Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babaş Əfəndi Mikayılzadə
Babaş Əfəndi Mikayılzadə — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair. == Həyatı == Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır. ==== Təhsili ==== Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir. ==== Bicodan Şamaxıya ==== 1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir.
Qışlaq-i Babaş-i Süfla (Biləsuvar)
Qışlaq-i Babaş-i Süfla (fars. قشلاق باباش سفلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (22 ailə).
Qışlaq-i Babaş-i Ülya (Biləsuvar)
Qışlaq-i Babaş-i Ülya (fars. قشلاق باباش عليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (23 ailə).
Anar Babaşov
Anar Əlibaba oğlu Babaşov (15 dekabr 1972; Şəhriyar, Şamaxı, Azərbaycan SSR — 29 oktyabr 1992; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Hərbi xidməti == Anar Babaşov 1972-ci il 15 dekabrda Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Anar Babaşov, 1992-ci il 29 oktyabrda Ağdam rayonu istiqamətində şəhid olub. Anar Babaşov, Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Anar Babaşov, Azərbaycan Prezidenti Heydər Əliyevin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Babakişi Babaşov
Babakişi Musa oğlu Babaşov (1892, Bico, Şamaxı qəzası – 1972, Bico, Ağsu rayonu) — Sosialist Əməyi Qəhrəmanı 1892-cı ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1948-ci ildə bir fərmanla Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndinin Əzizbəyov adına kolxozunda sıravi kolxozçu və manqa başçısı işləmişdir. 1972-ci il may ayının 20-də Bico kəndində vəfat etmişdir.
Babaşlar
Babaşlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Babaşlar kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Əsl adının Babakişilər olduğu güman edilir. Babaşlar ayrımlara məxsus bir nəslin adıdır. Etnotoponimdir. 1917-ci ildə Lənkəran qəzasının Lerik bölgəsində Babaşlı (1921-ci ildə dağıdılmışdır), 1933-cu ildə Xacmaz rayonunun Əhmədoba inzibati ərazi vahidində Babaşlı kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ağçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
Bayram Babaşov
Bayram İlqar oğlu Babaşov (9 iyul 1993, Cəlilabad rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Bayram Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Ailəli idi. 1 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Bayram Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bayram Babaşov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hikmət Babaşov
Hikmət Firudin oğlu Babaşov (3 fevral 1977, Yeni Mil, Jdanov rayonu – 8 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Babaşov 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuşdur. 1983–1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbə tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Hikmət Babaşov 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət etmiş, mühəndis-istehkamçı kimi hərbi fəaliyyətinə davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmiş və ağır yaralanmışdır. Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Hikmət Babaşov noyabrın 8-də Qubadlının azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 sentyabr 1996, Zərdab) — Azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. == Həyatı və fəaliyyəti == 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Andrey Babiş
Andrey Babiş (çex. Andrej Babiš; 2 sentyabr 1954[…], Bratislava) — 2017-ci ilin dekabrından Çex Respublikası Baş naziri, 2012-ci ildən isə ANO 2011-in qurucu lideri olan çex siyasətçi. Slovakiyada doğulub böyüyən Babiş Məxməri inqilabdan sonra Çexiyaya köçdü. Uzun iş fəaliyyəti ərzində "Bloomberg"-ə görə təxminən 4.04 milyard dollar sərvəti ilə Çexiyanın ən zəngin ikinci adamı oldu. Bu sərvətin böyük hissəsi Çexiyanın ən böyük iki qəzetinə, "Mladá fronta DNES" və "Lidové noviny"-ə sahib olan "Agrofert Group"-un rəhbər və sahibi olduğu dövrdə gəldi.Babiş 2012-ci ildə ANO 2011-i quraraq siyasətə girdi. Yeni partiya olmasına baxmayaraq, ANO 2011 2013-cü il seçkilərində güclü çıxış edərək lider ÇSDP-dan cəmi 3 yer geridə qaldı. Baş nazir Bohuslav Sobotka tərəfindən Baş nazirin müavini və Maliyyə Naziri təyin edildi. 2017-ci ilin may ayında Sobotka Babişin "Agrofert"-in baş direktoru olarkən vergi ödəməkdən yayındığı iddialarından qaynaqlanan böhrandan sonra Babişi istefaya göndərdi. 2017-ci il seçkilərindən sonra, ANO 2011 potensial koalisiya tərəfdaşlarının zəif iştirakı səbəbindən mütləq çoxluq yaratmasa da, asanlıqla çoxluq partiya oldu. Babiş 6 dekabrda Baş nazir təyin edildi və bir həftə sonra ANO 2011 rəsmilərindən və müstəqillərdən ibarət azlıq hökuməti qurdu.
Baban Əmirliyi
Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur. Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur. == Mənşə == Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür. Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır.
Balaş Abbaszadə
Balaş Abbaszadə (tam adı: Balaş Əlizaman oğlu Abbaszadə; 20 aprel 1950, Bakı – 7 may 2005, Bakı) — tarixçi-müəllim; yazıçı, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1990); pedaqoji elmlər doktoru. == Həyatı == Balaş Abbaszadə 1950-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. Bakı şəhəri Yasamal rayonu 21 nömrəli məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1980-ci illərdə Xanlar (indiki Göygöl) rayonunda məktəblərarası tədris-istehsalat kombinatının direktoru, daha sonra həmin rayonun Qarabağlar kənd orta məktəbinin direkotru, sonralar isə Maarif Nazirliyində inspektor, eləcə də şöbə rəisi vəzifəsində işləmişdir.1989–cu ildə Elmira Qafarovanın əmri ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi təyin edilib. 1996-cı ilə qədər həmin vəzifədə çalışıb. Bu dövrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin köməkçisi vəzifəsi də daxildir. 1990-cı il 20 yanvar gecəsi Elmira Qafarovanın səsləndirdiyi bəyənatın ərsəyə gəlməsində xidmətləri olmuşdur. Bəyənatın mətninin müəlliflərindən biridir.
Balaş Azəroğlu
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981). == Həyatı == Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır.. İlk mətbu şei ri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır. İran Xalq Partiyasına daxil olur (1942).
Balaş Cəfərov
Balaş Namiq oğlu Cəfərov (18 iyul 2002, Hökməli, Abşeron rayonu – 23 dekabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş Cəfərov 18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Balaş Cəfərov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Balaş Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Balaş Cəfərovun nəşi 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Balaş Fərziyev
Balaş İltizam oğlu Fərziyev (6 mart 1994, Bibiyani, Lerik rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş İltizam oğlu Fərziyev 6 mart 1994-cü ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Balaş evin 3-cü övladı idi. Mikayıl Qasımov adına tam orta məktəbdə oxuyub. == Hərbi Xidməti == Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.
Balaş Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Oleq Babak
Oleq Babak (rus. Олег Яковлевич Бабак; d. 25.02.1967 - ö. 7.04.1991) — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib. == Döyüşdə iştirakı == Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir.
Qulam Babai
Qulam Əli oğlu Babai – (1921–2000) xalça ustası, bərpaçı-rəssam. == Həyatı == 1921-ci ildə Təbrizdə dünyaya gəlib. Artıq 8 yaşından atası onu usta yanına xalça toxumağı öyrənməyə gətirir. Babai erkən yaşlarında toxuculuq sənətinə yiyələnir. Sonrakı siyasi fəaliyyəti onun 1948-ci ildə Təbrizdən Sovet İttifaqına mühacirətinə səbəb olur. 1960-cı ildə Q. Babai daimi yaşayış məskəni kimi Bakıya köçmüş və elə həmin ildən də xalça fabrikində əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1963-cü ildən etibarən o fərdi yaradıcılığa başlamış və dövlət sifarişləri üzərində çalışmışdır. Toxuduğu xalçalar hazırda şəxsi kolleksiyalarda, Azərbaycan, Almaniya, Türkiyə və keçmiş SSRİ muzeylərində mühafizə edilir. Bu işlərin sırasında "Kosmonavtlar", "N. Nərimanov", "C. Cabbarlı", "Gerb", Nizami Gəncəvinin "Leyli və Məcnun" və s.
Yabaş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Nikolay Babak
Nikolay Panteleymonoviç Babak (ukr. Микола Пантелеймо́нович Бабак; 10 iyun 1954, Voronintsı[d], Çernobayevski rayonu[d]) — Ukrayna rəssamı, yazıçısı, naşiri və incəsənət kolleksiyaçısı. O, hal-hazırda Çerkassıda yaşayır və işləyir. == Həyatı == Nikolay Panteleymonoviç Babak indiki Ukraynada, Çerkası vilayətinin Çernobayevski rayonunun Voronintsı kəndində anadan olmuşdur. O, 1971-ci ildə Melnikovskaya orta məktəbini bitirmişdir. Babak 1972–1974-cü illərdə SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. O, tərxis olunduqdan sonra Çerkası Azot Birliyində qrafik dizayneri, sonra Çerkası İncəsənət Reklam Zavodunda işləmişdir. Babak 1979–1985-ci illərdə Vera İ. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye İnstitutunun bir qrup aspirant rəssamı ilə birlikdə Krasnoyarsk, Kemerovo, Belovo, Novokuznetsk, Yakutsk, Maqadan, Ust-Nera şəhərlərində monumental layihələr üzərində işləmişdir. O, 1986-cı ildə Ukraynaya qayıtmışdır.Babak 1990-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. O, 2004-cü ildə Ukraynanın əməkdar artisti, 2016-cı ildə Ukraynanın xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Baba Sacuro
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Baba Sadayoşi
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Baba Salahov
Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı – 12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı və yaradıcılığı == Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir.Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir. Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
Baba Salayev
Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general mayor. == Həyatı == 1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. 1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub. 1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib. 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.
Baba Səmədov
Səmədov Baba Səməd oğlu (1934, Vartaşen rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Bioqrafiya == 1934-cü ildə Azərbaycan SSR-nin Vartaşen rayonu, Daşagil kəndində (indiki Azərbaycanın Oğuz rayonundakı kənd) fəhlə ailəsində anadan olmuşdur. 1946-cı ildən — traktor sürücüsü, 1950-ci ildən — Şəki rayonunun Orjonikidze adına taxıl sovxozunda işlədi Baba Səmədov Səmədov uşaq yaşlarından traktorlarla maraqlanırdı və 11 yaşından etibarən traktor sürücüsünün köməkçisi, sonra isə sovxozda traktor sürücüsü kimi çalışırdı; traktor sürücüsü kurslarını belə bitirmədən 14 yaşında olan Baba Səmədov maraq dairəsi sayəsində çox təcrübə qazandı və hətta yaşlı, lakin daha az təcrübəli traktor sürücülərinə də dərs deyə bildi. Traktor sürücüsü kolxoz iclasında rasionalizasiya təklifi irəli sürdü — əvvəllər məhsul yığımında 7 nəfər iştirak edirdisə Səmədovun təklifi ilə traktor və maşın sürücüləri tarla əkinçilik, suvarma, məhsul yığımında iştirak etməyə başladı.Səmədov bu təklifi ilə dövlətə çox pul qazandırdı. Onuncu beş illik dövrdə Baba Səmədov taxılın yüksək məhsuldarlığına nail oldu. 1976-cı ildə maşınqayırma direktoru 180 hektardan planlaşdırılan 270 ton əvəzinə 381 hektardan 960 ton buğda götürdü. 1977-ci ildə Səmədov 533 hektar sahədən 1100 ton yüksək keyfiyyətli taxıl aldı. 1980-ci ildə Baba Səmədov 550 hektar ərazidən 920 ton taxıl götürmüşdür ki, bu da üç mövsüm norması idi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 23 fevral 1978-ci il tarixli fərmanı ilə sosialist rəqabətin dəki yüksək nailiyyətlərə, kənd təsərrüfatı məhsullarının istehsalı və dövlətə satılması ilə bağlı planların və sosialist öhdəliklərinin yerinə yetirilməsində göstərilən əmək şücaəti nə görə, 1977-ci ildə Baba Səməd oğlu Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Baba Tağıyev
Tağıyev Baba Əli oğlu (18 iyul 1961, Muğanlı, Noraşen rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. 1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən "Tağıyev" şirkətlər qrupunun qurucusu və təsisçisidir. == İctimai-siyasi fəaliyyəti == 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
Baba Teyyu
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Baba Vəziroğlu
Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Baba Xammədov
Baba Xammədov (tam adı: Baba Məhəmməd oğlu Xammədov; 1 iyul 1939, Puşkin, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1939-cu il iyulun 1-də Puşkində (indiki Biləsuvar) anadan olub. 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi işləyirdi. İki uşaq atası idi. Həyat yoldaşı isə Şərqiyyə Babazadə olmuşdur. == Qanlı Yanvar faciəsi == Həmin gecə saat 12-də güllə səsinə küçəyə çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onun onu dəmiryol xəstəxanasına aparıblar. Güllə ona boğazının sağ tərəfindən dəymişdi. Cərrahiyyə əməliyyatı aparılsada onu xilas etmək mümkün olmayıb.
Baba Yaqublu
Baba Yaqublu (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı. 1825-ci ildə yaranmışdır. . XX əsrin əvvəllərində kənd dağılmışdır.
Baba burnu
Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir. == Tarixi == 31 may 1828 il. Baba burnu döyüşü zamanı Yunanlar tərəfindən iki Osmanlı korveti babatırılmışdır. 8 mart 1915 ildə Baba burnundan alman minadaşıyan «Teymur-Hissar» keçmişdir. 19 dekabr 1941 burun yaxınlığında «Varlan Avanesov» gəmisi Qara dəniz Uzaq şərq maşrutu üzrə hərəkət edərkən qəzaya uğramışdır.
Abbas
Abbas — kişilərə verilən şəxsi ad.Azərbaycanda bu addan geniş istifadə olunur. I Abbas — Səfəvilər dövlətinin hökmdarı (1587–1629). II Abbas — Səfəvilər dövlətinin hökmdarı (1642-1666). III Abbas — Səfəvilər dövlətinin sonuncu — XI şahı, II Təhmasibin oğlu. Abbasağa Azərtürk — şair, pedaqoq (1934-1998). Abbas ağa Nazir — azərbaycanlı şair, tərcüməçi və maarif xadimi. Abbas ağa Təbrizi — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. Abbas Ağalarov — azərbaycanlı boksçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. Abbas Ağamirov — azərbaycanlı boksçu, SSRİ-nin əməkdar idman ustası. Abbas Atamalıbəyov — Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q.Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Abbas Göyçə
Abbas Göyçə (türk. Abbas Gökçe; 1927, Qars, Qars ili – 20 dekabr 2014, Qars, Qars ili) — İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri == Həyatı == Abbas Göyçə 1927-ci ildə Qarsın Arpaçay ilçəsinin Meydancıq kəndində anadan olub. Ayvazoğlu Hacının nəvəsi və Qars tacirlərindən olan Əthəm Göyçənin oğludur. Bunlar əslən Qərbi Azərbaycanın Göyçə mahalının Kəvər rayonunun Abbasgölü kəndindəndirlər. Abbas Göyçə orta və lisey təhsilini Qarsda, ali təhsilini Ankara Universitetinin hüquq fakültəsində almış, 1954-cü ildə universiteti bitirmişdir. 1954–1959-cu illərdə hüquqşünas kimi çalışmışdır. 1959–1965-ci illərdə Erçis və Onyedə məhkəmə hakimi, 1965-ci ildən Daniştayda yardımçı və baş yardımçı vəzifələri tutmuş, 1981-ci ildə Qarsdan millət vəkili seçilmişdir. Türkiyə Böyük Millət Məclisində Anayasa komissiyasının üzvü olmuşdur. Hüquq nəzəriyyəsinə dair bir sıra elmi əsərlərin müəllifidir. Türkiyə ictimaiyyəti Abbas Göyçəni həm də ünlü şair kimi tanıyır.20 dekabr 2014-cü ildə Türkiyədə müalicə olunduğu özəl xəstəxanada 87 yaşında vəfat etmişdir.
Abbas Hacıyev
Hacıyev Abbas Məhəmməd oğlu (1 yanvar 1933, Borçalı – 21 yanvar 2011, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973). == Həyatı == Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində Nayvəlilər ocağında anadan olmuşdur. Qarapapaq türküdür. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq Vəkil Hacılının, pedaqoq və ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı, filoloq Asif Hacılınin atasıdır. Abbas Hacıyev 1948-ci ildə Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, həmin ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1952–1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə Nizami Gəncəvi adına fəxri təqaüd almış, Universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1957-ci ildən Marneulidə müəllimlikdən başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər.
Abbas Hüseyn
Abbas Hüseyn(XIX əsrin sonu-XX əsrin əvvəli) — XX əsrin əvvəlində Tiflis şəhərində fəaliyyət göstərmiş azərbaycanlı rəssam. Rəsmləri əsasən 1903–1923 illərində yaradılmışdır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. == Rəsmləri == == Mənbə == Çingiz Fərzəliyev. Azərbaycan rəngkarlığı (antologiya).
Abbas Hüseynov
Abbas Hüseynov (13 iyun 1995, Gəncə) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == === Beynəlxalq === Abbas Hüseynov beynəlxalq miqyasda debütünü 30 yanvar 2018-ci il yanvarın 30-da Azərbaycan–Moldova yoldaşlıq oyununda etmişdir.
Abbas Kiarostami
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…], 14-cü Paris dairəsi[d]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır. Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir. == Həyatı == Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur. 18–19 yaşlarınadək rəsm çəkməyə davam etmişdir.
Abbas Kiyarüstəmi
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…], 14-cü Paris dairəsi[d]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır. Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir. == Həyatı == Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur. 18–19 yaşlarınadək rəsm çəkməyə davam etmişdir.
Abbas Lisani
Abbas Lisani (az.-əbcəd عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib. 2023-cü il fevral ayında Ərdəbil həbsxanasından azad edilərək Yəzd şəhərinə sürgün edilib.
Abbas Mirzə
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Abbas Rzayev
Abbas Mirzə oğlu Rzayev (3 mart 1904, Zəncan, Cənubi Azərbaycan – 12 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb.O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir. Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == Teatr səhnəsindəki rolları == Sevil (1931)-Babakişi Romeo və Cülyetta (1937)-Montekki Vaqif (1938)-Şeyx Alı == Filmoqrafiya == Mahnı belə yaranır (film, 1957)-Xanapi Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Dağlarda döyüş (film, 1967)- Feyzi Poçt qutusu (film, 1967)-Kəndli Qanun naminə (film, 1968)-Kəndli Mənim əziz atam (1970) Yeddi oğul istərəm... (film, 1970)-Kənd sakini Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Yaqub kişi Qızıl qaz (film, 1972) Ağasadıq Gəraybəyli (film, 1974)-Vəzir ("Fərhad və Şirin") Bakıda küləklər əsir (film, 1974)-Həsənzadənin qonşusu == İstinadlar == == Mənbə == Kazımzadə, A. Sözünü demiş sənətkarlar: [Əməkdar artist Abbas Rzayev haqqında] //Kaspi.- 2014.- 5–7 aprel.- S.16.
Abbas Seyidov
Abbas Seyidov (1 aprel 1957, Naxçıvan) — tarix elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru. AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi. "Tarix, insan və cəmiyyət" jurnalının baş redaktorunun müavini. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru (2022-2023). 27 may 2023-cü ildə öz ərizəsi ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi.
Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Abbas Tufarqanlı
Aşıq Abbas Tufarqanlı (1600, Azərşəhr, Şərqi Azərbaycan ostanı – Azərşəhr, Şərqi Azərbaycan ostanı) — XVI əsr Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir: Yaşa, sevdicəyim, yaşaYazılanlar gələr başaBir yandan özün bas daşaBir yandan el car eyləsin. və ya: Abbas ağlar zarı-zarıGetməz könlünün qübarıİlqarından dönən yarıTanrı tez bazar eyləsin. == Haqqında film == Abbas və Gülgəz (film, 2000) == Mənbə == Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Abbas Vəfadağlı
Abbas Əli oğlu Mazanov (ədəbi adı: Abbas Vəfadağlı; 19 mart 1929, Cil, Yeni Bəyazid qəzası) — Azərbaycanlı ictimai xadim, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, şair, yazıçı, tədqiqatçı, istehsalat qabaqcılı. == Həyatı və fəaliyyəti == Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir (1943-1946). 1946-cı "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir. Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur (1946-1950). Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir (1952-1955). Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir (1955-1958), Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir (1958-1962). Doğma Cil kəndində kolxoz sədri (1962-1975), Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri (1975-1983), Cil kənd sovxozunda direktor (1983-1988) işləmişdir.
Abbas Vəlibəyov
Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1947-ci ildə Şuşa şəhərində anadan olmuşdur. == Təhsili == 1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. == Karyerası == 1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı. == Fəxri adları və dərəcələri == 1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Abbas Xəlilov
Abbas Sultan oğlu Xəlilov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 30.07.2004-cü il tarixli Sərəncamı ilə baş leytenant Abbas Xəlilov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə kapitan Abbas Xəlilov "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə mayor Abbas Xəlilov "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə polkovnik-leytenant Abbas Xəlilov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2015-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-mayor" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-leytenant" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2020-ci il tarixli Sərəncamı ilə general-mayor Abbas Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Abbas Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edilib.
Abbas Zamanov
Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).
Abbas Zəryab
Abbas Zəryab (13 avqust 1919, Xoy, Qərbi Azərbaycan ostanı – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir. == Həyatı == Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.
Abbas ağa
Abbas bin Əbdürrəzzaq (türk. Abbas bin Abdürrezzak) və ya sadəcə Abbas ağa (v. Qahirə) — Osmanlı sultanı IV Mehmet dövründə Topqapı sarayında qızlar ağası. == Həyatı == Abbas ağa Tuxan Xədicə Sultanın başağası idi və Müslih ağanın vəfatı ilə 9 aprel 1668-ci ildə qızlar ağalığına təyin edilmişdir. O, 16 iyul 1671-ci ildə işdən çıxarılaraq Misirə göndərilmişdir. Abbas ağa Misirdə vəfat etmişdir. O, qəbri Qahirədə İmam Şafii türbəsinin yaxınlığındadır.
Abbas bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abbas kəndi
Abbaskəndi (Çaldıran) —