Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
PGP
PGP (Pretty Good Privacy) - verilənləri enrypt və decrypt etmək üçün kriptoqrafik gizlilik (privacy) və autentikasiyanı təmin edən kompüter proqramıdır. PGP adətən email, mətnləri, faylları, qovluqları və ya disk sahəsinin hamısını enrypt, decrypt etmək və imzalamaq üçün istifadə edilir. PGP 1991-ci ildə Filipp Zimmermann tərəfindən yaradılıbdır. PGP verilənləri encrypt və decrypt etmək üçün OpenPGP standardlarından istifadə edir.
PHP
PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir.PHP Əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır. PHP dili 1995-ci ildə yaradılmışdır. İlk əvvəllər onun adı Personal Home Page sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. Daha sonralar daha ciddi ad fikirləşmək məqsədi ilə Hypertext Preprocessor adı verildi. Lakin HPP bir o qədər yaxşı səslənmədiyindən PHP adı qaldı. 2004-cü ildən PHP obyekt yönümlü dil kimi istifadə olundu.
PIP
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
PUA
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Pud
Pud — çəki ölçü vahidi. Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV–XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir. Pullar iki formada ola bilər: nağd nağdsız Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır.
AÜP
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Ümid Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur. Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib.
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
E-pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Elektron pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
George Pop
George Pop (11 sentyabr 1993) — Rumıniyalı biatlonçu. George Pop Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. George Pop birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Pop 28:04.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 86-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
K-pop
K-pop (/keɪ pɔp/,abbreviaturaing. Korean pop) K-pop , Koreya populyar musiqisi, Cənubi Koreya mədəniyyətinin bir hissəsi olaraq Cənubi Koreyada yaranan bir musiqi janrıdır. Ənənəvi Koreya musiqisi kökləri üstündə pop, eksperimental, rok, caz, gospel, hip hop, R&B, reggae, elektron rəqs, folk və klassik kimi dünyanın hər yerindən gələn üslub və janrlardan təsirlənir. Janrın daha müasir forması 1992-ci ildə ən erkən K-pop qruplarından biri olan (Seo Taiji) So Tayci and Boys adlı oğlan qrupunun yaranması ilə ortaya çıxdı. Onların fərqli musiqi üslubları və janrları üzərində sınaqları və xarici musiqi elementlərinin inteqrasiyası Cənubi Koreyanın müasir musiqi səhnəsini yenidən formalaşdırmağa və modernləşdirməyə kömək etdi. Müasir K-pop "idol" mədəniyyəti, 1990-cı illərdə başladı, çünki K-pop gənclərin və gənclərin nəhəng fandomlarını toplayan bir alt mədəniyyətə çevrildi. Erkən K-popdakı tənəzzüldən sonra, 2003-cü ildən TVXQ və BoA, musiqi janrını qonşu Yapon bazarına salan və bu gün K-popu beynəlxalq miqyasda populyarlaşdırmağa davam edən yeni bir nəsil K-pop idolları yaratdılar. Onlayn sosial şəbəkə xidmətlərinin və Cənubi Koreya TV şoularının ortaya çıxması ilə, Koreya Dalğası olaraq bilinən K-pop və Cənubi Koreya əyləncələrinin yayılması təkcə Şərqi Asiya və Cənub-Şərqi Asiyada deyil, Pakistan, Banqladeş, Hindistan, Latın Amerikası, Şimali Afrika, Cənubi Afrika və Şərqi Afrika, Yaxın Şərq və bütün Qərb dünyasında beynəlxalq auditoriya qazanır. "K-pop" termini 2000-ci illərdə məşhurlaşdı. Əvvəllər Cənubi Koreya pop musiqisi gayo adlanırdı (kor.
Katrin Pul
Katrin Pul (d. 4 aprel 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Pul 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Katrin Pul 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kağız pul
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Krunk PUA
Krunk (tərcümədə Leylək) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur. Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib.
Kvazi pul
Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır. Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur. Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı. O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu.
PUC-MG
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
PUC Minas
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Pep Guardiola
Xosep Qvardiola (18 yanvar 1971[…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.