Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağabək
Ağabək — Sürməli qəzasında kənd adı == Toponimik izah == Ağabək — İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. Ağabək şəxs adındandır. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Acı ağgöbələk
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü ana bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50–70 sm və daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuş uşaqda 2 sm olur. Onun xarici qişası və ya örtüyü hamar və bir qədər parıltılıdır. == Təşkili == === Göbək arteriyaları === Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. === Göbək venası === Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) — vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Malqobek
Malqobek — Rusiyada şəhər. İnquşetiyanın Malqobek rayonunun mərkəzi.
Aqtöbe
Aqtöbe / Ağtəpə (qaz. Ақтөбе; rus. Актобе́) — Qazaxıstanın eyni adlı vilayətinin paytaxtı. == Adı == Aqtöbe toponimi ağ təpə deməkdir.
Aşağı Malqobek
Aşağı Malqobek və ya Malqobek (kab.-çərk. Мэлгъэбэг, oset. Мæлгъæвæг) — Şimali Osetiya Respublikasının Mozdok bölgəsindəki kənd. Bələdiyyənin inzibati mərkəzi "Malqobek kənd qəsəbəsidir". == Coğrafiya == Kənd Mozdok bölgəsinin qərb hissəsində, regional mərkəz Mozdokdan 30 km cənub-qərbdə, Terek şəhərindən 34 km şimal-şərqdə və Vladiqafqaz şəhərindən 97 km şimal-qərbdə yerləşir.Kənd yaşayış məntəqəsinin sahəsi 20.72 km² təşkil edir. Cənub-qərbdə Aşağı Kurp, qərbdə Akvedukt və Yeni Həmidiyə və şimalda Suxotski qəsəbələrin torpaqları ilə həmsərhəddir. Kənd Terski silsiləsinin şimal nöqtələrində meylli Kabarda düzənliyində yerləşir. Şimalda ərazi əsasən cənubdan Terski silsiləsinin yamaclarına, nisbi yüksəkliklərdə fərqlərin artması ilə keçən dağətəyi meylli düzənliklərdən ibarətdir. Kənddə orta hündürlük dəniz səviyyəsindən 214 metr yüksəkdir. Sahənin ən yüksək nöqtəsi kəndin cənubunda yerləşən Xutako dağıdır (433 m).
Kiçik Malqobek
Kiçik Malqobek (Oset. Чысыл Мæлгъæвæг, qum. Малгъабек -отар) kəndi Şimali Osetiya Respublikasının Mozdok bölgəsində yerləşir. "Predqornenski kənd yaşayış məntəqəsi" bələdiyyəsinə hissəsinə daxildir. == Coğrafiya == Kiçik Malqobek kəndi Mozdok bölgəsinin cənub hissəsində, Şimali Osetiyanın ərazisinin qonşu İnquşetiya respublikasının ərazisinə qədər ərazidə uzanır. Kənd, Mozdokun regional şəhər mərkəzindən 40 km cənubda, İnquşetiyanın Malqobek şəhərindən 8 km şimal-şərqdə və Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhərindən 67 km şimalda (yol boyunca məsafədədir)yerləşir. Kənd, Terek silsiləsinin zirvəsində, Şimali Osetiya və İnquşetiya sərhəddində yerləşir. Voznesenskaya kəndindən Köhnə Malqobekə qədər silsilədən qərbə keçən bu yol bir sıra neft istehsal edən kəndləri və Malqobek-Qorski neft yatağının hissələrini birləşdirir. Voznesenskaya kəndində R-296 Mozdok - Çermen - Vladiqafqaz regional magistral yoluna , Köhnə Malqobekdə Malqobek - Razdolnoye magistral yoluna bitişir. Beləliklə, nəqliyyat baxımından kənd Şimali Osetiya ərazisi ilə müqayisədə İnquşetiya ərazisi ilə daha çox bağlıdır.
Malqobek rayonu
Malqobek rayonu (inquş Магӏалбика район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Malqobek şəhəridir (rayonun tərkibinə daxil deyil) == Coğrafiya == Rayon İnquşetiya Respublikasının şimal hissəsində yerləşir. Şimal və qərbdən Şimali Osetiya (cənub qərbdən Mozdok və Pravoberejnı rayonları), qərbdən Çeçenistan Respublikası (Nadterek rayonu) və İnquşetiyaya daxil olan Sunja rayonu, cənubdan isə Nazran rayonu və Qarabulaq şəhər dairəsi ilə həmsərhəddir. Rayonun şimal hissəsində, Şimali Osetiya sərhədində, Respublika əhəmiyyətli Maqlobek şəhəri yerləşir. Üstəlik ayrıca şəhər dairəsini təşkil edir. Şəhər dairədinə Maqlobek şəhərinfən başqa Maqlobek-Qors neft yataqları və neftemalını təşkil edən əhalinin cəmləşdiyi qəsəbələr daxildir. Rayon ərazisinin ümumi sahəsi 640 km²-dir. == Tarixi == Malqobek rayonu 23 yanvar 1935-ci ildə Çeçen-İnquş Muxtar Vilayətinin İcrayə komitəsinin qərarı ilə təşkil olunmuşdur. Sonradan ləğv edilmiş rayon Psedax və Açaluk rayonlarının tabeçiliyinə verilir. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respiblikasında aparılan çox saylı təşkil işləri zamanı Maqlobek rayonu RSFSR Mərkəzi İcraiyə komitəsinin qərarı ilə 12 yanvar 1965-ci ildə yenidən təşkil edilir.
Aqtöbe (dəqiqləşdirmə)
Aqtöbe — Aqtöbe vilayətin paytaxt şəhəri. Aqtöbe vilayəti — Qərbi Qazaxıstan regionda vilayət. Aqtöbe FK — Aqtöbe şəhərin futbol klubu.
Aqtöbe (şəhər)
Aqtöbe / Ağtəpə (qaz. Ақтөбе; rus. Актобе́) — Qazaxıstanın eyni adlı vilayətinin paytaxtı. == Adı == Aqtöbe toponimi ağ təpə deməkdir.
Aqtöbe FK
Aktobe FK — Qazaxıstanın futbol klubu == Tarixi == 1967-ci ildə yaradılıb. == Uğurları == 3 dəfə Avropa kuboklarında iştirak edib.
Aqtöbe vilayəti
Aqtöbe vilayəti (qaz. Ақтөбе облысы) — Qərbi Qazaxıstan regionda vilayət. == Sərhədləri == şimalda - Rusiya Federasiyasının Orenburq vilayəti ilə; şimal-şərqdə - Qazaxıstanın Qostanay vilayəti ilə; cənub-şərqdə - Qazaxıstanın Karağandı və Qızılorda vilayətləri ilə; cənubda - Özbəkistanın Qaraqalpaqıstan Respublikası ilə; cənub-qərbdə - Qazaxıstanın Manğıstau vilayəti ilə; qərbdə - Qazaxıstanın Atırau vilayəti ilə; şimal-qərbdə - Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ilə.
Aqtöbe Beynəlxalq Hava Limanı
Aqtöbe Beynəlxalq Hava Limanı (qaz. Ақтөбе халықаралық әуежайы, rus. Международный аэропорт Актобе) (IATA: AKX, ICAO: UATT) — Qazaxıstanın Aqtöbe şəhərində yerləşən beynəlxalq hava limanı. Hava limanı Aqtöbe şəhərinin 1.5 km (0.93 mil) cənub-qərbində yerləşir. Hava limanında beş təyyarə parkı olan kiçik bir terminal mövcuddur. 2015-ci ilin sonunda, hava limanında 345,253 sərnişin var idi..