Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Odessa
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var. Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir. Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi. Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir.
Odessa Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odessa körfəzi
Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz. Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir. Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir.
Odessa teleqülləsi
Odessa teleqülləsi- Odessa qoruğunun ərazisində yerləşir. Qüllə televiziya və radio yayımı antennalarına malikdir. İlk nəsil qüllənin tipik layihəsi 3803 KM idi .155 metr hündürlükdə 32 və 64 metrlik kəmərlərlə kəsilmiş piramidadır.Teleqüllə - 25 metr yüksəklikdə VHF FMlə, 1,75 x1.75 metrlik bir şelflə,həmçinin 180 metrdə 2,5 x 2,5 ölçülü üst platformayla və turniket üçün boru ilə təchiz edilmişdir. Dəniz səviyyəsindən yüksəklik - 51 metrdir Hal-hazırda televiziya qülləsindən antennalarının yayımı: 4 analoq televiziya kanalının 5 rəqəmli multipleksrin (1 - DVB-T və 4 -DVB-T2 ), 18 radio stansiyasının ( VHF zolağında 5 və VHF ( FM ) qrupundakı 13). ) yayımını təmin edir. Odessa radiostansiyalarının əksəriyyəti mərkəzi qüllədən yayımlanır.
Odessa vilayəti
Odessa vilayəti, (ukr. Одеська область / Odeska oblast) — Ukraynanın cənub-qərbində bir vilayətdir. Vilayətin idarə mərkəzi Odessadır.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Arkadiya (Odessa)
Arkadiya — eyniadlı çimərlik də daxil olmaqla Odessada kurort zonası. Kurort, şəhərin Primorski rayonunda, Qara dəniz sahilində, Böyük Fontanın 5-7-ci stansiyalarından uzaq məsafədə yerləşir. == Tarixi == Odessanın bir çox məşhur çimərliklərinə sıldırım qayalar və yamaclar boyunca çatmaq mümkün olduğundan, şəhərin qurucuları kurort yeri üçün Arkadiya çimərliyini seçiblər. Eyni zamanda, Arkadiya bölgəsinə aparan yamac da vardır. Bu ərazini Odessa sakinləri Yunanıstanın dağlıq bölgəsinin şərəfinə belə adlandırıblar. Yunan mifologiyasına görə o ərazidə xoşbəxtlik, əmin-amanlıq və sadə həyat hökm sürürdü. 1920-ci illərdə şəhərin mühüm turizm mərkəzinə çevrilən Arkadiya parkının əsası qoyuldu. 2013-cü ildə parkda genişmiqyaslı yenidənqurma işləri aparılıb. Baş plana əsasən, ərazi artıq park ərazisi hesab edilmir. "Arkadiya" sanatoriyası 1946-cı ildə yaradılmışdır.
Odessa kinostudiyası
Odessa kinostudiyası (ukr. Одеська кіностудія художніх фільмів, rus. Одесская киностудия художественных фильмов) — Ukrayna, keçmiş SSRİ, Odessada kinostudiya. Kinostudiyanın 1919-cu ildə əsası qoyulmuş, Rusiya imperiyasında və Sovet İttifaqında ilk studiyalardan biri olmuşdur. Şirkət, qismən hökumətə məxsusdur və Ukraynanın Dövlət Əmlak Fondu və Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Dovjenko Film studiyaları ilə birlikdə ölkədə yeganə dövlət və əsas kino istehsalçısıdır. Studiya Frantsuzki bulvar 33 (Fransız Bulvarı 33), Odessa, Ukrayna ünvanında yerləşir. Onun yaxınlığında daha kiçik bir kinostudiyada House of Mask yerləşir. Odessa kinostudiyası 23 may 1919-cu ildə Ukrayna SSR-in Odessa Qubernatorluğu İcraiyyə Komitəsinin qərarı ilə Miron Qrossman, Dmitri Xaritonov və Borisov kinostudiyalarının qalıqları əsasında yaradılmışdır. Bu tarix ölkədə ilk dövlət kinostudiyasının yaradıldığı gün idi.
Odeya Raş
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Odeya Rush
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Tomoo Odaka
Tomoo Odaka (尾高 朝雄, Odaka Tomoo, 28 yanvar 1899, Seul – 15 may 1956, Tokio[d]) – Yaponiya hüquqşünas alimi. Hüquq fəlsəfəsi ilə məşğul olmuşdur. == Həyatı == 1899-cu ildə Koreyanın Seul şəhərində doğulmuşdur. 1923-cü ildə Tokio Universitetindən məzun olduqdan sonra Kioto Universitetinin fəlsəfə dekanlığına daxil olmuş, Kitaro Nişidanın tələbəsi olmuşdur. 1928–1932-ci illərdə Almaniya və Avstriyada Hanz Kelsen və Edmund Husserlin rəhbərliyi altında təhsil almışdır. 1928-ci ildə Keyco Universitetinin köməkçi professoru təyin olunmuşdur. 1944-cü ildən sonra Tokio Universitetində fəlsəfə dərsləri vermişdir. == Fəaliyyəti == Odakanın nəzəriyyələri neokantçılıq və fenomenologiya elementlərini özündə birləşdirir. İkinci Dünya müharibəsindən sonra yeni Yaponiya konstitusiyasından qəbul olunmasından sonra kokutayın tamamilə dəyişib-dəyişmədiyi haqqında Toşiyoşi Miyazava ilə debata daxil olmuşdur. Odakaya iddia etmişdir ki, kokutay hakimiyyət yox, antik yunanların nomos adlandırdıqları hökmran qanun və ya ənənədən yaranan prinsip idi və imperatorun simvolik statusa endirilməsi belə kokutayı dəyişdirməmişdir.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Borodino (Odessa vilayəti)
Borodino (ukr. Бородіно, keçmişdə – Sak, Aleksandrovskaya və 1 nömrəli kənd) — Ukraynanın Odessa vilayətinin Tarutin rayonunda yerləşən şəhər tipli qəsəbə. Qəsəbə Berezino dəmir yolu stansiyasının 12 km şimal-şərqində yerləşir. == Etimologiya == Qəsəbənin adı Moskva yaxınlığında baş vermiş Borodino döyüşündən gəlir. Bu döyüşdə I Napoleon Rusiya İmperator Ordusunu məğlub etmiş və Moskva şəhərini almışdır. == Tarixi == Qəsəbə XIX əsrin əvvəllərində alman köçkünlər tərəfindən qurulmuşdur. 1912-ci ildə qəsəbədə bir xəzinə aşkar edilmişdir. Bu, böyük tarixi və elmi əhəmiyyətə malikdir. == Tanınmış sakinləri == Yuri Stoyanov — Rusiya teatr və kino aktyoru, "Qorodok" televiziya verilişinin yaradıcısı və aparıcısı. == İstinadlar == == Ədəbiyyat == Dizendorf, V.F. Rusiya imperiyasında alman qəsəbələri: Coğrafiya və demoqrafiya.
Tarutino (Odessa vilayəti)
Tarutino (ukr. Тарутине, rus. Тарутино; keçmişdə – 3 nömrəli kənd, Ançokrak) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Tarutin rayonunun inzibati mərkəzi. Tarutinonun əsası 1814-cü ildə Ançokrak adı ilə qoyulmuşdur. Qəsəbənin adı Kaluqa vilayətiinin Tarutino kəndinin yaxınlıqlarında baş vermiş Tarutino döyüşündən gəlir. Bu döyüşdə Rusiya İmperator Ordusu I Napoleonnu məğlub etmişdir. Tarutinonun əsası alman və polyak köçkünlər tərəfindən 1814-cü ildə qoyulmuşdur. Rusiyanın 1853–1856-cı illərdə baş verən Krım müharibəsindəki məğlubiyyətindən sonra, qəsəbə Moldova knyazlığının nəzarəti altına keçdi. XIX əsrin axırlarında qəsəbə əhalinin əksəriyyəti mahud və tütün fabriklərində işləyən müstəmləkəçilər idi. 1866-cı ildə qəsəbədə iplik və toxuculuq dəyirmanları, eləcə də bir kənd təsərrüfatı üzrə bir maşınqayırma zavodu inşa edilmişdir.
Odessa vilayətində şərabçılıq
Odessa vilayəti Ukraynanın ən böyük üzümçülük rayonudur. 2018-ci ilin məlumatına əsasən Odeşçinada (Odessa vilayəti) şərab istehsalı 26,29 min hektar ərazini — Ukraynadakı üzüm bağlarının ümumi sahəsinin 60,44%-ni əhatə edir. Odessa vilayəti Dunay çayının mənsəbindən Tiliqul estuarına qədər olan ərazini – Qara dənizin şimal-qərb sahilində yerləşir və bu bölgənin iqlimi şərabçılıq üçün əlverişli hesab olunur. 2015-ci ilin məlumatına əsasən, üzüm istehsalı vilayətin 26 rayonunun 13-də həyata keçirilir (Ukraynanın keçmiş inzibati-ərazi bölgüsünə görə). Kənd təsərrüfatı müəssisələri 2018-ci ildə 2.966.984,57 kvintal üzüm istehsal etmişdir. 5 oktyabr 2016-cı ilin məlumatına və iqtisadi fəaliyyət növlərinin rəsmi təsnifatına əsasən, Odessa vilayətində şərabçılıqla 4 sahibkar və 152 hüquqi şəxs, üzümçülüklə isə 55 özəl müəssisə və 528 hüquqi şəxs məşğul olur. 2018-ci ilin məlumatına əsasən, ən çox istehsal olunan şərab məhsullarına üzüm mustu (57,88%) və faktiki spirt konsentrasiyası 15–24,08%-dən çox olmayan şərab və təzə üzümdən hazırlanan köpüklü şərab (10,77%) aiddir. Bölgəyə Qara dəniz və Bessarabiya şərab regionları da daxildir. Odessa vilayətində şərabçılığın tarixi qədim dövrlərə gedib çıxır.
Odessa Dövlət Filarmoniyası
Odessa Dövlət Filarmoniyası (Yeni birja) — 1931-ci ildə əsası qoyulmuş Odessanın ən böyük konsert binalarından biri. Elə həmin ildə filarmoniyanın simfonik orkestri rəsmi olaraq yaradılıb. Filarmoniya iki zaldan: kamera və konsert zallarından ibarətdir. Filarmoniya Odessa "Yeni" birjasının binasında yerləşir. Bu binanın sələfi 1842-ci ildə yaradılmış Odessa Filarmoniyası idi. Buraya həm musiqiçilər, həm də Odessanın tanınmışları; yazıçılar və hərbi qulluqçular daxil idi. Cəmiyyət xeyriyyə konsertləri verir və yeni başlayan sənətçilərə maddi dəstək göstərirdi. 1840-cı illərdə Filarmoniyanın səhnəsində Venyavski qardaşları, bəstəkar və pianoçu Ferens List çıxış edib. 1925-ci ildən binada simfonik musiqi konsertləri keçirilməyə başlanılıb. Odessa Konservatoriyasının professoru Leonid Moqilevski Odessa Filarmoniyasının Simfonik orkestrinin dirijoru olub.
Odessa - Bordı neft kəməri
Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər. İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir. Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi. Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.
Odessa Beynəlxalq Film Festivalı
Odessa Beynəlxalq Film Festivalı(ukr. Одеський міжнародний кінофестиваль) — iyulun ortalarında Odessa şəhərində keçirilən illik film festivalı. İlk dəfə 2010-cu ilin 16–24 iyul tarixlərində keçirilmişdir. Festival ilk iki ili özünü xüsusi bir yumor duyğusuna sahib bir film festivalı olaraq təyin etdi. 2012-ci ildə festivalın istiqaməti genişləndirilmiş, bədii festival elan edilmişdir. Yarış proqramı 2016-cı ildən etibarən üç tam bölmədən ibarətdir: Beynəlxalq müsabiqəli tam metraj filmlər proqramı, Ukrayna milli yarışma proqramı və Avropa sənədli filmlər yarışması.
Odessa Milli Politexnik Universiteti
Odessa Milli Politexnik Universiteti — Ukraynada universitet; Ukraynanın cənubunda yerləşən ən qədim ali texniki təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi illər ərzində universitet Ukrayna və dünya elminin və texnikanın inkişafına və mütəxəssislərin hazırlığına mühüm töhfə verib. 1918-ci ilin sentyabr ayında yaradılan Odessa Milli Politexnik Universiteti indiyə kimi böyük formalaşma və inkişaf yolu keçib. Belə ki, hazırda ali məktəb Ukraynanın aparıcı elmi-tədris mərkəzlərindən birinə çevrilib. Universitet kollektivi, ənənələri davam etdirərək, elmi-texniki potensialın artırılması üzərində çalışır, yeni iqtisadi şəraitdə müasir istehsal üçün elmin və texnikanın müxtəlif sahələrində elmi araşdırmalar məqsədilə yüksək ixtisaslı kadrlar hazırlayır. Bu gün Odessa Milli Politexnik Universiteti Avropa səviyyəli tədqiqat universiteti statusunu almaq üçün çalışır. Ali məktəbin 8 yaşayış korpusunu əhatə edən tələbə şəhərciyi tələbələrin istifadəsinə verilib. Universitet xarici tələbələri yataqxanada yerlə təmin edir. Mənzillə təminat, qalma müddəti və onun dəyəri universitetlə xarici vətəndaş arasında bağlanmış təhsil haqqında müqavilə ilə təyin edilir. Abituriyentlərin, tələbələrin tam tibbi müayinəsi və illik profilaktik müayinənin keçirilməsi üçün universitetin müasir avadanlıqla təchiz edilmiş tələbə poliklinikası inşa edilib.
Odessa Milli Rabitə Akademiyası
Odessa Milli Rabitə Akademiyası — Ukraynada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. 1900-cü ildə Odessada Rusiyanın cənub hissəsi üçün texniklər hazırlamaq məqsədilə teleqraf mexaniklərinin yüksək kursları açılır. 1923-ci ildə kursun əsasında Yüksək Elektrotexnikum yaradılır. Təhsil müəssisəsi 1925-ci ildən etibarən rabitə sahəsi üzrə mühəndislər yetişdirməyə başlayır. Aparılan islahatlar nəticəsində elektrotexnikum 1929-cu ildən başlayaraq Odessa Politexnik İnstitunun elektrotexnika fakültəsi kimi fəaliyyət göstərir. 1930-ci ildə isə fakültənin bazasında rabitə sahəsinin bir çox ixtisasları üzrə peşəkar mütəxəssislər yetişdirmək üçün Odessa Rabitə Mühəndisləri İnstitutu yaradılır. 1993-cü ildən ali təhsil ocağı A.S.Popov adına Ukrayna Dövlət Rabitə Akademiyası adlandırılır. 2001-ci ildən isə elm və təhsil sahəsində göstərdiyi genişmiqyaslı fəaliyyətinə görə Ukrayna prezidentinin sərəncamı ilə “Milli” statusu alaraq Odessa Milli Rabitə Akademiyası adı ilə fəaliyyət göstərir. Akademiyanın tərkibinə İqtisadiyyat və Menecmentlik, Kompüter Texnologiyası, Avtomatlaşdırma və Loqistika, Radio, Televiziya və Elektronika, İnformasiya Cəmiyyəti Problemləri institutları və Rabitə və İnformatizasiya Kolleci, İnformasiya şəbəkələri, Telekommunikasiya sistemləri, Qiyabi Təhsil və İxtisasartırma fakultələri daxildir. Ali məktəbin instititut və fakultələrində, ümumilikdə, 27 kafedra fəaliyyət göstərir.
Odessa Akademik Dram Teatrı
Odessa Vilayəti Akademik Dram Teatrı (ukr. Одеський обласний академічний драматичний театр) — Ukraynanın Odessa şəhərində rusdilli dram teatrıdır. Bu Cənubi Ukraynanın ən qədim teatrıdır. Teatr 1874-cü ildə yerli tacir A. S. Velikanovun vəsaiti ilə tikilmişdir. Bu, Odessa vilayətində fəaliyyət göstərmiş aktyor və sahibkar Nikolay Miloslavskinin dram truppasının çıxışları üçün nəzərdə tutulmuşdu. İlk növbədə, teatr öz sahibinin adını daşımış və Velikanov Teatrı adlanmışdır. Buna baxmayaraq, Velikanov 1875-ci ildə müəssisəni F. Rafaloviçə satmış və o, buranın adını dəyişdirərək Rus Teatrı qoymuşdur. Yarandığı ilk illərdə Rus Teatrı şəhərdə ən böyük teatr tədbirlərinin keçirildiyi bir məkan kimi fəaliyyət göstərmişdir. Ukrayna İstiqlaliyyət müharibəsinə qədər teatrda çoxsaylı rus, ukrayn, alman, fransız, italyan dram, opera və operetta truppaları çıxış etmişdir. XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədərki dövrdə Odessadakı Rus Teatrının səhnəsində Sara Bernar, Eleonora Duze, Benua Koklen, Myunne-Syuli, Mariya Savina, Vladimir Davıdov, Mariya Zankovetskaya, Panas Saksaqanski və Marko Kropivnitski kimi tanınmış şəxsiyyətlər çıxış etmişdilər.
Odessa Tarix-Diyarşunaslıq Muzeyi
Odessa Tarix-Diyarşunaslıq Muzeyi" (ukr. Одеський історико-краєзнавчий музей) — Odessa şəhərinin və diyarının tarix-diyarşunaslıq muzeyi. Muzey Odessanın tam mərkəzində, Qavannaya küçəsi, 4 ünvanında yerləşir. Muzeyin binası 1876-cı ildə məşhur Odessa memarı Feliks Qonsiorovski tərəfindən tikilmişdir. Bina o dövrün sənaye və ticarət elitasının əsas nümayəndələrindən biri, birinci gildiyanın məşhur Odessa taciri İlya Novikovun nəvəsi, 1806-cı ildə əsası qoyulmuş kəndir zavodunun sahibi Aleksandr Yakovleviç Novikov üçün tikilmişdir. İki mərtəbəli malikanənin memarlığında, Feliks Qonsiorovskinin əvvəlki yaradıcılığında olduğu kimi, İtaliyanın memarlıq irsindən çəkilmiş naxış və motivlərin müxtəlifliyi ilə son İntibah formalarının istifadəsinə əsaslanan üslub ruhu üstünlük təşkil edir. 1899-cu ilə qədər malikanə Odessada "Novikovun evi" kimi tanınırdı. 20-ci əsrin əvvəllərində şəhər hakimiyyəti tərəfindən bina satın alınır. 1907-ci ildə ev Odessa Ticarət Məclisinə icarəyə verilir. 1917-ci ilin oktyabrından sonra burada sahiblər tez-tez dəyişirdilər.
Odessa Milli Elmi Kitabxanası
Odessa Milli Elmi Kitabxanası (ukr. Одеська національна наукова бібліотека) — 1829-cu ildə Ukraynanın Odessa şəhərində yaradılmış ictimai kitabxanadır.Kitabxana 1907-ci ildə indiki yerinə, memar Fyodor Nesturx tərəfindən neo-yunan üslubunda layihələndirilmiş yeni binaya köçürüldü. Kitabxananın adı tarix boyu dəfələrlə dəyişdirilib və indiki adına 2015-ci ildə gəlib. Kitabxananın 200.000 nadir nəşri də daxil olmaqla 5 milyondan çox kitab kolleksiyası var.
Əl-Salam məscidi (Odessa)
Əl-Salam məscidi və ya Ərəb Mədəniyyət Mərkəzi (ukr. Арабський культурний центр) — məscid Ukraynanın Odessa şəhərində yerləşir. Mədəniyyət mərkəzi və məscid 2001-ci ilin iyununda istifadəyə verilib. Şəhərin baş memarı Boris Brovin, şəhər mədəni irs abidələrinin mühafizəsi şöbəsinin müdiri Vladimir Meşçeryakov, Odessa Dövlət İnşaat və Memarlıq Akademiyasının dekanı Valeri Urenevin sözlərinə görə, Ərəb Mədəniyyət Mərkəzi son dövrlərin ən uğurlu memarlıq əsəridir. Odessa müsəlmanlarının qədim ənənələri var. Odessa şəhəri Hacıbəy adlı qədim tatar yaşayış məntəqəsinin yerində salınıb. Yaşayış məntəqəsi 1240-cı ildə Krım xanı I Hacı Gəray tərəfindən salınmış və ilk olaraq Hacıbəy kimi onun şərəfinə adlandırılmışdır. Məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş tatar məscidi şəhərin mərkəzində müsəlman qəbiristanlığı yaxınlığında yerləşirdi. Sovet hakimiyyətinin gəlişi ilə Odessa müsəlmanlarının həyatı kəskin şəkildə dəyişir. Tatar mollası Sabirzyan Səfərov güllələnir; məscid bağlanır və sonra dağıdılır.
Odessa Opera və Balet Teatrı
Odessa Milli Akademik Opera və Balet Teatrı (ukr. Одеський національний академічний театр опери та балету)-Odessada ilk teatr; İlk binanın açılışı 1810-cu ildə olmuşdur və 1873-cü ildə yanmışdır. Hal hazırdakı bina 1887-ci ildə memarlar-Felner və Helmer tərəfindən yeni vyana-barokko üslubunda tikilmişdir. İzləyici zalının interyeri keçmiş fransız üslubu -rokoko üslubundadır. Teatr binasının tam bərpası 2007-ci ildə başa çatdırılmışdır. Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov kimi məşhur dirijorlar teatrda dirijorluq etmiş, Fyodor Şalyapin, Salomeya Amvrosievna, Leonid Sabinov və s. onun səhnəsində ifa etmiş, Anna Pavlova, Aysedora Dunkan kimi məşhur rəqqasələr rəqs etmişlər. Aleksandr Puşkin "Yevgeni Onegin" əsərində bu teatrı xatırlayır. "Forbes" jurnalı Şərqi Avropanın ən qeyri-adi yerləri siyahısına Odessa teatrını da daxil edib Odessa teatrının tarixi şəhərin əsasının qoyulduğu andan başlayır. Opera və Balet teatrı bir sıra mədəniyyət büəssisələri arasında ən qədimi sayıla bilər.