Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir.
Şeşə | |
---|---|
az-əbcəd. شئش | |
| |
Növü |
quş (Şeşə) ruh (Şaşa) cin (fars Şaşası) |
Vətəni | Bilinməzlər dünyası (Şeşə) |
Qidası |
oğlan uşağı çörək və yağ (Şaşa) |
Ovçusu | Şeşə Anası |
Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər.[1]
Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar. Şeşə quşun tutan şəxs onu tez öldürməlidir. Quşu öldürən Şeşə anası adlanır və bu qadın Şeşə quşunun vurduğu bir uşağın boğazına toxunarsa, o, sağalır. Şeşə quşu haqqında türk xalqlarının demonologiyasında diqqətdən kənarda qalmış digər motivlərlə bənzər şəkildə, ayrı bir spesifikasiyaya gedilməmişdir.[1]
Xalq ənənəsinə görə, şaşa uşaqları boğan ruhdur. O, qara rəngli, pişikdən balaca olan şər ruhdur. Yan tərəfdən qadına oxşayır. Uşağın doğumundan altı gün sonra şaşa onu boğa bilər. Ona görə də uşağa ziyan dəyməsin deyə ehtiyat tədbirləri həyata keçirilməlidir. Müasir dövrdə də uşağın doğumundan sonrakı altıncı gündə ana tərəfindən olan qadınların xüsusi adəti vardır. Onlar ananın evində qalar. Burada işıq söndürülmür və qadınlar yatmır. Evin girişinə şaşanın yeməsi üçün çörək və yağ qoyulur ki, ruh uşağı rahat buraxsın. Fars xalq ənənələrində də şaşa uşağı altıncı günündə öldürən cindir.[2]
Bir gün uşağı durduğu yerdə uçunma tutdu. Fatmanisə çоx qоrxdu. Nəhayət, uçunma tez dəf оldu. Bir neçə gündən sоnra uçunma uşağın üstünə dübarə gəldi. Fatmanisə qоnşusu Hüri qarını çağırıb məsləhət elədi. Hüri qarı dedi кi, uşağın üstündən “şeşə quşu” addanıb, оna dua yazdırmaq lazımdır. Apararsan Mоlla Əlyarın yanına, dua yazar, uşağın sağalar. "İanə", Əbdürrəhim bəy Haqverdiyev[3]
|