Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. == Bioloji xüsusiyyətləri == Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Klyoçevskaya Sopka
Klyoçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-ci ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944—1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988-1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004—2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il === 1932 il === Adətən il ərzində 5-6 püskürmə baş verir.
Müxtəlifrəngli sovka
Yukka Poyka
Yukka Rousu (19 iyul 1980, Haukipudas, Oulu əyaləti[d]) və ya Yukka Poyka — fin reqqi sənətçisi.
Çəhrayı sovka
Şüalı sovka
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. == İnancları == Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir.Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". == Tarixi == 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub. O zaman, qurumun ilk məclisində onun adı Soka Kyoiku Qakkai (創価教育学会, "Dəyər yaranma təhsil cəmiyyəti") idi.
Soya burnu
Soya burnu (yap. 宗谷岬) — Hokkaydo adasının ucqar şimal nöqtəsidir. İnzibati cəhətdən Soya dairəsinin Vakkanay şəhəri ərazisinə daxildir. Yaponiyanın Kuril adalarına olan iddiası istisna olaraq ölkənin ucqar şimal nöqtəsini təşkil edir. Reallıqda isə Yaponiyanın ucqar şimal nöqtəsi Hokkoydadan 1 km şimal-qərbdə yerləşən Bentencima adasında yerləşir. Aydın havada Laperuz boğazının digər sahilində Saxalin adasında yerləşən Krilon burnu görünür. Burnun cənubunda Porosiri dağı yerləşir. Burunda çoxlu sayda memarual mövcuddur. Burada hətta burnun qutaracağında belə abidə vardır. Ən məşhur abidələrdən biri Dua gülləsidir.
Soya cərəyanı
Soya cərəyanı (yap. 宗谷海流) — Yapon dənizinin ən şimal hissəsindən keçən isti dəniz cərəyanı. Son qolosen dövründə Soya cərəyanının sürəti zəyifləmiş Oxot dənizinin cənub hissəsinə təsiri olduqca azalmışdır. Bu baxımda Kiçik Kuril adaları daha çox seçilir. Burada Sakit okeanın ərazisindən keçən soyuq Oyaşio cərəyanı Soya cərəyanının zəyifləməsinə təsir göstərir. Soyanın ən güşlü sıəsiri isə hələ də Saxalin adasının cənub-qərb və cənub hissələrinə, Moneron adasına, Kunaşir və İturup adalarının Oxot dənizi hissələrinə təsir göstərir. == Coğrafiyası == Soya cərəyanı öz növbəsində Tsuşima cərəyanınin şimal qolunu təşkil edərək onun güçünün 30 % özü ilə aparır. Burada Primorsk cərəyanının təsiri ilə şimala istiqamətlənir. Laperuz boğazı ilə Soya burnunun yaxınlığından Oxot dənizinə keçir. Burada isə iki qola bölünür.
Şoya Nakacima
Şoya Nakacima (23 avqust 1994) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 4 qol vurub.
Loren Soka
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Gümüşü başlıqlı sovka
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. == Həyatı == Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx.Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi. Thapar, Romila.
Boyaka
Boyaka(isp. Boyacá) — Kolumbiya departamentlərindən biri, ölkənin mərkəzində yerləşir. İnzibati mərkəzi - Tunxa şəhəridir. == Tarixi == 1819-cu ildə indiki departamentin ərazisində, İspaniyanın müstəqilliyi uğrunda, Boyaka çayı yaxınlığında həlledici döyüş baş verdi. Həmin hadisələr nəticəsində Boyaka departamenti qeyri-rəsmi olaraq "Azadlıq torpağı" adlanır. Departamentin ərazisində El Infiernito kimi tanınan, Monkira arxeoloji parkı, tam anlamıyla "kiçik cəhənnəm" və ölkənin ən böyük gölü Tota yerləşir.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan - gəmi) - yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", 1954, Moskva – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür. Ölümünün əsl səbəbi və vaxtı 2002-ci ilə qədər açıqlanmadı.
Moyva
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər. Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784. Bəzən onları kapelan olaraq adlandırırlar. == Biologiya == Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar. Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. == Din == 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Sayqa
Sayqak (lat. Saiga tatarica) – Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). == Görünüşü == Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.