Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağaran danaqıran
Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür. == Tarixi == İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir. == Mədəniyyət və sənətdə yeri == Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.
Dabardan
Aşağı Dabardan (Çaroymaq)
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ağarak
Abarğan (Mərənd)
Abarğan (fars. ابرغان‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,184 nəfər yaşayır (505 ailə).
Abarğan (Sərab)
Abarğan (fars. ابرغان‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,301 nəfər yaşayır (315 ailə).
Albert Azaryan
Albert Vağarşakoviç Azaryan (erm. Ալբերտ Վաղարշակի Ազարյան; rus. А́льберт Вагарша́кович Азаря́н; 11 fevral 1929[…], Böyük Qarakilsə – 5 sentyabr 2023, İrəvan) — SSRİ bədii gimnastı, məşqçisi, beynəlxalq dərəcəli hakim (1970). Əməkdar idman ustası (1954). Ermənistan SSR əməkdar məşqçisi (1966). Ermənistan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi (1967). Üçqat olimpiya çempionu, dördqat dünya çempionu, ikiqat Avropa çempionu, on birqat SSRİ çempionu. == Həyatı == Albert Vağarşakoviç Azaryan 11 fevral 1929-cu ildə Böyük Qarakilsədə anadan olmuşdur. O, 1956-cı ildə Ermənistan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. halqalarla hərəkətdə ikiqat Olimpiya çempionu (1956, Melburn; 1960, Roma), komanda çempionatında (1956), komanda çempionatında Olimpiya gümüş mükafatçısı (1960, Roma).
Anbardan (Bostanabad)
Anbardan (fars. انباردان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.733 nəfər yaşayır (450 ailə).
Anbardan (Çaroymaq)
Anbardan (fars. انباردان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (6 ailə).
Ağaddin Babayev
Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb. A. Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib. Hazırda o, əmək fəaıiyyətini "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirir.
Ağaddin Niftiyev
Niftiyev Ağaddin Aslan oğlu — Masallı rayon İcra Hakimiyyətinin başçısı, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Ağaddin Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetində çalışıb. BDU-da müəllimdən şöbə müdiri, BDU Böyük Elmi Şurasının üzvü vəzifəsinə qədər yüksəlib. 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Fransanın Nant Universitetində professor işləyib. Azərbaycan, Gürcüstan və Fransa riyaziyyatçılarının I konfransını təşkil edib. Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 10 doktorluq, 30-dan artıq isə namizədlik dissertasiyasına rəhbərlik edib.
Ağıldan bəla
Ağıldan bəla (rus. Го́ре от ума́) — Aleksandr Qriboyedovun 1824-cü ildə yazdığı komediya. == Məzmunu == Əsər XIX əsrin 20-ci illərində Rusiya imperiyasında azadlıq ideyalarının geniş yayılmasınnda mühüm rol oynamışdır. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin sütunları sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı bir formada əks etdirilmişdi. Əsər 4 pərdədən ibarətdir. == İstinadlar == == Xarici keçidlər == «Горе от ума» А. С. Грибоедова в проекте «Фундаментальная электронная библиотека» (ФЭБ). «Горе от ума» А. С. Грибоедова в серии «Литературные памятники», 2-е издание. М.: «Наука», 1987. (РВБ). Спектакль «Горе от ума» (Малый театр, 1977 г.) «Горе от ума» А. С. Грибоедова в спектакле В. Н. Иванова и М. И. Царёва.
Eduard Azaryan
Eduard Albertoviç Azaryan (erm. Էդուարդ Ազարյան; rus. Эдуард Альбертович Азарян; 11 aprel 1958, İrəvan) — SSRİ gimnastı, Olimpiya çempionu (1980), dünya çempionatının mükafatçısı (1978), dördqat SSRİ çempionu. SSRİ əməkdar idman ustası (1980). MOİK-də çıxış etmişdir. == Həyatı == Eduard Azaryan kiçik yaşlarından atası, üçqat olimpiya çempionu Albert Azaryanın rəhbərliyi altında gimnastika ilə məşğul olmağa başlamışdır. 1978-ci ildə Eduard Azaryan çoxnövçülükdə SSRİ çempionu olmuş və SSRİ yığmasının üzvü olmuşdur. Elə həmin il fərdi çoxnövçülük üzrə Dünya Kubokunun bürünc mükafatçısı və komanda çempionatında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Eduard Azaryan SSRİ yığma komandasının tərkibində komanda birinciliyində Olimpiya çempionu adını qazanmışdır. 1992-ci ildən ABŞ-də yaşayır.
Raçiya Açaryan
Raçiya Açaryan (erm. Հրաչեայ Աճառեան; 8 (20) mart 1876, Konstantinopol[…] – 16 aprel 1953, İrəvan) — Ermənistan linqvisti, leksikoqrafı, etimoloqu və filoloqu. İstanbul ermənisi olan Açaryan yerli erməni məktəblərində, Sorbonnada Antuan Meyenin rəhbərliyi altında və Strasburq Universitetində Henrix Hübşmanın rəhbərliyi altında təhsil almışdır. O, Rusiya imperiyasında və İranda müxtəlif erməni icmalarında dərs demiş, sonra 1923-cü ildə Ermənistan SSR-də məskunlaşmışdır və ölənə qədər İrəvan Dövlət Universitetində çalışmışdır. Poliqlot olan Açaryan bir neçə böyük lüğət, o cümlədən monumental "Erməni etimoloji lüğəti"ni tərtib etmiş, erməni dialektlərini geniş şəkildə öyrənmiş, erməni əlyazmalarının kataloqlarını tərtib etmiş, erməni dili və əlifbası tarixinə dair hərtərəfli tədqiqatların müəllifi olmuşdur. Açaryan erməni linqvistikasının atası hesab olunur. == Həyatı == Açaryan 8 mart 1876-cı ildə Konstantinopolda (İstanbul) erməni ailəsində anadan olmuşdur Erkən yaşda onun bir gözü kor olmuşdur. Atası Akop çəkməçi idi. İlk təhsilini Samatiyadakı Arami və Sahaqi məktəblərində, sonra Getronaqanda (1889–1893) almış, burada fransız, türk və fars dillərini öyrənmışdır. O, erməni dilinin Konstantinopol (İstanbul) dialektində danışırdı.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Abaran (dəqiqləşdirmə)
Abaran, Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonu — Qərbi Azərbaycanın Abaran mahalı ərazisində rayon. Abaran mahalı — İrəvan xanlığında mahal. Abaran nahiyəsi — İrəvan əyalətinda nahiyə. Abaran — İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Abaran — Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında yaylaq. Abaran — İrəvan quberniyasının İrəvan qəzasında çöl adı. Abaran (çay) — İrəvan xanlığının Abaran mahalında çay adı.
Abaran (kənd)
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Abaran (yaylaq)
Abaran yaylağı - Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.
Abaran (çay)
Abaran çayı- İrəvan xanlığının Abaran mahalında çay adı . Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Abaran mahalı
Abaran mahalı — İrəvan xanlığında mahal adı. == Tarixi == Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır.
Maqadan
Maqadan — Rusiya Federasiyasında yerləşən şəhər, Maqadan vilayətinin mərkəzi.
Şaqarda
Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. == Tarixi == Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır. == Toponimi == Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi", "təpə" mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı.
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. == Yaranışı == Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Qaryan
Qaryan Liviyanın şimal-qərbində, Tripolidən 80 km cənubda yerləşən əl Cəbəl əl Qərbi rayonundakı bir şəhərdir. 2007-ci ildən əvvəl Qaryan rayonunun inzibati yeri idi. Qaryan, Qərb dağlarının ən böyük şəhərlərindən biridir. 2005-ci ilin statistikasında Qaryan əhalisinin sayı 170.000 olaraq qiymətləndirilmişdir. == Tarixi == Qaryan cənubdan Fəzzan həm də Nafusa dağlarının üzərindən ticarət yollarında idi. 1884-cü ilə qədər Osmanlılar Qaryanda bir bələdiyyə başçısı və şəhər məclisi qurmuşdular. 20-ci əsrin əvvəllərində İtaliyanın işğalına qarşı Liviya müqavimətinin mərkəzi hesab olunurdu. == Nəqliyyat == 1920-ci illərdə italyanlar Tripoli ilə Qaryan yaxınlığında bir kənd arasında 90 kilometr uzunluğunda (56 mil) uzun bir dəmir yolu inşa etdilər.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Aqraxan körfəzi
Aqraxan körfəzi — körfəz Xəzər dənizinin qərb sahillərində yerləşir. Dənizdən Aqraxan yarımadası ilə təcrid olunur. Körfəz girəcəkdən cənuba doğru 40 km uzunluğa malikdir. Eni bir necə yüz metrdən 10 km-lərə qədərdir. Dərinliyi 4 metrdir. Körfəzin şimalına doğru suyu şorlaşır. Körfəzə axan ən iri çay Terekdir == Tarixi == Vaxtı ilə körfəz olduqca dərin olmuşdur. Buna sübut I Pyotrın İran yürüşü zamanı gəmilərlə körfəzin cənubuna maneəsiz irəliləməsi və burada Müqəddəs Xaç qalasını inşa etdirməsidir. == Təbiəti == Körfəzdə və ətraf ərazilərində relik bitkilərə rast glmək olar. Suları balıqlarla zəngindir.