Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəfiq Akər
Mehmet Şefik Aker, (1877, Kesriye - 1964, İstanbul ), türk əsgəri. 28 may 1894-cü ildə daxil olduğu Hərbi Akademiyanı 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə bitirdi. 1897-ci il Osmanlı-Yunan müharibəsində iştirak etmişdir. 8 mart 1900-cu ildə kapitan, 18 iyul 1908-ci ildə mayor rütbəsinə yüksəldi.Mayor rütbəsi ilə Tripoli müharibəsinə və Balkan müharibələrinə qatıldı. 1914-cü ilin fevral ayında Çanaqqalada xidmət etmişdir. 9-cu Tümən, 25-ci Alay, 3-cü Tabor komandiri oldu. 1914-cü ilin oktyabrında eyni bölgünün 27-ci Alay komandiri təyin edildi. 29 noyabr 1914-cü ildə Qubernator rütbəsinə yüksəldi. 24 aprel 1915-cü ildə Gelibolu Yarımadasına enişlə başlayan Çanaqqala müharibələri zamanı, Arıburnu bölgəsində ANZAC qoşunlarını ilk qəbul edən komandanlığının komandanı kimi 27-ci Ordu ilə bir çox qarşıdurmaya qatıldı. Mustafa Kamal 8 avqust 1915-ci ildə Anafartalar Qrup Komandirliyinə təyin edildi.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Nəft Sefid
Nəft Sefid (fars. نفت سفيد‎; fars dilində mənası: "Ağ neft") — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 128 ailədə 218 nəfəri kişilər və 258 nəfəri qadınlar olmaqla cəmi 476 nəfərdir.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Refiq Muzafarov
Refiq Muzafarov (krımtat. Refiq İbraim oğlu Muzafarov, Рефикъ Ибраим огълу Музафаров; 18 aprel 1928 – 20 dekabr 2011, Simferopol) — Filologiya elmləri doktoru, professor, Krım tatar folklorşünası. Krım Tatar Milli Qurultayının nümayəndəsi, ilk tərkibdəki Krım Tatar xalqı Məclisinin üzvü, mədəniyyət, dil, din məsələləri ilə məşğul olur. Digər Krım tatarları kimi uzun zaman Özbəkistanda yaşamışdır. O, bir müddət Çirçik şəhərində yaşayır. 1960-cı ildə namizədlik disertasiyasını, 1967-ci ildə isə Bakıda Krım tatar folkloru üzrə doktorluq dissertasiyasını müdafiə edir. 1967-ci ilin iyununda Filologiya elmləri doktoru Muzafarov, Krım Tatar xalqının Andropov, Şelokov, Rudenko və Qeorqadze tərəfindən Kremldə qəbul edilmiş nümayəndə heyətinin tərkibində olur. Növbəti dəfə nümayəndə heyətində qalma haqqını atıqlaması ilə ödəmişdir. Ona qarşı donoslar yazılır, işlədiyi müddətdə işə götürüldükdən 2-3 ay sonra müxtəlif bəhanələrlə 10-a yaxın universitetdən qovulur. O dövrdə SSRİ-də akademik dərəcəsi olan Krım Tatar filologiyası üzrə yeganə mütəxəssisin yazdığı kitablar və məqalələr çap olunmur.
Refiq Turan
Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti. Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir. Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir. TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi Türkiyə və Ermənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı. Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi. Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi.
Rəfiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır. Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür.
Rəfiq Turan
Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti. Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir. Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir. TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi Türkiyə və Ermənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı. Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi. Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi.
Rəfiq Zəka
Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı – 7 yanvar 1999, Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı. Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Rəfiq Ərduran
Rəfiq Ərduran (türk. Refik Erduran 13 fevral 1928-ci il Üsküdar, İstanbul, Türkiyə — 7 yanvar 2017-ci il Ədirnə, Türkiyə. Vəfatından iki gün sonra İstanbuldakı Zəncirliquyu qəbiristanlığında dəfn olunmuşdur.) — Türkiyəli dramaturq, yazıçı, köşə yazarı. Otuz tamaşa yazmış və səkkiz kitab müəllifi olmuşdur. İyirmi il köşə yazarı kimi fəaliyyət göstərmişdir. Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən "Ən Uğurlu Dramaturq" və Türk Jurnalistlər Cəmiyyəti tərəfindən "Ən Uğurlu Yazıçı" adına layiq görülmüşdür. Dörd dəfə evli olmuş, dörd övlad atasıdır. Erduran Koreya müharibəsi dövründə hərbi tərcüməçi kimi xidmət etmişdir. 1986-2017-ci illər arasında Beynəlxalq Teatr İnstitutu Türkiyə Mərkəzinin sədri olmuşdur. 13 fevral 1928-ci ildə İstanbulun Üsküdar məhələsində Hüsaməttin Ərduran və həyat yoldaşı Rəfiqənin ailəsində anadan olmuşdur.
Rəşid Şəfəq
Rəşid Şəfəq (Əliyev Rəşid Camal oğlu; 13 oktyabr 1940, Bakı – 24 avqust 2017, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb.
Sefid Səng
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,894 nəfər və 1,110 ailədən ibarət idi.
Sofiq Hüseynov
Sofiq Kəlbi oğlu Hüseynov (22 iyul 1950, Çöpədərə, Zəngilan rayonu – 30 dekabr 1997, Azərbaycan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995), Professor (1993). Sofiq Hüseynov 1950-ci il iyul ayının 22-də Zəngilan rayonunun Çöpədərə kəndində kəndli ailəsində anadan olmuşdur. Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil olmuşdur. 1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984–1986-cı illərdə Moskvaya – SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat etmişdir.
Şəfiqə Axundova
Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa – 26 iyul 2013, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur. Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. Sənət taleyinin uğurlu olmasını Şəfiqə xanım bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.
Şəfiqə Ağayeva
Şəfiqə Eyvazova
Şəfiqə Alxas qızı Eyvazova (9 mart 1947, Bakı) — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000). Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur. 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.
Şəfəq Türküsü
Şəfəq Türküsü Nevzat Çelikin eyni adlı şeir kitabı da olan şeiridir. Kitab 1984-cü ildə Akademiya Kitabevi Uğur Mükafatını qazanmışdır. Şeir bütövlükdə 280 misradan ibarətdir. Bir edam məhbusunun anası ilə vidalaşması mövzusuna yönəlib. Nevzat Çelik, 12 sentyabr çevrilişindən sonra həbslər nəticəsində bir çoxları ilə birlikdə edam cəzası ilə mühakimə olundu. Onun sözlərinə görə, bu, çox yaxın, tanış insanların edamlarının baş verdiyi bir mühitdə, verdiyi psixologiya ilə yazılmışdır. 1985-ci ildə 95 misrası Əhməd Qaya tərəfindən bəstələnmiş və mahnısı ifa olunmuşdur. O, 1986-cı ildə təqdim olunan bir albomuna bu adı verib.
Şəfiqə Əliyeva
Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan MSSR – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı. Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Mirzə Əbdül Mirzə Əli Alagöz Məhəmməd Məşədi Əli Kərbəlayı Cəfər Əlirza Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır. İlham Əliyev, Sevil Əliyevanın bibisidir.
Şəfəq (Abşeron)
Şəfəq — Azərbaycan Respublikasının Abşeron rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 23 oktyabr 2023-cü ildə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsin "Şəfəq" adlandırılması məqsədəmüvafiq hesab olunubdur. 2024-cü ilin aprelində Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunla Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib. Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək. Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. 2024-cü ildə faktiki əhalisi 8.850 nəfərdir.
Rəfiq Saydam
İbrahim Rəfiq Saydam (türk. İbrahim Refik Saydam;8 sentyabr 1881, Konstantinopol – 8 iyul 1942, İstanbul) — Türkiyəli həkim və siyasətçi, Türkiyə Cümhuriyyətinin 4-cü baş naziri. Rəfiq Saydam 8 sentyabr 1881-ci ildə İstanbulun Fateh ilçəsinin Çırçır məhəlləsində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1892-ci ildə Fateh Hərbi Orta Məktəbinə, 1896-cı ildə İstanbul Qülləli Hərbi Liseyinə daxil olub. O, 22 oktyabr 1905-ci ildə Hərbi Tibb Məktəbini tibb kapitanı rütbəsi ilə bitirmişdir. Üç il Gülhanə Hərbi Tibb Akademiyasının "Embriologiya və Histologiya" şöbələrində çalışmışdır. 1910-cu ildə təhsil almaq üçün xaricə gedən Rəfiq Saydam Almaniyanın Berlin Hərbi Tibb Akademiyasında Brandenburq, Danzik, Spandau və Şaritedə təhsil alıb. Balkan müharibəsinin başlanması səbəbi ilə 1912-ci ildə İstanbula qayıdıb. Balkan müharibəsi zamanı Antalyada və Çatalca cəbhəsində vəba xəstəliyinin qarşısının alınması üçün çalışıb. O, 1914-cü ildə Baş səhiyyə müfəttişinin köməkçisi vəzifəsinə təyin edilərkən Bakteriologiya İnstitutunu təşkil edərək orada tif, dizenteriya, taun və vəba peyvəndlərini istehsal etmiş və I Dünya müharibəsi boyu ordunun ehtiyaclarının ödənilməsini təmin etmişdi.
Şəfəq (qəzet)
"Şəfəq" — Qubada nəşr olunmuş qəzet. "Şəfəq" qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Sovet dövründə Azərbaycan bölgələrindəki ilk mətbu orqanı olub. Qəzetin ilk adı "Əxbar" olub. Sonralar isə adı dəyişərək "Xəbər", daha sonra isə "Şəfəq" adlanıb. Redaksiyanın nəzdində “Gülüstan”, “Ay işığı” ədəbi məclisləri fəaliyyət göstərib. Durğunluq dövründə “Qızıl Quba” bölgə qəzetləri içərisində ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub. Leninin bağışladığı çap maşını sonralar muzeyə təhvil verilib, mətbəə ləğv edilib. Əvəzində redaksiyaya kompüter, “Niva” markalı avtomobil bağışlanılıb. Sovet dövründə həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, sonralar ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur.
Şəfiqə Musaxanova
Şəfiqə Mahmud qızı Əliyeva (qızlıq soyadı: Musaxanova; 23 iyun 1935, Bakı) — Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı. Texnika elmləri namizədi (28.12.1973). == Həyatı == Musaxanova Şəfiqə Mahmud qızı 23 iyun 1935-ci ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi bitirib. 1952–1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisasında oxumuş, "Dağ mühəndisi, geoloq" ixtisası almışdır. 1957–1962-ci illərdə "Buzovnaneft"də neftçıxarma operatoru, neftçıxarma üzrə mühəndis, baş geoloq vəzifələrində işləmişdir. 1959–1963-cü illərdə Əzizbəyov rayonu Buzovna seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı olub. 1973-cü ildə "Temperaturun neft və suyun nisbi faza keçiriciliyinə və neftveriminə təsiri" adlı dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 10.01.1962–17.10.2017-ci illərdə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu və Geologiya və Geofizika İnstitutunda elmi işçi və baş elmi işçi (25.02.1988–17.10.2017) vəzifələrində çalışmışdır. 70 məqalə, 5 ixtira, 2 monoqrafiyanin muəllifidir.