Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Berta Morizo
Berta Morizo (fr. Berthe Morisot; 14 yanvar 1841, Burj — 2 mart 1895, Paris) — Parisdəki sənətçilər dairəsinin bir hissəsi olan fransız rəssam, impressionistlər kimi tanınmışdılar. 1864-cü ildə ilk əsərlərini Fransanın ən nüfuzlu sənət sərgilərindən birində - Paris Salonunda, Paris İncəsənət Akademiyasının illik rəsmi sərgisində nümayiş etdirdi. 1874-cü ildə Sezan, Deqa, Monet, Morisot, Pissaro, Renuar və Sisley tərəfindən yaradılan "təcrid olunmuş" impressionistlər qrupuna daxil olana qədər onun əsərləri altı parisi salonunda iştirak etmək üçün seçilib və fotoqrafın studiyasında ilk sərgilərində iştirak etdi Nadar 1892-ci ildə ilk şəxsi sərgisi keçirildi. Berta Morizo 1895-ci ildə 54 yaşında ağciyər xəstəliyindən vəfat etdi. Passi qəbiristanlığında dəfn edilmişdir.
Cerma Kolon
Cerma Kolon i Domeneç (30 noyabr 1928, Kastelyon vilayəti[d], Valensiya icması[d] – 22 mart 2020[…], Barselona) — ispan dilçi, pedaqoq və filosof. Kolon 30 noyabr 1928-ci ildə İspaniyanın Kastelyon-de-la-Plana şəhərində anadan olub. Roma fəlsəfəsini öyrənmiş və əsərlər yazmışdır. İsveçrənin Bazel Universitetində professor vəzifəsində çalışıb.
Herta FK
"Herta FK" (alm. Hertha, Berliner Sport-Club e.V.‎) — Bundesliqada mübarizə aparan, Berlin şəhərindən olan alman futbol klubu. 1892-ci ildə qurulub və ölkədəki ən köklü futbol klublarından biridir. 2 qat Almaniya çempionudur. Ev oyunlarını 74,475 tamaşaçı yerləşən "Berlin Olimpiya Stadionu"nda keçirir. == Tarixi == === Yaradılması (1892-1901) === "Herta" futbol klubu bir qrup gənc tərəfindən 25 iyul 1892-də təsis edilib: Fritz və Maks Lindner, Otto və Villi Lorenz. Fritz Lindner "Herta" gəmisində ata ilə səfərini xatırlayana qədər klubu quran şirkət uzun müddət klubun heç bir adı yox idi. Dostları bu ada sevindilər və qısa müzakirədən sonra bir klub - "BFK Hertha 92" ortaya çıxdı. Klub rəngləri üçün dostlar bu günə qədər mövcud buxarlayıcı boru üzərində olan mavi və ağ zolaqlar almaq qərarına gəliblər. "Herta" sözü "Nertus" (alman mifologiyasında məhsuldarlıq ilahəsidir (Ana Yer).
Herta Müller
Herta Müller (alm. Herta Müller‎; 17 avqust 1953[…])) — alman şairə və yazıçı, ictimai xadim, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2009). == Həyatı == Herta Müller 1953-cü ildə Rumıniyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Timişoara Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Federativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Herta Vorell
Herta Vorell (20 Sentyabr 1908 – 5 Aprel 1996) — Almaniyalı film aktrisası. O, 1934-cü il ilə 1995-ci il arasında 75-dən çox film və televiziya şousunda rol oynamışdır. == Filmoqrafiyası == Əgər musiqi üçün olmasaydı (1935) Qırmızı səhləb (1938) Əhsən Akrobat!
Magna Carta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bugünədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Çerya mağarası
Çerya və ya Çeryanka ( serb. Церјанска пећина ,Cerjanska pećina ) - Serbiyanın cənub-şərqində mağara. Uzunluğuna görə Lazarev mağarasından sonra Serbiyanın ikinci ən uzun mağarasıdır. Mağaranın uzunluğu 7149 metrdir. == Yerləşməsi == Mağara Çerya kəndindən 3,5 km şərqdə (Panteley bölgəsi), Niş şəhərindən isə 15 km şimalda yerləşir. == Geologiyası == Mağaraya giriş Kalfat dağının qərb yamacındadır. Məhs giriş yerində Provalay çayı yer altında itir. Mağara hidroloji baxımdan aktivdir. Geoloqların hesablamalarına görə mağaranın yaşı 2 milyon ildir. Mağara girişi kiçik və ensiz olsa da baş zal böyük ölçüdədir.
Viktoriano Uerta
Xose Viktoriano Uerta Orteqa (isp. José Victoriano Huerta Ortega; 22 dekabr 1850 və ya 22 dekabr 1854 – 13 yanvar 1916, El-Paso, Texas) — Meksika dövlət xadimi və hərbi lider, 1913-cü il hərbi çevrilişində iştirak edən general. 19 fevral 1913-cü ildən 15 iyul 1914-cü ilə qədər Meksikanın müvəqqəti prezidenti. Onun ölkədə hakimiyyəti dövründə vətəndaş müharibəsinin ən şiddətli mərhələsi gedirdi. Bu günə qədər Meksika cəmiyyətində Uerta inqilabın xaini, tiran və Madero və Pino Suarezin qatili hesab olunur.1914-cü ildə Amerika Prezidenti Vudro Vilsonun dəstəyini alan hökumət ordusu konstitusiyaçılara həlledici məğlubiyyətə uğramışdır. Bundan sonra Uerta istefa vermış və xaricə qaçmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Уэрта, Викториано // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
AZ-CERT
AZ-CERT - AMEA İnternet şəbəkəsində (AzScienceNet) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupudur. == Məqsədi == AZ-CERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. Bu məqsədlə AZ-CERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında AMEA təşkilatlarına və AzScienceNet-in fərdi istifadəçilərinə kömək edir. == Fəaliyyəti == AZ-CERT AMEA İnternet şəbəkəsində ziyankar proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanmasını, saxlanılmasını və analizini həyata keçirir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün AZ-CERT Azərbaycanda fəaliyyət göstərən digər belə qruplarla, Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə, informasiya təhlükəsizliyi insidentlərinin emalı ilə məşğul olan xarici ölkə qrupları ilə və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlarla qarşılıqlı əlaqə saxlayır. AZ-CERT komandası AMEA İnternet şəbəkəsində (AzScienceNet) baş vermiş informasiya təhlükəsizliyi insidentlərini araşdırır. AZ-CERT komandası həmçinin informasiya təhlükəsizliyi sahəsində statistik verilənlərin toplanması, saxlanılması və analizi üçün digər şəbəkələrdə baş verən insidentlər barəsində məlumatları qəbul edə bilər. == İnsidentlərin kateqoriyaları == AZ-CERT informasiya təhlükəsizliyi insidentləri kimi aşağıdakı hadisələri nəzərdən keçirir: xidmətdən imtina; icazəsiz giriş; qanunsuz fəaliyyət; informasiya toplanması; ziyankar proqram təminatı. === İnsidentlərin emalı === AZ-CERT: kompüter insidentlərini emal edərkən ilk növbədə məlumatın mənbəyinə inam və etibar, göstərilən faktın yoxlanmasını həyata keçirmək üçün texniki imkanların mövcudluğu diqqətə alınır. AZ-CERT istifadəçiləri həyata keçirilən hərəkətlərin nəticələri və xarakteri barədə istifadəçiləri xəbərdar etmir.
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Berta fon Zutner
Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner‎ qrafinya Kinski, alm. Kinsky‎; 9 iyun 1843, Praqa - 21 iyun 1914, Vyana) - Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı,Nobel Sülh Mükafatı laureatı olan ilk qadın (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra). == Gənclik == Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur.Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı. Onun 30 yaşı olanda anası,ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlayanda Artur fon Zutner Vyana dövri nəşrlərinə,hərbi əməliyyatlar teatrlarından reportaj yazmağa başladı.
Terta qala kompleksi
Terta (çeç. Терти, Тертие) — Malxistinski dərəsinin qərb hissəsində XIV-XVI əsrlərə aid iri qala yaşayış məntəqəsidir. Çeçenistan Respublikasının müasir İtum-Kali rayonunda yerləşir.. == Təsviri == Terta qala kompleksi şərqdə İtal-çu, qərbdə isə Meşi kompleksi ilə həmsərhəddir. 1990-cı illərin ortalarına qədər kompleksin mərkəzində beşmərtəbəli döyüş qülləli ansambl olub. Pilləli piramidalı damı olan, planda kvadrat olan beş pilləli döyüş qülləsi uzunsov hündürlüyə və yuxarıya doğru azalan həcmə malik idi. Divarlar orta ölçülü şifer plitələrdən ibarət əhəng məhlulundan tikilmişdir. Damın yuxarı hissəsində tac dirəyi quraşdırılmışdır. İkinci mərtəbə dörd tərəfli yalançı tonozla örtülmüş, divarları gillə suvanmışdır. Üçüncü pillədən yuxarıda taxta tavan görünürdü.
Adolfo de la Uerta
Adolfo de la Uerta Markor (rus. Adolfo de la Huerta Marcor; 26 may 1881, Eroyka-Quaymas[d] – 9 iyul 1955, Mexiko) — Meksika siyasətçisi, 1920-ci il iyunun 1-dən dekabrın 1-dək Meksikanın müvəqqəti prezidenti.Uerta 1920-ci ildə Sonora qubernatoru olmuş və o vaxtkı prezident Venustiano Karransanı devirmək planının liderlərindən biri olmuşdur. 8 aprel 1920-ci ildə çevriliş edilmişdir. Ümumi seçkilər hazırlanarkən konqres Uertanı müvəqqəti prezident təyin etmişdir. Uertanın prezidentliyi dövründə ən mühüm hadisələrdən biri Panço Vilya ilə sülh müqaviləsinin imzalanması idi.
Brinyano Cera d'Adda
Brinyano Cera d'Adda — Lombardiyanın Berqamo əyalətində 6052 nəfər əhalisi olan İtaliya şəhəridir. Milanın təxminən 35 kilometr (22 mil) şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) cənubda yerləşir. Ərazisi 12 km². Poçt kodu 24053. Telefon kodu 0363. Kommunanın himayədarı Müqəddəs Bonifasdır, oktyabrın ilk bazar günü onun şərəfinə bayram qeyd edilir. == Görməli yerləri == Əsas görməli yeri, Palazzo Vecchio ("Köhnə Saray") və Palazzo Nuovo ("Yeni Saray") adlı iki hissəyə bölünən "Palazzo Visconti"dir. Qalliari qardaşları, Mattia Bortoloni və Alessandro Magnasco'nun freskalarına ev sahibliyi edən müdafiə qalası 10-cu əsrdən insanlara məlumdur. Qala 13–17-ci əsrlərdə yenidən qurulmuşdur. Sant'Andrea kilsəsi 11-ci əsrə aiddir.
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Açerra
Açerra (it. Acerra) — İtaliyanın Kampaniya regionunda şəhər.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bertaq
BERTAQ -Naxçıvan əyalətinin Azadçiran nahiyəsində (indi Naxçıvan MR Ordubad rayonunda) kənd adı. == Toponimi == Ehtimal ki, sami mənşəli akkad dilində birtu - "qala" və türk dillərində taq - "dağ” sözlərindən ibarətdir.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Carya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Catra
Catra (sanskritcə hərəkət, səfər, səyahət, təntənəli nümayiş, bayram; sonralar– tamaşa) — xalq tamaşasının qədim növü, musiqi, nəğmə, rəqs və oyunlarla müşayiət olunan kütləvi gəzintilər. == Tarixi == 1-ci minilliyin sonu – 2-ci minilliyin əvvəlində yaranmışdır; ən çox Hindistanın şimal şərqində və Nepalda yayılmışdır. == Təsviri == Catra, əsasən, kortəbii, hər hansı ailə, icma şənlikləri və yaxud dini bayramlar zamanı təşkil olunur. Müxtəlif yerlərdə və istənilən vaxtlarda (məs., axşam vaxtı kəndin ortasında tonqal ətrafında) keçirilə, müxtəlif miqyasda (lokal-etnikdən ümummilliyədək) ola bilər. Catra Benqaliya və Orissada 15–16-cı əsrlərdə musiqili rəqs dramının (catraqan) mifoloji süjetləri əsasında teatrlaşdırılmış tamaşa kimi yaranmışdır. Açıq havada, şüvüllər üzərinə tarım çəkilmiş böyük örtük (aktyorlar və tamaşaçılar üçün) altında oynanılır. 18-ci əsrin sonlarından repertuarı xeyli genişlənmiş, ənənəvi Catra sənəti tədricən peşəkar sənətə çevrilmişdir.
Ceiba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Cenia
Cotula (lat. Cotula) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Cenqa
Cenqa — Lesli Skot tərəfindən yaradılmış oyundur. Hasbro və Milton Bredly Company tərəfindən satışı həyata keçirilir. == Oyunun qaydaları == 54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Bununla belə, əgər ilk üç blok şimaldan cənuba düzülübsə, yuxarıdakı üç blok şərq-qərb sxemi ilə düzülməlidir. Oyun iştirakçıları növbə ilə bu 18 mərtəbəli qüllədən bir blok çəkir və qüllənin üstünə yenidən başlanğıcdakı kimi düzməyə başlayırlar. İştirakçılar toxunduqları bloku tək əlləri ilə çəkmək məcburiyyətindədilər. Qüllə yıxılmadan əvvəl son bloku kim çəkibsə oyunu o şəxs uduzar. Yenidən oynamaq istəsəniz, blokları yığmaq və onları bir qüllə etmək vəzifəsi əvvəlki oyunu uduzan şəxsə düşür.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.