Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxası qibləyə (film, 2009)
Arxası qibləyə filmi rejissor Asif Rüstəmov tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SKM Prodakşn, Dərviş Prodüser Mərkəzi və Buta Film kino şirkəti tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Nicat Əliyev, Elsevər İsmayılov, Taleh İdrisov, Elmir Heydərov, Vaqif Osmanov və Gülzar Osmanova ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər… Hətta yaxın qohum-əqrəbası da onu “balaca qorxaq” adlandırır. Bu ləqəbdən qurtulmaq üçün o cəsurluğunu sübut etməlidir...
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Yarpasız öldürgən
Su arkası
Su tağı və ya su arkası və ya su şırnağı ilə qarşılama— hörmət və ya minnətdarlıq məqsədi ilə istifadə edilən mərasimdir.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. == Taxta darvaza == Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi.Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu. 1814-cü ildə rus döyüşçüləri dörd dəfə darvazanın altından keçmişdir: 30 iyulda, 8 sentyabrda, 18 oktybarda və 25 oktyabrda.Lakin, Cakomo Kvarneginin layihəsi əsasında taxta və gəcdən inşa edilmiş abidə qısa zamanda yarasız hala düşmüşdür.
Adalar arası dəniz
Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir. Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s. Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.
Arxalı dağlar (film, 1985)
Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir. == Məzmun == Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir. == Festival və mükafat == 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.
Sekundantlar, rinq arxasına!.. (film, 1974)
== Məzmun == Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. == Film haqqında == Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Sekundantlar, rinq arxasına! (film, 1974)
== Məzmun == Filmdə Azərbaycanda boksun tarixindən, onun inkişaf yollarından, bu sahədə fəaliyyət göstərmiş və bu gün də çalışan veteran idmançılardan söhbət açılır. == Film haqqında == Filmdə arxiv materiallarından da istifadə olunmuşdur.
Arxaizm
Arxaizm — köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. == Haqqında == Arxaizmlər xalq dilində indi də işlənir. Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər. Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir.
Alxasi
Alxasi (kürd. Alxasî) — Türkiyə və Azərbaycanda kürddilli tayfa. Onlar əsasən Türkiyənin Əlbistan və Sivərək ərazilərində yaşayırlar. Alxasi tayfasının üzvləri kürd dilinin kurmanc ləhçəsində danışırlar.
Arxaşan (Çaldıran)
Arxaşan (fars. ارخشان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (31 ailə).
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (rus. Бакинский международный центр межрелигиозного и межцивилизационного сотрудничества, ing. Baku International Centre for Interfaith and Inter-Civilizational Cooperation) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir. Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM (ing. BCIC) təsis olunmuşdur.
Afina arxesi
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Seyid Əhməd Arvasi
Seyid Əhməd Arvasi (15 fevral 1932 - 31 dekabr 1988)—türk sosiloqu, etnoqrafı, pedaqoqu və yazıçısı. == Həyatı == Seyid Əhməd Arvasi 1932-ci ildə Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə bağlı Doğanyayla (Arvas) kəndindəndir Mühitlərində bu kəndin adına görə «Arvasilər» kimi tanınıblar. Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin adı soyadları oldu. Atası Abdülhakim Arvasidir. 1952-ci ildə Ərzurum Müəllim məktəbindən məzun olub. Bir müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakultəsindən məzun olub. Balıkesir və İstanbuldakı Təhsil İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə çıxıb.