli sürücü sistemi və monokok korpusu yalnız Range Rover-də və 1970-ci illərdə bir neçə markada mövcud idi. Sahədəki üstün imkanlarına paralel olaraq prospektdə istifadəsi rahatlığı səbəbindən ilk SUV nümunəsidir.
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Nika (mifologiya)
Nika (yun. Νίκη) – yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika uğurlu sonluğun, xoşbəxt nəticənin rəmzi kimi bütün hərbi müharibə və yürüşlərin, idman və musiqi yarışmalarının, uğur üçün təşkil edilmiş bütün dini mərasimlərin əsas iştirakzısıdır. Rəmzləri kimi lentli çələng, palma və hətta silah-sürsat göstərilir. Nika təsvirlərdə qanadlı, sürətli hərəkət edərkən göstərilir. Afinada Nika məbədi mövcuddur. Nikanı çox vaxt Zevs və Afihahın əlində təsvir edirlər. XXXIII orfik nəğmə ona xitab edilmişdir.
Nika (şəhər)
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Nika Melia
Nikanor (Nika) Melia (gürc. ნიკა მელია; 21 dekabr 1979, Tbilisi) — Gürcüstan vəkili və siyasətçisi. Vahid Milli Hərəkatın sədri. Gürcüstan parlamentinin üzvü. == Həyat və fəaliyyəti == Nika Melia 21 dekabr 1979-cu il tarixində SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tblisi şəhərində anadan olmuşdur. Melia 2020-ci ilin dekabrında Qriqol Vaşadzenin istefasından sonra Vahid Milli Hərəkatın (VMH) sədri seçilmişdir. 23 fevral 2021-ci ildə xüsusi təyinatlılar və polis VHM ofisində reyd keçirərək Melianı həbs etmişdir. Reyd zamanı müxalifət üzvlərinə "mütənasib şəkildə zorakılıq" tətbiq edilmiş, VHM-nin verdiyi məlumata görə isə polis ofisdən bir neçə kompüter serverinin məlumatlarını oğurlamışdır. Bunun ardınca minlərlə etirazçı Melianın azadlığa buraxılmasını tələb edərək küçələrə axışmışdır. Reyddən sonra 2020-ci il parlament seçkilərində "Gürcü Arzusu" partiyasından namizəd olmuş Baş nazir İrakli Qaribaşvili Melianı "adi cinayətkar və terrorçu" adlandırmışdır.
Nika mükafatı
Nika qiyamı
Nika qiyamı (yun. Στάσις τοῦ Νίκα) — 532-ci ilin yanvar ayında 1 həftə ərzində imperator Yustinianı devirmək üçün baş verən qiyam. Üsyan bəzən şəhərin tarixi boyunca ən qanlı qiyam olaraq qeyd edilir, Konstantinopol əhalisinin demək olar ki, yarısı yandırıldı, on minlərlə insan öldürüldü. == Tarixi == Qədim Roma və Afinanın demes adlanan assosiasiyası idman oyunları əsasən də at arabası yarışları ilə dəstəklənirdi. İlk başlar yarışlarda oyunçular dörd hissəyə bölünürdü, oyunçular hər hissənin rənginə uyğun uniformalar geyinirdi. Onlar Mavilər (Veneti), Yaşıllar (Prasini), Qırmızılar (Russati) və Ağlar (Albati) idi. 6-cı əsrdə öz aktivliyini qoruyan sadəcə mavilər və yaşıllar idi, hətta imperator Yustinian özü də mavilərin tərəfdarı idi. Demes artıq Bizansın həm sosial həm də siyasi mövzusu halına gəlmişdi. Onlar artıq küçə quldur dəstələrinin və siyasi partiyaların aspektlərini birləşdirərək, teoloji problemlər və taxt iddiaçıları ilə bağlı mövqe tuturdular. Onlar tez-tez yarışlar arasında siyasi tələblər səsləndirərək imperiya siyasətinə təsir göstərməyə çalışırdılar.
Nika şəhristanı
Neka şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Neka şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,753 nəfər və 26,723 ailədən ibarət idi.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. == Həyatı == Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Rövşən Nicat
Əliyev Rövşən Aslan oğlu (Rövşən Nicat; 1968, İmişli rayonu) — azərbaycanlı rejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin uzvüdür. == Həyatı == Rövşən Nicat 1968-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 1975-1985-ci illərdə rayonun 34 saylı orta məktəbində oxuyub. 1985-ci ildə Bakı Mədəni Maarif Məktəbinə qəbul olub (1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət edib), 1990-cı ildə məktəbin Ədəbi-dram fakültəsini rejissor ixtisası üzrə bitirib. 1990-1992-ci illər təyinatla Baki Sovet Ticarəti Texnikumunda dram dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasınin "Səhər" kanalına rejissor assistenti, 1993-cü ildən isə televiziyanın "Hərbi proqramlar" redaksiyasına rejissor təyin olunub. Qarabağ döyüşlərində reportyor kimi fəaliyyət göstərib. 2000-ci ildən televiziyanın "Maarifçilik" redaksiyasına rejissor təyin olunub. Onlarla televiziya verişinin ideya müəllifi və rejissoru olub.