Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikela Paç
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır. Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur. Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
PAC Super Mushshak
Super Mushshak (Urduca: سپر مشاق ) Pakistan istehsalı MFI-17 "Mushshak" təlim təyyarəsinin təkmilləşdirilmiş variantı. "Pakistan Aeronautical Complex" şirkəti tərəfindən dizayn olunub və istehsal olunur. İstehsalına 1995-ci ildən başlanılıb. “Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-nin “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.
Pac-Man World
Pac-Man World — "Namco" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının birinci seriyasıdır. Pak-Man 20 illiyini qeyd etmək üçün (oyun məhz Pac-Manın 20 illiyində yaradılmışdır) evə ailəsinin yanına gələn zaman Xanım Pak-Man, Beybi Pak, Jr. Pak, Professor Pak, Chomp Chomp the dog, və Pukanın Tok-Man tərəfindən qaçırıldığını eşidir. Pac-Man ailəsini xilas etmək üçün onların ardınca gedir. Ailəsinin hər bir üzvü müxtəlif dünyada yerləşdirilmişdir. Macəraların sonunda Pak-Man ailəsinin bütün üzvlərini xilas edir və Tok-Man üzərində qələbə çalır.
2Pac
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
PGC
PGC — (ing. Principal Galaxies Catalogue, The Catalogue of Principal Galaxies, və ya PGC),1989-cu ildə çap olunmuş əsas qalaktikaların astronomik kataloqudur. J2000-də istifadə olunur. Bu kataloqda 73 197 qalaktikanın ekvatorial koordinatları və başqa məlumatlar toplanmışdır.
PLC
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Pab
Pab (ing. Pub) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Pablar ingilis sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir. Pab sözü İngilis dilində Public House (azərb. İctimai Ev‎) sözlərinin qısaldılmasından əmələ gəlmişdir. Bu tipli içkixanalar əsasən Böyük Britaniyanın hakim olduğu ərazilərdə (Avstraliya, Kanada, Yeni Zelandiya) yayılmışdır. Mütəxəssislər tərəfindən Pablar Tavernaların müasir forması kimi izah edilir.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Pad
Pad (rus. падь, ing. pad) — dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Paj
Paj (fr. page) — orta əsrlərdə qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli kənc oğlan. Odövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7-10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülürək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlä cəngavər ədəb-ərkanı öyrənməklə yanaşı ağasının qulluğunda dururdu. Ağasını müşayət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan paj rütbəsi qaldırılırdı.
Pak
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Peç
Peç bu mənaları ifadə edə bilər: Peç (Macarıstan) — Macarıstanda şəhər. Peç (Kosovo) — Kosovoda şəhər.
Sac
Sac — çörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası. Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar. Azərbaycanda hələ qaz sobası və tava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur. Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır. Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir.
TAC
Tac
Xaç
Xaç, bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biriir və ya hər ikisi də ortasından ikiya bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər. Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər. Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Pas
Pas – suyun və ya hava nəminin katalitik iştirakı ilə dəmir və oksigenin reaksiyası nəticəsində əmələ gələn qırmızı-qəhvəyi dəmir oksidi.
Pac-Man World 2
Pac-Man World 2 — "Namco" oyun şirkəti tərəfindən 2002-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının ikinci seriyasıdır. Oyunun qəddar personajı kabus Spukidir.
Pac-Man World 3
Pac-Man World 3 — "Namco" oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının üçüncü seriyasıdır. Videooyun 15 raunddan ibarətdir. Raundlar isə çox uzun olmasına görə fərqlənir. Həmçinin, oyunun bir neçə raundunda ilk "Pac-Man" oyununu oynamaq mümkündür. Videooyun "PlayStation 2", "Nintendo", "GameCube", "Xbox", "PlayStation Portable", "Nintendo DS" və Microsoft Windows platformaları üçün hazırlanmışdı. Qəddar ağıllı Ervin hakimiyyət uğrunda keçirdiyi macəralarında Kabuslar dünyasından (Spectral Realm) energetik pendiri sormaq üsulunu tapmışdır. Ervin Kabuslar dünyasına girmək üçün xüsusi Sifon hazırlamışdır. Bu da kabus dünyasını real dünyaya (Pac-Land) çevirir. Bu çevrilmə zamanı dünyanın fəlakətinə gətirib çıxaracaqdır.
Future plc
Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir. "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir. London fond birjasında (FUTR) siyahıya alınmışdır. == Tarixi == "Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir. Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır. Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.