Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Gin Tama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Nama
Rama
Rama — hind mifologiyasında populyar şahzadə. Hind mifologiyasına görə Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kimin əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il müddətinə qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürülər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur. XI əsrdən başlayaraq Rama kultu hiduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tamğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Xama
Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu. Yağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır. Xama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Gama
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.
Dama dama mesopotamica
Kama Sutra
Kama Sutra (sanskr. कामसूत्र) — Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitab. Kama Sutra sözü sanskrit dilində olan kama (azərb. zövq‎) və sutra (azərb. kitab‎) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə Kama Sutra Hind yaşayış tərzidir. Digər mənbələrədə isə Kama Sutra cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilmişdir. Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaq məqsədi öndə durur.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
«Кара-коюнлу» (ковёр)
ПМА "В-1" və ПМА "В-2" aşqarları
АМГ-10 aviasiya yağı