Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarhana şorbası
Tarhana şorbası — məşhur Türkiyə şorbası. Türkiyənin bir çox yerlərində məşhurdur. == Tarixi == Orta Asiya, Balkanlar, Anadolu tərəfindən yeyilən şorba. Kökü Orta Asiya ilə bağlıdır. Tarhana sözü farsca terhane sözündən götürülüb. Söz Türklərin dilinə keçib və Tarhana edilib. Əvvəllər Türklər bütün məmulatları qurudurdular. Onlar qatığı qurudub tarhana şorbasını əldə etdilər. Əsas inqridenti qatıq olan Tarhana şorbası bir neçə müddət saxlanıla bilər. Türkiyədə və Türk xalqlarında Tarhana şorbasının bir neçə növünə rast gəlinir.
Sadhana
Sadhana Şivdasani (2 sentyabr 1941, Kəraçi, Britaniya Hindistanı – 25 dekabr 2015, Mumbay) — Sadhana kimi də tanınan, hind aktrisası. 1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur. Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.
Tachara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. == Tarixi və inşaatı == İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Tahanea
Tahanea (fr. Tahanea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Faaitedən 12 km cənub-şərqdə, Tatitidən 530 km şərqdədir. == Coğrafiya == Atollun sahəsi 7,7 km²-dir. Uzunluğu 48 km, eni isə 15 km təşkil edir. Daxilində laqun vardır. 3 hissədən okeanla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Anaa kommunasına daxildir. == Tarixi == Tahanea ilk dəfə 1772-ci ildə ispan dənizçisi Dominqo de Boneçea tərəfindən kəşf edilmişdir. Faddey Bellinshauzen Birinci Rus Antarktika ekspedisiyası atoll yaxınlıqlarından keçərkən adanı Çiçikov olaraq adlandırır.
Tarhuna
Tarhuna və ya Tarhona-Tripolinin cənub-şərqində, Maqrub bölgəsindən 65 kilometr (40 mil) uzaqlıqda olan şəhər. Şəhər öz adını Roma dövründən əvvəl əsası qoyulan Bərbər qəbiləsinin sakinlərindən alır. Şəhər 19-cu əsrin 20-ci əsrin ortalarında əl-Boirat kimi tanındı, lakin Liviya müstəqillik əldə etdikdən sonra indiki adını aldı. Musallata şəhəri də daxil olmaqla Tarhuna mahalında təxminən 296.000 nəfər sakin var (2003). == Tarixi == Tarhuna şəhərinin mərkəzində, Tarhuna məscidinin yanında, İtaliyalılara qarşı 18 İyun 1915-ci ildə Əl-Şaqiqa döyüşündə qəhrəman olmuş Əli Suidan Əlxətminin xatirəsi var.Şəxs 1922-ci ildə tutuldu və şəhər meydanında italyanlar tərəfindən asıldı. Əhali ümumiyyətlə Müəmmər Qəddafi rejimini bəyənən Tarhuna qəbiləsinə aiddir. 2011-ci il avqust ayının sonlarında (Liviya Vətəndaş Müharibəsinin bir hissəsi olaraq) Milli Qurtuluş Amyinin müxalif qüvvələri vətəndaşların qarışıq hissləri içərisində Tarhuna girdilər. Tarhuna yaxınlığında baş verən qarşıdurmalarda Müəmmar Qəzzafinin oğlu Xamis Qəzzafinin öldüyü məlumdur. 23 Avqust 2012-ci ildə Daxili İşlər Nazirliyinin sözçüsü Əbülmanim əl-hür, Qəddafi tərəfdarı olduğu iddia edilən (Katibat əl-Əvfiya və ya Sadiqlər Briqadası) yüzdən çox tank və iyirmi altı raket atışının ələ keçirildiyini bildirdi. Tarhundakı düşərgələrinə basqın etdi.
Tavenna
Tavenna (Misir) —
Taverna
Taverna — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Tavernalar əvvəllər uzaq yoldan gəlmiş insanların gecələməsi üçündə geniş istifadə olunurdu. Mülk sahibləri əsasən müəssəsin ikinci mərtəbəsində müştərilərə istirahət otaqları təklif edirdilər. Qumar oyunlarının əsas təşkil edildiyi məkanlardan sayılan Tavernalar bu və buna bənzər səbəblərdən əsasən şəhərin kənar hissələlərində yerləşdirdi. Taverna sözü Latın Amerikasında ispan dilli insanlar tərəfindən istifadə olunan Taberna sözündən yaranmışdır. Orta əsrlərdə insanların əsas istirahət məkanlarından olan Tavernaları bu gün müasir və daha komfortlu barlar və gecə klubları əvəz edir.
Havana
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Pentacalia hachana
Pentacalia hachana (lat. Pentacalia hachana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Ravşana Kurkova
Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model. == Həyatı == Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub.Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar.1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri») filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür. Burada o, musiqi məktəbinə daxil olaraq fortepiano və vokal dərsləri alır. Sonralar London Universitetinin filialı olan liseyə daxil olur.
Sadhana Şivdasani
Sadhana Şivdasani (2 sentyabr 1941, Kəraçi, Britaniya Hindistanı – 25 dekabr 2015, Mumbay) — Sadhana kimi də tanınan, hind aktrisası. 1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur. Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.
Tatyana Ananko
Tatyana Ananko (26 iyun 1984) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Tatyana Ananko Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Ağababayeva
Tatyana Ağababayeva — rəssam, batika ustası, Azərbaycan Rəssamlar İttifaqlarının üzvü. == Həyatı == Tatyana Ödtəkin qızı Ağababayeva 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində peşəkar rəssamların ailəsində (anası Ağababayeva Valentina Alekseyevna) dünyaya gəlib. 1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qurtarıb. 1991-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür. Ana tərəfdən babası Aleksey Nikolayeviç Şebaşev Qazaxıstanda çalışan hərbçilərdən idi, həvəskar rəssam idi. Ata tərəfdən babası İsgəndər Nəfisi dilmanc idi, rus dilindən Azərbaycan türkcəsinə tərcümə edərdi. Atası Odtəkin Ağababayev portret, anası Valentina Ağababayeva plakat rəssamı, oğulları Nikolay və Aleksey də batik rəssamlarıdır. == Yaradıcılığı == 1976-cı ildən Ümumittifaq, Beynəlxalq və Respublika səviyyəsində təşkil olunan 10-dan çox sərginin, bir neçə beynəlxalq simpoziumun iştirakçısı, bir neçə müsabiqənin qalibidir. 1991, 2002, 2005 (iki dəfə), 2009-cu illərdə Bakıda fərdi sərgiləri baş tutub.
Tatyana Bakalçuk
Tatyana Bakalçuk (rus. Татьяна Владимировна Бакальчук 16 oktyabr 1975) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır. == Bioqrafiyası == Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir. 2004-cü ildə Tatyana uşaq dünyaya gətirir.
Tatyana Belan
Tatyana Belan (10 noyabr 1982) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Tatyana Belan Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Danilenko
Tatyana Danilenko (ukr. Тетяна Володимирівна Даниленко; 30 oktyabr 1983, Jitomir – Ukraynalı televiziya jurnalisti. == Bioqrafiyası == 30 oktyabr 1983-cü ildə Ukrayna SSR-in Jitomir şəhərində Sovet, Ukrayna yazıçısı Vladimir Danilenkonun və ukrayna dili müəlliməsinin ailəsində anadan olmuşdur.. 16 yaşında "Ukrayna sözü" qəzetində nəşr olunmağa başlanır. 2001-ci ildə ailəsi ilə Kiyevə köçür və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakultəsinə jurnalist olaraq daxil olur. 2002-ci ildə, ikinci kursda oxuyarkən STB TV kanalında "Vikna-Stolitsya" proqramının müxbiri olaraq işə başlayır və burada 2004-cü ilə qədər qalır. 2004-cü ilin yazında Kanal 5-də parlament müxbiri olaraq işə başlayır. 2006-cı ildən bəri "Ças novin" proqramının aparıcısı olur və 2009-cu ildən bəri "Ças: pidsumki tıjnya" verilişini aparmağa başlayır. 2013-cü ildən bəri isə "Ças: pidsumki dnya" verilişinin aparıcısı olur. 23 - 25 avqust 2011-ci il tarixlərində Pavel Kuyev ilə birlikdə Kanal 5-də Ukraynanın müstəqilliyinin elan edilməsinin 20 illiyinə həsr olunmuş "Ukrayna Müstəqilliyi" telemarafonunu keçirir.
Tatyana Dekanoviç
Tatyana Dekanoviç (25 fevral 1997) — Bosniya və Herseqovinalı atıcı. Tatyana Dekanoviç Bosniya və Herseqovinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tatyana Dekanoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.8 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tatyana Deniskina
Tatyana Deniskina (d. 17 sentyabr 1985; Penza, Rusiya) — Rusiya əsilli Azərbaycanı təmsil edən basketbolçu. Tatyana Deniskina, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Tatyana Deniskina, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Mali yığmasını 13:7 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.
Tatyana Fyodorova
Tatyana Fyodorova (20 mart 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Fyodorova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Tatyana Fyodorova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Tatyana Jırkova
Tatyana Yorevna Jırkova — Rusiya Federasiyasının Yüngül atletika üzrə idmançısı. == Karyera == Tatyana Yorevna Jırkova 28 avqust 1970 ildə Tyonqyolyo kəndində anadan olmuşdur. Məktəbə qədər babasının yanında Tumul kəndində yaşamışdlr. İlk təhsilini isə Pavlov orta məktəbində almışdır. Beşinci sinifdə oxuyarkən məktəbin xizək üzrə bölməsinə yazılmışdır. Burada onun ilk müəllimi Anatoli Nikitiç Osipov olur. Tatyana məhz onu idman dünyasına gəlməsinin əsas səbəbkarı hesab edir. Tatyana 2002-ci ildə Belçikanın Torhaut şəhərində keçirilən 100 metr məsafəyə qaçışda birinci yeri tutur (7:37). Hollandiyanın Vinshoten şəhərində 2004-ci ildə keçirilən avropa çempionatında 7:10.31 (Avropa rekordu) vaxtla Avropa çempionu olur. 2008-ci ildə İtaliyanın Etrusk şəhərində 7:23.33, 2003-ci ildə isə Rusiyanın Çernoqolovka şəhərində keçirilən Avropa çempionatında 7:19.51 (Avropa rekordu) Avropa çempionu olur.
Tatyana Kurbakova
Tatyana Sergeyevna Kurbakova (d. 7 avqust 1986; Moskva, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Tatyana Kurbakova, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Tatyana Kurbakova, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Natalya Lavrova, Yelena Murzina və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Tatyana Lioznova
Tatyana Mixaylovna Lioznova (rus. Татьяна Михайловна Лиознова; 20 iyul 1924[…], Moskva – 29 sentyabr 2011, Moskva) — Sovet kino rejissoru, SSRİ xalq artisti (1984). == Həyatı == 20 iyul 1924-cü ildə Moskvada Moisey (Mixail) Aleksandroviç və İda İzrailevna Lizonovların ailəsində anadan olmuşdur. Tatyana Lioznovanın atası iqtisadçı-mühəndis idi. Müharibə başlananda o, xalq yığma ordusuna yazıldı və 1941-ci ildə vəfat etdi. Məktəbdən sonra Tatyana Lioznova Moskva Aviasiya İnstitutuna daxil olur. Lakin orada cəmi bir yarımillik oxuyur. 1943-cü ildə isə ÜDKİ-də Sergey Gerasimov və Tamara Makarovanın kursuna daxil olur. Sınaq yarımilliyinin sonunda pedaqoqlar onu çıxarmaq istəyirdilər. Onlar belə düşünürdülər ki, 19 yaşlı bir qızın rejissor sənəti üçün həyat təcrübəsi kifayət qədər deyil.
Tatyana Lyutayeva
Tatyana Borisovna Lyutayeva (rus. Татьяна Борисовна Лютаева; d.12 mart 1965, Odessa, Ukrayna SSR, SSRİ) — SSRİ -Rusiya teatr və kino aktrisası. Əlliyə yaxın filmdə rol almışdır.
Tatyana Maslani
Tatyana Qabriel Maslani (ing. Tatiana Gabriele Maslany) — Kanada aktrisası. Aktrisa elmi fantastika triller serialı olan Kanadada Space ABŞ-də isə BBC America kanalında yayımlanmış Qara Yetim-də oynadığı fərqli rollar ilə tanınma əldə etmişdir. Serialdakı performansına görə o Primetime Emmy Mükafatı (2016), TCA Mükafatı (2013), iki Critics' Choice Television Mükafatı (2013 və 2014) və dörd Canadian Screen Mükafatına (2014–17) layiq görülmüş, Qızıl Qlobus və Screen Actors Guild Mükafatlarına namızədliyi irəli sürülmüşdür. Maslani Kanada istehsalı serialında dram kateqoriyasında Emmy Mükafatını qazanaraq ilk Kanadalı aktrisa olmuşdur.O həmçinin Heartland (2008–2010), Doğum (2010) və Erika Olmaq (2009–2011) kimi teleseriallarda da çəkilmişdir. 2013-cü ildə Şəkil Günü filmində Kleir roluna görə ACTRA Mükafatı Kas və Daylan filmindəki performansına görə isə Phillip Borsos Mükafatlarını qazanmışdır. O Ölünün Gündəliyi (2007), Şərq Vədləri (2007), Əhd (2012), Qızıl Qadın (2015) və Güclü (2017) kimi filmlər ilə də tanınır.
Tavenna (Misir)
Tavenna və ya Tavennisi (qibt. ⲧⲁⲃⲉⲛⲛⲏⲥⲓ) — ilk kinovik monastır. Bu, VI əsrdə Müqəddəs Böyük Paxomi tərəfindən müasir Əl Rəhmaniyyə Kəbli kəndində qurulmuş bir icma idi. Yuxarı Misirdə Naq-Həmmadidən təxminən 5 kilometr (3.1 mil) şərqdə olan Xenoboskion yaxınlığında yerləşir.