Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan aşıqları (film, 1938)
Azərbaycan aşıqları filmi rejissor Niyazi Bədəlov tərəfindən 1938-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan aşıqlarının I qurultayına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan aşıqlarının I qurultayına həsr olunmuşdur. Burada qurulayın açılışı və işi öz əksini tapmışdır. Tanınmış aşıqlardan aşıq Mirzə, aşıq İbrahim, aşıq Əli və Gəncə aşıqlar xorunun çıxışları, bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbülün aşıq yaradıcılığı ilə əlaqədar maraqlı söhbətləri lentə alınmışdır. == Filmin üzərində işləyənlər == Rejissor: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Daşkənd aşıqları və şairləri
Daşkənd aşıqları və şairləri (kitab)
Aşıqlar
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
"Aşıqlar" qrupu
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılmış qrup. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjeminda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Aşıqlar (1983)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Aşıqlar (qrup)
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılmış qrup. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjeminda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Aşıqlar məhəlləsi
Aşıqlar məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bu məhəllə M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtarır. Məhəlləyə Şərəfxanlı küçəsinin bir hissəsi və I-döngə aiddir. Cənubdan Mahrasa bağı, şimaldan Şahsevənlər, qərbdən Şahsevənlər məhəlləsinin VIII-döngəsi (Noraşen), şərqdən isə Şahsevənlər məhəlləsi ilə əhatə olunub. == Haqqında == M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtaran məhəllənin yerləşdiyi ərazi vaxtilə Şahsevənlərin torpaqları olub. Məhəllə 1930-cu ildən sonra Toğana və ətraf kəndlərdən gələnlərin yığcam yaşadığı bir yerə çevrilib. Burada Şahsevənlər məhəlləsindən gələnlər də var. Məhəllənin ilk adı “Toğana”, “Qala” sonra “Aşıqlar” olub. 1956-cı ildən isə məhəllə Mikayıl Müşfiqin adını daşıyır. Məhəllədə aşıqlıqla məşğul olan aşıq Qara, aşıq Zeynal, aşıq Ağa Rza, balaban ifaçısı Bəylər, Qaraca oğlan İbrahim yaşamışlar.
Aşıqlar qəhvəsi
Aşıqlar qəhvəsi — Azərbaycan şəhərlərində aşıqların türkcə hekayə söylədiyi qəhvəxana. İran Azərbaycanının şəhər, qəsəbə və kəndlərində aşıqlar qəhvəxanalarda tamaşaçıları əyləndirirdilər. İlhan Başgözün dediyinə görə, 1960-cı illərin sonlarında aşıq ifasına həsr olunmuş qəhvəxanalar böyük şəhər mərkəzlərində yerləşirdi və onların müştəriləri kəndlilərdən və ya iş üçün şəhərə gələn qəbilələrdən ibarət idi. Bu qəhvəxanalar arasında ən məşhuru Təbrizdə yerləşən "Hüseyn Tirandaz qəhvəsi" idi. 1970-ci illərin əvvəllərindən bəri solçu ziyalılar bu xüsusi qəhvəxanaya tez-tez gəlmiş və 1970-ci illərin ortalarında onu tələbə hərəkatının mərkəzinə çevirmişdilər. İran inqilabından sonra on il ərzində bütün aşıq musiqisi qadağan edilmişdir.
Aşıqlar (dəqiqləşdirmə)
Aşıq — saz ifaçısı, saz sənətini icra edən şəxs.
Aşıqlar (film)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Azərbaycan Aşıqlar Birliyi
Azərbaycan Aşıqlar Birliyi — əsas məqsədi aşıq sənətinin inkişafı və təbliğinə yönəlmiş müstəqil ictimai təşkilat. == Aşıqlar Birliyinin tarixi == Azərbaycan Aşıqlar Birliyi ilk dəfə Hüseyn Arif-in rəhbərliyi ilə 1982-ci ildə Ağstafa rayonunda yaradılmışdır. Aşıqlar birliyi 19 iyun 1991-ci ildən Mədəniyyət Nazirliyinin tərkibindən (tabeliyindən) çıxaraq, Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınaraq Hüquqi şəxs kimi tanınmaqla özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. 2012-ci ilin sentyabr ayından Azərbaycan Aşıqlar Birliyində (AAB) pulsuz saz kursu fəaliyyətə başlayıb. Burada məşğələləri tanınmış saz ifaçısı, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar. == Azərbaycan Aşıqlarının qurultayları == Azərbaycan Aşıqlarının I qurultayı — 5 may 1928-ci il Azərbaycan Aşıqlarının II qurultayı — 12 mart 1938-ci il Azərbaycan Aşıqlarının III qurultayı — 27 aprel 1961-ci il Azərbaycan Aşıqlarının IV qurultayı — 19 mart 1984-cü il Azərbaycan Aşıqlarının V qurultayı — 29 avqust 2008-ci il == Azərbaycan Aşıqlar Birliyinin sədrləri == Hüseyn Arif — 1984 – 1992 İbrahimov Məcnun Səməd oğlu — 12 oktyabr 1992 – 2004 Qaracan Kərimli (Borçalı) — 2004 – 2008 Zəlimxan Yaqub — 29 avqust 2008 – 9 yanvar 2016 Məhərrəm Qasımlı — 3 mart 2016 – hazırkı günədək == Aşıqlar Birliyinin quruluşu == Azərbaycan Aşıqlar Birliyi sədri – Məhərrəm Qasımlı (professor) Azərbaycan Aşıqlar Birliyi I katibi – Aşıq Altay Məmmədov Azərbaycan Aşıqlar Birliyi katibi – Musa Nəbioğlu === Birliyin İdarə heyətinin üzvləri === 1. Zəlimxan Yaqub 2. Qəzənfər Paşayev 3. Məhərrəm Qasımlı 4. Həsən Mirzə 5.
Aşıqlar (film, 1983)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Naxçıvan Aşıqlar Birliyi
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi - Naxçıvan Muxtar Respublikasında milli xalq sənəti olan aşıq yaradıcılığının inkişafı üçün yaradılmış yaradıcılıq birliyi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra muxtar respublikada yaradılıb. == Fəaliyyəti == 2009-cu ilin dekabrında yaranan muxtar respublikanın Aşıqlar Birliyi gənc və istedadlı aşıqları bir araya gətirib. 2010-cu ilin avqust ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində birliyin təşkilatçılığı ilə ilk konsert keçirilib. Birliyin 2016-cı ildə keçirilən növbəti konfransında isə Aşıqlar Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib. 2009-2016-cı illərdə birliyə Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov (Aşıq İxtiyar) olub. 2016-cı ildə birliyin yeni sədri Tural Bağırov seçilib.
İran Aşıqlar Birliyi
İran Aşıqlar Birliyi (Xaneyi İran Aşıqları) — İran İslam Respublikasında yaşayıb fəaliyyət göstərən aşıqları öz ətafında birləşdirən təşkilat. Birliyin əsas məqsədi, aşıqları öz ətrafında birləşdirərək qədim aşıq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, həmçinin, aşıq sənətini və poeziyasını gələcək nəsillərə çatdırmaqdan ibarətdir. == Birliyin tarixi == İran Aşıqlar Birliyi 2015-ci ildə müvafiq dövlət orqanları tərəfindən rəsmi qeydiyyata alınmışdır. Birliyin qurucusu və sədri aşıq Səlcuq Şahbazidir. === Birliyin təqdimatı === 10 oktyabr 2015-ci ildə Tehranın Niyavəran Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin (İAB) təqdimat mərasimi keçirilmişdir. Tədbirə İran aşıqları ilə yanaşı, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından rəsmi nümayəndələr və aşıqlar dəvət edilmişdir. Tədbirdə İran İslam Respublikasının parlamentinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, İslam İrşad Nazirliyinin rəsmi nümayəndəsi, Niyavəran mədəniyyət sarayının müdirinin çıxışları ilə yanaşı, İran Aşıqlar Birliyinin qurucusu və sədri Kövsərəli Şahbazi də çıxış edərək təşkilatın yaradılmasının məramından danışmışdır. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun və Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun təbrik məktubları da oxunmuş, nazirliyin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə-Axundova çıxış etmişlər. Tədbirin bədii hissəsində İran və Azərbaycan aşıqlarının ifaları dinlənilmişdir.
Dağıstan İşıqları
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Qütb işıqları
Qütb parıltısı — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. == Haqqında == Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Bizim aşıqlar (film, 1962)
Bizim aşıqlar qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan aşıqlarından, bu qədim el sənətinin mahir ifaçılarından bəhs edir. == Məzmun == Film Azərbaycan aşıqlarından, bu qədim el sənətinin mahir ifaçılarından bəhs edir.
Siqvard Bernadot
Siqvard Bernadot 7 iyun 1907-ci ildə anadan olmuş İsveç şahzadəsi idi. VI Qustavın oğlu olsa da 1934-cü ildə rəiyyətdən biri ilə evləndiyi üçün şahzadəlik titulunu itirdi və Lüksemburq Böyük Hersoqinyası Şarlotta tərəfindən Vizborq qrafı titulunu aldı. O sənaye dizayneri idi. 1983-cü ildə Tidningarnas Telegrambyrå qəzetinə şahzadəlik titulunu geri almaq barədə fikrini bildirsə də XVI Karl Qustav heç vaxt ona titulu vermədi. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə baş vursa da, müvəffəqiyyətsiz oldu. 3 evliliyindən tək övladı oldu. Kraliça Viktoriyanın yaşayan ən böyük nəvəsi hesab olunurdu. Onun bu rekordunu qardaşı qırdı.
Mingəçevir işıqları (qəzet)
"Mingəçevir işıqları" — Mingəçevirdə 2020-yə qədər nəşr olunan, hazırda isə yalnız onlayn fəaliyyət göstərən qəzet. == Tarixi == "Mingəçevir işçisi”, “Mingəçevir inşaatçısı” və “Mingəçevir işıqları” adı ilə nəşr olunan qəzetdə şəhər, ölkə və dünyada baş verənlər haqda xəbərlər, araşdırma yazıları, elan və reklam məlumatları ilə tanış olmaq mümkündür. "Mingəçevir işıqları" qəzeti redaksiyası 1948-ci ildən 1991-ci ilədək yerli hakimiyyət orqanlarına məxsus olub. 25 mart 1999-cu ildə 10/110 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sahibkar hüquqi şəxs kimi yenidən qeydiyyatdan keçib. Redaksiya 3 bölmədən ibarətdir: Xəbərlər şöbəsi Reklam, elan və yayım bölməsi Mingəçevir Media Mərkəzi Redaksiya fəaliyyətə başladıqdan 3 il sonra poliqrafiya sexini, 2009-cu ildə isə şəhərin Rəsul Rza küçəsindəki 23 saylı ünvanda Mingəçevir Media Mərkəzini açıb. Qəzetin digər ofisi Dövlət Əmlak Komitəsindən icarəyə götürülüb, Heydər Əliyev prospekti, 28/12 ünvanında yerləşir. Qəzet 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formalarda nəşr olunub. Həftədə bir dəfə olmaqla A4 ölçüdə 8-16 səhifədə nəşr edilən qəzetin səhifələrində şəhərdə, ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə xəbərlər, siyasi şərhlər, araşdırma və analitik materiallar, tənqidi məqalələr, elan və reklamlar yerləşdirilib. Hər həftə 1000 nüsxə tirajla nəşr olunan qəzetin 500 nüsxəsi daimi abunəçilərə göndərilib, 200 nüsxəsi pərakəndə yolla satılıb, qalan nüsxələr isə əlillər, qocalar, ictimai birliklər arasında pulsuz yayılıb. 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayımlanır.
Müqəddəs Elm işıqları
Müqəddəs Elm işıqları və ya Müqəddəs Elmo işıqları (ing. Saint Elmo's fire, Saint Elmo's light) Atmosferdə elektrik sahəsinin yüksək gərginliyi səbəbi ilə, hündür obyektlərin ( Qüllələrin, tənha ağacların, qayaların) iti uclarında əmələ gələn cərəyan. Adətən parıldayan kiçik topalar şəklində və ya işıq saçan fırçalar formasında müşahidə edilir. Müqəddəs Elm işıqları elektrik sahəsində gərginliyin 500B/m həddini aşması nəticəsində əmələ gəlir. Bu cür yüksək gərginlik adətən tufan zamanı və ya qış çovğunları səbəbi ilə yaranır. Bu təbiət hadisəsi Katolik dənizçilərin müqəddəs hesab ettdikləri Elm (Erazm) adlı şəxsin şərəfinə belə adlandırılıb. Vulkanik kül buluduna daxil olmuş təyyarənin xarici səthində də əmələ gələ bilər. == Boeing 747 hadisəsi == 1982 ci il 24 iyun tarixində BA 009 nömrəli reyslə İngiltərədən Avstraliyaya uçan Boeing 747 tipli sərnişin təyyarəsi 11 000 metr yüksəklikdə ikən, Qalunqqunq vulkanının püskürməsi səbəbi ilə əmələ gəlmiş kül buluduna daxil olmuşdur. Ekipajın və sərnişinlərin bunu bilməməsi vəziyyəti daha da çətinləşdirmişdir. Yava adasından cənubda Hind Okeanı üzərindəykən ikinci pilot təyyarənin xarici səthində Müqəddəs Elm işıqlarını görür.
Böyük şəhərin işıqları
Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi. == Məzmun == Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur.
DF-11 aşqarı
ДФ-11 aşqarı — İzobutil və 2-etilheksil spirtlərinin əsasında alınan dialkilditiofosfatın Zn duzunun mineral yağda 50%-li məhluludur. == Tətbiqi == ДФ-11 aşqarı – maşın yağlarının tərkibində olan yuyucu, disperedici və neytrallaşdırıcı aşqarlarla birlikdə tətbiq olunur. Bu aşqar benzin və dizel mühərriklərində gedən yeyilmə və oksidləşmə proseslərinə nəzarəti təmin edir. Xüsusən, güclü üfürmə ilə işləyən dizel mühərriklərində daha effektiv təsirə malikdir. Tətbiqdə miqdarı: 1,0–2,5 kütlə/% == Fiziki-kimyəvi göstəriciləri == Kinematik özlülük 1000C, mm2/s - 5–10 Alışma temperaturu açıq putada,0C - 170 Aktiv elementlərin miqdarı: Fosfor, kütlə/% — 4,4–4,9 Sink, kütlə/% — 5,0–5,6 == ДФ-11 aşqarının təsir mexanizmi == Dialkilditiofosfatın Zn duzları yağların yağlayıcı xassələrini yaxşılaşdırmaqla bərabər, oksidləşmə və korrozioyanın əmələ gəlməsinin də qarşısını alır. (ABŞ Patenti 3234270). Polad detalları korroziyadan qorumaq üçün motor yağlarının komposiyalarına bu duzları əlavə etmək tövsiyə olunur. Kompozisiyaların tərkibinə sink naftenat, etilenoksidin aminlərlə kondensasiya məhsulu və fosfor tərkibli karbohidrogen (axırıncı — yuyucu aşqar kimi) daxildir. Metalların ditiofosfat duzlarının xüsusiyyəti ondan ibarətdir ki, bu birləşmələr və onların terniki çevrilməsi nətcəsində alınan məhsullar karbohidrogenlərin oksidləşmə məhsulları ilə qarşılıqlı təsirə girir və nəticədə yeni, oksidləşməyə qarşı xassələrə malik maddələr əmələ gəlir. Dialkilditiofosfatların bəzi metall duzlarının oksidləşməyə qarşı xassələrə malik olduğu onların kimyəvi çevrilməsi nəticəsində alınan aralıq məhsulların əmələ gəlməsi ilə əlaqəlidir.
İXP-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5-12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600-800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7-10%, kükürdün miqdarı – 2,5-3,0%, fosforun miqdarı – 1,5-1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərriyin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərriyin işinin etibarlılığı və uzunmüddətliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı