Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alley-op
Alley-op (ing. Alley-oop, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank). Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur. Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Qlaqolitsa alleyası
Qlaqolitsa alleyası (xorv. Aleja glagoljaša) — İstriya yarımadasının mərkəzi hissəsində, Xorvatiyada ən qədim slavyan əlifbası olan qlaqolitsa abidəsi ilə bağlı turistik görməli yer. Uzunluğu 6 km olan bu turistik alleyada dünyanın ən kiçik şəhəri Xumu Roç kəndi ilə birləşdirən yol boyunca hər iki tərəfdə yerləşən qlaqolitsa yazıları olan abidələr yerləşir. Alleyanın inşasına Çakavia kilsəsinin təşəbbüsü ilə 1976-cı ildə başlanılıb. Yazıçı Zvane Çrnya və professor Yosip Bratuliç abidənin ideologiyasını işləyib hazırladılar, heykəltaraş Jelimir Yaneş isə 1977-ci ildən 1983-cü ilə qədər onun daşlarını işləmişdir. Alleya boyunca yerləşən 11 abidə bu qədim slavyan yazı növünün inkişafının əsas nişanələrini xatırladır. 2 metr hündürlükdəki sütun qlaqolitik "S" hərfi formasında hazırlanıb. Qədim slavyan dilində "Söz" mənasını verir. Semantik baxımdan isə "sağlam düşüncə" və "ağıl" mənasını ifadə edir. Üzərində qlaqolitsada STOL KONSTANTINA KİRİLA İ METODİJA sözləri yazılmış üçayaqlı stoldur.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Valley
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Əlley
Əlley - türk və altay mifologiyasında ilk insan. Adəm. Törüngəy (Türüngəy) olaraq da bilinər. Yer üzündə yaradılan ilk adamdır. İnsanların atasıdır. Göydə yaşamaqdadır. Nə bir millətə, nə də bir boya (qəbiləyə) sahib deyildir. İlk əvvəllər yoldaşı da yoxdur. Sonradan yer üzünə göndərilmişdir. Yer üzünə göndərilərkən Uluqayın (və ya Ulu Ata) tərəfindən özünə Su, Atəş və Dəmir verilmişdir.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Allel genlər
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Allen Center
Allen Center - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksidir. Kompleks One Allen Center, Two Allen Center və Three Allen Center binalarından ibarətdir. Kompleks 280,000 m² yeri tutur.
Allen Mirqədirov
Allen Mirqədirov (ing. Allen Mirkadyrov; əvvəlki adı: Ələkbər Mirqədirov; 5 may 1979, Bakı) — Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti. == Həyatı == === İlk illəri === Allen (Ələkbər) Mirqədirov 1979-cu il may ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, ailəsi ilə birgə Bakının 8-ci kilometr şəhər tipli qəsəbəsində yerləşəm Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. Birinci sinifdən altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb. === ABŞ-yə köçməsi === 1991-ci ilin yayında ailəsi ilə birlikdə Bakını tərk edib ABŞ-yə köçüb. O, ABŞ-nin bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb. Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışdır. O, təhsilini başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. === Aerokosmik karyerası === 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.
Allen Nyuell
Allen Nyuell (ing. Allen Newell, 19 mart 1927[…], San-Fransisko, Kaliforniya – 19 iyul 1992[…], Pitsburq, Pensilvaniya) — koqnitiv psixologiya və süni intellekt sahəsində amerikalı alim. RAND Tədqiqat Mərkəzində və Karnegi Mellon Universitetində işləmiş, IPL proqramlaşdırma dilinin və iki ən erkən süni intellekt proqramının inkişafında iştirak etmişdir — Məntiq nəzəriyyəsi maşını (Logic Theory Machine) (1956) və General Problem Solver (1957) (Herbert Saymon ilə birlikdə). 1975-ci ildə, Saymon ilə birlikdə, süni intellekt və insan qavrayış mexanizmlərinin psixologiyası sahəsində fundamental işlərinə görə Türinq mükafatına layiq görüldü. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1972), Milli Elm Medalı (1992) ilə təltif edilmişdir. == Bioqrafiyası == 1940-cı illərin sonlarında Stenford Universitetində fizika və Prinston Universitetində riyaziyyat öyrənmişdir. 1951–1960-cı illərdə RAND Korporasiyasının analitik mərkəzində çalışmışdır. Elmi rəhbəri Herbert Saymon ilə birlikdə 1956-cı ildə süni intellektin inkişafında simvolik bir nailiyyət olan Rassel və Uaythed, "Principia Mathematica" tərəfindən kitabdan 38 qanunu avtomatik sübut edə bilən Logical Theorist kompüter proqramını hazırladı. Saymon və Nyuellin növbəti uğuru General Problem Solver (GPS) proqramının inkişafı — Logical Theorist-dən daha güclü vasitə idi: proqram təkcə ifadələri sübut edə bilməz, həm də şahmat və Hanoi qalaları oynaya bilər. Proqram, problemin həllinə nail olmaq üçün daha sadə komponentlərə qoydu.
Allen Qinzberq
Allen Qinzberq (doğum adı İrvin Allen Qinzberq; 3 iyun, 1926 - 5 aprel, 1997) — Amerikalı şair, müharibə əleyhdarı və Bit cərəyanının qurucularından biri. == Həyatı == 1926-cı ildə Nyu Cersidə Yəhudi bir ailənin uşağı olaraq dünyaya gələn Qinzberqin uşaqlığı Nyu Cersinin Paterson şəhərində keçmişdir. Yetkinlik illərində Amerikanın köklü qəzetlərindən biri olan The New York Times'a İkinci dünya müharibəsi və işçi hüquqları ilə bağlı yazdığı mətnləri vermişdir. Məktəb illərində müəlliminin tövsiyəsi ilə Volt Uitmenin yazılarını oxumağa başlamışdır. Atası Luiz Qinzberq şair və lisey müəllimi idi. Anası Naomi Liverqant Qinzberq isə uzun müalicələr nəticəsində diaqnozu qoyula bilməyən bir psixoloji böhranın içində həyatını davam etdirirdi. Həmçinin Naomi, Kommunist Partiyanın köklü üzvlərindən olub, çox vaxt Allen və qardaşını da partiyanın yığıncaq və mitinqlərinə aparmışdır. Allenin anasının bu qəribə böhranında, əksəriyyət olaraq paranoyaqlıq əlamətləri görülməkdə idi. Məsələn; həmin vaxt dövlət başçısının, evlərinə gizlicə dinləmə cihazları yerləşdirdiyini düşünüb, bir mitinq əsnasında dövlət başçısını qətl yetirməyə cəhd etmişdi. Allen, anası Naomi'yə həsr etdiyi avtobioqrafik janrdakı "Kaddish" adlı şeir kitabını 1961-ci ildə, anasının ölümündən 5 il sonra nəşr etmişdir.
Allen Uippl
Allen Uippl, Allen Oldfader Uippl (ing. Allen Oldfather Whipple ) — ABŞ cərrahı. İlk dəfə mədəaltı vəzin xərçənginin cərrahi yolla müalicə metodunu işləmişdir. Onun şərəfinə həmin əməliyyat Uippl proseduru adlandırılır.Allen Uippl 2 sentyabr 1881 ci ildə Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoer ailəsində doğulmuş, 6 aprel 1963 cü ildə Nyu Cersi ştatının Prinston şəhərində vəfat etmişdir.
Aosta Valley
Valle d'Aosta (it. Valle d'Aosta, fr. Vallée d'Aoste, Arpitanca: Val d'Outa) — İtaliyanın muxtar vilayətlərindən biri. İsveçrə]], Fransa və Pyemont ilə sərhədə sahib vilayətin paytaxtı Aosta şəhəridir. Sahəsi 3.263 km²-dir. Əhalisi təxmini olaraq 127.836 min nəfərdir. Aosta Valley regionunda italyan dilində danışmırlar. Əsas dil orada alman dilidi.
Aqnes Allen
Aqnes Allen (ing. Agnes Allen; 21 sentyabr 1930 – 24 fevral 2012) — İngilis uşaq kitablarının müəllifidir. Britaniya adalarında evlərin tarixini izləyən məşhur bir kitab olan "Evinizin tarixi" kitabına görə 1949-cu ildə İngilis uşaq kitabları üçün Karneqi medalı qazandı. Karneqi medalını alan ikinci məşhur elmi kitab Allen və əri Cek tərəfindən çəkilmiş detallı rəsmlər idi. Aqnes Allenin "Hekayələr" seriyası 1947-ci ildə "Kəndin nağılları" ilə başladı. Əsasən sosial tarix və sənət mövzusunda bir sıra kitablar yazdı. Bunlara Parlamentimizin tarixi (1949), Şosenin tarixi (1950) və Geyim tarixi (1955) daxildir.
Edmond Halley
Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub. == Həyatı == Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır. 1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur.
Edmund Halley

Edmund Qalley

Halley kometası
qıvrımDer Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan (ja ja ja) lə yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. == Elmi araşdırmalar == Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Halley kometi

Pol Allen
Pol Allen (21 yanvar 1953[…], Sietl, Vaşinqton – 15 oktyabr 2018[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüseri və xeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi. Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu. O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks və Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi. 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı. Allen neyroelm, süni intellekt və sitologiya üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems və Apex Learning kimi şirkətləri təsis edib. O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb.
Vudi Allen
Vudi Allen (tam adı: Allen Stüart Koniqsberq; 30 noyabr 1935, Bronks, Nyu-York, ABŞ) — Amerika kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseri. Yəhudi ailəsində doğulmuşdur. İlk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazandı. 1985-ci ildə isə Allen Qızıl Qlobus aldı. Daha bir neçə mükafata layiq görülüb. Caz həvəskarı olan Allen həm də klarnet çalır.
Stardew Valley
Stardew Valley — Erik "ConcernedApe" Barone tərəfindən hazırlanmış ferma simulyasiyası videooyunu. Bu oyununda oyunçular mərhum babalarının dağılmış fermasını miras alan bir xarakterə çevrilirlər. Bu ferma Stardew Valley adlı füsunkar yerdə yerləşir. Oyun ilk olaraq 2016-cı ilin fevralında Windows üçün satışa çıxarılmış və daha sonra digər platformalar üçün də buraxılmışdır. Stardew Valley oyunun konkret sonu və ya məqsədi yoxdur; istənilən qədər oynamaq mümküdür. Oyunda məhsul əkib məhsul yığa, heyvanlara qulluq edə, balıq ovuna gedə, yemək bişirə, əşyalar əldə edə, həmçinun bitki və digər şeyləri tapmaq üçün ərazini araşdıra bilərsiniz. Oyunçular həm də qəsəbədə yaşayan insanlarla danışıb onlarla münasibət qura bilərlər, istəsələr, hətta onlarla evlənib uşaq sahibi də ola bilərlər. Barone tək başına vaxtının dörd il yarımını Stardew Valley oyununu hazırlamağa sərf etmişdir. O, "Story of Seasons" oyun seriyasından ilham almış və bu konsepsiya əsasında öz oyununu yaratmağa qərar vermişdir. Stardew Valley bütün zamanların ən yaxşı videooyunlarından biri hesab edilir.
Allen çayı
Allen çayı — (fr. l'Allaine), (alm. Hall) — İsveçrənin şimal-qərbində və Fransanın şərqində yerləşən, 65 km uzunluğunda olan çay. Çay İsveçrənin Jura kantonunun şimalında yerləşən Porrentruy bölgəsini, həmçinin Belfort ərazisini və Fransanın Du departamentininin ərazisindən keçir. == Coğrafiyası == Allen çayı 605 m. hündürlükdə İsveçrənin Jura kantonundan qalxır və sonra Fransadakı Du çayına axır. Uzunluğu 58,2 km. olan çayın 28 km. İsveçrəyə aiddir. Su hövzəsi 1120 km²-dən çox ərazini əhatə edir.
Roy Allen
Sir Roy Corc Duqlas Allen (ing. Roy George Douglas (R. G. D.) Allen; 3 iyun 1906, Vuster[d] – 29 sentyabr 1983) — ingilis riyaziyyatçı iqtisadçısı və statistikaçısı, marjinal faydalılıq nəzəriyyəsi çərçivəsində ordinalizmin tərəfdarıdır. Mathematical Analysis for Economists (1938) Хикс Дж. Р., Аллен Р. Дж. Д. Пересмотр теории ценности // Вехи экономической мысли. Том 1. Теория потребления и спроса / Под ред. В. М. Гальперина — СПб: Экономическая школа, 2000. — С.117—141 — 380с. — ISBN 5-900428-48-6 (англ.
Aley çayı
Aley (rus. Але́й) — Rusiyanın Altay diyarında çay. Ob çayının sol qoludur. Uzunluğu 858 km, hövzəsinin sahəsi 21,100 km2-dir. Kulunda çölündən axır. Əsasən, qar və yağıntı suları ilə qidalanır. Yuxarı axını Altay diyarındadır. Rubtsovsk və Aleysk şəhərləri Aley çayı sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Алей // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.