Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Kristian Kostov
Kristian Konstantinov Kostov (bolq. Кристиан Константинов Костов, rus. Кристиа́н Константи́нович Ко́стов; 15 mart 2000, Moskva) — Bolqar-rus-qazax mənşəli Bolqarıstan müğənnisi. O Rusiyanın Golos deti yarışmasının finalçısı, Bolqarıstanın X Factor musiqi yarışmasının isə ikincisi olmuşdur. Kristian "Beautiful Mess" mahnısı ilə Bolqarıstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kristian Kostov 15 mart 2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Kristianın atası milliyətcə Bolqar, anası isə Qazaxıstanlıdır. Onun bir qardaşı və bir bacısı var. Kristianın atası hələ uşaq ikən ona bolqar və ingilis dillərini öyrətmişdir. == Musiqi karyerası == === 2014–2016: Golos deti və X Factor yarışmaları === Kristian Kostov 2014-cü ildə Rusiyanın uşaqlar üçün təşkil etdiyi Golos Deti səs yarışmasında iştirak etmişdir.
Metodi Kostov
Metodi Kostov (Bolqarca: Методи Костов; 4 Aprel 1990-cı ildə anadan olub) — Hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. == Karyerası == === Vereya Stara Zaqora === Kostov 2016-cı ildən Vereya klubunda çıxış etməyə başlamışdır. O, komandası ilə öz peşəkar karyerasında debütünü 30 iyul 2016-cı ildə Dunav Ruse komandasına qarşı oyunda etmişdir. Kostov 2017-ci ilin yanvar ayında klubdan ayrılmışdır. === Litex Lovex === Kostov 18 yanvar 2017-ci ildə Litex Lovex klubu ilə müqavilə imzalamışdır.
Rostov Arena
Rostov Arena — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədi ilə inşa edilən stadion. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır. == Ehtimal edilən xüsusiyyətlər == Tikilmə tarixi: 2017 Tutumu: 45 000 VIP: 754 Mətbuat: 2280 İşıqlanma: 2100 lüks == Tarixi == Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir. Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədi ilə ediləcəkdir.
Rostov FK
FK Rostov 1930-ci ildə Rostov-na-Donuda yaradılmışdır. Oyunlarını 15,840 nəfərlik Olimp-2 stadionunda keçirir. Hazırda Rusiya Premyer Liqasında çıxış edən bu komandanın baş məşqçisi İvan Danilyansdır.
Rostov ippodromu
Rostov ippodromu ― Rostov-na-Donu şəhərində yerləşən ippodrom. == Tarixi == Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı. Elə bu illərdə Novoçerkask və Naxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir.
Rostov mehmanxanası
Rostov mehmanxanası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyonnovski prospekti, ev 59 ünvanında yerləşən bina. Rostov-na-Donu şəhərinin tarixi hissəsində, Oktyabrski rayonunda üç ulduzlu otel. Bina 1932–1934-cü illərdə E. İ. Çerkasian, Xaçatur Xristoforoviç Çalxuşyan və Lev Leonodoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. Rostov-na-Donu ərazisində mövcud olan və öz fəaliyyətini indiyənə qədər davam etdirən nadir mehmanxanalardan biridir. Burada hazırda Marins Park Hotel Rostov adlı otel yerləşir. Bu binada hazırda 300 müxtəlif otaq vardır. Rostov mehmanxanası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina 805 nəfəri eyni anda qəbul edə bilir. == Təsviri == Binanın tikintisində konstruktivizm elementləri aydın sezilir. Tikintisində dəmir-beton konstruksiyasından istifadə edilmişdir.
Rostov qoruğu
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası. == Flora == Maniç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir. == Fauna == === Quşlar === Quşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir.
Rostov teleqülləsi
Rostov teleqülləsi - teleqüllə Rostov-na-Donu şəhərinin Jeleznodoronı rayonu Barrikadnoy küçəsində yerləşir. Teleqüllə Rostov-na-Donu şəhərində ən hündür tikilidir. Onun maksimal hündürlüyü 195 metrdir. Onun fəaliyyət zonası Rostov vilayətinin böyük hissəsini əhatə edir. Ümumilikdə 2,2 mln insan. Fəaliyyət zonasına Bataysk, Azov, Aksay şəhərləri belə daxildir. == Tarixi == Rostov vilayətində teleqüllənin tarixi 1956-cı ildən başlalır. Qülləni Moskva İnstutu layihələşdirmişdir. Onun hündürlüyü 195 metr təşkil edir. Qüllə iki il inşaatdan sonra 1958-ci ilin 29 aprel tarixində istifadəyə verilmişdir.
Rostov trolleybusu
Rostov trolleybusu — Rostov-na-Donu şəhərində mövcud olan trolleybus nəqliyyatı. 2016-cı ilin 1 iyul tarixindən gediş haqqı 17 rubl təşkil edir. 1 oktyabr 2015-ci ildən edibarət bu nəqliyyatla gedişdə nağd ödənişdən imtina edilmişdir. Bundan sonra gediş haqqının yarısını ödəyən tələbələr və təqayutçular ödənişi kartlar vastəsi ilə həyata keçirməlidirlər. == Trolleybus şəbəkəsinin inkişaf mərhələləri == 1936 il 18 iyun 1936-ci ildə ilk trolleybus xətti açılmışdır. İlk xətt Selmaşdan Teatralnaya meydanına uzanırdı. 8 iyul 1942-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət Böyük Vətən müharibəsi səbəbindən dayandırılmışdır. 22 iyul 1945-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət bərpa edilir. 1996-ci ildə trolleybusvxəttinin uzunluğu 244 kilometr təşkil edirdi. Bu göstərici ilə Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra üçüncüdür.
Rostov vilayəti
Rostov vilayəti (rus. Ростовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Sahəsi 100,8 min km2, əhalisi 4,4 mln. nəfərdir. == Coğrafiyası == Rostov vilayəti Şərqi Avropa düzənliyinin cənub hissəsində və Ön Qafqazda yerləşir. Relyefi əsasən düzənlikdir, lakin qərbdə Donetsk təpəliyi (253 m), cənub-şərqdə Yerqeni yüksəkliyi vardır, həmçinin cənubda Kuma-Manıç çökəkliyi mövcuddur. Vilayətin səthi çay dərələri ilə kəsilmişdir. İqlimi mülayim kontinentaldır. Yanvarın orta temperaturu şimalda −9°S, cənubda −5°S, iyulun isə 22–24°S-dir. İldə 400–650 mm yağıntı düşür.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. == Tarixi == Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
Mayak (Rostov vilayəti)
Mayak — Rostov vilayəti, Salsk rayonu ərazisində yerləşən yaşayış məntəqəsi. == Coğrafiyası == === Küçələri === Bedrika k, Zelyonaya k, Krasnıx Zor k, Mir k, Molodyojnaya k, Sovxoznaya k, Stepnaya k., Trudovata k, Çentralnaya k, Tixi xiyabanı. == Tarixi == 1942-ci ilin iyulunda alman hərbi birləşmələri yaşayış məntəqəsini ələ keçirmişdilər. Bu zaman Qırmızı ordu geriyə Manıça çəkilmişdi. 29 iyil tarixində bir necə sovey döyüşçüsu su axtarışı ilə ıkaqədar geçikdiklərindən mühasirəyə düşürlər. Onların üzərinə atəş açəlmış və döyüş başlamışdır. Bu zaman şəhər əhalisi yeraltı saxlanclarda gizlənə bilmişlər. Döyüşətək almanlar onları Sandata kəndi istiqamətinə çəkirdilər. Yaralı döyüşçülər isə Mayakda qalmışdə. Dötüşdə ölən döyüşçülər qardaşlıq məzarlığında dəfn edilmişdilər.
Rostov-na-Donu
Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008). 15 dekabr 1749-cu ildə imeratiriçsa Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir. Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır. Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı" və "Rusiyanın cənub paytaxtı", həmçinin Donun paytaxtı adlanır.
Rostov Avtobus zavodu
Rostov Avtobus zavodu — Rostov-na-Donu şəhərində yerləşən, iri tutumlu avtobuslar istehsal edən Rusiyaya məxsus müəssisə. == Tarixi == 2007-ci ildə «Krasnı Aksay» zavodunda TaqAZ şirkətinə məxsus böyük tutumlu РоАЗ-5236 model avtobusların istehsalına başlanılmışdır. Model Ukraynaya məxsus VAT Ukravtobusprom tərəfindən ТУР А181 əsasında yığılmışdır. Avtobuslar alman mühərriki olan Deutz, ötürücü qutu və portal körpüsü isə ZF ilə təmin edilmişlər. Avtobuslar yerdən alçaq olub, dörd qapıya sahid idilər. Bunlardan ikisi iki tərəfli olub təkər həlqəsinin yaxınlığında yerləşirdi. Rəng çeşidləri:бежевый (standart),parlaq-sarı (1 avtobus №65,1 avtobus №22),yaşıl (№3 və №49) РоАЗ hədəf olaraq Rusiyanın cənub regionlarının ictimai nəqliyyat tələbanı ödəməməli idi. Onlar ilk növbədə Rostov-na-Donu, Krosnodar diyarı və Soçinin təminatında istifadə edilməli idi. İlk avtobuslar 2008-ci ildə keçirilən Moskva Beynəlxalq Nəqliyyat forumu olan Krokus-Ekspoda iştirak etmişdir. 2010-ci ildə Moskvada Komtrans sərgisində РоАЗ-5236 avtobuslarının üç qapılı variantı nümayiş etdirilmişdir.
Aksay rayonu (Rostov vilayəti)
Aksay rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Aksay şəhəridir. == Tarixi == Aksay rayonu ərazisində ilk yaşayış məntəqəsi haqqında yazılı mənbə 1570-ci ilə aiddir. 1742-ci ildə burada Ust-Aksay stansiyası salınır. Aksay qədim türklərin Ağ çay adlandırdıqları toponimin rus variantıdır Aksay rayonu bir inzibati vahid olaraq 1936-cı ildən mövcuddur. == Coğrafiyası == Aksay rayonu Rostov vilayətinin mərkəsində yerləşir. 117,0 min hektar ərazini əhatə edir. === Su resursları === Rayon ərazisindən axan çaylar: Aksay çayı Bolşoy Loq çayı Bolşoy Nedvetay Qruşevka çayı Don çayı Koysuq çayı Suxoy Batay Temernik çayı Tuzlov çayı Çerkasskaya çayı Rayon ərazidində yerləşən göllər: Balaqurskoe Bolşoy Liman — rayonun mərkəzində Bolşoy Liman — rayonun şərqində Bolşoy Sunduk Qeneralskoe — Olqinski stansiyası yaxınlığında Qeneralskoe — Aleksandrovki yaxınlığında Dlinnoe Krivoe — rayonun şərqində Krivoe — rayonun qərbində Kruqloe — rayonun qərbində Kruqloe Krutovatoe Mayıy Sunduk Monastır gölü — rayonun ən böyük gölü Pesçanoe — rayonun şərqində Pesçanoe — rayonun qərbində Podpolnoe Svetloe == İqtisadiyyat == Rayonnərazisində 36 sənaye, 24 tikinti, 10 nəqliyyat, 26 kənd təsərrüfatı, 200 fərdi kəndli-fermer təsərrüfatı müəssisəsi fəaliyyət göstərir. Kiçik müəssisələrin sayı 800 keçir. Rayonda təsərrüfat sahələrinin istehsalatda müvafiq payı: Sənaye — 47,7 %, Kənd təsərrüfatı — 19,8 %, Nəqliyyat — 8,8 %, Tikinti — 8,9 %.
Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir. == Tarixi == === 1874-ci il körpüsü === Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur. Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur. === 1917-ci il körpüsü === Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.
Bokovski rayonu (Rostov vilayəti)
Bokovski rayonu — Rusiyanın Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Bokovski stanisasıdır. == Coğrafiyası == Bokovski rayonunun sahəsi 1927 km² ərazini əhatə edir və Rostov vilayətinin şimalında yerləşir. Şərqdə Volqodonsk vilayəti, cənub-şərqdə Sovetski rayonu, cənubda Kaşarski rayonu, qərbdə Verxnedonski rayonu, şimalda Şoloxov rayonu ilə sərhədlənir. Rayon ərazisindən Çir çayı axır. Rayonun ərazisi bitki və heyvanlar aləmi ilə zəngindir. İnzibati mərkəzi olan Bokovski stanisası Rostov-na-Donu şəhərindən 340 km məsafədə yerləşir. Ona ən yaxın rayon mərkəzi Kaşardır. Kaşara olan məsafə 70 km təşkil edir. Yayon mərkəzindən Volqoqrada olan məsafə 280 km, Krasnodara olan məsafə 604 km, Moskvaya olan məsafə 999 km təşkil edir.
Buyan adası (Rostov vilayəti)
Buyan adası — Rostov vilayətinin ərazisində, Baqaevskaya kəndində yerləşən bir ada. Aşağı Donun məşhur görməli yerlərindən biri hesab olunur. Kəndlilər arasında Stepan Razinin 1669–1670-ci illərdə fars xəzinəsini məhz bu adada basdırdığı barədə əfsanəsi gəzir. Ancaq Rusiya imperiyasının hərbi xəritələrində ada yalnız 19-cu əsrdə müxtəlif adlarla meydana çıxmışdır: Uqlovatı, Buynı, Buyan. Ada 18-ci əsrin xəritələrində yoxdur, bu da Baqaevskaya kəndində fars qızılının olmasına şübhə yaradır. Vaxt keçdikcə Buyan aşağı axar boyunca qum və çamurla lillə artaraq böyümüşdür. Sıx bitki örtüyü ilə örtülmüş ada, zəngim qumlara sahib sahillərə malikdir. Buda çimərliklərin kütləvi istifadəsinə imkan verir. Vəziyyətinə görə ada demək olar ki, həmişə həvəskar balıq ovu üçün əlverişlidir. Buyan Don çayının boyunca uzanır və üçbucağa bənzər formadadır.
Kaqalniski rayonu (Rostov vilayəti)
Kaqalniski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Kaqalniskaya qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 55 km məsafədə yerləşir. == Tarix == Kaqalniski rayonu 18 yanvar 1935-ci ildə Azov-Qara dəniz vilayətinin parçalanması ilə əlaqədar olaraq qurulur və 1937-ci ilin sentyabrına qədər onun bir hissəsi olur. 1937-ci ilin sentyabr ayından etibarən Kaqalniski rayonu yeni qurulan Rostov vilayətinin bir hissəsi olur. 1963-cü ildə rayon ləğv edilir və ərazisi Zernoqrad rayonuna daxil edilir. Kaqalniski rayonu 20 oktyabr 1980-ci ildə yenidən qurulur. == Coğrafiya == Kaqalniski rayonu, Rostov vilayətinin cənub-qərb hissəsində yerləşir, şərqdə Rostov vilayətinin Zernoqradski rayonu ilə, cənubda Krasnodar diyarının Kuşçevski rayonu ilə, qərbdə Azov və Baqaevski rayonları ilə həmsərhəddir. Rayonun sahəsi 1370.24 km²-dir. Şimaldan cənuba uzunluğu 46 km, qərbdən şərqə 49 km-dir.
Rostov-na-Donu kafedralı
Rostov-na-Donu kafedralı və ya Müqəddəs Məryəmin Doğuşu katedralı (rus. Кафедральный собор во имя Рождества Пресвятой Богородицы) — Rostov-on-Don şəhərinin və Rostov və Novoçerkassk Pravoslav Yeparxiyasının əsas kilsəsidir. Novocherkassk Katedralı ilə birlikdə Don bölgəsindəki xristian ibadətinin əsas yeridir. == Arxa planı == 18-ci əsrin sonlarında şəhər əsgərləri, tacirlər və tacirlərin şəhərətrafı ərazilərə genişmiqyaslı köçürülməsindən sonra şəhər rəhbərliyi Theotokosun doğuşuna həsr olunmuş bir məbəd tikmək qərarına gəldi. Məbədin şəhərətrafında indiki mərkəzi bazarın yaxınlığında tikilməsi nəzərdə tutulmuşdu. Kilsə 20 fevral 1781-ci ildə qurulmuş və 5 sentyabr 1781-də açılmışdır. Həm inşaat işlərinin başlanğıcı, həm də kilsənin açılması İoann Andreyev tərəfindən təqdis edildi. Ancaq cəmi on il sonra, 1791-ci il dekabrın 27-də ildırım düşməsi nəticəsində məbəd yandı. Şəhərin o vaxtkı meri — tacir M. Naumov Ekaterinoslav Yeparxiyasının başçısı olan və yeni kilsənin inşası ilə bağlı Rostov ərazisinə nəzarət edən Metropolitan Qavriilə müraciət etdi. 1795-ci ildə eyni yerdə Müqəddəs Məryəmin Doğuşu Kilsəsinin inşaat işləri başladı.
Rostov-na-Donu məscidi
Rostov-na-Donu məscidi — Rostov-na-Donu şəhərinin mərkəzində yerləşən məscid. Rostov vilayəti ərazisində fəaliyyət göstərən yeganə məsciddir. == Tarixi == Hələ Rusiya imperiyası dönəmində Krasnoarmeysk küçəsində böyük mərkəzi məscid olmuşdur. Ancaq uzun zaman fəaliyyət göstərməsinə baxmayaraq heç bir adınlıq gətirilmədən 1968-ci ildə fəaliyyəti tamamən dayandırılmışdır. Bölgədə yaşayan müsəlmanlar şəhərin mərkəzində "Stroileley" parkında boş bir ərazini məscid üçün ayırırlar. Ancaq müsəlmanların məscid tikintisini həyata keçirmək cəhdləri münaqişələrə səbəb olur. Müsəlmanlar üçün yerin ayrılması nəhayətdə Rostov-na-Donu şəhərində meşəpark zonasında qərarlaşdırılır. Burada yüz metr radiusunda heç bir yaşayış məntəqəsi yoxdur. Məscid Furmanovskaya küçəsində yerləşir. == Arxitektur xüsusiyyətləri == Yeni məscidin tikintisi 1999-cu ildən 2003-cü ilə qədər davam etmişdir.
Rostov-na-Donu əməliyyatı
Rostov-na-Donu əməliyyatı (1941) — Qırmızı ordunun ilk uğurlu hərbi əməliyyatı. Bu əməliyyat Moskva döyüşü və Elnin döyüşləri ilə eyni dövrlərdə baş vermişdir. == 21 noyabr 1941. müharibənin 153-cü günü == SSRİ 9-cu ordusu cəbhəsində Arqafenoka — Kuteynikovo istiqamətinə hərəkət edirlər. 56-cı sovet ordusu isə Rostov-na-Donu şəhərini tərk edir. Almanlar şəhəri ələ keçirirlər. == 27 noyabr 1941. müharibənin 159-cu günü == 37-ci SSRi ordusu sağ falanqadan Stoyanov-Qeneralskoe cəbhəsində hücum əməliyyatına başlamışdır. 37-ci ordu Stoyanov-Qeneralskoe cəbhəsinə Sultan-Salı istiqamətdən Rostovun qərb ərazilərinə, 9-cu ordu isə Rostova Bolşoy Salı istiqamətdən hücuma keçmişdir. 56-cı ordu Rostova üç istiqamətdən hücuma keçmişdi.
Rostov-na-Donunun coğrafiyası
Rostov-na-Donu hazırda Rusiyanın iri şəhərlərindən biridir. Şəhər Şərqi-Avropa düzənliyi ərazisində yerləşir. == Rostov-na-Donu == Rostov-na-Donu şəhəri Don çayı və Azov dənizi ilə sıx əlaqəlidir. Burada hətta qədim daş dövrünə aid yaşayış məntəqələrinin olması insanları məhs onun coğrafiyası cəlb edirdi. Rostov-na-Donu şəhəri Don çayının sahilində yerləşir. Böyük hissəsi isə Don çayınln sağ sahilində yerləşir. Rostov-na-Donu şəhərinin sahəsi 354 km², əhalisi isə 1,103 mln nəfər təşkil edir. Moskvadan olan məsafə 1092 km təşkil edir. Burada Qara, Azov, Xəzər, Baltik və Ağ dənizə gedən alternativ su yolları, MDB təşkilatına daxil olan ölkələrə (Avropa hissəsində), Yaxın Şərq və Aralıq dənizi hövzəsi ölkələrinə gedən yollar buradan keçir. Şəhərdə beynəlxalq hava limanı yerləşir.
Rostov Cümə Məscidi (1918)
Rostov Cümə Məscidi — Rostov-na-Donu şəhərində XX əsrin əvvəllərində tikilmiş müsəlman dini ibadətgahı. Məscid 1962-ci ilə qədər fəaliyyət göstərmişdir. Hazırda məscidin binası qəzalı vəziyyətdədir. == Tarixi == Rostov-na-Donuda ilk müsəlman ibadət evləri (məscidlər) XIX əsrin son rübündə yaranmışdır. Belə ki, onlardan birinin tikintisi üçün, 1910-cu illərin ortalarında, Skobelevskaya küçəsi (indiki Krasnoarmeyskaya küçəsi) ilə Pokrovski qəbiristanlığı (indi yoxdur) arasındakı şəhər planında məscidin tikintisi üçün yer ayrıldı. Bu məscidin tikintisinin dəqiq başa çatma tarixi məlum deyil. Təqribən 1917-ci və ya 1918-ci il əsas götürülür. Tikinti Napoleon ordusuna qarşı müharibədə fərqlənmiş tatar alaylarının şərəfinə müsəlman tacirlərin ianələri hesabına həyata keçirilmişdir. Məscid üstü aypara ilə örtülmüş günbəzi olan iki mərtəbəli kubvari bina idi. Məscidin girişinin yerləşdiyi əsas fasadın dekorasiyası uclu tağla vurğulanan mərkəzi yuxarı, dairəvi pəncərənin ətrafında hazırlanmışdır.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
JSTOR
JSTOR — 1995-ci ildə Amerikanın Nyu-York şəhərində əsası qoyulmuş elektron kitabxana. İlk yaradılanda elmi və akademik jurnalları daha sonra isə kitabları da arxivləşdirmək üçün istifadə olunan onlayn bir sistem. == Jstor haqqında == Jstor güclü bir tədqiqat və tədris platforması vasitəsilə geniş bir elmi məzmunu araşdırmağa kömək edir. Kitabxanalardan istifadə edən tədqiqatçılar, tələbələr və professor-müəllim heyətinin xərclərini azaldaraq, rəf sahəsini artırarkən həyati məzmunla əlaqələndirməsi, müstəqil tədqiqatçılara təqaüddən pulsuz və ucuz istifadə imkanı təmin etməsi və naşirlərin yeni auditoriyalara qovuşmalarına və məzmununun gələcək nəsillər üçün qorunmasına kömək etmək üçün akademik cəmiyyətlə əməkdaşlıq edir.
Orlov
Orlov — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Ostan
Ostin
Ostin (Texas)
Ostya
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pskov
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər. == Ümumi məlumat == Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir. == Tarixi == Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348 — 1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər == Hazırlanması == Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir. == Tarixi == 11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır.
Rustov
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. == Tarixi == Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. == Toponimikası == Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
STOVL
Short Take off Vertical Landing ya da STOVL, İngilis dilində olan “Qısa qalxma şaquli enmə” sözlərinin baş hərflərindən formalaşmış qısaltmadır. Ümumilikdə VTOL adı ilə adlandırılan sistemin (Şaquli enmə-qalxma) F-35 təyyarəsinin bəzi uçağının modellərində istifadə ediləcək xüsusiyyətinin başqa adıdır.