Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olimp
Olimp (dağ) — Yunanıstanda dağ. Olimp (Mars) — Marsda dağ. Olimp-2 — Rusiyada stadion. Olimp tanrıları — Yunan mifologiyasındakı tanrılar.
Olimp-2
«Olipm-2» stadionu — Rostov-na-Donu şəhərində yerləşən, Rostov FK ev oyunlarını keçirdiri station. Bu stadion 1930-cu ildə Rostselmaş zavodunun idman kompleksi olaraq inşa edilmişdir. «Rostselmaş» zavodu stadionu (1930—1996) «Rostselmaş» (1997—2002) «Olimp-21 Vek» (2002—2006) «Olimp-2» (2007-ci ildən) «Rostselmaş» zavod stadionu 1930-cu illərdə inşa edilmişdir. 1958—1970 illər ərzində stationda öz oyunlarını SKA klubu keçirirdi. 1950-ci illərdə station SSRİ ərazisində sahəsinə görə doqquzuncu olmuşdur. 1950-ci illərdə stadionun iki pilləli tribunası sayəsində tutumu 32 000 idi. 2000-ci ildə qərb tribunası genişləndirilir. 2009-cu ildə isə cənub tribumasının tikintisinə icazə verilmir.. 2010-cu ildə stadionda yeni video tablo quraşdırılmışdır. 2016-cı il məlumatına görə dörd tribuna müxyəlif şəxslətin mülkiyyətindədir.
Olimp (Mars)
Olimp dağı (lat. Mount Olympus) — Mars planetində yerləşən Günəş sisteminin ən hündür dağıdır. Dağın hündürlüyü 21 kilometrə yaxındır. Bu göstərici ilə Olimp Yer kürəsinin ən böyük dağı olan Everesti üç dəfə üstələyir. Olimpin hündürlüyü, əsasən 21.2 km. Yer üzündə ən yüksək vulkan olan Mauna Kea (10.2 km) vulkanından iki dəfədən çoxudur. Dağın diametri təxminən 540 kilometrdir. O, 7 km yüksəkliyə qədər kənarları boyunca dik yamaclara malikdir. Bu nəhəng uçurumların meydana gəlməsinin səbəbləri hələ inandırıcı bir izahat tapmamışdır. Baxmayaraq ki, çoxları okean tərəfindən Marsda bir dəfə mövcud olan vulkan yamaclarının aşınma versiyasına meylli olmasını söyləmişlər.
Olimp (dağ)
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Olimp dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Olimp tanrıları
Olimp tanrıları — yunan mifologiyasına əsasən Olimp dağında yaşayan əsas ilahi qüvvələr.
Limp Bizkit
Limp Bizkit — 1994-cü ildə Ceksonvil şəhərində (Florida ştatı) yaradılmış ABŞ nü-metal qrupudur. 1994-cü ildə qrupun solisti Fred Dörst, bassist Sem Riverslə tanış olur və onlar birlikdə qrup yaratmaq qərarına gəlir. Onlara Riversin qohumu zərbçi Con Otto və qitaraçı Ves Borland qoşulur. 1995-ci ildə onlar House of Pain qrupunun keçimiş di-ceyi – DJ Letalı qrupa dəvət edirlər və ilk demo disklərini 4 mahnıdan ibarət olan Mental Aquaducts albomunu yazırlar. Elə ilk illərdən qrupun en boyuk dostu və onlara dəstək verən artıq məşhurlaşmış və böyük fanat dəstəsinə sahib olan Korn qrupu olur. Ilk rəsmi albom "Three Dollar Bill, Yall$" olduqca uğurlu olsa da populyarlıq qazanmadı və yalnız qrupun 18 aylıq konsert turlarından sonra, yüksək satışlara nail oldu və dünya üzrə 2 milyon nüsxəyə yaxın satıldı. Bu günə kimi albom rapcore və nü-metal janrlarında yazılmış ən uğurlu albomlardan biri hesab edilir. Limp Bizkit, 1999-cu ilin yazında, ikinci albomlarını – Significant Other – çıxartdı və Billboard 200 siyahısında birinciliyə yükseldi. "Nookie" mahnısı onların dünya şöhrətini bir qədər də artırdı. 2000-ci ilin axırında ise, 3-cü albom "Chocolate Starfish and the Hot Dog Flavored Water" işıq üzü gördü.
Olim Qurbanov
Olim Qurbanov (21 iyun 1998) — Tacikistanlı üzgüçü. Olim Qurbanov Tacikistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Olim Qurbanov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 25.77 saniyəlik nəticəsi ilə 62-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
CLISP
CLISP — Common Lisp proqamlaşdırma dilinin implimentasiyasıdır. C və Common Lisp dillərində yazılıb. Windows və Unix əməliyyat sistemlərini dəstəkləyir.
Olimpos
Olimpus (yun. Ὄλυμπος) — Türkiyə Respublikası Antalya əyaləti Kumluca rayonu Çıralı kəndi ərazisində mövcud olmuş antik Likiya şəhəri. Ellinizm dövründə əsası qoyulduğu güman edilir. İndiki Beydağları Sahili Milli Parkı ərazisində yerləşmişdir. Bu park bəzən Olimpos Beydağları Milli Parkı da adlandırılır. Olimpos sözü yunan dilində "Ulu dağ" mənasını verir. Dünyadan iyirmidən çox dağ və yüksəklik, qəsəbə və şəhər bu adı daşıyır. Bu yüksəkliklərdən ən məşhuru Yunanıstanın şimal-şərqində yerləşən, Qədim Yunan Allahlarının evi sayılan Zessalian yüksəkliyidir. Olimpos şəhəri adını , qədimdə Olimpos dağı olaraq tanınan Taxtalı dağından götürmüşdür. Taxtalı dağının 10 k şimalında yerləşən, Yanardaş kimi bilinən alov vardır.
Tolima
Tolima (isp. Tolima) — ölkənin mərkəzi-qərb hissəsində yerləşən, Kolumbiyanın 32 departamentindən biri, ölkənin mərkəzi-qərb hissəsində, Maqdalena çayının vadisində yerləşir. Şərqdən Kaldas, şimaldan Kundinamarka, cənubdan Uila və qərbdən Kauka departamentləri ilə həmsərhəddir. İnzibati mərkəzi İbaqe şəhəridir.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
GIMP
GIMP (Rastr Qrafikalı Proqram, ing. GNU Image Manipulation Program, GIMP) — rastr qrafikası ilə işləmək üçün proqram; qismən vektor qrafikasını da dəstəkləyir. Layihənin əsası 1995-ci ildə qoyulub və hazırda könüllülər qrupu tərəfindən dəstəklənir. GNU General Public License şərtləri üzrə yayılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
LISP
Lisp — proqramlaşdırma dili 1958-ci ildə yaradılmışdır. Lisp, ikinci qədim yüksək səviyyəli dildir (ilk yüksək səviyyəli dil Fortran). Fortran kimi Lispdə də yarandığı gündən bugünə kimi bir çox dəyişikliklər edilmişdir. Lisp adı – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. == Proqram nümunələri == 1959-cu ildə süni intellekt məsələlərinin həlli üçün LISP (LISt Processing language – “siyahıların emalı dili”) dili meydana çıxmışdır. Bu dilin müəllifi amerikalı riyaziyyatçı Con Makkartidir (John McCarthy). Faktorial funksyanın hesablanmasını təsvir edək (rekursiyadan təyin olunur): == Mənbə == Patrick Winston and Berthold Horn, Lisp, Addison Wesley; 3 edition (January 1, 1989), ISBN 0-201-08319-1 Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Lima
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
OLAP
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
OMIM
OMIM (ing. Online Mendelian Inheritance in Man) — gen-fenotip əlaqəsinə xüsusi diqqət yetirməklə insan genlərinin və genetik xəstəliklərin və əlamətlərin davamlı olaraq yenilənən kataloqudur. 28 iyun 2019-cu il tarixinə OMIM-dəki 25.000-dən çox girişdən təxminən 9.000-i fenotipləri təmsil edirdi; qalanları genləri təmsil edirdi, onların çoxu məlum fenotiplərlə əlaqəli idi.
Onim
Onim (q.yun. ὄνυμα – ad) — adını çəkdiyi obyekti digər obyektlər arasında vurğulamağa, fərdiləşdirməyə və eyniləşdirməyə xidmət edən söz, ifadə və ya cümlə. O, mütləq iki hissədən ibarət mürəkkəb onomatologiya terminlərinə daxil edilir. Ononimləşdirmə nəticəsində onimlərə sifətlər və rəqəmlər də daxil ola bilər. Beləliklə, onim onomastikanın əsas termini və tədqiqat predmetidir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Подольская Н. В. Словарь русской ономастической терминологии. Изд. 2-е, перераб. и доп. М.: Наука.
Euseius olivi
Euseius olivi (lat. Euseius olivi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. == Təsviri == Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var. Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi, neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya). Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.