Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aviz sülaləsi
Avislilər sülaləsi— Portuqaliya kralları sülaləsi (1385—1580). Yan xətti Burqonlular sülaləsi.
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395 və ya 400, Klermon-Feran – 18 avqust 457, Qalliya) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Adiz Kusayev
Adiz Cəbrayıloviç Kusayev (çeç. Куса́ев, Ӏади́з Джабраи́лович ;3 yanvar 1938, Naji-Yurt rayonu, Çeçen-İnquş MSSR – 18 mart 2022) — Çeçen şairi, yazıçısı, jurnalisti. SSRİ Jurnalistlər İttifaqının (1970), Rusiya Jurnalistlər İttifaqının (1995), SSRİ Yazıçılar İttifaqının (1990), Rusiya Yazıçılar İttifaqının (1990) üzvü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1990). 2003-cü ildə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət sahəsində nailiyyətlərə görə" fərqlənmə nişanı ilə təltif edilmişdir. == Həyatı == Adiz Kusayev 3 yanvar 1938-ci ildə Çeçenistan-İnquşetiyanın Naji-Yurt rayonunun Şuani kəndində anadan olub. Atası yerli məktəbin direktoru idi. Çeçenlərin və inquşların deportasiyası illərində onun iki kiçik qardaşı aclıqdan ölür. Valideynləri ümidsizlikdən onu uşaq evinə göndərirlər. Vətənə qayıtdıqdan sonra o, Qroznı Statistika Texnikumunu fərqlənmə diplomu ilə bitirir.
Ariz Məhərrəmov
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Aziz Benich
Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir.
Aziz Yıldırım
Aziz Yıldırım və ya Əziz İldırım (2 noyabr 1952, Ergani, Diyarbəkir ili) — Fənərbaxça İdman Klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Migel Aziz
Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. 30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır.
TRT Avaz
Avaz – TRT-nin Balkanlar, Qafqaz və Orta Asiyada verilişləri yayımlanan ortaq türk kanalı. Altı dildə (Azərbaycan dili, qazax dili, qırğız dili, özbək dili, türkmən dili, türk dili) iyirmi dörd saat ərzində yayımlanan kanalda türk dövlətlərinin öz dilində türk xalqlarının tarixi haqqında filmlər, verilişlər nümayiş etdirilir. Bundan başqa, türk mədəniyyəti, adət-ənənəsi bu kanal vasitəsilə dünyaya çatdırılır.
Tel Aviv
Təl-Əviv və ya Tel-Əviv — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir. Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur. 1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Avis sülaləsi
Avis sülaləsi (port. Casa de Avis) — Portuqaliya kralları sülaləsi (1385–1580). Burqundiya sülaləsinin yan qolu və beləliklə də Kapetinqlər sülaləsi ilə əlaqəli olmuşdur. Sülalənin banisi I Juan, kral I Pedronun zadəgan qalisiyalı zadəgan Teresa Lourensodan olan qeyri-qanuni oğludur. Juan 14 avqust 1385-ci ildə Aljubarrote döyüşündə I Xuanı məğlub etmiş və hakimiyyətini təsdiqləmişdir.
Braqalı Avit
Braqalı Avit (lat. Avitus Bracarensis) — Portuqaliya ədəbi keşişi. O, Braqa kilsəsində keşişlik edir. Avqustinlə məsləhətləşmək və Pelagi qarşı tapılan 415-ci ildə Yerusəlim şurasında iştirak etmək üçün səyahət etmişdir. O, 415-ci ildə Yerusəlim yaxınlığında Müqəddəs Stefanın məqbərəsinin möcüzəvi şəkildə tapılması haqqında birinci şəxsdən hesabın latın dilində tərcüməsini hazırlaması ilə tanınır.
Edessalı Aviv
Edessalı Aviv (təq. 307 – 322) — xristian diakon. O, Roma imperatoru Lisinin hakimiyyəti dövründə Edessada əzabkeş olmuşdur. == Həyatı == Aviv təqribən b.e. 307-ci ildə Romanın Osroena vilayətində yerləşən Edessada (indiki Şanlıurfa, Türkiyə) anadan olmuşdur. O, diakon təyin edilmiş və imperator xristianlığı canfəşanlıqla yaydığına görə Avivin həbs edilməsini əmr etmişdir. Aviv axtarış zamanı heç bir xristianın əziyyət çəkməsini istəməyərək cəlladlarının qarşısına çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Holweck, F. G. A Biographical Dictionary of the Saints. St. Louis, MO: B. Herder Book Co.
Nekresili Aviv
Nekresili Aviv (gürc. აბიბოს ნეკრესელი, abibos nek'reseli; VI əsr – Mtsxeta) — Gürcüstanın on üç aysor həvarisindən biri və Nekresi yepiskopu. O, Zedazenili İoannın rəhbərliyi ilə Gürcüstana gəlmişdir. Aviv yepiskop kimi fəaliyyətinə Kaxetiyanın şərq regionundakı təpələrdə yerləşən kənddə başlamışdır. "Kartli həyatı" salnaməsinə görə o, xristianlığı təkcə gürcülər arasında deyil, həm də didolar kimi dağ tayfaları arasında yayırdı. O zaman Şərqi Gürcüstanda Sasani hakimiyyətinin bərqərar olmuşdu. Onların əsas dini zərdüştilik idi. Rəvayətə görə, Aviv müqəddəs zərdüşti alovunu su ilə söndürmüşdür. Holweck, F. G. A Biographical Dictionary of the Saints. St.
Vyanalı Avit
Vyanalı Avit və ya Alkim Ekdikiy Avit (lat. Alcimius Ecdicius Avitus; təq. 450, Vyen – güm. 5 fevral 518, bilinmir) - müqəddəs, Vyana yepiskopu (Burqon). Ondan frank və burqund padşahlarına və bir sıra yepiskoplara 80 məktub, həmçinin "De mundi Principio" didaktik kitabı qorunub-saxlanılmışdır. Vyanalı Avit katoliklər və pravoslavlar tərəfindən müqəddəs kimi anılır.
Aviv Koçavi
Aviv Koçavi (ivr. ‏אביב כוכבי‏‎; 23 aprel 1964, Kiryat-Byalik[d]) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudi əsilli hərbçi. 2019-cu ilin 15 yanvar tarixindən, 2023-cü ilin 16 yanvar tarixinə qədər (4 il, 1 gün) İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsini icra etmişdir. General-leytenant ali hərbi rütbəsi almamışdan əvvəl (Rav-Aluf) Qəzza Diviziyasının komandiri, Şimal Komandanlığının komandiri, Paraşütçülər Briqadasının komandiri və Hərbi Kəşfiyyat İdarəsinin rəisi kimi mühüm vəzifələrdə xidmət etmişdir.
Nidus-avis
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
Avi Nissenkorn
Pinşas Rosen (ivr. ‏דָּנִיאֵל "אָבִי" נִיסֶנְקוֹרְן‏‎; 20 mart 1967, İsrail) — İsrailli hüquqşünas, hazırkı ədliyyə naziri və Histadrut həmkarlar ittifaqının keçmiş baş katibi (sədri). 2014-cü ilin iyunundan 2019-cu ilin martına qədər bu vəzifədə çalışdı və Arnon Bar-David ilə əvəz olundu. Nissenkorn, Mavi və Ağ siyahının bir hissəsi olaraq İsrailin Müqavimət Partiyası üçün 21-ci Knessetin üzvüdür.
Viz Media
VIZ Media, LLC — manqa və anime nəşr edən amerika kompaniyası .
Hüseyn Vaiz Kaşifi
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504, Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair. == Həyatı == İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
AVIC AG600
AVIC AG600 və ya kod adı ilə Su əjdahası – Çin tərəfindən istehsal olunmuş amfibiya-təyyarə. Dünyanın ən böyük amfibiya-təyyarəsidir. İlk uçuşunu 24 dekabr 2017-ci ildə keçirib. Sınaq uçuşu Çinin cənubunda Çhuhay şəhərinin aerodromunda həyata keçirilib. Təyyarə yerli vaxtla 09:39-da havaya qalxıb. Uçuş bir saat davam edib. AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir. Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var. AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Adil Bağırov (alim)
Adil Bağırov — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. == Həyatı == Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-nin Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-də qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir.
Adil Məmmədov (alim)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.