Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Şekə
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şəşə
Şəşə — türk və tatar mifologiyasında quldur quş. Gecə qeyb aləmindən gəlib oğlan uşağa vuraraq öldürür və ya qaçırır. Girdiyi evdəki uşaq ölür. Qırxı çıxmamış uşağın üzərindən keçdiyində körpə qapqara kəsilib ölür. Altı aylıq olmamış uşağı isə dimdikləriylə öldürər. Uşaqlara boğazlarından vurur. Onu tutan Şəşə Anası və ya Şəşə Atası olar. Beləcə digər Şəşə quşlarının zərər verdiyi uşaqları yaxşılaşdırar. Yarasa, Şəşə olaraq bilinər və ondan çəkinilər. Ondan qorunmaq üçün xarici qapının üzərinə öldürülmüş yarasa asılar.
Şeşə
Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir. Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər. Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar.
Məni sevə-sevə öldür (film, 2002)
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
Jül Şere
Jül Şere (fr. Jules Chéret; 31 may 1836[…] – 23 sentyabr 1932[…], Nitsa) — fransız rəssamı və qrafikçi. Müasir poster qurucularından biri. == Həyat və fəaliyyəti == Jül Şere mətbuatçı ailəsində anadan olmuşdur. Ailəyə pul lazım idi və Jül 13 yaşındaykən məktəbdən ayrıldı və üç ildir litoqrafistə yazıldı. Sonra Parisdəki Milli Dizayn Məktəbinə qatılıb. Heç bir sistematik təhsil almadan özünü göstərən bir sənətkar idi. Gənc illərində Şere tez-tez Paris muzeylərində olub; Ona ən böyük təsiri, əsasən, Vatto və Fraqonar olan rokoko rəssamları tərəfindən təmin edilmişdir. 1866-cı ildə sənətçi Parisə qayıdıb, burada çap işi və qrafika açıb. İngiltərədə böyük formatlı plakatlar və posterlər çap etmək üçün maşın alıb J. Şere eyni zamanda rəngli litoqrafiyanın texnoloji prosesini sadələşdirdi və bir "daş" dan iki fərqli rəng ilə təzyiqlər etmək imkanı verdi.
Mislav Sever
Neve Şalom
Neve Şalom (ivr. ‏נְוֵה שָׁלוֹם‏‎, Sülh vadisi) və ya Vahat as-Salam (ərəb. واحة السلام‎) — İsrailin mərkəzində yerləşə qəsəbə. Qəsəbənin əsasını yəhudilər və ərəblər birgə qoymuş. Bununla da dünyaya göstərmək istəmişlər ki, bu iki xalq bir yerdə yaşaya bilir. Qəsəbədə iki xalq arasında dostluğun, anlaşmanın möhkəmlənməsi üçün daima təbliğat aparılır. Neve Şalom Latrun rayonunda, iki təpənin zirvəsində salınmış. Qəsəbə Tel-Əviv və Qüdsü birləşdirən mağistral yolunun ortasında yerləşir. Qəsəbə öz adını Tanaxın (Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəsli) Yeşaya (ibranicə Yeşayahu) adlı hissəsindən götürmüş — «O zaman mənim xalqım təhlükəsiz və sülh məkanında xoşbəxt yaşayacaq» (Yeşaya. 32:19).
Sabetay Sevi
Sabbatay Zevi (שַׁבְּתַאי צְבִי Şavtay Tzvi, digər söyləyişləri Sabbatai Ẓevi, Shabbetai Ẓevi, Sabbatai Sevi, və Türkcədə Sabetay Sevi) (1 avqust 1626 -. C 17 sentyabr 1676 Dulkiqno (indiki Ulsin, Monteneqro) — Səfərad Haxam və kabbalist idi ki uzun zaman gözlənilən yəhud Məsihi olduğunu iddia etdi. O, yəhudi Sabbatayizm hərəkatının banisi idi. Qırx yaşında, Osmanlı Sultan IV Mehmed tərəfindən İslamı qəbul etmək məcburiyyətində qaldı. Onun davamçılarının bəziləridə İslamı qəbul etdi ki təxminən 300 ailə idilər və Dönmə (ağa Dönmə) kimi tanınırdılar.
Savə minarəsi
Savə Minarəsi – Azərbaycanın cənub–şərq şəhərlərindən olan Savənin Meydan məscidinin gözəl bədii tərtibatlı minarəsi Böyük Səlcuq İmperiyasının hökmdarı Sultan Toğrul bəyin zamanında hicri 453 – cü ildə (1061) inşa edilmişdir. Üst bölümü uçduğundan onun şərəfəsinin və şərəfə üstü qülləsinin necəliyi qaranlıqdır. Ancaq bu ayrıca dayanan minarənin uyğun memarlıq ayrıntılarının Şəmkir və başqa Səlcuq mil minarələri ilə bir biçimli olduğu şübhəsizdir. Savə minarəsinin silindrik, yuxarıya doğru yüngülcə incələşən gövdəsi kərpicdən yığılmış "səlcuq zənciri" adlanan kəmərlərlə üfüqi bölmələrə ayrılmışdır. Bu çənbərlərarası səthlər mürəkkəb çeşnili həndəsi naxışlarla üzlənmişdir. Kəmər qurşaqlarının ortasında yenə kərpicdən "kvadrat kufi" adıyla tanınan düzbucaqlı yazı sətirləri yığılmışdır. Araşdırıcılar Savə minarəsindəki kufi yazılarını bu tip kitabələrin ilk örnəyi sayırlar. Başdan-başa birrəngli bişmiş kərpicdən ucaldılan və səthi həmin kərpicdən yığılmış kitabə və naxışlarla örtülən Savə minarəsinin bədii təsir gücü zəngin işıq – kölgə effektindədir. Mütəxəssislər gövdəsinin bəzədilməsi tərzinə görə Savə minarəsini Azərbaycan və Orta Asiyanın türk minarələri arasında bağlayıcı halqa hesab edirlər.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.