KİMSƏSİZ

sif.
1. Heç kəsi (yaxın qohumu, arxası, köməyi) olmayan; adamsız. Kimsəsiz uşaq. Kimsəsiz qadın.
[Araz] kimsəsiz, tək bir adam idi. A.Şaiq.
Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman.

// İs. mənasında.
Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlif qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı… Ə.Məmmədxanlı.

2. İnsan yaşamayan, boş, adamsız, tənha. Kimsəsiz yerlər.
– Öz kimsəsiz torpağına baxdı Füzuli; Bir sönməyən şimşək oldu, çaxdı Füzuli. Ə.Cavad.
Səməd … uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. İ.Hüseynov.

Синонимы

  • KİMSƏSİZ arxasız — adamsız — sahibsiz
  • KİMSƏSİZ tək-tənha — yalqız — yetim
  • KİMSƏSİZ 1. KİMSƏSİZ [Həkim] həm müalicə elədi, həm də kimsəsiz oğlanın kimsəsi oldu (B.Bayramov); ADAMSIZ Zavallı bu kənddə özü kimi qərib və adamsız idi (S
KİMSƏNƏ
KİMSƏSİZLİK

Значение слова в других словарях