Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Şekə
Şekə — türk və tatar mifologiyasında mahnı cini. Çikə və ya Çekə olaraq da bilinər. Dirsək boyunda bir cücedir. Yanına gələnlərə dastan okutturup, mahnı dedirdər. Ağacların altında yaşayır, zərərsizdir. Bəzən dediyini yaptırabilmek üçün insanları qorxudur. Tutduğu adama saatlarla yır (mahnı) və ya kay (dastan) oxutduğu olar. Çuvaşlarda "Çikə Suxal" adı verilər və "boyu bir qarış, saqqalı iki qarış" olaraq təsvir edilər. == Etimologiya == (Şik/Çik/Çiy/). Çik aşiq sümüyünün çuxur tərəfi deməkdir.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şəşə
Şəşə — türk və tatar mifologiyasında quldur quş. Gecə qeyb aləmindən gəlib oğlan uşağa vuraraq öldürür və ya qaçırır. Girdiyi evdəki uşaq ölür. Qırxı çıxmamış uşağın üzərindən keçdiyində körpə qapqara kəsilib ölür. Altı aylıq olmamış uşağı isə dimdikləriylə öldürər. Uşaqlara boğazlarından vurur. Onu tutan Şəşə Anası və ya Şəşə Atası olar. Beləcə digər Şəşə quşlarının zərər verdiyi uşaqları yaxşılaşdırar. Yarasa, Şəşə olaraq bilinər və ondan çəkinilər. Ondan qorunmaq üçün xarici qapının üzərinə öldürülmüş yarasa asılar.
Məni sevə-sevə öldür (film, 2002)
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Aleksandr Sever
Mark Avreli Sever Aleksandr (lat. Marcus Aurelius Severus Alexander), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır (1 oktyabr 208 – 19 mart 235) — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur. == Həyatı == Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağkəhriz (Savə)
Ağkəhriz — İranın Mərkəzi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Məzdqançay kəndistanında, Növbəran qəsəbəsindən 10 km şərqdə, Növbəran-Savə avtomobil yolunun üzərindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.