Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Frans Kafkanın başı
Frans Kafkanın başı (çex. Hlava Franze Kafky) və ya Kafka heykəli – heykəltaraş David Çerni tərəfindən hazırlanmış və bohemiyalı almandilli yazıçı Frans Kafkaya həsr olunmuş heykəl. Çexiyanın paytaxtı Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında quraşdırılmışdır. Kinetik heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir. == Həmçinin bax == Metalmarfoz == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Frans Kafkanın başı ilə əlaqəli mediafayllar var.
Professor Douelin başı
"Professor Douelin başı" — Rus fantast yazıçı Aleksandr Belyayevin olduqca məşhur elmi-fantastik romanlarından biridir. Əsərin ilkin variantı "Fəhlə qəzeti"ndə 1925-ci ildə hekayə formasında dərc edilmişdir. Roman ilk dəfə elə həmin ildə "Vsemirnıy sledopıt" (Az. "Ümumdünya ləpirçisi") jurnalında dərc edilir. Xəstəlik səbəbindən tamamilə hərəkət qabiliyyətini itirmiş Belyayev onu avtobioqrafik hekayə adlandırmış, "bədənsiz başın nə hiss etdiyni" demək istəmişdir. == Yazılma tarixi == 1923-1928-ci illərdə Aleksandr Belyayev Moskvada yaşamış və poçt-teleqraf xalq komissarlığında hüquq məsləhətçisi kimi çalışmışdır. Yaradıcılığının moskva dövründə o "Professor Douelin başı" hekayəsini (sonralar romanı), "Həlak olmuş gəmilər adası", "Atlantidadan gəlmiş sonuncu adam", "Amfibiya-adam", "Efirdə mübarizə" romanlarını və hekayələr silsiləsini qələmə alır. "Professor Douelin başı" əsəri ilk dəfə 1925-ci il 16-21, 24-26 iyun saylarında (1 hekayə) "Fəhlə qəzeti"ndə, 1925-ci il "Ümumdünya ləpirçisi" jurnalının 3-4-cü saylarında çap edilmişdir. == Süjet == Parisli professor-xirurq Kern gizli şəkildə insan başının cana gətirilməsi istiqamətində uğurlu işlər görür. Onun şəxsi klinikasına assistent kimi çalışan Mari Loran təsadüfən öyrənir ki, Kern araşdırmalarındakı uğurlarını keçmiş rəhbəri olmuş, şübhəli şəraitdə vəfat etmiş, məşhur professor Douelin cana gətirilmiş başına borcludur.
Təpə Başı (Xoy)
Təpə Başı (fars. تپه باشي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (111 ailə).
Banya Başı məscidi
Banya Başı məscidi (bolq. Баня баши джамия, türk. Banya Başı Camii) — Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid. Xeyriyyəçi Molla Əfəndi Kadı Seyfullahın təşəbbüsü və maddi yardımı ilə tikilib. Belə ki, müxtəlif mənbələrdə məscid “Molla Əfəndi” məscidi adı ilə və ya “Kadı Seyfullah” kimi də göstərilir. Qapının üstündəki tağda yerləşən daşın üzərində mətn köhnə boya ilə yazılıb, onu oxumaq mümkün deyil. Mətnin altında 974-cü il tarixi göstərilir ki, bu da məscidin hicri təqvimo ilə (islam təqvimi) 974-cü ildə və ya 1566-1567-ci illərdə tikildiyini göstərir. == Tarixi == Tikintisi 1567-ci ildə tamamlanan Banya Başı Avropanın ən qədim məscidlərindən biridir. Məscid öz adını hərfi mənada “hamamdan əvvəl” mənasını verən Banya Başi ifadəsindən alıb. Məscidin ən görkəmli xüsusiyyəti onun əslində təbii termal spa üzərində inşa edilməsidir.
Ocaq başı (film, 1990)
== Məzmun == Film xanəndə Hacıbaba Hüseynovun yaradıcılığından bəhs edir.
Persey Meduzanın başı ilə
Persey Meduzanın başı ilə (it. Perseo con la testa di Medusa) — Benvenuto Çellini tərəfindən 1545-1554-cü illərdə hazırlanmış tunc heykəldir. Heykəl Florensiyanın Sinyoriya meydanındakı Locciya deyi Lanzidə daş pyedestal üzərində ucaldılmışdır. Pyedestal predella kimi Persey və Andromedanın hekayəsinin təsvir edildiyi tunc relyef panelləri ilə bəzədilmişdir. İkinci Florensiya hersoqu I Kozimo de Mediçi əsəri pyaççadakı digər heykəllərlə və xüsusi siyası baxışlarla əlaqədar olduğuna görə sifariş etmişdi. 27 aprel 1554-cü ildə heykəl ucaldıldığı zaman meydanı artıq Mikelancelonun “David”i, Bandinellinin “Herakl və Kakus”u və Donatellonun “Yudif və Holofernes”i bəzəyirdi. Heykəlin mövzusu saçları ilana çevrilmiş qadın üzlü Qorqona olan Meduzanı öldürmüş Perseyə həsr edilmişdir; Meduzaya baxan hər kəs daşa çevrilirdi. Çiynindən atılmış kəmənd və ayağındakı qanadlı səndəllər xaric Perseyin üzərində heç bir geyim yoxdur. Meduzanın cansız cəsədi üzərində durmuş qəhrəman, sol əlində onun kəsilmiş başını qaldırır. Meduzanın boğazından qan fışqırır.
Stalinin başı (film, 2016)
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Stalinin başı (film, 2017)
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Şuşanın dağları başı dumanlı
Şuşanın dağları başı dumanlı — xanəndə Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısı, əsərdə şəhər gözəl qızla müqayisə edilir. Tar və kamançanın müşayiəti ilə muğam üslubunda ifa olunur. == Tarixi == Mahnını XX əsrdə yaşamış azərbaycanlı xanəndə Xan Şuşinski yazıb. Mahnı qrammofon valına yazılarkən bildirilmişdi ki, mahnıda "duman" və "ölürəm" kimi çoxlu kədərli sözlər var, xanəndə cavabında Şuşanın dumanlı dağ zirvələrindən birinə işarə edərək, söylədi ki, dağların zirvələri elə dumanlı olmalıdır, "ölürəm" kəlməsi isə həqiqi ölmək mənasında deyilmir. Buna baxmayaraq, Şuşinskidən mahnı sözlərinin dəyişdirilməsini tələb edərək söylədilər ki, sovet Şuşa dağlarının başı "dumanlı" ola bilməz, Xanəndə ilk sətiri "Şuşanın dağları deyil dumanlı"ya dəyişdirərək mahnını yazdı. Lakin mahnı indiki günümüzdə də öz ilkin variantında ifa olunur. Sonradan bu mahnı şifahi ənənələrdə geniş yayılaraq, xalq mahnısına çevrildi. O, həmçinin "Azərbaycan xalq mahnıları" (1967) toplusunda yer almışdır. Mahnı muğam ifaçıların triosunun ifasında "Dərviş Parisi partladır" (1976) Azərbaycan sovet filminin epizodlarının birində səslənir, filmin süjeti elə Qarabağda baş verir. == Mətni == Müəllif Xan Şuşinskinin sözlərinə əsasən, mahnıda Şuşa şəhərinin təbiəti gözəl qızla müqayisə edilir.
Çəkmə
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Xan bağı (Bakı)
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.
Mərz çəkmə
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. == Yer ölçmümünün iş bölmələri == Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür: Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). == Yer düzənlik işləri == Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək: (d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. == Topoqrafiya toru yaratmağının nədəni == Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. == Alti metre işləri == hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Çarmıxa çəkmə
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. == Etimologiya == Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* == Tarixçə == Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çəkmə (geyim)
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Çəkmə (dəqiqləşdirmə)
Çəkmə — Ayaqqabı. Çəkmə (texnika) — maşın hissəsinin hazırlanma üsuludur..
Benalar
Benalar, vabenalar - Tanzaniyanın cənub-şərqində (İrinda vilayəti), Rufici və Böyük Ruaha çaylarının hövzəsində bantular qrupundan xalq. Sayları 693 min nəfərdir (2005). Kinqalar, hehelər, poqololar (poqorolar), sanqular, matumbilər və dendenulelərə yaxındırlar. bantu dillərinin G zonasına aid olan bena (kibena, ekibena) dilində danışırlar. Yazıları latın qrafikası əsasındadır. Suahili və nyamvezi dilləri də yayılmışdır. Dindarların əksəriyyəti ənənəvi dini etiqadlarını saxlayırlar, müsəlman və xristianlar da var. Benaların Şərqi Afrika xalqları üçün səciyyəvi olan ənənəvi mədəniyyətləri vardır. Ənənəvi məşğuliyyətləri qırılıb-yandırılmış sahələrdə əkinçilik (maniok, qarğıdalı, çəltik, darı, batat, paxlalı bitkilər və s.) köçəbə maldarlıq (davar) və ovçuluqdur. Şəhərlərdə və sizal plantasiyalarında mövsümçülük yayılmışdır.
Rezin çəkmə atma festivalı
Rezin çəkmə atma festivalı — iştirakçıların rezin çəkməni mümkün qədər uzağa atmasını tələb edən yarış. Yeni Zelandiyanın Taihape qəsəbəsi sakinləri və ziyarətçiləri rezin çəkmə ataraq hər il dünya rekordunu qırmaq üçün çalışır.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Bağı
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır.
Bakı Şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi - Azərbaycan Respublikası Daxili İşlər nazirliyi tabelliyində dövlət idarəsidir. == Tarixi == === Azərbaycan Xalq Cümhuriyyəti === 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin tərkibində 9 nazirlikdən biri kimi Daxili İşlər Nazirliyi yaradıldı. May ayının 29-da bütün yerlərdə əvvəlki mövcud daxili işlər orqanları buraxılaraq yerində yeni Daxili İşlər Nazirliyinin ilk strutukları, o cümlədən Bakı şəhər daxili işlər orqanları və onların rəhbərləri müəyyən edildi. Bakı şəhər daxili işlər orqanları sabitliyi qorumaq, hüququ və birgəyaşayış qaydalarına nail olmaq, dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların həyatını və əmlakın mühafizə etmək, cinayətkarlığa qarşı, digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkənin bütövlüyünə, suverenliyinə, müstəqilliyinə qəsd etməyə çalışan hər hansı daxili və xarici qüvvələrə qarşı mübarizə aparmaq ilk və başlıca vəzifəsi hesab olunurdu. Bakıda buraxılaraq yerində yaradılan yeni daxili işlər orqanları Bakı və onun ətrafına nəzarət edirdi. 1918-ci il iyunun 17-də ikinci hökumət kabineti yarandı. Behbud xan Cavanşir daxili işlər naziri təyin edilir. Onun dövründə Bakı polismeysterliyi Balaxanı-Sabunçu Polis Meysterliyi ilə birləşdirilir. === Azərbaycan Sovet Sosialist Respublikası === 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta yetirilir. Respublikada bütün polis orqanları, o cümlədən Bakı polisi yenidən qurulur və "Polis" sözü "Milis" sözü ilə əvəz edilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
== Haqqında == Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, 1950-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində şöbə kimi fəaliyyətə başlayıb, 1983-cü ildən Bakı Şəhər Mədəniyyət İdarəsi olaraq fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm haqqında əsasnamə təsdiq edilmiş və əsasnaməyə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 29 mart 2016-cı il tarixli, 1932 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılmışdır. Mədəniyyət və Turizm Sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 04 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yaradılmışdır. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əsasında isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaranmışdır. Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Fərəh Şəkinskaya, Aydın Teymurov, Akif İslamzadə, Rza Abbasov, Fikrət Babayev, Həsənağa Qurbanov, Əlikram Əliyev, Vuqar Zeynalov və Cəlil Məlikov rəis vəzifəsində çalışmışlar. 13 aprel 2022-ci il tarixindən Baş İdarəyə İbrahim Müseyib oğlu Əliyev rəhbərlik edir. == Tabeliyindəki qurumlar == Hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 6 incəsənət məktəbi, 30 uşaq musiqi məktəbi, 4 teatr konsert təşkilatı, 75 kitabxana, 44 Mədəniyyət Sarayı, Mərkəzi, Mədəniyyət Evi və klubu, 3 Heydər Əliyev Mərkəzi, 5 muzey, 1 və 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölmələri fəaliyyət göstərir, 5000 nəfərədək insan çalışır.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Baltlar
Baltik xalqlar və ya Baltlar (lit. baltai, latış. balti‎) — Hind-Avropa etno-linqvistik qrupu. == Etmimologiya == Baltik ifadəsini ilk dəfə onun müasir olan mənasında, yəni Baltik dənizi üçün Adam Bremenlı 11-ci əsrdə isifadə edib. Baltik dillərin özündə bu söz ağ demək. 1845-ci ildə Georq Henrik Ferdinand Nesselmann latış və Litva dili ayrı, baltik adlı dil qrupda saymağa təklif edib. == Tayfalar və millətlər == †Nəsli kəsilmiş == Mənbələr == Bojtár, Endre. Foreword to the Past: A Cultural History of the Baltic People. Budapest and New York: Central European University Press. 1999.
Bulaqlar
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Bəluclar
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Fulalar
Fulalar, Fulanilər və ya Fulbe xalqı (yerli dildə Fulbe, fr. Peul, port. Fula) — Sahel və Qərbi Afrikada geniş yayılmış ən böyük etnik qruplarından biridir. Bir çox ölkələrdə məskunlaşaraq, əsasən Qərbi Afrika və Mərkəzi Afrikanın şimal hissələrində, eyni zamanda Cənubi Sudan, Sudan və Qırmızı dəniz sahillərinə yaxın bölgələrdə yaşayırlar. Fula xalqının təxmini sayı Fula etnik mənsubiyyətinə dair təriflərə zidd olduğuna görə məlum deyil. Müxtəlif hesablamalar bu rəqəmi dünyada 25 ilə 40 milyon arasında təqdim edir. Fulaların bir hissəsi — təxminən üçdə biri və ya təxminən 12 ilə 13 milyonu köçəri maldarlıqla məşğuldur və etnik qrupları dünyanın ən böyük köçəri maldar icmasına sahibdir. Fula etnik qrupunun əksəriyyəti yarı oturaq adamlardan, həm də oturaq məskunlaşmış əkinçilərdən, sənətkarlardan, tacirlərdən və zadəganlardan ibarətdir. Etnik bir qrup olaraq, Fula dili, tarixi və mədəniyyətləri ilə bir-birinə bağlıdırlar. Fulaların 96%-dən çoxu müsəlmanlardır.
Talalar
Talalar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Balayar Sadiq
Balayar Sadiq (1965, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və beynəlxalq "Rəsul Rza" mükafatı laureatı. == Həyatı == Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub. Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Kitabları == "Sərkərdə", "Şuşa nəşriyyatı", 1996 "İgidliyin Bəxtiyar zirvəsi", "Təbriz nəşriyyatı", 1997 "Ömürün hünər nəğməsi", "Təbriz nəşriyyatı", 1998 "Ulu dağlar oğlu", "Hərbi nəşriyyat", 1999 "Arzumanın döyüş yolu", "Adiloğlu nəşriyyatı", 2001 "Rembo Elxan", "Hərbi nəşriyyat", 2002 "Sərkərdə ömrünün işığı", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2002 "Dağların Bəxtiyar oğlu", "Planet-press nəşriyyatı", 2004 "Dağların oğul harayı", "Nasir nəşriyyatı", 2005 "Müdrikliyin zirvəsi", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2007 "Allahın unutuğu adam", "Yazıçı nəşriyyatı", 2010 "Hünər simfoniyası", "MHS-poliqraf nəşriyyatı", 2010 "Qeyrət qalasıdır vətən sərhədi", "Apostrof nəşriyyatı", 2012 "Vətən ətirli olmur", "MBM nəşriyyatı", 2013 "Ömrün gəraylı çağları", "MBM nəşriyyatı", 2014 "İşıqlı adam", "MBM nəşriyyatı", 2015 "Küsəkəran", "Elm və təhsil nəşriyyatı", 2015 "Gözəllik işığı", "MBM nəşriyyatı", 2015 "Payız məktubları", "MBM nəşriyyatı", 2016 "Qızılbaş fəsli" , "Elm və təhsil nəşriyyatı" , 2018.
Bulaqlar (Dərələyəz)
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Bədalan (Xoy)
Bədalan (fars. بدلان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Demoqrafiya == === Əhali === 2006-cı il məlumatına görə kənddə 569 nəfər (110 ailə) yaşayır. === Dil və din === Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir. Əsas ünsiyyət vastəsi azərbaycancadır. Əhali islam dininin şiə məzhəbində etiqat edir.
Qalalar (Heris)
Qalalar (fars. قلعه لر‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (40 ailə).
Qalalar (Sulduz)
Qalalar (fars. قلعه لر‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 455 nəfər yaşayır (87 ailə).
Talalar bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Talalar kilsəsi
Talalar kilsəsi və ya Nur kilsə — Balakən rayonu Talalar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XII-XIII əsrlərdə inşa edilmişdir. Talalar kilsəsi tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Qərb tərəfdən kilsə binasına bitişik inşa edilmiş iki mərtəbəli zəng qülləsi yerləşir. == Tarixi == Prof. G. Məmmədova qeyd edir ki, kilsə XII-XIII əsrlərə aiddir. Gürcüstanın müxtəlif ərazilərində bu tip kilsələrin yayıldığını qeyd edən Gürcüstan alimi İ. Adamiya anoloji tikili kimi çar Qurgen tərəfindən inşa etdirilmiş İşxani kilsəsini nümunə göstərir. G. Məmmədova qeyd edir ki, tağtavanlı zal kilsələri və ya birnefli bazilikalar xristian dini memarlığının ən geniş yayılmış bina tipi olmaqla, bütün xristian ölkələrində, o cümlədən Cənubi Qafqazdakı hər üç xristian ölkəsində inşa edilirdi. İ. Adamiyanın gətirdiyi anologiyanı uğursuz hesab edən G. Məmmədova qeyd edir ki, plan nisbətləri, altar hissəsinin tərtibi, qapı və pəncərələrinin yerləşdirilməsi, interyerlərinin işlənməsi ilə İşxani kilsəsindən fərqlənir. == Memarlıq xüsusiyyətləri == Kilsə, tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir.
Texnogen qəzalar
Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Çalalar (2000)
Çalalar — 2000-ci il Azərbaycan istehsalı komediya, musiqili, fantastika janrında film. == Məzmun == Cizgi filminin süjeti beş yumoristik əhvalat üzərində qurulmuşdur. == Film haqqında == Cizgi filmi "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) === Rejissor: Tahir Piriyev Rəssam: Tahir Piriyev Ssenari müəllifi: Tahir Piriyev Animator: Rauf Dadaşov, Firəngiz Quliyeva, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Hüseyn Cavid İsmayılov Cizgi rəssamı: Tamilla Əsgərova, Lalə Məmmədova Rəng ahəngdarı: Əminə Azayeva Operator: Həmzə Əhmədoğlu, Fərhad Rzayev, Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Musiqi redaktoru: İsmayıl Dadaşov Səs operatoru: Nataliya Nuriyeva, Əsəd Əsədov Montaj edən: Tamilla Muxtarova Rejissor köməkçisi: Gülqız Süleymanova İcraçı prodüser: Aydın Abdullayev İnzibatçı: Çingiz Əliyev Rejissor: Əbdülsəlim Soltanov Rejissor: Akif Əliyev Rejissor: Əliağa İbrahimov Rejissor: Elxan Hüseynov Rejissor: Vyaçeslav Jestkov İşıqçı: Oruc Şahməmmədov Rejissor: Vera Melnikova == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Xəzər dənizində baş vermiş qəzalar
Xəzər dənizində baş vermiş qəzaların siyahısı:
Bakı Əmək Birjası
Bakı Əmək Birjası — tələb və təklif əsasında sahibkarlarla fəhlələr arasında vasitəçilik edən, habelə əmək bazarının uçotu və tənzimlənməsi sahəsində fəaliyyət göstərən müəssisə. == Tarixi == Bakı Əmək Birjası Bakı şəhər ictimai idarəsi tərəfindən təsis olunmuşdu. Nizamnaməsi 1918-ci il yanvarın 13-də Bakı Şəhər Dumasında təsdiq edilən birja həmin ilin fevralından fəaliyyətə başlamışdı. Birjanın proqramının hazırlanmasında Petroqrad birjasının təcrübəsindən istifadə olunmuşdu. Rusiya birjalarında tətbiq olunan qaydalar isə Almaniya bələdiyyə əmək birjalarının təcrübəsinə əsaslanırdı. Əmək bazarını tənzimləyən birjanın yaradılması zərurəti təsərrüfatın dağılmasından və işsizlikdən irəli gəlirdi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra fəaliyyətini davam etdirən Bakı Əmək Birjası əhalinin ümumi məşğulluğunun təmin edilməsində müəyyən rol oynamışdır. Bakı Əmək Birjası əməyə tələb və təklifləri qeydiyyata alır, işə götürülməkdə vasitəçilik xidməti göstərir, əmək bazarının statistikasını müəyyənləşdirdi. Birjanın fəaliyyəti bütün əmək növlərini əhatə edirdi. Birja hər iki tərəfə pulsuz xidmət göstərir, onları yalnız peşə və işə götürülmə şərtləri barədə məlumatlandırır, heç bir tövsiyə və zəmanət vermirdi.
Abası
BASIC
BASIC dili – 1960-cı illərin ortalarında John Kemeney və Thomas Kurtz tərəfindən inkişaf etdirilmişdir. Hər nə qədər BASIC adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı deyilsə də, bu sözlərin daha sonradan uydurulduğu fərz edilir. Yüksək səviyyəli dillərin ən köhnə və ən sadə olanlarından biridir. Bütün sadəliyinə qarşı, bir çox biznes sahələrində istifadə edilmişdir. BASIC dili də ANSI tərəfindən standartlaşdırılmışdır. Ancaq BASIC dilinin əlavə xüsusiyyətləri mövcuddur. Məsələn Microsoft firmasının yaratdığı Visual Basic dilinə Obyekt Yönümlü Proqramlaşdırmaya bağlı bir çox xüsusiyyət əlavə olunmuşdur. Ayrıca BASIC dilinin bəzi versiyaları tətbiqi proqramlarda (Məsələn Microsoft Excel və Microsoft Wordda) istifadəçinin xüsusiləşdirmə və avtomatlaşd;rma məqsədiylə yazacağı makroların yazılmasında istifadə edilən proqramlaşdırma dili olaraq da ümumi qəbul edilmişdir. 1964-cü ildə Con Kemeni (John Kemeney) və Tomas Kurts (Thomas Kurtz) tərəfindən BASIC proqramlaşdırma dili yaradılmışdır. BASIC yüksək səviyyəli dillərin ən ilkin və sadə olanlarından biridir, sadəliyinə görə bir çox biznes sahələrində istifadə edilmişdir.
Banşi
Banşi (ing. Banshee) — İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Bastı
Aetalar
Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir. Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Belqlər
Belqlər(lat. Belgae) — Kelt qrupuna aid tayfa. == Tarixçə == Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58–51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi. Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır. Belçikanın adı Belqlərlə əlaqədardır. == Mənbə == ASE, II cild, Bakı, 1978, səh.
Bеlоvаr
Bеlоvаr (xorv. Bjelovar) — Xorvatiyanın mərkəzində yerləşən bir şəhər. Bеlоvаrskо-Bilоqоrskаya vilayətinin mərkəzidir. 2011-ci il siyahıyaalınma məlumatlarına görə 40,276 sakin var idi, onlardan 91,25% xorvatlar idi. Şəhərin qurulmasında ən vacib amil Mərkəzi Xorvatiyanı Osmanlı işğallarından qorumaqdır.
Elamlar
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi. Elam ərazisində Ön Asiyanın ən qədim mədəniyyətlərindən biri yaradılmışdı. Elam İranın cənubunda yerləşirdi və qərbdə İkiçayarası ilə həmsərhəd olmuşdu. Elamdan axan ən böyük çaylar Kərha və Karun qədim zamanlar Fars körfəzinə, indi isə Şətt ül-Ərəb çayına tökülür. İkiçayarasını keçən Dəclə və Fərat çayları birləşib Şətt ül-Ərəb çayını təşkil edirlər. Kərha və Karun çayları arası antik dövrdə Suziana adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi.
Telavar
Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Coğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd). == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir. Telavar ətrafındakı relyef dağlıqdır. Ən yaxın yaşayış məntəqəsi Telavardan 14,1 km güney-günbatanda yerləşən Yardımlı şəhəridir. == Tanınmış şəxsiyyətlər == Bəhruz Mənsurov — Azərbaycan Milli Qəhrəmanı. Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri.
Vedalar
Vedalar və ya Veda təlimi — Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşmışdır. == Etimologiyası == "Veda" sözü "bilmək", "bilik", "görmək" deməkdir, bu söz xüsusi ali elm və mərifət mənasında işlədilir. Bu söz "Riqveda"da yalnız bir dəfə işlənilmişdir.. Veda zözü qədim Hind -Avropa dillərində "u̯eidos", yunan dilində "(ϝ)εἶδος" - ("forma"), rus dilində - ведать, отведать - ("görmək", "dadmaq"), ingilis dilində - wit, witness, wisdom, vision (sonuncu söz: latın dilindəki video, videre), alman dilində - wissen ("bilmək", "bilik", norveç dilində - viten ("bilik"), isveç dilində - veta ("bilmək"), polyak dilində - wiedza ("bilik"), latın dilində - video ("mən görürəm"), çex dilində - vím ("mən bilirəm") və ya vidím ("mən görürəm"), holland dilində - weten ("bilmək") mənasında izah olunur. Veda bəzi mənbələrdə "Apaverşiya", yəni "fövqəl-insan" da adlandırılır. == Müqəddəs kitablar == Veda təlimində dörd dini kitab vardır: Birinci kitab olan "Riqveda"nın əsаs himnlərinin yаrаnmаsını е.ə. II minilliyin sоnunа, vаhid vеdаlаr məcmuəsinin tərtibаtını е.ə. II-I minilliklərə аid еdirlər. Vedalar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı nəsillərə ötürülürdü.
Venalar
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Bəkməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Cermuk
Cermuk, Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.