Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bigger than the Universe
"Bigger than the Universe" (azərb. Kainatdan daha böyük‎) — İsveçli ifaçı, musiqi prodüseri, bəstəkar və söz yazarı Sven Anders Baqqenin mahnısı. O, ölkəsinin ənənəvi musiqi hadisəsi sayılan sayca 62-ci Melodifestivalendə məhz bu mahnı ilə, 2-pilləyə qədər yüksəlmişdir. == Mahnı == Pop janrlı "Bigger than the Universe" mahnısının sözləri və bəstəsi Pyetr Buström, Zimmi Consson, Tomas "G:Son" və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Mahnının insanlara bəxş edə biləcəyi duyğu, əsasən ruhani yüksəlişdir. İfaçı yerdən əbədiyyən xilas olmaq və hər kəslə birgə, bütün qaranlıqların aydınlıqla əvəz olunacağı daha xoşbəxt bir məkanı vətən seçmək niyyətindədir, və əgər bu qurtuluş həqiqətən baş tutarsa, artıq hər kəs "Qalib" və hər söz "Şeir" olacaq. O, "Ümid yağmuru altında kainatdan daha böyük olan ruhumun doğuşunu görə bilirəm" cümləsi ilə qəlbinin simfoniyasını paylaşır. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "Bigger than the Universe" mahnısı Anders Baqqenin səsləndirməsiylə, İsveçin böyük musiqi hadisəsi hesab edilən Melodifestivalen 2022-də iştirak etmişdir. Mahnı uzun seçim mərhələlərini uğurla geridə qoyaraq, 12 mart 2022-ci il tarixində keçirilən böyük finala yüksəlməyi bacarmış və finalın telesəsvermə nəticələrinə əsasən 90 xalla qələbə qazanmışdır. Jüri səsverməsinin təsiri ilə yekun olaraq 121 xal toplayan musiqi əsəri, Melodifestivalenin sayca 62-ci buraxılışını 2-ci sırada tamamlamışdır.
Ha! The Comedy Network
«Comedy Central» — ABŞ kabel telekanalı. Telekanal «Viacom» şirkətinin mülkü olan «Viacom Media Networks» şirkətinin mülkü olan «Viacom Global Entertainment Group» şirkətinə aiddir. Telekanal daha yetkin auditoriyaya malikdir və orijinal, lisenziyalanmış və sindikasiya edilmiş komediya verilişləri və stendap şouları, eləcə də bədii filmləri əhatə edir. 2000-ci illərin əvvəllərindən «Comedy Central» Cənub-şərqi Asiya, Avropa, Latın Amerikası, Yeni Zelandiya, Orta Şərq və Afrikada lokal telekanallar açmışdır. Beynəlxalq telekanallar «Viacom International Media Networks» idarəçiliyi altındadır. Telekanal 1989-cu ildə «The Comedy Channel» adı altında təsis edilmiş, 1990-cı ildə isə adını «Ha! The Comedy Network» olaraq adını dəyişmiş, 1991-ci ildə isə indiki adını almışdır. Telekanalın baş qərargahı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin 345 Hadson-strit küçəsində yerləşir. «Comedy Central» telekanalının bir çox orijinal verilişləri var. Onlardan ən uğurlusu 1997-ci ildə yayıma başlayan «South Park» satirik animasiya serialıdır.
TBA
To Be Announced (TBA) (azərb.
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
Thea
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Tsa
Ծ, ծ (Adı: tsa, erm. ծա) - erməni əlifbasının 14-cü hərfi. Transkripsiya "s". Tələffüzü "ts". Rəqəm işarəsi "50". Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
TİA
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir və müstəqil bir agentlikdir. 1990-cı ildə yaradılmışdır. "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır. "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir. Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür. Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar. Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır, lakin 11 sentyabrda Əliyev azad edilmişdir. "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.
Anohana: The Flower We Saw That Day
Anohana: The Flower We Saw That Day (azərb. Anohana: Həmin gün gördüyümüz çiçək‎), Yaponiyada tanınan adı ilə Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai. (あの日見た花の名前を僕達はまだ知らない。, "Biz hələ də həmin gün gördüyümüz çiçəyin adını bilmirik.") — Tatsuyuki Naqayın rejissorluğu ilə 2011-ci ildə A-1 Pictures studiyası tərəfindən çəkilmiş 11 seriyalıq anime serialı. Fuji TV-nin NoitaminA bloku vasitəsilə 2011-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. Şimali Amerikada NIS America tərəfindən lisenziyalaşdırılmışdır. 31 avqust 2013-cü ildə Yaponiyada anime filminin premyerası baş tutmuşdur.
Ervin Taha
Ervin Taha (14 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Ervin Taha Bordo klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 28 noyabr 2017-ci ildə Sent-Etyen klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Conatan Kafunu əvəz etmişdir. Həmin görüşdə Bordo rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Taha Fransanın gənclər millilərində çıxış etmişdir.
LHA Amfibiya
LHA (Desant helicopter assault) ABŞ Hərbi Dəniz Qüvvələrində mövcud olan "Tarava" və "Amerika" sinifli çoxməqsədli vertolyot daşıyıcı amfibiya hücum gəmilərini təyin etmək üçün istifadə edilən təsnifatdır. Bu gəmilərin məqsədi amfibiya əməliyyat qrupunun və ya hücum qrupunun tez bir zamanda istənilən əraziyə köçürülməsini təmin etməkdən ibarətdir. Bu gəmilər təyyarə daşıyıcıları kimi tam uçuş göyərtəsinə malikdirlər və onların daxilində hücum helikopterləri olur. MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi STOVL təyyarələri də bu gəmilərdə yerləşdirilə bilər. Tarava sinifli LHA-lar Dəniz Piyadaları Korpusuna birbaşa desant əməliyyatı ilə yanaşı helikopterlə də desant əməliyyatı həyata keçirməyə imkan yaradır. Bu gəmilər hər iki üsulla eyni vaxtda səmərəli desant əməliyyatları üçün nəzərdə tutulmuş ilk gəmilərdirlər. Yeni Amerika sinifli gəmilərin ilk ikisi olan, LHA-6 və LHA-7, həm köhnə Tarawa sinifli LHA-lar, həm də dok göyərtələrinə malik müxtəlif LHD-lərdirlər. ; LHA-8 və sonrakı gəmilərdə dok göyərtəsi mövcuddur. Dok göyərtələri olan LHA-larda eniş gəmilərindən, hava yastıqlı eniş gəmilərindən (LCAC) və digər hidrovasitələrdən istifadə edilə bilər. Çöl Qalxanı və Çöl Fırtınası əməliyyatları zamanı üç Tarawa Class LHA-dan fəal şəkildə istifadə edilmişdir.
The 1975
The 1975 — 2002-ci ildə İngiltərədə qurulan pop rok qrupu. Üzvləri Mettyu Hili (vokalist, ritm gitara), Adam Hann (əsas gitara), Ross MakDonald (basçı) və Corc Deniel (baraban)-dir.
The Dice
Dice (Dais): Axirət — Ramil Mustafayevin qısa elmi-fantastik əsəri. "Dice", uzaq gələcəkdə insanlar tərəfindən koloniyanın qurulduğu, Cygnus-X1 (Bu paraqrafda Siqnus-EKS1 adlı planetdən bəhs edilir. Bu planet bəşəriyyətin yaşadığı uydurma yerdir və hekayədə mühüm rol oynayır – redaktorun qeydi) adlanan yeni planetdə baş verən bir hekayədir. Cəmiyyət zülm, şiddət və sosial problemlərlə mübarizə apardığından, hökumət nizamı qorumaqda çətinlik çəkir. Dr. Ava Mitçel başçılığı ilə dahi alim və mühəndislərdən ibarət "Brainwave Pioneers" (Pionerlər mətndə göstərildiyi kimi Breyinveyv şirkətində işləyən alim və mühəndislər qrupudur – redaktorun qeydi) komandası insanın beyin (və ya insan beyninin – redaktorun qeydi) signallarını real vaxtda dekod edərək, insan davranılşlarını mənimsəmək üçün, etik və moral qaydalardan istifadə edən "Dice" adlı süni intellekt sistemi yaradırlar. Dice, ictimaiyyətə təqdim edilir və ilk zamanlar insanlar onu qorxu ilə qarşılayır, amma nəticədə ədalətli bir cəmiyyətin faydalarını görəcəklərinə inanırlar. "FreeThinkers" adlı bir üsyançı qrup, "Dice"ın cəmiyyət üzərindəki nəzarətinə etirazlara başlayır. "Brainwave Pioneers", yaratdıqları süni intellektə olan sevgiləri ilə bir gün "Dice"ın onların özünə qarşı dönə biləcəyi qorxusu arasında seçim qarşısında qalırlar. Yaşanan xaosa baxmayaraq, hökumət məhkəmə sisteminə nəzarəti "Dice"ə verir və o, daha çox güc və nüfuz qazandıqca insanlar yeni həyat tərzinə uyğunlaşmağa başlayırlar.
Oha deyirəm
Oha deyirəm, (türk. Oha Diyorum) Ərsan Özərin rejissoru və ssenaristi olduğu, 2017-ci il Türkiyə istehsalı komediya filmi. Filmin aktyorları həm də YouTubedə var olan "Oha deyirəm" kanalının qrupudur. Filmdə Fıratın maşını və qızının şəkilləri olduğu sərt disk oğurlanır. Alpər, Fırat və Məlihdə onlara lazım olan sərt diski qurtarmağa çalışırlar.
The Kinks
The Kinks — 1963-cü ildə İngiltərədə yaranan rok qrupudur.
The Mass
The Mass (mahnı)
The Who
The Who — 1964-cü ilin fevralında Londonda qurulan ingilis rok qrupudur. Musiqi tənqidçiləri Who qrupunu hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və art-rokun inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun səsyazmaları bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə The Who Ginnesin Rekordlar Kitabına düşmüşdür.
The Code
The Code — İsveçrə müğənnisi Nemonun 29 fevral 2024-cü ildə "Better Now Records" leyblında çıxardığı mahnı. Nemo tərəfindən qeyri-binar identikliklə barışmanın detallı təsviri kimi təqdim olunan mahnının yazılmasında, müğənni ilə yanaşı daha üç müəllif iştirak etmişdir. İsveçrəni 2024 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı birinci yeri tutmuşdur.
The Masquerade
The Masquerade — ABŞ indi-pop müğənnisi mxmtoon(en)-un debüt studiya albomu. 17 sentyabr 2019-cu ildə buraxılıb.
The Record
The Record — ABŞ indi-rok superqrupu Boygenius-un debüt studiya albomu. 31 mart 2023-cü ildə Interscope Records tərəfindən buraxılıb.
The Ride
The Ride — Uels indi-rok musiqi qrupu Catfish and the Bottlemen(en)-in ikinci studiya albomu. 27 may 2016-cı ildə Island Records və Capitol Records tərəfindən buraxılıb.
True That
True That — Kanada aktyoru və musiqiçisi Maykl Seranın debüt studiya albomu. 8 avqust 2014-cü ildə Bandcamp üzərindən buraxılıb.
The Animals
The Animals (həmçinin Animals & Friends və Eric Burdon and the Animals kimi tanınır) — 1963-cü ildə Nyukasl apon Taynda yaradılmış ingilis rok qrupudur. == Tarixi == The Animals rok qrupu 1963-cü ildə Nyukasl apon Taynda yaradılmışdır. 1960-cı illərin ortalarında qrupun tərkibi çoxsaylı kadr dəyişikliyinə məruz qaldı və 1966-cı ildə qrupun ilkin orijinallığının, yaradıcılıq təcəssümunün parçalanmasına səbəb olan zəif biznes idarəçiliyindən əziyyət çəkdilər. Bördon daha sonra Eric Burdon və "The Animals" adı altında əsasən yeni musiqiçilər qrupunu topladı. Çox dəyişmiş tərkibdə qrup Kaliforniyaya köçür və onilliyin sonunda dağılmazdan əvvəl "San Franciscan Nights", "When I was Young" və "Sky Pilot" kimi hitləri ilə psixodelik və mütərəqqi rok qrupu kimi kommersiya uğuru qazandı. Bördon, Prays, Çandler, Valentin və Stilin orijinal qrupu 1968-ci ildə Nyukaslda birdəfəlik xeyriyyə konserti üçün yenidən birləşdi. Daha sonra, 1975 və 1983-cü illərdə qısa geri dönüşlərə başladılar. O vaxtdan bəri müxtəlif adlar altında orijinal dövrün üzvlərinin bir neçə dəfə qismən yenidən qruplaşması baş verdi. Ümumilikdə qrup həm UK Singles Chart-da həm də ABŞ Billboard Hot 100-də 10 ən yaxşı 20 hit əldə etmişdir. "The Animals"ın ilkin orijinal tərkibi 1994-cü ildə Rock & Roll Şöhrət Zalına daxil edilmişdir.
The Struts
The Struts — 2012-ci ildə İngiltərənin Derbi şəhərində qurulmuş rok qrupu. Qrup üzvləri: Lük Spiller (solist), Adam Slak (gitaraçı), Ced Elliott (basçı) və Getin Deyvis (zərb alətləri ifaçısı). Qrup dörd studiya albomu, iki EP və iki canlı albom buraxmışdır.
The Ventures
The Ventures, 1958-ci ildə Don Wilson və Bob Bogle tərəfindən Tacoma, Vaşinqtonda yaradılmış Amerika instrumental rok qrupu. Qrup, mövcud olduğu müddətdə əsasən kvartet formasında fəaliyyət göstərərək, 1960-cı illərdə dünya miqyasında elektrik gitarasını populyarlaşdırmağa kömək etmişdir. 1970-ci illərdə ABŞ-da populyarlığı azalsa da, qrup Yaponiyada xüsusilə hörmətlə qarşılanır və orada müntəzəm olaraq qastrol səfərləri keçirir. Qrupun klassik heyəti Wilson (ritm gitara), Bogle (ilk olaraq aparıcı gitara, sonradan bas gitara), Nokie Edwards (ilk olaraq bas gitara, sonradan aparıcı gitara) və Mel Taylor (zərb alətləri) idi. Onların ilk geniş yayılmış sinqli "Walk, Don't Run" (1960) qrupun beynəlxalq şöhrət qazanmasına səbəb oldu və tez-tez gitara üçün qeydə alınmış ən yaxşı mahnılardan biri kimi göstərilir. 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər qrupun 38 albomu ABŞ-da çartlara düşmüş və onları 1960-cı illərdə 6-cı ən yaxşı albom çart performeri etmişdir. Bundan əlavə, qrupun 14 sinqli Billboard Hot 100 siyahısına daxil olmuşdur. 100 milyondan çox rekord satışı ilə, The Ventures ən çox satılan instrumental qrup kimi tanınır. The Ventures musiqinin qlobal inkişafına uzunmüddətli təsir göstərmişdir. Qrup ilk olaraq fuzz və flanjing gitara effektlərini, konsept albomlarını və on iki simli gitaraları rok musiqisində tətbiq edən və populyarlaşdıranlardan olmuşdur.
Yuха
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
ИХР-388 aşqarı
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Barnaul-Т
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Хu Tsintao
Hu Cintao (çin 胡錦濤, 胡锦涛, Hú Jǐntāo; azərb. transkripsiya /hu: cintao/; 21 dekabr 1942) — Çin Xalq Respublikasının dövlət xadimi, 2003–2013-cü illərdə Çin Xalq Respublikasının Sədri, 2002-ci il noyabr ayından 10 il müddətinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi, 2005-ci ilin mart ayından 2013-cü ilin 14 mart tarixinədək ÇXR Mərkəzi Hərbi Şurasının, 2004-cü ilin sentyabr ayından 2012-ci il 15 noyabr tarixinədək ÇKP MK Mərkəzi Hərbi Komitəsinin sədri.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.