Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəvən
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Asamati (Resen)
Asamati (mak. Асамати, alb. Asamat, Osomat) — Prespa gölünün şimal şərq sahilində, Makedoniya Respublikasının Resen Bələdiyyəsində yerləşən bir kənddir. Asamati, Resen bələdiyyə mərkəzindən 12 kilometr uzaqlıqda yerləşir və 175 sakini var. == Tarixi == Asamati, müxtəlif tarixi dövrlərdən qalma və bir çoxu təsadüfən kəşf edilən müxtəlif arxeoloji sahələrə ev sahibliyi edir. Tapıntıların bir çoxu Resen qəsəbəsindəki Sarayda yerləşdirilir.XIX əsrdə, daha sonra Ademayt olaraq adlandırılan kənd əhalisi, 16 evdə yerləşən 30 müsəlman sakinin və Bolqar Yepiskopluğunun 16 üzvündən ibarət idi. 1905-ci ildə Asamati'nin 150 sakini var idi, bunların 102-si Müsəlman albanlar, geri qalan hissəsi isə Bolqar Yepiskopluğunun üzvlərindən ibarət idi.Birinci Dünya Müharibəsi əsnasında kəndin 115 sakini var idi.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Boz gəvən
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Düzyarpaq gəvən
Düzyarpaq gəvən (lat. Astragalus strictilobus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Keçəbudaq gəvən
Tüklü gəvən (lat. Astragalus piletocladus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Qılıncvarı gəvən
Raven Aleksis
Raven Aleksis və ya Reyven Aleksis (26 yanvar 1987 – 23 mart 2022, Las-Veqas, Nevada) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Reyven Aleksis 26 yanvar 1987-ci il tarixində doğulmuşdur. İlk karyerasına 2007-ci ildə modelliklə başlamışdır. Reyven Aleksis 2009-cu ildə şəxsi studiyası olan "Raven Alexis Productions" ilə "Digital Playground" arasında müqavilə imzalamışdır və bu studiya ilə 2010-cu ilin axırına kimi işləmişdir. 2010-cu ildən sonra parodiya janrlı pornoqrafik filmlərdə çəkilir. 8 iyul 2011-ci il tarixindən etibarən porno karyerasına xərçəng xəstəliyi səbəbindən son qoyur və bu xəstəliyi ilə mübarizə aparmağa başlayır. Xərçəng xəstəliyi Reyven Aleksis Kaliforniyada iki övladı ilə yaşayır.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. == Tarixi == Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Resen sarayı
Resen sarayı — Şimali Makedoniyanın Resen qəsəbəsində tarixi bir neoklassik əmlakdır. XIX əsrin sonlarında resenli Osmanlı bəyi olan Əhməd Niyazi bəy tərəfindən inşa edilmişdir. Sarayın memarlıq üslubu onu Makedoniyada unikal edir. Hal-hazırda binada muzey, qalereya və kitabxana fəaliyyət göstərir. Resen bələdiyyəsinin yerli əhalisi binanı "Saraj" olaraq adlandırır. == Təsviri == Saray neoklassik memarlıq üslubunda inşa edilmişdir. Bina 35 m (114 ft) yüksəkliyindəki hündür hissə və iki pəncərəsi ilə təmailə simmetrikdir. Bir zirzəmi, iki mərtəbə və mansardla birlikdə 7,800 m2 (83,958 ft2) sahəsi var.Binanın xarici divarları 60 santimetr qalınlığındadır. Xüsusilə fasadda zəngin heykəltəraşlıq detalları var. Dam əvvəlcə ağacdan hazırlanmışdı, lakin 1982-ci ildə aparılan təmir işləri zamanı bura polad profillərlə əvəz edilmişdir.
Reuven Rivlin
Reuven Rivlin (9 sentyabr 1939[…], Qüds) — İsrailin 10-cu prezidenti. == Həyatı == Reuven Rivlin 1939-cu ildə Qüdsdə anadan olub. İxtisasca hüquqşünasdı. Şimon Peres hakimiyyətinin rabitə naziri olub. == Siyasi fəaliyyəti == Reuven Rivlin 2014-cü ildəki prezident seçkilərində sağ mərkəzçi partiya olan "Likud"u təmsil edib. O, 2007-ci ildə də prezidentliyə namizəd olsa da, Şimon Peresə məğlub olub.
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Revel (İzer)
Revel (fr. Revel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38334. Kommunanın 2012-ci il üçün əhalisi 1413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 299 ilə 2840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 12 km şərqdə yerləşir.
Rəvan Alxaslı
Rəvan Cəmil oğlu Alxaslı (1 yanvar 1996; Rəhimli, Ağsu rayonu, Azərbaycan — 9 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətində 2016-cı ilin 1-5 aprel tarixində Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === 2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəvan Alxaslı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuşdur. 9 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri. == Həyatı == Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir. == Karyerası == 2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.
Rəvan Bünyadlı
Rəvan Asif oğlu Bünyadlı (5 avqust 2001; Almalı, Qax rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəvan Bünyadlı 5 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəvan Bünyadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəvan Bünyadlı sentyabrın 27-də Madagizin azad edilməsi zamanı Mübariz İbrahimovun şəhid olduğu post istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəvan Cabbarov
' Ravan Cabbarov ' (Rec Revan tanımlı) Azərbaycanlı kinorejissordur. Ən çox elmi fantastika və epik filmləri çəkməklə tanınır, ilk olaraq Kölgəsiz (2012) filminin rejissorluğu ilə tanınıb. Daha sonra Şeytanın Tərəfində (2014), Unfriended (2015) filmlərini çəkmişdi, Ən son çəkdiyi Aporia filmi ile daha çox uğur qazandı. Aporia filmi Amazon Prime daxil olmaqla bütün ölkələrdə nümayiş olundu. == Həyatı == Rec Revan 28 iyun 1989-cu ildə Şəki şəhərində anadan olmuşdur. 9 saylı orta məktəbi bitirib. 2006-cı ilde Azərbaycan Memarlıq ve İnşaat Universitetine qebul olmuşdur. Ailəlidir 2 övladı var. Hələ məktəb illərində bir çox qısa film və visual effektli reklamların çekimlerinə başlamışdır. == Fəaliyyəti == Məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq ve İnşaat Universitetine Nəqliyyat fakültəsində ali təhsil almışdır.
Rəvan Daşdəmirov
Rəvan Məzahir oğlu Daşdəmirov (6 mart 1994; Gəncə, Azərbaycan — 27 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəvan Daşdəmirov 6 mart 1994-cu ildə Gəncə şəhərində Məzahir Daşdəmirovun ailəsində anadan olmuşdur. 2000-2011-ci illərdə K.D.Uşinski adına Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin "İnfomasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rəvan Daşdəmirov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Rəvan Daşdəmirov da səfərbər olunmuş, həmin ilin sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.
Rəvan FK
"Rəvan" futbol klubu — == Tarixi == Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. == Həyatı == Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. == Fəaliyyəti == Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.