Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Oleni adaları
Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir. Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir.
Oleni adası
Oleni adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Oleni adası (Kandalakşski körfəzi)
Oleni adası — Ağ dənizə daxil olan Kandalakşski körfəzində yerləşən ada. Ada Kandalakşa şəhərindən cənubda yerləşir. Körfəzdə Veliki adasından sonra ikinci böyük adadır. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Adanın cənub-qərbində kiçik göl vardır. Ətrafında yerləşən kiçik adacıqlar arasında ən irisi Telyaçidir. Adanıən maksimal hündürlüyü 61,6 metrditr. Adanın cənub-qərbimndə Korovaya buxtası yerləşir. Ada Kandalakşski qoruğunun bir parçasıdır. İnzibati cəhətdən isə Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır. Qardaşı ona kifayət qədər təhsil verə bilmişdi ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Öləng
Öləng — qədim türk su və yaşıllıq tanrıçası, Göy Tanrının zövcəsi və həkimlərin, qadınların, körpələrin himayədarı sayılırdı. Фарид Алекперли — Медицина в Азербайджане. İRS Jurnalı. No. 1 (9), 2004.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Eucalyptus olsenii
Eucalyptus olsenii (lat. Eucalyptus olsenii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Nağd ödəniş
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Otenio Abel
Otenio Lotar Frans Anton Lui Abel (alm. Othenio Lothar Franz Anton Louis Abel‎; 20 iyun 1875[…], Vyana – 4 iyul 1946[…]) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur. Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.
Xlebnıy adası
Xlebnıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Oktyabr İnqilabı adasından 4,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xlebnıy adasından şimal-qərbdə axipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xitrıy. Ada cənubdən şimala 700 m məsafədə uzanır. Eni 300 metrdir. Adada ən böyük yüksəklik 30 metrdir. Mərkəzi hissədə geodeziya məntəqəsi yerləşir.
Ödəniş tapşırığı
Ödəniş tapşırığı — Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır. Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976-cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat "ı ilə müəyyən edilmişdir. Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər: Ödəyicinin adı və digər rekvizitləri; Vəsait alanın adı və digər rekvizitləri; Emitent bankın adı və digər rekvizitləri ("V" formatlı ödəniş tapşırığı istisna olmaqla) ; Benefisiar bankın adı və digər rekvizitləri; Vəsaitin məbləği və valyuta növü; Ödənişin təyinatı. Ödəniş tapşırıqları ilə hesablaşmalar "A" və "B" formatlı olur. " A " formatlı ödəniş tapşırığının "A1" hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, "A2" hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, "B1" hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, "B2" hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, "C1" hissəsində ödəniş aparılan valyutanın növü, "C2" hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.
Mobil ödəniş
Mobil ödəniş, mobil pul, mobil pul transferi, mobil pulqabı — maliyyə qaydalarına əsasən fəaliyyət göstərən və rəqəmsal pulqabının əsas sinfi kimi mobil cihazdan və ya mobil cihaz vasitəsilə həyata keçirilən hər hansı müxtəlif ödəniş emalı xidmətləri. İstehlakçı nağd pul, qəbz, debet kartı və ya kredit kartları ilə ödəmək əvəzinə, geniş çeşidli xidmətlər və rəqəmsal və ya fiziki mallar üçün ödəniş etmək məqsədilə mobil cihazda ödəniş proqramından istifadə edə bilər. Sikkələrə əsaslanmayan valyuta sistemlərindən istifadə konsepsiyasının uzun tarixi olmasına baxmayaraq, bu cür sistemləri dəstəkləyən texnologiyalar yalnız XXI əsrdə geniş yayılmışdır. Mobil ödənişlər 2000-ci illərdə Yaponiyada və daha sonra bütün dünyada müxtəlif yollarla qəbul olunmağa başladı. Eksklüziv olaraq müəyyən edilmiş ilk patent "Mobil Ödəniş Sistemi" 2000-ci ildə təqdim edilmişdir. Financial Access-in 2009-cu il "Dünyanın yarısı banksızdır" adlı hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə mobil ödəniş həlləri "banksız" kimi tanınan cəmiyyətə maliyyə xidmətlərinin genişləndirilməsi vasitəsi kimi tətbiq edilmişdir ki, bu da dünyanın yetişkin əhalisinin 50%-ni təşkil edir. Bu ödəniş şəbəkələri tez-tez mikroödənişlər üçün istifadə olunur. İnkişaf etməkdə olan ölkələrdə mobil ödənişlərin istifadəsi Bill & Melinda Qeyts Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Mercy Corps kimi təşkilatlar tərəfindən dövlət və özəl maliyyə vəsaitlərini cəlb etmişdir. Avropa Ödəniş Şurasının (AÖŞ) məlumatına görə, mobil ödənişlər yeni inkişaf imkanlarına nail olmaq üçün ödəniş xidmətləri təminatçıları və digər bazar iştirakçıları üçün əsas alətə çevrilir. AÖŞ bildirir ki, "yeni texnoloji həllər əməliyyatların səmərəliliyini birbaşa təkmilləşdirir, nəticədə xərclərə qənaət və biznes həcminin artması ilə nəticələnir".
Diferensial ödəniş
Diferensial ödəniş (DÖ) — maliyyə institutu tərəfindən yaradılmış kreditin ödənilməsi sxemini istifadə edilən ödəniş növü. Annuitet ödənişlərindən əsas fərq ondan ibarətdir ki, zaman keçdikcə ödəniş məbləği də azalır. Kredit orqanına diferensiallaşdırılmış ödənişdə ödəniləcək məbləğ demək olar sabitdir. Diferensiallaşdırılmış ödəniş məbləğində faiz hissəsi əvvəlcə yüksək olur, daha sonra kredit üzrə əsas borcdan asılı olduğundan minimuma düşür. == Hesablama üsulu == Diferensiallaşdırılmış ödənişlərin hesablanması üçün istifadə olunan əsas düstur formaya malikdir: D P = S n + O D ∗ i k {\displaystyle DP={\frac {S}{n}}+OD\ast {\frac {i}{k}}} burada DP — diferensial ödəniş S — ilkin kredit məbləğidir OD — DP-nin hesablanması tarixinə kredit borcunun qalığı i — mütləq ifadədə illik faiz dərəcəsidir (7% üçün 0,07). k — bir il ərzində faiz dövrlərinin sayıdır n — bütün kredit müddəti üzrə faiz dövrlərinin sayıdır Birinci müddət S/n — hər faiz dövründə (adətən bir ay) kreditin əsas borcundan ödənilən məbləğdir. == Kredit üzrə artıq ödənişin hesablanması == Diferensial ödənişlərin faiz şəklində kredit üzrə ümumi artıq ödənişini arifmetik irəliləyiş düsturunu istifadə etməklə hesablanır P = r 100 ∗ A ∗ n + 1 2 {\displaystyle P={\frac {r}{100}}*A*{\frac {n+1}{2}}} burada P — artıq ödəniş r — fərdi kredit şərtləri ilə razılaşdırılmış faiz dərəcəsi, misal - 12% A — ilkin kredit məbləğidir n — faiz dövrlərinin sayı Bu düstur təxmini artıq ödənişi hesablamaq üçün uyğundur. Dəqiq artıq ödənişini, ödəniş tarixləri və faiz dövründəki günlərin sayı nəzərə alınmaqla hər bir bank tərəfindən fərqli şəkildə müəyyən edilir. == Borcalan üçün DÖ-in faydaları == Müqayisə üçün biz gözlənilən kredit parametrlərindən (məbləğ, dərəcə, müddət) istifadə edirik, lakin annuitet ödəmə sxemi ilə Differensiallaşdırılmış ödənişdə, bərabər kredit şərtlərində, əsas borcun (kredit orqanının) ödənilməsi üçün məbləğ annuitet ödənişindən çox olduğundan, əsas borc ilkin olaraq daha tez azalır. Ona görə də daha az faiz hesablanacaq ki, bu da borcalan üçün daha sərfəlidir.
Olen
Olen (padşah) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. Olen (Axeya) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Olen (Etoliya) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Lenin Mükafatı
== Həmçinin bax ==
Lenin Ordeni
== 1950-ci illər ==