Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Debora Seku
Debora Seku (26 noyabr 1979, Rio de Janeiro) — Braziliya aktrisası.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Seka
Seka (15 may 1954, ABŞ) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulmuşdur. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurmuş, lakin bir müddət sonra boşanmışdır. 1977-ci ildə porno karyerasına başlamışdır. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak etmişdir.
Sekku
Sekku (節句) – Yaponiyada mövsüm dəyişikliyini bildirən əlamətdar günlər. == Terminologiya == "Sekku" termini əvvəllər mövsüm dəyişikliyinin ("seçi") baş verdiyi günlərdə hazırlanan yeməkləri ("ku") bildirirdi. Daha sonra bu söz həmin günləri bildirmək üçün istifadə olunmağa başlamışdır. "Monobi" və ya "monbi" sözləri sekkunu bildirmək üçün istifadə olunan alternativ sözlərdir. Belə ki, insanlar bu günlərdə ailə gerbinin ("mon") olduğu kimonolar geyinirdilər. == Tarixi == Yaponiya sarayında sekku adəti Çinin təsiri ilə yaranmışdır. İllik hadisələri qeyd etmək üçün istifadə olunan təqvimə bir neçə sekku daxil idi. Bu təqvim yapon mövsüm bölgüsünün Çin təqvim sistemi ilə sintezi nəticəsində yarandığı üçün bəzi günlər mövsüm dəyişikliklərini bildirirdi.Edo dövründə Tokuqava şoqunluğu bu günləri sekku elan etmişdi: 7 yanvar (Yeddi bitki festivalı), 3 mart (Kukla festivalı və ya Şaftalı festivalı), 5 may (Uşaqlar festivalı və ya Süsən festivalı), 7 iyul (Tanabata festivalı) və 9 sentyabr (Payızgülü festivalı). Bu sekkular Yaponiyada müasir dövrdə də qeyd olunur. Bu beş sekku birlikdə qosekku (五節句) adlanır.
Seks
Cinsi əlaqə və ya seks — cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə. Bu, vaginal cinsi əlaqə və ya vaginal seks kimi də qeyd olunur. Bu əlaqələr iki və ya daha çox şəxs arasındakı fiziki yaxınlığı əhatə edir və ümumiyyətlə insanlar arasında fiziki və ya emosional məmnuniyyətin artması üçün istifadə olunur və insanın bir-biri ilə yaxınlaşmasına kömək edə bilər.Cinsi əlaqə və ya digər cinsi fəaliyyətin nədən ibarət olduğu, bu əlaqələrin reproduktiv sağlamlığa təsiri haqqında fərqli fikirlər mövcuddur.Müxtəlif yurisdiksiyalarda insest, yetkinlik yaşına çatmayanlarla cinsi fəaliyyət, fahişəlik, təcavüz, zoofiliya, sodomiya, nikah öncəsi və nikahdan kənar seks kimi bəzi cinsi davranışlara məhdudiyyət qoyulur. == Dinlərdə cinsi əlaqə == === Buddizm === Buddizm inancına görə insan nə aseksual, nə də cinsi əlaqənin köləsi olmalıdır. İnsanlar mənəvi inkişafına zidd olmadığı müddətcə cinsi əlaqəyə girə bilərlər. Evlilikdən əvvəl cinsi əlaqə haram deyil, amma həyat yoldaşını aldatmaq yaxşı davranış sayılmır. Üstəlik, daha yüksək mənəvi inkişafa nail olmaq üçün seksuallığın son dərəcə zəruri olduğu deyilir. === Xristianlıq === Cinsi əlaqə xristian kilsəsində qəbul ediən müqəddəs evlilik vədlərindən sonra normaldır. Xristian dinində nikahdan kənar cinsi əlaqəyə iffətsizlik deyilir. Əhdi-Cədiddə deyilir: "Zinakarlar, bütpərəstlər, hiyləgərlər...
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Şekə
Şekə — türk və tatar mifologiyasında mahnı cini. Çikə və ya Çekə olaraq da bilinər. Dirsək boyunda bir cücedir. Yanına gələnlərə dastan okutturup, mahnı dedirdər. Ağacların altında yaşayır, zərərsizdir. Bəzən dediyini yaptırabilmek üçün insanları qorxudur. Tutduğu adama saatlarla yır (mahnı) və ya kay (dastan) oxutduğu olar. Çuvaşlarda "Çikə Suxal" adı verilər və "boyu bir qarış, saqqalı iki qarış" olaraq təsvir edilər. == Etimologiya == (Şik/Çik/Çiy/). Çik aşiq sümüyünün çuxur tərəfi deməkdir.
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Əhməd Seku Ture
Əhməd Seku Ture (9 yanvar 1922 – 26 mart 1984, Klivlend, ABŞ) — Qvineya siyasi, dövlət və ictimai xadimi, yazıçı, müstəmləkəçiliyə qarşı mübariz, 1958-ci il 2 oktyabr tarixindən 26 mart 1984-cü ilədək Qvineyanın ilk prezidenti. == Həyatı == O, 9 yanvar 1922-ci il Fransa Qvineyasının Farana qəsəbəsində Malinka xalqına aid kəndli ailəsində anadan olmuşdur. O, 1884–1898-ci illərdə Fransa müstəmləkəçiliyinə müqavimət göstərmiş olan Qərbi Sudan xalqlarının müstəmləkə əleyhinə mübarizəsinin məşhur lideri Samori Turenin nəticəsi idi. İki il Konakri koloniyasının mərkəzindəki Pedaqoji Liseydə təhsil alırdı, lakin 1937-ci ildə inqilabi fəaliyyətinə (tətillərdə iştirak edirdi) görə qovuldu, poçtda işləmişdir. 1945-ci ildə işçilər dərnəyinin həmtəsisçisi, 1946-cı ildə Qərbi Afrika ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan Afrika Demokratik Birliyinin vitse-prezidenti oldu. 1947-ci ildə Qvineya Demokratik Partiyasını yaratdı və 1952-ci ildə ona rəhbərlik etməyə başladı. 1948-ci ildən Fransa Ümumi Əmək Konfederasiyasının Qvineya bölməsinin baş katibi oldu, 1950-ci ildən eyni vəzifəni Fransız Qərbi Afrikadakı həmkarlar ittifaqları koordinasiya komitəsində tutdu, 1956-cı ildən isə Qara Afrika İşçiləri Ümumi Konfederasiyasının baş katibi idi. 1956-cı ildə Fransa Milli Məclisinə deputat və Konakrinin meri seçildi və bu da Qvineyanın müstəqilliyi uğrunda güzəştsiz mübarizə aparmasına imkan verdi. 1958-ci ildə Qvineya referendumda V Respublika Konstitusiyasını rədd edən yeganə fransız müstəmləkəsi oldu və beləliklə 2 oktyabr 1958-ci ildə müstəqillik qazandı. Bu, Fransa ilə əlaqələrin kəsilməsinə və ölkənin iqtisadi mühasirəyə alınmasına səbəb oldu.
EKU
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
SKU
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
ARB Şəki
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 32-ci kanallardan ölkənin 70% -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal-S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Abbas (Şəki)
Abbas (əvvəlki adı: Abbaskənd) — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim Abbas (Şəxs adı) və kənd topokomponentlərindən düzəlib, "Abbas adlı şəxsə məxsus yaşayış məntəqəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir ki, onun da 286 nəfəri kişi, 289 nəfəri isə qadındır.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Baqqal (Şəki)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır. .
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .
Daşbulaq (Şəki)
Daşbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. == Təbiəti == Yayda sərin, Qışda mülayim iqlimə malikdir == Ərazisi == Yevlax-Zaqatala yolunun üzərində yerləşir. Daşüz kəndindən 6km məsafədədir. Sağ hissədən Kiçik Dəhnə Sol hissədən Qax rayonunun kəndləri ilə həm sərhəddir == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Qarabağdan çıxmış ailələrin Daşbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kəndin əhalisi 469 nəfər təşkil edir ki, onun da 246 nəfəri kişi, 223 nəfəri isə qadındır. Kənddə bir modul tipli 9 illik məktəb var.
Göybulaq (Şəki)
Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır. == Əhalisi == Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.
Gələcəyin şoku
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab; beynəlxalq bestseller. == Tarixi == Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır."Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir. == Mövzusu == Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik". == Uzaqgörənliklər == Tofflerin kitabında qeyd etdiyi sürətin artacağı, homoseksual evliliklərin gündəmə gələcəyi və ətraf fəlakətlərinin çoxalacağı kimi başqa uzaqgörənlikləri doğru çıxmışdır.
Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. == Həyatı == Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir.Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. == Ailəsi == Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı və Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər də qeydə alınmışdır.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.