Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azər
Azər bu mənaları ifadə edə bilər:
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. == Həyatı == Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. == Fəaliyyəti == 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Azər-ilmə
Azər-ilmə — Azərbaycan şirkəti. == Azərbaycanda xalçaçılıq == Azərbaycan xalçası əsrlər boyu dünyada incəsənətimizin təmsilçisi, ulu keçmişimizin, təkrarsız mədəniyyətimizin, milliliyimizin səfiri, elçisi olub. Bu xalçalar öz gözəlliyi, zərifliyi ilə hamını heyrətə gətirmiş, muzeylərdə, şəxsi kolleksiyalarda və ən nəhayət mənzillərdə belə digər eksponatları, əşyaları kölgədə qoymuşdur. Bu baxımdan Azərbaycanda xalça işi özünəməxsus ənənələrə malikdir. Tarix xalçaçılıqla məşğul olan, bu sahənin inkişafına və sağlam təməllər üzərində miqyasca genişlənməsinə əmək sərf etmiş neçə-neçə həmvətənimizin adını öz səhifələrində yaşadır. Azərbaycanın müxtəlif bölgələrində — Şuşada, Ağdamda, Qazaxda, Göyçayda, Qubada və s. təşkil olunan xalça bazarları dünyanın bir çox tacirlərini, səyyahlarını, alimlərini, tədqiqatçılarını özünə cəlb etmişdir. Mənbələrdə bu bazarlarda satışa çıxarılan, sərgilənən xalçaların gözəlliyi, rəngarəngliyi, yüksək hərrac qiymətləri, xaricilərin onlara qarşı marağı haqqında qiymətli məlumatlar vardır. Xalçaçı, toxucu – sənətkardır, yaradıcıdır. O, öz əl işlərini – yuxusuz gecələrinin, alın tərinin bəhrəsi olan məhsulları qədərincə qiymətləndirməkdə çətinlik çəkir.
Azər (ad)
Azər — Dünyada daha çox Azərbaycanlılara məxsus kişi adı. Azər Axşam — azərbaycanlı aktyor. Azər Qasımov Azər Qasımov (mətbuat katibi) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov (alim) — Azərbaycan alimi. Azər Məmmədov (yazıçı) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azər Sarıyev — tanınmış Azərbaycan jurnalisti. Azər Kərimov — Azərbaycanlı alim.
Azər (ay)
Azər (fars. آذر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin doqquzuncu ayı. Azər ayında 30 gün var. Bu ay 22 noyabrda başlayıb 21 dekabrda sona çatır. Azər payızın üçüncü ayıdır.
Azər Abdulla
Azər Abdulla oğlu Əhmədbəyli (Azər Abdulla) (1 aprel 1940 – 20 mart 2021, Bakı) — şair, yazıçı, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi (1986). == Həyatı == Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962–1967). Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967–1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi. "Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edib. Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan dünyasını dəyişib.
Azər Abdullayev
Azər Canbaxış oğlu Abdullayev (25 fevral 1929, Bakı – 18 iyun 2010, Bakı) — Azərbaycan-sovet qoboyçalanı, elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Bioqrafiya == Azər Canbaxış oğlu Abdullayev 25 fevral 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. O, 1947-ci ildə omusiqi məktəbini bitirib Bakı Konservatoriyasının orkestr fakültəsində qatılmışdır. Abdullayev 1950-ci ildə Moskva Konservatoriyasına göndərilmiş, 1952-ci ildə isə oradan məzun olmuşdur. Abdullayev həmin il Azərbaycan Dövlət Akademik Opera Simfonik Orkestri və Balet Teatrının solisti olmuşdur. 1959–2006-cı illərdə Azərbaycan Konservatoriyasının səs alətləri kafedrasında dərs keçmişdir (1962-ci ildən baş müəllim, 1968-ci ildən dosent, 1978-ci ildən professor, 1965–1992-ci illərdə kafedranın müdiri). Buna əlavə olaraq, Abdullayev 1963–1971-ci illərdə Bakı Musiqi Kollecinin direktoru olmuşdur. == Ailəsi == Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijorlar Rauf Abdullayevin və Kamal Abdullayevin qardaşıdır.
Azər Abdullazadə
Azər Rizvan oğlu Abdullazadə (18 fevral 2001, Cəmilli, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, tankçı, Vətən müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. == Hərbi xidməti == Azər Abdullazadə 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmət müddətinin bitməsinə bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Azər Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə qazi olaraq sağ gözünü itirib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
Mehdi Azər
Mehdi Azər (1901, Məşhəd, Xorasan – 30 may 1994) — Siyasətçi və həkim. == Bioqrafiyası == Mehdi Azər, Mirzə Əli Ağa Təbrizinin oğlu idi və Məşhəd şəhərində dünyaya gəlmişdir. Mehdi Azər İranda daxili tibb sahəsinin təsisçisi hesab olunur. O, Məhəmməd Musaddıq kabinetində mədəniyyət naziri idi. Mehdi Azər ABŞınÇikaqo şəhərində yaşayırdı və orada vəfat edib. == İstinadlar == == Mənbə == Müvəhhidi, Məhəmmədmehdi.Hafiz Dil və Ədəbiyyat nəşriyyəsi.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İsayev Azər
Azər Novruzov
Azər Niftəliyev
Azər Qismət
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998).
Azər Xəlilov
Azər Xəlilov — Telejurnalist. Azad Azərbaycan TV-nin prezidenti(2017-ci ildən), CBC Telekanalının baş direktoru (2013–2017), Azərbaycan Respublikasının əməkdar jurnalisti, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Azər Nəriman oğlu Xəlillov 25 fevral 1959-cu ildə Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. == İş fəaliyyəti == 1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib. 2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Azər (dəqiqləşdirmə)
Azər bu mənaları ifadə edə bilər:
Azər Allahverənov
Azər Kərim oğlu Allahverənov (20 fevral 1972, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü (2021-ci ildən), "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri (2020-ci ildən), Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri (2015-ci ildən). == Həyatı == Azər Kərim oğlu Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu illərdə Bakı şəhər Nəsimi rayonu 152 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. Bundan əlavə, 1989–1990-cı illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin Bakı məktəbində radio-lokasiya stansiyasının operatoru üzrə, 1991–1992-ci illərdə isə həmin cəmiyyətin Kazan məktəbində rabitəçi-teleqrafçı ixtisasları üzrə təhsil almışdır. Azər Allahverənov əmək fəaliyyətinə 1989-cu ilin avqust ayında başlamışdır. 1989–1990-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzinin elektron-hesablama maşınları üzrə 3-cü dərəcəli elektro-mexaniki olmuş, 1990–1992-ci illərdə Kazan Dövlət Universitetində, sonra isə "Olimp" təmir-tikinti kooperativində çalışmışdır. 1993–1997-ci illərdə Azərbaycan Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin təşkilat şöbəsinin müdiri seçilmiş, 1994-cü ildən bu komitənin sədr müavini olmuşdur. Azər Allahverənov 1997–1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun rəhbərlik etmiş, 1999–2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini olmuşdur. Paralel olaraq 2000–2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis olunmuş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin mərkəzin əlaqələndiricisi olmuşdur. 2004–2005-ci illərdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının proqramlar üzrə direktoru, 2006–2008-ci illərdə bu təşkilatın vitse-prezidenti, 2008–2019-cu illərdə isə prezidenti (2016-cı ildən "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri) vəzifələrində işləmişdir.
Azər Atakişiyev
Azər Axundov
Azər Əliramiz oğlu Axundov (d. 12.9.1959, Bakı) — professor, cərrah, onkoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi. == Həyatı və fəaliyyəti == Azər Axundov 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. === Təhsili === Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. === Fəaliyyəti === 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Qazaxıstan SSRİ Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini alıb. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub. 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapıb.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Azər Aydəmir
Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser. == Həyatı == Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var. Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən. == Fəaliyyəti == Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır.
Azər Badamov
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. == Həyatı == Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. == Siyasi fəaliyyəti == Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib. İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir.
Azər Baxşəliyev
Azər Baxşəliyev — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazı ilə tanınır. == Həyatı == Azər Baxşəliyev 3 iyul , 1985-ci ildə anadan olub. Aktyor, Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazı ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışır. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Ən çox sevdiyi aktyorlar Antoni Hopkins və "Bozbaş Pictures"də olan "Ağsaqqal" (gülür). Hobbisi sovet maşınlarının modellərini yığmaqdır. Evlidir.
Azər Bayramov
Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin müavini. == Həyatı == Əslən Gədəbəyin Nərimankənd Kəndindəndir. Azər Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə — İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. === Ailəsi === Ailəlidir, iki övladı var. Azərbaycanın 7-ci xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır. 1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur. 2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azər Bağırov
Azər Bağırov (18 iyun 1984) — Kəpəz futbol klubunun baş məşqçisi vəzifəsini icra edən azərbaycanlı futbol məşqçisi. == Karyera == === Araz-Naxçıvan === O, 1 iyun 2022-ci ildən 6 aprel 2024-cü ilə qədər Azərbaycan Premyer Liqasında çıxış edən "Araz Naxçıvan"ın baş məşqçisi vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Boz qurdlar" 2022/2023 sezonunda I Divizionun çempionu olmuş və Azərbaycan Premyer Liqasına vəsiqə qazamışdır. === Kəpəz === Bağırov 30 avqust 2024-cü ildə "Kəpəz" futbol klubunun baş məşqçisi təyin edilib.
Kayzer
Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür. Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər. Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.
Ayzek Azimov
Ayzek Əzimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Ayzek Zinger
Ayzek və ya İsaak Merritt Zinger (ing. Isaac Merritt Singer; 27 oktyabr 1811[…], Pittstaun[d], Nyu-York ştatı – 23 iyul 1875[…], Peynton[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — amerikalı ixtiraçı, aktyor və iş adamı. O, tikiş maşınının dizaynında mühüm təkmilləşdirmələr etmiş və Amerikanın ilk çoxmillətli bizneslərindən biri olan Zinger Tikiş Maşını Şirkətinin qurucusu olmuşdur. Bir çoxları, o cümlədən Volter Hant və Elias Hove, Zingerdən əvvəl patentləşdirilmiş tikiş maşınlarına sahib idilər, lakin Zingerin uğuru onun maşınının praktikliyinə, onun evdə istifadəyə uyğunlaşdırılmasının asanlığına və hissə-hissə ödənişlə əldə edilməsinə əsaslanırdı. Zinger 1875-ci ildə 13 milyon dollarlıq sərvətini arvadları və müxtəlif məşuqələri ilə, 20 övladı arasında qeyri-bərabər bölüşdürərək vəfat etdi, baxmayaraq ki, Zingerə qarşı boşanma davasında anasını dəstəkləyən bir oğlu cəmi 500 dollar aldı. Zinger ümumilikdə 26 uşaq atası olub. == Erkən həyatı == Ayzek Merritt Zinger 27 oktyabr 1811-ci ildə Pittstaun, New York şəhərində anadan olub. Onun atası alman mənşəli Adam Zinger (né Reisinger) (1772-1855), anası isə amerikalı Rut ( née Benson) olmuşdur. Ayzek Zinger ailədə dünyaya gələn səkkiz uşağın ən kiçiyi idi. Onun qardaşları Con Valentin Zinger, Aleksandr Zinger, Elizabet (née Singer) Kolbi, Kristiana (née Singer) Klivlend və Elayca Zinger idi.
Ayzek Əzimov
Ayzek Əzimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
İsaak Ayzen
İsaak Ayzen (ing. Icek Ajzen; 1942, Xelm[d], Ümumi Hökumət) — Polşa yəhudisi əsilli ABŞ psixoloqu. İsaak Ayzen 1942-ci ildə Polşanın Xelm şəhərində, yəhudi ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Yerusəlim şəhərində yerləşən Yəhudi Universitetində bakalavr dərəcəsi aldıqdan sonra İllinoys Universitetində magistratura təhsilini davam etdirmişdir. O, Massaçusets Universitetinin professoru kimi çalışmışdır. İsaak Ayzenin əsas tədqiqat münasibət nəzəriyyəsinə, münasibət və davranış arasındakı əlaqə probleminin aydınlaşdırılmasına həsr edilmişdir. O, Martin Fişbeynlə birlikdə sonradan "planlı davranış nəzəriyyəsi" adlandırılan motivasiyalı fəaliyyət konsepsiyasını inkişaf etdirmişdir. Bu konsepsiyaya görə münasibət şəxsin təmasda olduğu obyekt və şəxslərin gözlənilən əhəmiyyətinə inam funksiyasıdır və davranış bu münasibətin nəticəsidir. Davranış onu nümayiş etdirmək niyyətinə əsaslanır, bu davranışa münasibətdə münasibətin funksiyası və yaşanan sosial təzyiq (subyektiv norma) ilə müəyyən edilir. Planlaşdırılmış davranış nəzəriyyəsi davranışın proqnozlaşdırıla bilən və iradə tərəfindən idarə olunduğundan irəli gəlir, buna görə də müxtəlif vəziyyətlərdə davranışı proqnozlaşdırmaq üçün geniş istifadə olunur.
Karlos Kayzer
Karlos Enrike Rapozo və ya Karlos Kayzer (port. Carlos Henrique Raposo; 2 iyul 1963 və ya 2 aprel 1963) — Braziliyalı futbolçu hesab edilən şəxs. Peşəkar futbolçu kimi bacarıqları olmasa da, iyirmi il ərzində Braziliya, Argentina və Meksikanın yüksək divizionlarında çıxış edən bir çox komanda ilə müqavilə bağlamağı bacarıb. O, bütün karyerası ərzində bir oyun keçirməyib. Cəmi bir dəfə meydana çıxmaq üzrə olsa da, həmin oyunda isinmə hərəkəti zamanı qırmızı vərəqə alıb. Karlos çoxlu zədələrə məruz qalmaqla və tez-tez komanda dəyişikliyi etməklə, həmçinin digər hiylələrlə futbolçu keyfiyyətlərinin olmadığını gizlədə bilib. The Guardian Kayzeri futbol tarixinin ən böyük fırıldaqçısı adlandırıb. == Kitab == Jurnalist Rob Smitin "Kayzer: Heç Vaxt Futbol Oynamayan Ən Böyük Futbolçu" kitabı 2018-ci ildə nəşr edilib.
Simpoh Ayer
Simpoh Ayer (lat. Dillenia suffruticosa) — Dillenia cinsinə aid bitki növüdür. Tropik Cənub-Şərqi Asiyada ikinci dərəcəli meşələrdə və bataqlıq yerlərdə tapılır. 6 metrə qədər yüksek bir böyük, həmişəyaşıl koldur. Davamlı 10-12 sm eni olan sarı güllər verir. . Simpoh Ayer, Bruneyin milli gülüdür.
Xəzər-problemə nəzər (film, 1977)
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.