Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aytac Şərifova
Aytac Şərifova (8 yanvar 1997, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === Qazaxıstanın "Okjetpes" klubunda oynamış Aytac Şərifova daha sonra, Sumqayıtın "Uğur" komandasının formasını geyinib. O, bu klubla Yüksək qızlar liqasının qalibi olub. Həmçinin Azərbaycan kubokunu qazanıb və ən yaxşı qapıçı seçilib. 2019-cu ildə İslandiyanın Keflavik klubuna transfer olunub.
Aytac Babayeva cinayəti
Aytac Babayeva cinayəti - Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir. == Arxa plan == İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: 20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. == Etirazlar == Aytac Babayevin səkkiz bıçaq zərbəsi ilə amansız şəkildə qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
Aytaq
Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Aytaç Yalman
Aytaç Yalman (29 iyul 1940, İstanbul – 15 mart 2020, İstanbul) — Türkiyə generalı. Türkiyə Quru Qoşunları komandanı. == Həyatı == 27 iyul 1940-cı ildə İstanbulda doğulub. 16 mart 2020-ci ildə koronavirus xəstəliyindən İstanbulda vəfat edib.
Kadri Aytaç
Kadri Aytaç (6 avqust 1931, İstanbul – 28 mart 2003, Türkiyə) — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, Fənərbaxça və Mersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir. == Oyunçu karyerası == 1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla. Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir.1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi. 1968/1969 çempionatının sonunda peşəkar karyerasını başa vurdu, vida matçında Mersin İdman Yurdu məşhurlar komandası qarşı çıxış etmişdir.
Aytaç Şaşmaz
Aytac Şaşmaz (1998, İstanbul) O, türk'iyəli aktyor və model'dir. 47-ci Qızıl Kəpənək Mükafatlarında Ən Yaxşı Romantik Komediya Aktyor'u Mükafatını qazanmışdır. == Həyatı və kariyerası == Aytac Şaşmaz Manisada anadan olmuşdur. Qardaşı İsmail Ege Şaşmaz da aktyor'dur. Aktyor'luq dərsləri aldıqdan sonra 2017-ci ildə Tolqa Sarıtaş və Afra Saraçoğlu ilə birlikdə “Kötü Çocuk” adlı gənclik filmindəki rolu ilə kino sahəsində debüt etmişdir. Beynəlxalq Emmi Mükafat'larına namizəd olan Söz hərbi serialında oynamışdır. Daha sonra Amerika serial'ı House-dan uyarlanan Hekimoğlu filmindəki performansı ilə daha da məşhurlaşmışdır.2021-ci ildə ilk baş rolunu Cemre Baysellə birlikdə Baht Oyunu romantik komediya serial'ında Bora Doğrusöz rolunda canlandırmışdır. Şaşmaz və Baysel serial çəkilişləri zamanı görüşməyə başlamışdılar. == Filmoqrafiya == Televiziya 2017-2019 Söz Uzman Çavuş Feyzullah Altıparmak (Çaylak) Yardımcı oyuncu Star TV2019-2021 Hekimoğlu Emre Acar Başrol oyuncusu Kanal D2018, 2022 O Ses Türkiye Yılbaşı Özel Kendisi Konuk TV82021 Baht Oyunu Bora Doğrusöz Başrol oyuncusu Kanal D2022 Darmaduman Evren FOXİnternet Yakında Zeytin Ağacı Diyar NetflixSinema 2017 Kötü Çocuk Ömer Yardımcı oyuncu Yağız Alp Akaydın2020 Aşk Tesadüfleri Sever Niko Başrol oyuncusu Ömer Faruk Sorak, İpek SorakYakında Hatıran Yeter Baha Ömer Faruk == Diskoqrafiya == Sinql'ları "Barındığım Hikaye" (2020)"Vazgeçme" (2022) == Mükafatları == 2018 9. KTÜ Medya Ödülleri En İyi Çıkış Yapan Erkek Oyuncu Söz-Qazandı2019 Türkiye Gençlik Ödülleri En İyi Yardımcı Erkek Oyuncu-Namizədlik2021 İstanbul Üniversitesi 7.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ayta (tanrı)
Ayta və ya Eyta — etrusk mifologiyasında yeraltı dünyanın ilahi hökmdarı olan qədim yunan tanrısı Aidin qarşılığı. == Təsviri == Ayta etrusklara aid məzar daşlarında yalnız bir neçə yerdə təsvir edilmişdir. Bunlara Orvietodakı Qolini türbəsi və Tarkviniyadakı II Orkus türbəsi addir. Ayta həmçinin, həyat yoldaşı Fersipneya (qədim yunan tanrısı Persefonanın etrusklardakı qarşılığı) ilə birlikdə təsvir edilmişdir.
Ayça Aykaç
Ayça Aykaç (27 fevral 1996, İzmir) — Türkiyəli voleybolçusudur . Libero mövqeyində oynayır. Hazırda Vakıfbank və Türkiyə qadınlardan ibarət milli voleybol komandasında çıxış edir. == Karyera == Ayça Aykaç voleybola 10 yaşında "Bursa Büyükşəhər Bələdiyyəspor"da başladı. 13 yaşında "Vakıfbank"a transfer oldu. Daha sonra 2014–2015 mövsümündə "İstanbul Büyükşəhər Bələdiyyəspor, 2019–2020 mövsümündə isə "Yaşılyurd" klubuna icarəyə verilib. Bu gün də o, "Vakıfbank"ın formasını geyinir. == Nailiyyətlər == === Milli komanda === 2013 — Gənc qızlar arasında Avropa çempionatı — Bürünc medal 2014 — Gənc qızlar arasında Avropa çempionatının bürünc medalı 2017 — U23 Dünya Çempionatı — Qızıl Medal 2021 — Qadın voleybolçular arasında Avropa çempionatı — Bürünc medal 2023 — Voleybol Qadınlar Millətlər Liqası — Qızıl Medal 2023 — Qadın voleybolçular arasında Avropa çempionatı — Qızıl medal === Klub === 2015–2016 CEV Qadınlar Çempionlar Liqası — Gümüş medal 2015–2016 Sultanlar Liqası — Qızıl Medal 2016–2017 FIVB Klublararası Dünya Çempionatı — Qızıl Medal 2016–2017 CEV Qadınlar Çempionlar Liqası — Qızıl Medal 2016–2017 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Qızıl Medal 2016–2017 Kubok Voleybolu — Gümüş Medal 2016–2017 Sultanlar Liqası — Bürünc medal 2017–2018 FIVB Klublararası Dünya Çempionatı — Qızıl Medal 2017–2018 CEV Qadınlar Çempionlar Liqası — Qızıl Medal 2017–2018 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Gümüş Medal 2017–2018 Sultanlar Liqası — Qızıl Medal 2017–2018 Kubok Voleybolu — Qızıl Medal 2018–2019 Sultanlar Liqası — Qızıl Medal 2020–2021 CEV Qadınlar Çempionlar Liqası — Gümüş medal 2020–2021 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Gümüş Medal 2020–2021 Sultanlar Liqası — Qızıl Medal 2020–2021 Volley Kuboku — Qızıl Medal 2020–2021 FIVB Klublararası Dünya Çempionatı — Qızıl Medal 2021–2022 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Qızıl Medal2022–2023 Volley Kuboku — Qızıl Medal2022–2023 Sultanlar Liqası — Bürünc medal === Fərdi === 2021 Turkish League Best Libero 16 Nisan 2021 tarihinde ildə </link> == İstinadlar == == Xarici keçidlər == (ing.) FIVB profili 2 mart 2022 tarihinde Wayback Machine sitesinde arşivlendi. (ing.) CEV profili 26 Şubat 2021 tarihinde Wayback Machine sitesinde arşivlendi. (türk.) Vakıfbank'ın sitesindeki profili 29 Nisan 2021 tarihinde Wayback Machine sitesinde arşivlendi.
Aktau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi.Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi.Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu. Altaylılar — türk xalqlarından biri. Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən ad.
Aqtau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Astaf
Astaf — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir.Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Aykap
"Aykap" (qaz. آی قاپ, Айқап, Aıqap; mənası – Ayna) — Qazaxıstan ictimai-siyasi və ədəbi-tənqidi jurnalı. 1911–1915-ci illərdə (88 nömrə) indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində nəşr edilmişdir. “Aykap”ın naşiri və redaktoru Məhəmmədcan Seralin idi. Jurnalda J. Seydəlin, B. Qaratayev, Sultanmahmud Torayğırov, Saken Seyfullin, Beymbet Mailin əməkdaşlıq etmişdir. Jurnal milli ideyaları ifadə etmək məqsədi daşıyırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == История Казахской ССР, т.1, А.-А., 1957; Кенжебаев Б., Қазақ халқының, XX ғасыр басындағы демократ жазушылары, Алматы, 1958. == Xarici keçidlər == «АЙҚАП» ЖУРНАЛЫ Алаштың «Айқап» журналының жарық көргеніне 100 жыл толды Қазақ жазушылары «Айқап» ұлттың жоғын жоқтаған журнал еді дейді «Айқап» журналының оқырмандарына арнау.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Ayran
Ayran - nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. == Tarixi == Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır. == Ümumi məlumat == Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7- 0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər.
Aysar
Aysar - türk və anadolu xalq inancında dəyişən xarakterli adam və onun dəyişən xarakteri. Aya (ayın hərəkətləri ilə mərhələlərində və bəlkə də dünyaya olan məsafəsinə) bağlı olaraq xarakteri və xasiyyəti dəyişən adam və onun yaşadığı psixoloji vəziyyət. Aysamak hərəkəti də eyni şəkildə bu dəyişən ruh halını və nəticələrini izah etməkdə istifadə edilər. Qərb mifologiya və nağıllarında iştirak edən və dolunayda qurda çevrilən Erbörü "Qurd Adam" (Canavar adam) motivi bu anlayışın bir dışavurumudur. Ayın hərəkətləri və mərhələləri insanoğlunun həmişə marağını çəkmiş və bunlara dəyişik mənalar yüklənmişdir. == Ayın təsirləri == Qədim dövrlərdə insanların ayın hərəkətləriylə əlaqədar gördükləri təsirlərin böyük bir qisminin boş inanclar olduğu dəqiqləşmiş vəziyyətdədir. Qədim sivilizasiyalarda və xalq inanclarında insanların yuxularında gəzişməyə bütöv ay işığı tərəfindən çəkilmələrində bağlanmışdır. Bütöv ayın işığının pəncərədən içəri girməsinin yuxuları belə təsir etdiyinə, dolunayda cinsi instinktlərin, tarlaların bereketlerinin artdığına hətta Canavar adama dönüşüldüğüne belə inanılmışdır. İndiki vaxtda isə ayın mərhələlərini bağlı olaraq zəlzələlərin, qasırğaların artdığı, hətta cinayətlərin, intiharların, qəzaların çoxaldığı; qadınların aybaşları və xəstələrin keşikləri ilə ayın cazibə qüvvəsi arasında əlaqə olduğu irəli sürülür. Ancaq ay ilə ilə bəhs edilən hadisələr arasında hələ elmi bir əlaqə müəyyən oluna bilməmişdir.
Aytala
Ayıtala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Aytaxt
Aytaxt - İrəvan xanlığının Karbibasar mahalında kənd adı. == Toponimikası == Mənbədə Haytaq formasındadır. "Əhalisi Albatanlı əşirəbindəndir". Əsli Aq-taxtdır. Rəng bildirən ağ (torpağın süxurunun ağımtıllığını bildirir) və ərəbcə təxt "yüksəklik" sözlərindən ibarətdir. Cənubi Qafqazda bir sıra toponimlərdə "taxt" (məsələn, Naxçıvanda Şahtaxtı toponimində) sözü ilə türk mənşəli taxta "dağ döşündə hamar yer" sözləri bəzi hallarda danışıqda qarışdırılmışdır.
Aytıs
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır.Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd.Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Ağxaç
Ağxaç - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd, türk mənşəli toponim == Haqqında == Ağxaç kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır. XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır. 1904, 1914, 1916-cı illərdə siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq şəkildə göstərilmişdir. 1918-1919-cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların müəyyən qismi doğma torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 1928-1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1930-cu ildən burada yalnız ermənilər yaşayır.