Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stol rəqsi
Stol rəqsi — səhnədə deyil, stolda və ya stolun üstündə ifa olunan rəqsdir. Stol rəqsi seks işçisi tərəfindən ifa edilən erotik rəqs də ola bilər və ya sadəcə olaraq asudə vaxtı keçirmək üçün nəzərdə tutulan tədbir olaraq da həyata keçirilə bilər.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Sol-İletsk
Sol-İletsk — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976). == Həyatı == Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu. Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi.
Sol Perlmutter
Sol Perlmutter (22 sentyabr 1959, Şampeyn, İllinoys) — Lawrance Berkeley milli laboratoriyasında bir astronom olub, UC Berkeleydə Fizika sahəsinin professorudur. Brayn Şmidt və Adam Rays ilə birlikdə 2011-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. Perlmutter Amerika Elm və İncəsənət Akademiyasının bir üzvüdür və 2003-cü ildə AAASa (Amerika elmi inkişaf təşkilatı) seçilmişdir. Eyni zamanda Amerika Milli Elm Akademiyasının fizika bölməsinin üzvüdür. == Həyatı == Sol Perlmutter bir Aşkinaz yəhudisi olan Daniel D. Perlmutterin 3 uşağından biri olaraq dünyaya gəlmişdir. Atası Pensilvaniya Universitetində kimyəvi və Biomolekulyar mühəndisliyindən, anası Felice isə Temple Universitetindən təqaüdçüdür. Anası tərəfindən babası müəllim Samuel Davidson 1919-cu ildə Besarabyanın qəsəbəsi olan Floreştidən Kanadaya köç etmiştir. Sonra arvadı Çayka ilə birlikdə Nyu-Yorka köç etmişdir. === Təhsili === Perlmutter uşaqlığını Filadelfiyanının qonşusu olan Mount Airydə keçirmişdir. İbtidai məktəbə Germantaun yaxınlığında olan Greene Street Friends Schools məktəbinə getmişdir.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər — (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin — (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə — (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə — (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Yeni sol
Yeni sol (ing. New Left) — 1960–1970-ci illərdə Qərb dünyasında vətəndaş və siyasi hüquqlar, feminizm, LGBT hüquqları, abort hüquqları, cinsiyyət rolları və narkotik siyasəti kimi geniş ictimai problemlərin təşviq üçün fəallardan ibarət olan geniş siyasi hərəkat.
Sol libertarianizm
Sol libertarianizm və ya sol libertarizm fərdi azadlıq və sosial ədalətə əsaslanan müxtəlif yanaşmaları ehtiva edir. Sol libertarizm şəxsi mülkiyyət ideyasını qəbul edir, lakin təbii sərvətlərin şəxsi və ya dövlət mülkiyyətləşdirilməsi ilə qəti şəkildə razılaşmır. Sol libertarianlar iddia edirlər ki, demək olar ki, bütün təbii ehtiyatlar; torpaq, neft, qızıl və ya meşələr hamı üçün ortaq olan kollektiv mülkiyyətdir. Sol liberterlərin fikrincə, sadəcə olaraq sözügedən təbii sərvətləri kəşf edən və ya onu emal edən şəxs olmaq bu təbii sərvət üzərində tam şəxsi mülkiyyət hüququ qazanmağa əsas vermir. Sol libertarizm və ya libertar sol, Roderik Lonq tərəfindən "libertarizmin ənənəvi olaraq solun anlayışları kimi qəbul edilənlərlə birləşməsi, reinteqrasiyası kimi başa düşülür. Buraya işçilərin səlahiyyətlərinin artırılması, plutokratiyaya qayğı, feminizm, sosial bərabərliyin müxtəlif formaları və s. daxildir" Sol libertarizm tez-tez üst-üstə düşən üç əlaqəli düşüncə məktəbinə istinad etmək üçün istifadə olunur: geolibertarizm, Ştayner-Vallentin məktəbi və sol bazar anarxizmi .
Sol milliyətçilik
Sol milliyətçilik və ya solçu milliyətçilik — bərabərlik, xalq suverenliyi və milli öz müqəddəratını təyinetmə ideyalarına əsaslanan milliyətçilik forması. Onun mənşəyi Fransa inqilabının yakobinizminə gedib çıxır. Sol milliyətçilik ümumiyyətlə antiimperializmə sadiqdir. Bu, mühafizəkar milliyətçilikdən fərqlənir, çox vaxt ifrat milliyətçilik və faşizmi rədd edir, baxmayaraq ki, bəzi sol milliyətçi hərəkatlar öz paradiqmalarına milli dözümsüzlük və irqi xurafatı daxil edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Sa'adah, Anne. 1987 [2003]. Contemporary France: a democratic education. Lanham: Rowman Littlefield & Publishers. Smith, Angel; Berger, Stefan. 1999.
Con Kunkel Smol
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Demokratik Sol Partisi
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Feriya del Sol
Feriya del Sol (isp. Feria del Sol — günəş bayramı) — Venesuelanın Merida şəhərində hər ilin fevral ayında keçirilən beynəlxalq mədəniyyət festivalı. Festival proqramına öküz döyüşləri, sərgilər, konsertlər, paradlar, idman yarışları və Günəş Məlikəsinin seçilməsi daxildir (Reina del Sol). == Tarixi == Festivalın keçirilməsi ideyası bir qrup həvəskarın öküz döyüşləri üçün meydança (Plaza de Toros) tikmək qərarına gəldikləri vaxt yaranmışdır. Bu cür döyüşlər digər Venesuela şəhərlərində çox məşhur idi. Əvvəlcə festivalı Müqəddəs Məryəmin bakirə olaraq hamilə qaldığı günə həsr etmək və bayram şənliklərini 9 və 10 dekabrda keçirmək qərara alınmışdır. 1968-ci ildə Feriya del Sol festivalı keçirilməmişdir, amma həmin ilin 13 aprelində Böyük şənbəyə təsadüf edən öküz döyüşü təşkil edilmişdir..
Li Sol Çju
Li Sol Çju (kor. 리설주; 28 sentyabr 1985, Çxoncin) — Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı. 25 iyul 2012-ci ildə onların qanuni münasibətləri haqqında KİV-ə məlumat verilib. Cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlayıb. == Həyatı == Li Sol Çju Pxenyanda yerləşən Kim İr Sen adına Universitetin məzunudur. Onun atası müəllim, anası isə həkimdir. Bəzi ehtimallara görə isə, o, hərbçi ailəsində dünyaya gəlib. O, İnçxon şəhərində keçirilən Yüngül atletika üzrə Asiya çempionatı zamanı Şimali Koreya nümayəndə heyətinə dəstək qrupunun tərkibində 2005-ci ildə Cənubi Koreyaya səfər edib. Kim Çen Inın onunla münasibətlərini 2009-cu ildə rəsmiləşdirdiyi güman edilir. KİV-də yayılmış məlumatlara əsasən, Kim Çen İrin təkidindən sonra 2010-cu ilin payız-qış aylarında, yaxud 2011-ci ilin qışında onların övladı dünyaya gəlib.
Radikal Sol Koalisiya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Radikal Sol Koalisya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Sol Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. == Coğrafiya == Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Sol ayağım (kitab)
Sol ayağım — Kristi Braunun 5 iyun 1932-ci ildə Dublində serebral iflic olmasından sonra 1954-cü ildə yazdığı avtobioqrafik əsər. == Məzmun == Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan "Hər gün nisgil" romanını yazmışdır.
Sol əl qaydası
Sol əl qaydası-naqildən axan cərəyan, maqnit qüvvə xətləri, və cərəyanlı naqilə təsir edən qüvvə istiqamətləri arasındakı əlaqəni müəyyənləşdirir. Bu qaydaya görə maqnit qüvvə xərləri açılmış sol əlin içərisinə daxil olduqda dörd barmaq cərəyan istiqamətində yönəlirsə açılmış baş barmaq keçiriciyə təsir edən Amper qüvvəsinin istiqamətini göstərəcək.
Yaşıl Sol Partiya
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Yaşıl Sol Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Demokratik Sol Partiya (Türkiyə)
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik Sol Partiyası (Türkiyə)
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir. == Sağ limit, sol limit necə tapılır? == Sağ və sol limitlər funksiyanın x dəyəri müəyyən bir dəyərə yaxınlaşdıqda onun dəyərinin nə olacağını müəyyənləşdirir. Funksiyanın sağ və sol hədlərini tapmaq üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz: 1. Sağ Limit (x → a+): — Əgər funksiyanın x qiyməti a qiymətinə, x qiyməti isə a-dan sağa yaxınlaşırsa, onda doğru həddi tapılır. — Düzgün həddi tapmaq üçün funksiyanın a-dan bir qədər böyük olan x dəyərlərinə yaxınlaşmasına icazə verin (məsələn, a + ε, burada ε kiçik müsbət qiymətdir). — Bu yaxınlaşan x dəyərlərinə uyğun gələn funksiya dəyərlərini hesablayın və bu dəyərlərin sərhədlərini yoxlayın.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur. Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Ekol MFK
EKOL Minifutbol Klubu - Azərbaycanda futzal klubudur. == Tarixi == Ekol MFK Klubu 2008-ci ildə təsis edilib. == Uğurları == Azərbaycan çempionu (0): - Azərbaycan milli futzal kuboku (4): - 2010-2011, 2011-2012, 2015-2016 Azərbaycan çempionatının gümüş medalı (1)ː 2015-2016 Azərbaycan çempionatının bürünc medalı (2)ː 2017-2018, 2018-2019 == Heyəti == == Bombardirlər == 2018-2019-cu il mövsümüː Namiq Məmmədkərimov - 76 qol. == Ekol MFK və Azərbaycan milli futzal komandası == Komandanın qapıçısı Emin Kürdov, hücumçular Samir Həmzəyev və Ramiz Çovdarov milli komandamızın üzvləridir.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Byol
Byol (fr. Biol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38044. Kommunanın 1999-cı il üçün əhalisi 1203 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 438 ilə 691 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.